MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
1   2   3   4   5   6   7

64 

Bəhlul İbrahimov 

 

qab, əqiq muncuqlu tunc həlqə, profildən armudvari tunc asma bəzək, 



3  ədəd  tunc  həlqə,  tunc  düymələr,  tuncdan  hazırlanmış  zəncir  fraq-

mentləri və müxtəlif muncuqlar aşkar edildi. 

4C  qurbangahının  diametri  1,45  m,  dərinliyi  0,92  m-dir.  Bu  qur-

bangahdan 4A qurbangahından əldə edilən materiallara oxşar gil qab-

lar, tunc əşyalar, muncuqlarla birlikdə dəmir əşya fraqmentləri də ta-

pıldı. 


5N-li  sərdabə  şərq-qərb  istiqamətində  olub,  uzunluğu  1,6  m,  eni 

0,7  m,  dərinliyi  0,8  m-dir.  Sərdabənin  şərq  tərəfində  salamat  qalmış 

örtük  daşları  ensiz,  uzun  sal  daşlardan  ibarət  idi.  Qəbrin  şimal  diva-

rının üst hissəsi və ətrafına döşənmiş daşlar, qərb divarının üst hissəsi 

və  giriş  yolu  dağıdılmışdır.  Qarət  olunduğundan  qəbrə  qoyulmuş  gil 

qabların  çoxu  fraqmentlər  halında  tapılırdı.  Qəbirdə  çəhrayı  gilli 

qablar çoxluq təşkil edirdi. Gil qablar içərisində üçayaq aitlıqlar, çay-

nik tipli qabların fraqmentləri, bir ədəd burnu qatlanmış, üzərində ciz-

ma və  yapma naxışları olan çəkmə formasında qab diqqəti cəlb edir. 

Keramikadan başqa qəbirdən tunc qolbaq, ilgəkli düymə, əqiq, balıq-

qulağı və mərmərdən hazırlanmış muncuqlar aşkar edildi. 

5N-li  sərdabənin  qürbangahı  (5A)  qəbrin  qərb  tərəfində  yerləşir, 

qarət olunmuşdur. 

6N-li  sərdabənin  örtük  daşlarının  bir  hissəsi  salamat  qalmışdır, 

ətrafına daş döşənmişdir. Dördbucaqlı plandadır, uzunluğu 2,5 m, eni 

1,3  m,  dərinliyi  0,9  m-dir.  Qərb  divarında  üstü  sal  daşla  örtülü  giriş 

yolu vardır. Qəbir öz vaxtında qarət olunmuş və sonrskı dövrlərdə bir 

neçə  dəfə  dağıntıya  məruz  qalmışdır.  Belə  ki,  qəbrə  dolmuş  torpağın 

içərisindən skelet sümüklərinin qalıqları, gil qab fraqmentləri və müx-

təlif  bəzək  əşyaları  aşkar  edildi.  Gil  qablar  içərisində  boşqablar,  çöl-

məklər,  çaynik tipli qablar,  bokal  və  küp fraqmentləri var  idi.  Bəzək 

əşyaları  tunc  qolbaqdan,  baş  sancaqlarından,  düymələrdən,  sırğalar-

dan, əqiq, mərmər, balıqqulağı və pastadan hazırlanmış muncuqlardan 

ibarət idi. 

6N-li  sərdabənin  qurbangahı  (6A)  qəbrin  cənub-qərb  tərəfindədir. 

Ölçüləri 1,2 x 0,97 m, dərinliyi 0,5 m-dir. Qurbangahdan 6 ədəd qara-

boz gilli, 7 ədəd isə çəhrayı gilli qab aşkar edildi. Qabların ikisi kame-

ranın  ortasına  qoyulmuş,  qalanları  isə  divarların  yanına  düzülmüşdü. 

Üç kiçik qab böyük qazanın içərisinə qoyulmuşdu. Gil qablar əsasən 

çanaq, çölmək, boşqab, qazan və kiçik həcmli qablardan ibarət idi. 




Muncuqlutəpə nekropolu                                                                                                     

65

 



 

8  N-li  sərdabə.  Dördbucaqlı  plandadır,  ətrafına  daş  döşənmişdir. 

Örtük daşlarının bir hissəsi saxlanmışdır. Ölçüləri 1,7 x 1,7 m, dərin-

liyi  0,8  m-dir.  Şimal-şərq  divarında  uzunluğu  0,9  m,  dərinliyi  0,6  m 

olan giriş yolu vardır. Giriş yolu 0,65 x 0,5 m ölçülərində daş plitə ilə 

örtülmüşdür. Qəbrin içərisinə dolmuş torpaqdan böyüklərə və uşaqlara 

məxsus  skeletlərin  dağıdılmış  qalıqları,  keramika  və  bəzək  əşyaları 

aşkar edildi. Gil qablar çanaq, çölmək altlıq və boşqab fraqmentlərin-

dən, bəzək əşyaları tuncdan hazırlanmış ilan başlı qolbaqlardan, tunc 

üzüklərdən,  tunc  sırğalardan,  baş  sancaqlarından,  müxtəlif  formalı 

düymələrdən,  dəmirdən bıçaq  fraqmentlərindən  və  müxtəlif muncuq-

lardan ibarət idi. Muncuqlar əsasən əqiqdən, balıqqulağından, mərmər 

daşdan, şüşəyə bənzər mavi rəngli maddədən və tuncdan hazırlanmış-

dır. Onların içərisində çəki daşı formasında urartu tipli möhür diqqəti 

cəlb  edir.  Qəbirdən  yuxarıdakılardan  başqa  aşıq  sümükləri  və  dəvə-

gözü daşının qəlpələri də tapılırdı. 

8N-li  sərdabənin  qurbangahı  (8A)  sərdabəyə  şərq  tərəfdən  bitişik 

işlənmişdir. Örtük daşları saxlanmamışdır, təqribən kvadrat formasın-

dadır. Divarları 4-5 qat dağ daşları ilə işlənmişdir. Öz vaxtında qarət 

olunmuş və sonrakı dövrlərdə dağıntiya məruz qalmışdır. Belə ki, ka-

meranın qərb hissəsində, 28-30 sm dərinlikdə insan skeletinin qalıqla-

rına,  qara  gilli,  qulplu  qabın  qiriqlarına,  tuncdan  hazırlanmış,  iki  qa-

nadlı,  saplaqlı  ox  ucluğu,  qara  gilli  kupə,  qırmızı  gilli  qab  fraqment-

ləri, çəhrayı gilli boşqaba və tuncdan hazırlanmış uşaq qolbağına təsa-

düf edildi. Kameranın mərkəzi hissəsində çəhrayı gilli boşqab, altında 

tunc  əşya  fraqmentləri,  onun  yanında  uşaq  skeleti,  45  sm  dərinlikdə 

isə boyuk və uşaq skeletləri aşkar edildi. Qurbangahdan yuxarıdakılar-

dan başqa tuncdan hazırlanmış biz, həlqə, slrğa, dəmirdən hazırlanmış 

bicaq fraqmentləri, əqiqdən, balıqqulağından və pastadan hazırlanmış 

muncuqlar tapıldı. 

9N-li  sərdabənin  ətrafına  şimaldan  cənuba  3,5  m,  şərqdən  qərbə 

3,7  m  ölçülərində  daş  döşənmişdir.  Qəbrin  örtük  daşlarından  yalnız 

ikisi salamat qalmışdır. Kameranın uzunluğu 1,7 m, eni 1,15 m, dərin-

liyi 0,75  m-dir.  Divarları 5-6 cərgə üfüqi düzülmüş çay daşları ilə iş-

lənmişdir. Şərq tərəfində divarları dikinə qoyulmuş sal daşlardan iba-

rət olan, uzunluğu 1,0 m, eni 0,6 m giriş yolu vardır. Sərdabənin qərb 

tərəfində örtük daşlarından  ikisi  salamat  qalmışdır. Qəbir  qarət  olun-

muş  və  dağıdılmışdır.  Kameranın  mərkəzi  hissəsində  insan  skeletinə 




66 

Bəhlul İbrahimov 

 

məxsus  sümüklər  (32  ədəd  bazu  və  bud  sümükləri)  nizamsız  şəkildə 



tökülmüşdü. Avadanlıq ən çox giriş  yolunun qarşısında tapılırdı. Bu-

rada çəhrayı gilli, stəkana oxşar qab, şar gövdəli, ilgəkvari qulplu qab, 

muxtəlif ölçülü boşqablar, iki ədəd üçayaqlı və bir ədəd silindrik otu-

racaqlı altlıq, uzun boğazlı, üzərində üç yumru və bir ədəd şaquli yer-

ləşmiş yapması olan küpə, çaynik tipli qabın lüləsi və boz gilli süzgəc 

fraqmentləri,  geniş  ağızlı  çolmək  fraqmenti  aşkar  edildi.  Bunlardan 

başqa  qəbirdən  tunc  həlqə,  qolbaq,  asma  bəzək,  zəncir,  xəncər  fraq-

mentləri, gümüş üzük,  əqiqdən, balıqqulağından və  müxtəlif mineral-

lardan hazırlanmış muncuqlar tapıldı. 

9N-li sərdabənin qurbangahı (9A) qəbrin ətrafına döşənmiş daşlara 

şimal-şərq tərəfdən bitişik işlənmişdir. Ətrafına 2,8x1,4 m daş döşən-

mişdir. Örtük daşları saxlanmamışdır. Qurbangahın kamerasının uzun-

luğu  1,05x0,85  m,  eni  0,68x0,65  m,  dərinliyi  0,4  m-dir.  Kamerada 

çəhrayı  gilli  bir  ədəd  tək  qulplu  qab,  boşqablar,  oturacağında  deşiyi 

olan  çölməyin  alt  hissəsi,  silindrik  oturacaqlı  altlığın  fraqmentləri, 

tuncdan hazırlanmış üzük və qolbaq fraqmentləri aşkar edildi. 

10N-li sərdabənin ətrafına 3,8x3,6 m daş döşənmişdir. Örtük daş-

larından 6 ədədi saxlanmışdır. Qəbrin uzunluğu 2,7 m, eni 1,15 m, də-

rinliyi  0,9  m-dir.  Qarət  olunmuş  və  dağıdılmışdır.  Kameraya  dolmuş 

torpağın  içərisindən  sumuk  qalıqları  və  avadanlıq  aşkar  edilirdi.  Qə-

birdən bir ədəd sarı gilli suddan biçimli qab, çəhrayı gilli, düz boğazlı, 

kiçik həcmli qab, iki qulplu, şar gövdəli qab, boz və çəhrayı gilli qab 

fraqmentləri,  tuncdan  qolbağ  fraqmentləri,  əqiq  muncuqlu  sırğa,  gü-

müş  üzük,  əqiq,  balıqqulağı  və  müxtəlif  minerallardan  hazırlanmış 

muncuqlar tapıldı. 

10N-li  sərdabənin  qurbangahı  (10A)  qəbrə  qərb  tərəfdən  bitişik 

işlənmiş,  ətrafına  2,4x1,8m  daş  döşənmişdir.  Kameranın  uzunluğu 

1,7m, eni 1,13 m, dərinliyi 0,55 m-dir. Örtük daşlarından üçü saxlan-

mışdır,  onlardan  ikisinin  bir  tərəfi  qəbrin  içərisinə  düşmüşdür,  biri 

yerindədir. Kameranın divarları üfüqi düzülmüş daşlarla 5-6 qat işlən-

mişdir. Qarət olunmuş və dağıdılmışdır. Avadanlıq müxtəlif dərinlik-

də torpağa qarışmış şəkildə tapılır. Gil qabların böyük əksəriyyəti qa-

ra-boz  gilli,  bir  qismi  isə  çəhrayı  gillidir.  Qurbangahdan  konusvari 

oturacaqlı, divarında iki deşiyi olan vaza, bir ədəd dərin, bir ədəd da-

yaz boşqab, dabanlı oturacağa  malik bokal, bir ədəd üzərində çərtmə 

naxışları olan şar gövdəli çölmək, dar boğazlı küpələr, üç çaynik tipli 




Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə