MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
1   2   3   4   5   6   7

Muncuqlutəpə nekropolu                                                                                                     

67

 



 

qabdan fraqmentlər, çəhrayı gilli, şar gövdəli, iki qulplu qab, üzərində 

dalğalı  və  düz  xətlərlə  naxışları  olan  dar  boğazlı  küpə,  tunc  qolbaq 

fraqmentləri və əqiq muncuqlu tunc sırğa aşkar edildi. 

11N-li sərdabənin ətrafına 4,2x3,8  m daş döşənmişdir. Qəbrin ör-

tük  daşlarından  ikisi  saxlanmış,  lakin  hər  ikisi  ortadan  qırılmış  və 

qəbrin içərisinə tərəf əyilmişdir. Sərdabənin kamerasının uzunluğu 1,9 

m, eni 1,2 m, dərinliyi isə 1,3 m-dir. Kamera üfüqi qoyulmuş daşlarla 

6-7 qat işlənmişdir. Qarət olunmuş və dağıdılmışdır, lakin kameradan 

müxtəlif  dərinlikdə  skeletlərin  aşkar  olunması  birinci  dəfə  dağıntıya 

məruz  qaldıqdan  sonra  qəbirdən  təkrar  istifadə  olunduğunu  göstərir. 

0,6  m  dərinlikdə  iki  skelet  aşkar  edildi.  Onlardan  biri  yarımbükülü 

vəziyyətdə,  başı şərq istiqamətində,  üzü  şimala tərəf dəfn edilmişdir. 

Skeletin yuxarı hissəsi iki sal daşın üzərindədir. İkinci skeletdən kəllə 

sümüyünün  bir  hissəsi,  çanaq  sümükləri,  aşağı  və  yuxarı  ətrafın  lülə 

sümükləri saxlanmışdır. Skeletlərlə bir səviyyədə avadanlıq tapılmadı. 

Bu skeletlərdən 15-20 sm dərində bir-birinə qarışmış insan sümükləri 

aşkar  edildi.  Kameraya  dolmuş  torpağın  içərisindən  çoxlu  miqdarda 

gil  qab  fraqmentləri,  şimal-şərq  küncündə  çəhrayı  gilli,  şar  gövdəli, 

üzün  boğazlı  küpə,  onun  yanında  tunc  sırğa,  tunc  zəncir,  dəmir  əşya 

fraqmentləri və bir neçə ədəd muncuq tapıldı. 

11N-li  sərdabənin  qurbangahı  (11A)  qəbrin  şimal-şərqində  yer-

ləşir. 1,0x0,96 m ölçülərində, 0,6 m dərinliyində olub təqribən kvadrat 

fomasındadır. Üstü dörd ədəd ensiz, uzun sal daşla örtülmüşdür. Ka-

meraya  dolmuş  torpağın  içərisindən  gil  qab  fraqmentləri  və  osteoloji 

qalıqlar bir-birinə qarışmış şəkildə tapılırdı. Görünür qurbangahın ka-

merasından ikinci dəfə qəbir kimi istifadə olunmuşdur. Qurbangahdan 

kəsikdə dairəvi və dördkünc olan tunc qolbaqlar, bəzilərinin üzəri di-

likli,  bəzilərinə  isə  əqiq  muncuq  taxilmiş  tunc  həlqələr,  spiralvari  as-

ma  bəzəklər,  tunc  məftilə düzülmüş sırğalar, ilgəkli düymə, əqiqdən, 

pastadan və sümükdən hazırlanmış muncuqlar aşkar edildi. 

12N-li sərdabənin ətrafına 2,7x2,2 m daş döşənmişdir. Dördbucaq-

lı planda olub uzunluğu 2,0 m, eni 1,6 m, dərinliyi isə 0,8 m-dir. Qəb-

rin örtük daşlarından ikisi salamat qalmışdır. Şərq tərəfdən  uzunluğu 

0,9 m, eni 0,45 m, dərinliyi isə 0,35 m-dir, içərisi daşla doldurulmuş-

dur. Qarət olunmuş və dağıdılmışdır. Kameranın içərisində, 20-30 sm 

dərinlikdə çoxlu gil qab qırıqları, 45 sm dərinlikdə isə insan skeletinin 

qalıqları aşkar edilirdi. 12N-li sərdabədən çəhrayı gilli qab fraqment-




68 

Bəhlul İbrahimov 

 

ləri, bütün boşqab və  bir ədəd şişman  gövdəli,  ağzının kənarında de-



şikli yapması olan qab tapıldı. Keramikadan başqa qəbirdən tunc qol-

baq, sırğa və tunc məftil fraqmentləri,  yarımşar formalı, diametri 0,6 

sm, arxasında tunc məftillə kənarları diaqonal şəkildə birləşən 17 ədəd 

tunc düymə, 74 ədəd əqiq, iki ədəd mərmərdən dqrdbucaqlı formada, 

üzərində cızma üsulu ilə konsentrik dairələr olan və 199 ədəd balıqqu-

lağı və pastadan muncuqlar aşkar edildi. 

12N-li sərdabənin qurbangahı (12A) qəbirdən şərq tərəfdə yerləşir, 

ətrafına 2,3x1,4 m daş döşənmişdir. Qurbangahın uzunluğu 1,5 m, eni 

1,0  m,  dərinliyi  isə  0,5  m-dir.  Örtük  daşlarından  salamat  qalmış  biri 

sınmış və kameranın içərisinə düşmüşdür. Qurbangahdan üç ədəd tunc 

qolbaq fraqmentləri, tunc məftil qırıqları, bir neçə əqiq və balıqqulağı 

muncuqlar aşkar edildi. 

13N-li sərdabənin ətrafına 3,9x3,3 m daş döşənmişdir. Örtük daş-

ları saxlanmamışdır, uzunluğu 1,8 m, eni 1,2 m, dərinliyi isə 1,29 m 

idi. Qəbrin şərq divarının cənub tərəfində uzunluğu 0,9 m, eni 0,6 m, 

dərinliyi  0,8  m  olan  giriş  yolu  vardır.  Divarları  7-8  qat  daşla  hörül-

müşdür.  Qəbir  qarət  olunmuş  və  dağıdılmışdır.  Kamerada  torpağın 

içərisindən  iki  skeletin kəllə  sümükləri.  ətraf sümükləri,  keramika  və 

bəzək əşyaları aşkar edildi. Gil qablar içərisində bir ədəd dar boğazlı, 

ağzı xaricə açılan küpə, bir ədəd şar gövdəli, tək qulplu küpə, bir ədəd 

ağzı azca kənara açılan, şar gövdəli çölmək və boşqab, bokal və altlıq 

fraqmentləri diqqəti cəlb edir. Qəbirdə gil qablarla yanaşı 580 və 530 

qr-lıq,  üzərində  şam  budağına  bənzər  ornamenti  olan  qolbaqlar,  bir 

ədəd bütün tökmə üsulu ilə hazırlanmış, baş tərəfi həlqəvarı olan yastı 

dəstəkli xəncər, bir tərəfində ilgəyi olan çəki daşı, çəkisi 76,2 qr olan 

cam,  beş  ədəd  tunc  qolbaq,  üstündə  zəncir  fraqmentləri  qalmış  baş 

sancaqları,  iki  tunc  sırğa  fraqmentləri,  yarımşar  formalı,  diametri 

0,7sm, arxasında ilgəyi olan iki düymə, 7 ədəd tuncdan, bir ədəd sür-

mədən  (18,3  qr)  və  müxtəlif  minerallardan  hazırlanmış  muncuqlar 

aşkar edildi. 

13N-li  sərdabənin  qurbangahı  (13A)  qəbrin  şimal-şərq  tərəfində, 

giriş yolunun qarşısında yerləşir. Uzunluğu 1,3 m, eni 1,0 m, dərinliyi 

isə 0,6 m-dir. Örtük daşlarından biri salamat qalmışdır. Qurbangahdan 

gil qab fraqmentləri və bir neçə ədəd muncuq tapıldı. 

14N-li sərdabənin ətrafına 2,9x2,9 m daş döşənmişdir. Örtük daş-

ları  saxlanmamışdır.  Qarət  olunmuş  və  dağıdılmışdır.  Kameradan 




Muncuqlutəpə nekropolu                                                                                                     

69

 



 

müxtəlif  dərinlikdə  torpağa  qarışmış  şəkildə  keramika  və  bəzək  əş-

yaları tapılırdı. Gil qablar bir ədəd çəhrayı gilli, deşikli yapma bəzəyi 

olan qab, bir ədəd yoğun qulplu kasa, bir ədəd düz divarlı duz qabın-

dan ibarət idi. Gil qablarla yanaşı qırağı didikli, üzəri naxışlı və arxa-

sında ilgəkli tunc düymə, daha bir ədəd ilgəkli sadə düymə, bir ədəd 

arxasında kənarları ilgək əvəzi düz məftillə birləşən düymə, eni 0,8 sm 

olan  yastı  tunc  təbəqədən  hazırlanmış  üzük,  qolbaq  və  zəncir  fraq-

mentləri,  2  ədəd  tuncdan  hazırlanmış,  51  ədəd  əqiq,  38  ədəd  balıq-

qulağı və 22 ədəd qara rəngli mineraldan hazırlanmış muncuqlar aşkar 

edildi. 

14N-li  sərdabənin  qurbangahı  (14A)  qəbrin  cənub-qərb  tərəfində-

dir.  Uzunluğu  1,05  m,  eni  0,85  m,  dərinliyi  0,7  m-dir.  Örtük  daşları 

saxlanmamışdır. Qurbangahdan çəhrayı və boz gilli qab fraqmentləri, 

tunc əşya qalıqları və bir neçə muncuq aşkar edildi. 

15N-li  sərdabənin  ölçüləri  2,95-2,80x1,50x1,15m,  dərinliyi  0,75 

m-dir.  Örtük  daşlarından  üçü  saxlanmışdır.  Qarət  olunmuşdur.  Qəbrə 

dolmuş  torpağın  içərisindən  bir  ədəd  çəhrayı  gilli,  şar  govdəli,  tək 

qulplu  qab,  bir  ədəd  çömçə  formasında  qab,  müxtəlif  gil  qab  fraq-

mentləri, tunc üzük, tunc düymə, 10 ədəd əqiq, 11 ədəd balıqqulağı və 

çoxlu ağ rəngli kiçik muncuqlar aşkar edildi. 

15N-li  sərdabənin  qurbangahınin  (15A)  uzunluğu  0,85  m,  eni 

0,65m,  dərinliyi  0,5  m-dir,  sərdabənin  qərb  tərəfində  yerləşir.  Örtük 

daşlarından  ikisi  saxlanmışdır.  Divarları  dikinə  qoyulmuş  daşlardan 

qurulmuşdur.  Qurbangahdan  çəhrayı  gilli,  dəyirmi  gövdəli,  geniş 

ağızlı,  oturacağlnda  1,5  sm  diametrində  deşiyi  olan  çölmək,  4  ədəd 

oval  və  düz  divarlı  boşqab,  silindrik  ayaqlı  dərin  vaza,  şar  gövdəli, 

uzun boğazlı tək qulplu küpə, silindrik formalı vazanın oturacaq  his-

səsi, tək qulplu, şar gövdəli, ağzı xaricə açılan küp və tək qulplu qabın 

fraqmentləri aşkar edildi. 

16N-li sərdabənin ətrafına daş döşənmişdir, örtük daşlarından üçü 

salamat qalmışdır. Qəbir ən azı iki dəfə qarət olunmuşdur. İkinci qarət 

çox sonralar (ola bilsin ki, orta əsrlər dövründə) baş verdiyindən ölülə-

rin  anatomik  vəziyyəti  pozulmuş,  sümüklər  və  avadanlıq  torpağa 

qarışmışdır. Qəbrin uzunluğu 1,7  m, eni 1,45 m, dərinliyi isə 1,0  m-

dir.  Divarları  7-8  qat  daşla  hörülmüşdür.  Qəbirdən  çəhrayı  gilli,  boz 

gilli  və  bəzilərinin  də  üzərində  qırmızı  boya  ilə  zolaqları  olan  cəmi 



Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə