MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
1   2   3   4   5   6   7

70 

Bəhlul İbrahimov 

 

208 gil qab fraqmenti, 32 ədəd əqiqdən, 49 ədəd balıqqulağından ha-



zırlanmış muncuqlar və dəvəgözü daşının qəlpələri aşkar edildi. 

17N-li sərdabənin ətrafına 3,9x2,8 m daş döşənmişdir. Örtük daş-

ları  saxlanmamışdır,  uzunluğu  1,6  m,  eni  1,3  m,  dərinliyi  1,1  m-dir. 

Cənub divarının şərq tərəfində uzunluğu 0,5 m, eni 0,45 m, dərinliyi 

isə  0,5  m  olan  giriş  yolu  vardır.  Qarət  olunmuş  və  dağıdılmışdır. 

Qəbirdən  müxtəlif  gil  qab  fraqmentləri,  ucları  birləşməyən  iki  tunc 

qolbaq,  tunc  məftildən  hazırlanmış  sırğa,  3,3  sm  diametrində  ilgəkli 

düymə, tunc məftil fraqmentləri və bir neçə muncuq aşkar edildi. 

17N-li sərdabənin qurbangahı (17A) qəbrin giriş yolunun qarşısın-

da yerləşir, ətrafına 2,0x1,9 m daş döşənmişdir. Örtük daşları saxlan-

mamışdır. Kvadrat formasındadır (1,0x1,0m), dərinliyi 0,7 m-dir. Qur-

bangahdan  oval formalı boşqab, tək qulplu. Şar gövdəli, silindrik bo-

ğazlı küpə, şar gövdəli, tək qulplu küpə, silindrik oturacaqlı dərin va-

za, boz gilli və oval formalı, deşikli yapması olan boşqab aşkar edildi. 

18N-li  sərdabə  dördbucaqlı  formadadır  (1,6x1,5  m),  dərinliyi 

1,15m-dir, cənub-şərq küncündə kvadrat formalı (0,5x0,5 m), dərinliyi 

0,6 m olan giriş yolu vardır. Örtük daşları saxlanmamışdır, qəbir qarət 

olunmuşdur. Kameraya dolmuş torpağın içərisindən 128 ədəd çəhrayı 

və boz gilli qab fraqmentləri, dəvəgözü daşı fraqmentləri, tunc məftil 

qırıqları və bir neçə muncuq aşkar edildi. 

18N-li  sərdabənin  qurbangahınin  ətrafına  (18A)  1,7x1,4  m  daş 

döşənmişdir, kamerasının uzunluğu 1,0 m, eni 0,9 m, dərinliyi isə 0,85 

sm-dir,  şimal  divarı  5  qat  üfüqi  düzülmüş  daşlarla,  qalan  divarları 

dikinə qoyulmuş sal daşlarla işlənmişdir. Qurbangahdan bir ədəd üstü 

duz,  alçaq  divarlı  üçayaqlı  altlıq,  alçaq  dabanlı,  yarımsferik  gövdəli, 

yapma  bəzəyi  olan  vaza,  tək  qulplu,  şar  gövdəli,  silindrik  formalı 

oturacağının  aşağısı  genişlənən  bokal,  dəyirmi  gövdəli,  ağzı  xaricə 

açılan  küpə,  dar  boğazlı,  şar  gövdəli  küpə,  çaynik  tipli  qab,  iki  ədəd 

hundur,  silindrik  formalı  oturacağı  olan  vaza,  silindrik  oturacaqlı 

dayaz vaza, iki boşqab, geniş ağızlı, oturacağında 1,5 sm diametrində 

deşiyi  olan  çölmək,  iki  ədəd  yarımşar  formalı  boşqab,  bir  ədəd  oval 

govdəli,  kiçik  həcmli  qab,  düz  divarlı  qabın  fraqmenti  və  uzunluğu 

12sm olan tunc sancaq aşkar edildi. 

19N-li  sərdabə  şərq-qərb  istiqamətində  olub  uzunluğu  1,9  m,  eni 

1,35-1,45  m,  dərinliyi  isə  0,85  m-dir.  Şərq  divarının  ortasında  0,4  m 

enində  qapı  yeri  qoyulmuş,  onun  qarşısında  isə  0,8  m  uzunluğu  və 




Muncuqlutəpə nekropolu                                                                                                     

71

 



 

0,55  m  dərinliyi  olan  giriş  yolu  işlənmişdir.  Örtük  daşları  saxlanma-

mışdır. Qəbir qarət olunmuş və dağıdılmışdır. Kameraya dolmuş tor-

pağın içərisindən muxtəlif gil qab fraqmentləri, aşıq sumuyu, əqiqdən 

hazırlanmış 108 ədəd və sürmədən hazırlanmış 5 ədəd muncuq və də-

vəgözü daşının qəlpələri aşkar edildi. 

19N-li  sərdabənin  qurbangahı  (19A)  sərdabənin  şərq  tərəfindədir. 

Uzunluğu 1,2 m, eni 1,0 m, dərinliyi 0,7 m-dir. Örtük daşlarından ikisi 

saxlanmışdır. Qurbangahda bir ədəd boşqab, bir ədəd şar gövdəli, tək 

qulplu bokal, 94 ədəd müxtəlif qab fraqmentləri, iki ədəd tunc bilərzik 

və üç ədəd tunc üzük aşkar edildi. 

20N-li sərdabə dördbucaqlı olanda olub uzunluğu 2,6 m, eni 1,5m, 

dərinliyi  0,95  m-dir.  Sərdabənin  şimal-qərb  divarında  0,5  m  enində 

qapı  yeri  qoyulmuşdur.  Qapı  yerinin  qarşısında  yerləşən  giriş  yolu 

dağıdılmışdır. Qəbrin örtük daşları  yoxdur, qarət olunmuşdur. Kame-

raya dolmuş torpağın içərisindən 194 ədəd gil qab fraqmenti, bir ədəd 

boz  gilli,  şar  gövdəli,  ağzı  azca  kənara  açılmış  və  çiyin  hissəsində 

parallel cızma xətlər  olan qab, üç ədəd tunc qolbaq, tunc üzük,  nazik 

tunc məftil fraqmentləri, 3 ədəd tuncdan hazırlanmış, 108 ədəd əqiq-

dən  hazırlanmış,  3  ədəd  travertindən  hazırlanmış  və  balıqqulağından 

hazırlanmış muncuqlar aşkar edildi. 

20N-li  sərdabənin  qurbangahı  (20A)  dördbucaqlı  plkanda  olub 

uzunluğu 1,3 m, eni 0,8 m, dərinliyi 0,6 m-dir, sərdabədən 0,5 m ara-

lıda  yerləşir.  Örtük  daşları  saxlanmamışdır.  Üstdən  çəhrayı  gilli  (36 

ədəd) və boz gilli (24ədəd) qab fraqmentləri aşkar edilirdi. Qurbanga-

hın kamerasından 10 ədəd bütün qab və 54 fraqmeht aşkar edildi. 

21N-li  sərdabə  dördbucaqlı  planda  olub  uzunluğu  2,98  m,  eni 

1,46m, dərinliyi isə 0,6  m-dir. Şimal-qərb  hissəsində  divarının bir tə-

rəfi dağıdılmışdır. Örtük daşları yoxdur. Kameradan müxtəlif dərinlik-

də, torpağın içərisindən sümük qalıqları, çəhrayı və boz rəngli gil qab 

fraqmentləri, tunc qolbaq, tunc üzük, 11 sm uzunluğu olan tunc san-

caq, tuncdan hazırlanmış yastı dairəvi formalı, yanları haşıyəli, ilgəkli 

asma bəzək və müxtəlif muncuqlar aşkar edildi. 

22N-li sərdabə dördbucaqlı planda olub uzunluğu 1,9 m, eni 1,5m, 

dərinliyi 1,0 m-dir. Örtük daşlarından üçü saxlanmışdır. Şərq divarın-

da  0,95x0,6  m  ölçülərində  üstü  sal  daşla  örtülmüş  giriş  yolu  vardır. 

Kameranın  içərisindən  0,7  m  dərinlikdə  yeddi  skeletin  qalıqları  və 

0,9m  dərinlikdə,  qapıdan  qərb  tərəfdə  bir  toxunulmamış  skelet  aşkar 




Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə