Journal of Azerbaijani Studies
61
MUNCUQLUTƏPƏ NEKROPOLU
Bəhlul İbrahimov
Azərbaycan Milli Elmlər akademiyası
Muncuqlutəpə nekropolu Ordubad rayonu ərazisində, Plovdağ
tunc dövrü abidəsi ilə Xaraba-Gilan orta əsrlər şəhər yeri arasında, Gi-
lançayın qolu olan (yayda quruyan) Xalı-Keşan çayının sağ sahilində,
kiçik təpənin üzərində yerləşir. Təpənin üzəri düzdür, quruluşuna və
coğrafi mövqeyinə görə sanki süni surətdə yaradılmışdır. Burada,
təqribən 1600-1700 kv.m. sahədə 33 sərdabə tipli qəbir kompleksi təd-
qiq edilmişdir. Muncuqlutəpə nekropolunun sərdabələrini çoxdəfnli
qəbirlərin ən yaxşı nümunələri hesab etmək olar.
1N-li sərdabə düzgün olmayan dördbucaqlı plandadır, cənub-qərb
istiqamətindədir. Örtük daşları saxlanmamışdır, kameranın ölçüləri
1,4x1,2x0,89 m-dir. Qəbrin şimal-qərb küncündən bir ədəd kiçik
həcmli, çəhrayı gilli, düz oturacaqlı, düz divarlı, ağız hissəsinin bayır
tərəfində iki ədəd qarşı-qarşıya şiş çıxıntıları vardır.
2N-li sərdabə tamamilə dağıntıya məruz qaldığından iki ədəd
mincuqdan başqa material əldə edilmədi.
3N-li sərdabə düzgün olmayan dördbucaqlı formasındadır. Örtük
daşları saxlanmamışdır. Ətrafına dördbucaqlı planda daş döşənmişdir,
perimetr üzrə ensiz, uzun daşlar düzülmüşdür. Qəbrin cənub divarının
qərb tərəfi nisbətən kameranın içərisinə tərəf işlənmişdir. Ona görə də
qəbrin qərb tərəfi şərq tərəfindən 40 sm-ə qədər ensizdir. Sərdabənin
qərb divarına bir ədəd sal daş dikinə qyulmuş, qalan divarları isə üfüqi
düzülmüş müxtəlif qalınlıqlı daşlarla işlənmişdir. Qəbrin içərisi dağı-
dılmış və qarət olunmuşdur. Sınmış, ovulmuş skelet qalıqları kame-
raya dolmuş torpağın içərisində və döşəmədə aşkar edilirdi. Qəbirdən
ucları birləşməyən tunc qolbaq, ucları bir-birinin üzərində olan tunc
həlqə, əqiq muncuqlu iki sırğa, səkkiz ədəd əqiqdən hazırlanmış, iki
ədəd də sürmədən hazırlanmış eninə deşikləri olan muncuq, iki ədəd
pstadan, iki ədəd ağ mərmərdən hazırlanmış muncuq, uzərində üfüqi
və şaquli yapma bəzəkləri olan boz və çəhrayı gilli qab fraqmentləri
tapıldı.
62
Bəhlul İbrahimov
3N-li sərdabənin qurbangahı (3A) qəbirdən cənub-qərb tərəfdə
yerləşir. Örtük daşları saxlanmamışdır, dördbucaqlı plandadır, ölçüləri
1,3x0,95 m, dərinliyi 0,55 m-dir. Qurbangahın içərisi 6 sm qalınlığın-
da, dikinə qoyulmuş sal daşla iki hissəyə bölünmüşdür. Eni 0,48 m
olan cənub yarısında səkkiz gil qab aşkar edildi. Bu qablardan çəhrayı
gilli ikisindən biri, sixilmiş şar gövdəli, ağzının kənarı xaricə açılan,
lüləsinin ucu aşağı əyilmiş vəziyyətdə, ağzının lülə ilə qarşı tərəfində
qulp əvəzi yapması olan, düz oturacaqlı, oturacağında deşiyi olan
çaynik tipli qab, ikincisi isə içi boş konusvarı oturacağı olan üstü düz
altlıq idi. Qurbangahda çoxluq təşkil edən boz gilli aıtı qabdan biri,
çaynik tipli, ikincisi kiçik həcmli qab, üçüncüsü, yarımşar formalı qab,
dördüncüsü, dəyirmi divarlı, bir tərəfində şaquli deşikli yapması olan
dərin kasa, altıncısı isə dəyirmi divarlı boşqab idi.
Qurbangahın eni 0,73 m olan şimal yarısında boz, sarı və çəhrayı
gilli 14 ədəd gil qab aşkar edildi. Sarı gilli qablar bir ədəd geniş ağızlı,
ağzının kənarı xaricə açılan, çərtmə naxışlı çölmək tipli qab və ağzına
yaxın deşiyi olan boşqabdan; çəhrayı gilli qablar, bir ədəd çiyin hissə-
sində çərtmə naxışları olan çatnik tipli qabdan, bir ədəd içi boş konus-
varı oturacaqlı üstü düz altlıqdan, bir ədəd dar boğazlı, üzərində
çərtmə naxışları olan çölmək tipli qabdan, bir ədəd armudvari gövdəli,
dar boğazlı küpədən, bir ədəd düz divarlı, ağzının kənarı xaricə açılan
qabdan; boz gilli qablar isə beş ədəd müxtəlif ölçülü boşqabdan ibarət
idi. Gil qablardan başqa qurbangahdan bir ədəd tunc sırğa və bir ədəd
yumru əqiq muncuq aşkar edildi. Böyük ehtimalla metal əşyaların
qurbangaha sonradan- yaxınlıqdakı qəbirlər dağıdəlarkən düşdüyünü
söyləmək olar.
4N-li sərdabə nekropolun ən böyük sərdabələrindən biridir. Ətrafı-
na dördbucaqlı planda (4,0x5,0 m) daş döşənmişdir. Örtük daşları sax-
lanmamışdır. Qəbrin dördbucaqlı kamerasının ölçüləri 2,55x1,9-1,3
m, dərinliyi 0,85 m-dir. Qəbrin divarları müxtəlif ölçülü daşlarla
işlənmişdir. Qərb divarının ortasında uzunluğu 0,6 m, eni 0,35 m, də-
rinliyi isə 0,55 m olan giriş yolu qurulmuşdur. Giriş yolunu bağlayan
sal daş aşkar edilmədi. Qəbrin kamerası dikinə qoyulmuş sal daşlarla
iki hissəyə bölünmüşdür. Hər iki hissədə kameraya dolmuş torpağın
içərisindən və döşəmədən skelet sümüklərinin qalıqları, keramika və
bəzək əşyaları tapılırdı. Qərb hissədə ağzı nisbətən dar və kənara aşı-
lan, qırmızı gilli, içərisində bişməmiş gildən 3 ədəd qoyun fiquru
Muncuqlutəpə nekropolu
63
(9,0x3,-4,0 sm) tapılan çölmək tipli qab, bir neçə ədəd çəhrayı və boz
gilli qab, dördbucaqlı formada, ortasının çuxur yerində kəsişən xət-
lərlə cızma naxışlı və hər iki tərəfində deşikləri olan bir əşya(ehtimal
ki, amuletdir), diametri 2,6-2,3 sm olan tunc üzük, baş tərəfi həlqəvari
formada əyilmiş baş sancağı, asma bəzək, balıqqulağından, tuncdan,
əqiqdən və daşdan hazırlanmış muncuqlar aşkar edildi. Qəbrin giriş
yolundan da gil qab fraqmentləri tapıldı.
4N-li sərdabənin qurbangahı (4A) dörbucaqlı planda olub ölçüləri
0,82x0,87 m, dərinliyi 0,62 m-dir. Qurbangah qəbrin qərb tərəfində
yerləşmişdir, içərisindən bəziləri bir-birinin içərisində olan çəhrayı
gilli qablar tapıldı. Onlardan ikisi konusvari oturacaqlı, şar gövdəli,
tək qulplu bokal tipli qab, biri çəkmə formalı qab, ağzının bir tərəfində
məməciyə oxşar deşikli çıxıntısı olan və bəzilərinin ağzının kənarına
hər iki tərəfdən boya ilə zolaq çəkilmiş 15 ədəd boşqab, biri hər iki tə-
rəfdən məməcikli yapması olan boşqab, biri konusvari oturacaqlı qab
fraqmenti, ikisi ayaqları insan ayağına oxşadılmış üstü düz üçayaq,
biri açıq lüləli, ağzının kənarı azca xaricə açılan, lülənin əks tərəfində
qulp əvəzi çıxıntısı olan çaynik tipli qab, geniş ağızlı, bəzilərinin otu-
racağında deşik olan çölməklər, biri dar boğazlı küpə, biri dörd ədəd
qısa, düz ayaqları olan, profildən kök qoyuna oxşayan, oval formalı,
kiçik həcmli zoomorf qab, biri boz gilli, yastı oturacaqlı qab idi. Bun-
lardan başqa qurbangahdan tunc qolbaqlar, əqiq muncuqlu, həlqə for-
masında üzük, tunc zəncir fraqmentləri, muncuq düzümlü sırğalar,
yastı dəmir əşya fraqmentləri, dəvəgözü daşı qəlpələri və müxtəlif
muncuqlar aşkar edildi.
4N-li sərdabənin daha iki (4B,4C), dairəvi planda qurbangahı var-
dır ki, onlardan biri 4A qubangahına şimal tərəfdən, digəri isə cənub
tərəfdən bitişik işlənmişdir. Onların forması və yerləşməsi qurbangah
olduqlarını, kameralarında aşkar edilmiş avadanlıq isə onlardan son-
radan qəbir kimi istifadə olunduğunu göstərir.
4B qurbangahının diametri 1,5 m, dərinliyi 0,62 m olub, üstü sal
daşlarla örtülmüşdü. Divarlarının aşağı hissəsi şaquli qoyulmuş iri
həcmli daşlarla, yuxarı hissəsi isə üfüqi düzülmüş daşlarla işlənmişdi.
Qarət olunmuş və dağıdılmışdı. Belə ki, kameraya dolmuş torpaqın
içərisindən osteoloji qalıqlar, üzərində düyməyə oxşar yapma bəzəklə-
ri olan çölməklər, altlıqlar, çaynik tipli qabların lülə hissələri, çəkmə
formasında, boğaz hissəsində düyməyə oxşar yapma bəzəkləri olan
Dostları ilə paylaş: |