MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
1   2   3   4   5   6   7

Muncuqlutəpə nekropolu                                                                                                     

75

 



 

dur.  Muxtəlif  dərinlikdə  skelet  sümüklərinin  qalıqları,  gil  qab  fraq-

mentləri, iki ədəd tunc qolbaq, 13 ədəd arxasında ilgəyi olan tunc düy-

mə, 55 ədəd əqiq, 7 ədəd şüşəyə  oxşar, 1 ədəd travertindən, 10 ədəd 

balıqqulağından  və  1  ədəd  sümükdən  hazırlanmış  muncuq  aşkar 

edildi. 


28N-li sərdabənin iki qurbangahı vardır. Hər iki qurbangah sərda-

bədən şərq tərəfdə yerləşir. 

28A-li qurbangahının uzunluğu 1,75m, eni 1,35m, dərinliyi 0,6m-

dir. Divarları dikinə qoyulmuş sal daşlardan qurulmuşdur. Qurbangah-

dan bir ədəd çəhrayı gilli, oturacağında 1,5 sm diametrində deşiyi olan 

çölmək, qalın divarlı, tək qulplu kasa, boz gilli boşqab və tək qulplu, 

ağzının kənarı içəriyə tərəf əyilmiş kasa aşkar edildi. 

28B-li  qurbangahın  1,15m  uzunluğunda  şərq  divarı  və  0,75m 

uzunluğunda  cənub  divarı  salamat  qalmışdır,  dərinliyi  0,7m-dir.  Qur-

bangahdan boz gilli boşqab, 21 ədəd boz gilli, 9 ədəd çəhrayı gilli qab 

fraqmentləri, iki ədəd tunc düymə, 2 ədəd əqiq, 4 ədəd şüşəyə oxşar, 

21 ədəd balıqqulağından və bir ədəd travertindən hazırlanmış muncuq 

aşkar edildi. 

29N-li sərdabənin şərq və qərb divarlarının uzunluğu 1,6 m, şimal 

divarının uzunluğu 2,1m, cənub divarının uzunluğu 1,84  m, dərinliyi 

isə 1,0  m-dir. Cənub divarı daha  bir  metr  uzanaraq  giriş  yolunun bir 

divarını  təşkil  edir.  Sərdabənin  giriş  yolu  qərb  tərəfdədir,  içərisi  qab 

sınıqları  ilə  dolu  idi.  Qəbrə  tərəf  qapını  əvəz  edən  daş  plitə  yox  idi. 

Sərdabənin şərq və cənub divarları  yanında bəzi skelet sümükləri aş-

kar  edildi.  Sərdabədən  175  ədəd  çəhrayı  gilli,  130  ədəd  boz  gilli,  2 

ədəd sarı gilli və 1 ədəd qəhvəyi gilli qab fraqmenti tapıldı. Gil qablar-

dan bəziləri cızma üsulu ilə, bəziləri isə qırmızı boya ilə naxışlanmış-

dır.  Gil  qablardan  başqa  qəbirdən  tunc  həlqə,  nazik  tunc  məftildən 

hazırlanmış qolbaq, balıqqulağı və əqiq muncuqlar taxılmış tunc sırğa, 

göz muncuğu və bir tərəfində deşiyi olan bütün balıqqulağı muncuqlar 

aşkar edildi. 

29N-li qəbrin qurbangahı (29A) qərb tərəfdə, sərdabənin giriş yo-

lunun qarşısında yerləşir, uzunluğu 1,08m, eni 0,9m, dərinliyi 0,35m-

dir. Qurbangahda bir ədəd tək qulplu, dar boğazlı, kobud hazırlanmış 

qab, çaynik tipli qab fraqmenti, ağzına yaxın iki deşiyi olan və ağzının 

hər iki tərəfinə qırmızı boya çəkilmiş boşqab, 200 ədəd çəhrayı gilli, 

30  ədəd  boz  gilli  qab  fraqmentləri,  nazik  tunc  məftildən  düzəldilmiş 




76 

Bəhlul İbrahimov 

 

qolbaq,  əqiq  muncuqlu  sırğanın  bir  hissəsi,  spiralvari  burulmuş  tunc 



məftil, əqiqdən, balıqqulağından və sürmədən hazırlanmış muncuqlar 

aşkar edildi. 

30N-li sərdabə dördbucaqlı planda olub uzunluğu 1,8m, eni 1,5m, 

dərinliyi  isə  0,95m-dir.  Qərb  divarında  0,66x0,3  m  ölçülərində, 

içərisinə çay daşları doldurulmuş və üstü sal daşla örtülmüş giriş yolu 

vardır. Sərdabənin içərisində hər tərəfdə, xüsüsən də giriş yoluna  ya-

xın insan sümükləri aşkar edilirdi. Avadanlıq müxtəlif dərinlikdə tapı-

lırdı. Qəbirdən boz gilli, ağzının kənarında iki deşiyi olan və deşiklər-

dən  birinin  kənarında  aypara  formalı  relyefik  yapma  bəzəkli  boşqab, 

çəhrayı  gilli,  silindrik  oturacaqlı,  ağzının  kənarında  deşikli  yapması 

olan  vaza,  şar  gövdəli,  ilgəkvari  qulpu  olan  nkiçik  həcmli  qab,  103 

çəhrayı  gilli,  32  boz  gilli  qab  fraqmenti  aşkar  edildi.  Gil  qablardan 

başqa  qəbirdən  5  ədəd  tunc  üzük,  2  ədəd  tunc  bilərzik,  tunc  düymə, 

qolbaq, zəncir fraqmentləri, 37 ədəd əqiq, 5 ədəd balıqqulağı, 2 ədəd 

travertin və 4 ədəd bir tərəfində deşiyi olan butun balıqqulağı muncuq 

tapıldı. 

30N-li  sərdabənin  qurbangahı(30A)  sərdabənin  giriş  yolundan 

0,6m  aralıda  yerləşir.  Örtük  daşları  saxlanmamışdır,  qərb  divarının 

uzunluğu  1,18m,  şərq  divarının  uzunluğu  1,02m,  şimal  və  cənub  di-

varlarının  uzunluğu  0,95m-dir.  Qurbangah  qarət  olunmuş  və  dağıdıl-

mışdır,  30  ədəd  çəhrayı  və  30  ədəd  boz  gilli  qab  fraqmentləri  aşkar 

edildi. 


31N-li sərdabə dördbucaqlı plandadır, uzunluğu 1,44m, eni 1,35m, 

dərinliyi  0,64  m-dir.  Örtük  daşları  saxlanmamışdır.  Şərq  divarının 

ortasında  0,5x0,88  m  ölçülərində  və  0,48  m  dərinliyində  giriş  yolu 

vardır.  Sərdabə  qarət  olunmuş  və  içərisindəki  skeletlər  və  avadanlıq 

dağıdılmışdır.  Qəbirdən  çəhrayı  gilli,  şar  gövdəli,  yastı  oturacaqlı, 

üzəri cərtmə naxışlı çölmək, üçayaqlı altlığın insan ayağı formasında 

hazırlanmış ayağından fraqment, düz divarlı  stıkana  oxşar  qab,  maili 

divarlı üç boşqab,  konusvari  oturacaqlı, üstü düz  altlıq, boz  gilli, şar 

gövdəli,  tək  qulplu,  konusvari  oturacağa  malik  qab,  üç  boşqab,  43 

çəhrayı  gilli,  35  boz  gilli  qab  fraqmenti,  iki  tunc  üzük,  balıqqulağı 

taxılmış tunc sırğa, tunc qolbaq, asma bəzək, qolbaq fraqmentləri, 39 

ədəd  pastadan  hazırlanmış  yumru  muncuqlar,  15  ədəd  şüşəyəbənzər 

muncuq,  bir  ədəd  silindrik  formalı,  üzərində  şam  ağacı  yarpaqları 

formasında cızma naxışları olan muncuq, 3 ədəd əqiq, bir ədəd yaqut, 




Muncuqlutəpə nekropolu                                                                                                     

77

 



 

balıqqulağı  və  müxtəlif  minerallardan  hazırlanmış  muncuqlar  aşkar 

edildi. 

31N-li  qəbrin  qurbangahı  (31A)  şərq  tərəfdən  sərdabənin  giriş 

yolunun qarşısında yerləşir. Uzunluğu 1,0 m, eni 0,78 m, dərinliyi isə 

0,55 m-dir. Örtük daşları saxlanmamışdır. Qurbangahdan bir ədəd şar 

gövdəli, oturacağında deşik olan geniş ağızlı qab, bir ədəd sferokonus 

gövdəli, ağzı içəriyə əyilmiş qab, iki ədəd ağzının kənarında iki deşiyi 

olan dərin boşqablar və bir ədəd qara gilli, şar gövdəli, qıfa oxşar ağzı 

olan qab aşkar edildi. 

32N-li  sərdabə  dördbucaqlı  planda  olub  uzunluğu  2,7  m,  eni  1,5 

m,  dərinliyi  0,62  m-dir.  Giriş  yolu  yoxdur.  Örtük  daşları  saxlanma-

mışdır.  Qəbir  qarət  olunmuş  və  dağıdılmışdır.  Muxtəlif  dərinlikdə  9 

kəllə  sümüyü  və  skeletə  məxsus  digər  sümüklər  aşkar  edildi.  Qəbir-

dəki çəhrayı gilli və boz gilli qabların hamısı fraqmentlər şəklində əl-

də edildi. Gil qablardan başqa qəbirdən 63 ədəd əqiq muncuq, 35 ədəd 

sürmədən  hazırlanmış  muncuq,  üç  ədəd  tunc  qolbaq,  üç  ədəd  tunc 

üzük,  arxasında  ilgəyi  olan düymələr,  balıqqulağı və  əqiq  muncuqlar 

düzülmüş  tunc  sırğalar,  tunc  qolbaq,  zəncir,  təbəqə  fraqmentləri  və 

dəvəgözü daşı qəlpələri aşkar edildi. 

32N-li  sərdabənin  qurbangahı(32A)  sərdabənin  qərb  tərəfindədir. 

Örtük daşları saxlanmamışdır. Şimal divarının uzunluğu 0,9 m, qalan 

divarlarının uzunluğu 0,73 m, dərinliyi 0,4 m-dir. Qurbangahın içərisi-

nə 14 ədəd qab düzülmüşdü. Bunlar əsasən küpə, çölmək, boşqab, və 

çaynik  tipli  qablardan  ibarət  idi.  Gil  qablardan  başqa  qurbangahın 

şimal  divarı  yanında  iki  ədəd  tunc  bilərzik,  muncuq  düzümlü  tunc 

sırğa, tunc düymə və iki ədəd əqiq muncuq tapıldı. 

33N-li sərdabənin uzunluğu 1,8 m, eni 1,4 m, dərinliyi 0,7 m-dir. 

Şərq tərəfində 0,7 m eni, 0,5 m uzunluğu və 0,6 m dərinliyi olan giriş 

yolu vardır. Örtük daşları saxlanmamışdır. Kamerada 0,4 m dərinlik-

dən  başlayaraq  9  ədəd  insan  kəlləsi  və  skelet  sümükləri  qarışmış 

şəkildə, muxtəlif formalı çəhrayı və boz gilli qab fraqmentləri, 5 ədəd 

tunc  üzük,  4  ədəd  tunc  düymə,  çəki  daşı  formasında  asma  bəzək, 

balıqqulağı və əqiq muncuqlar düzülmüş 5 ədəd tunc sırğa, tunc zəncir 

fraqmentləri,  17  ədəd  tuncdan  hazırlanmış  muncuq,  sürmədən  düzəl-

dilmiş  üçbucaq  formalı  asma  bəzək,  əqiqdən,  travertindən,  pastadan 

və balıqqulağından hazırlanmış muncuqlar aşkar edildi. 



Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə