MuncuqlutəPƏ nekropolu bəhlul İbrahimov



Yüklə 199,23 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.03.2018
ölçüsü199,23 Kb.
#30837
1   2   3   4   5   6   7

78 

Bəhlul İbrahimov 

 

33N-li sərdabənin qurbangahı(33A) sərdabənin giriş  yolunun qar-



şısında azca şimala tərəf meyilli yerləşmişdir. Örtük daşları saxlanma-

mışdır,  uzunluğu 1,65m, eni 1,1m, dərinliyi  0,5m-dir. Qurbangahdan 

bir ədəd formasını itirmiş qolbaq, bir ədəd boz gilli çəkmə formasında, 

qatlanmış  ucunda  5  cızma  xətti  olan,  gövdəsi  yuxarıya  tərəf  genişlə-

nən qab, bir ədəd şar gövdəli, uzun boğazlı küpə, ağzının kənarında iki 

deşiyi  olan  boşqab  fraqmenti,  bir  ədə  şar  gövdəli  çölmək,  iki  ədəd 

ağzının  yanında  deşiyi  olan  və  dörd  ədəd  boz  gilli,  ağzının  yanında 

deşikli yapması olan boşqab aşkar edildi. 

Tədqiqatlar  göstərdi  ki,  Muncuqlqtəpə  nekropolunun  sərdabələri 

həm  quruluşuna,  həm  də  materialına  görə  bölgənin  digər  həmdövr 

nekropollarından  fərqlənir.  Qəbirlər  müxtəlif  həcmli  dağ  daşları  ilə 

səliqəli işlənmiş, üstləri sal daşlarla örtülmüşdür. Kameraların ətrafın-

da  1,5  m-ə  qədər  sahəyə  sal  daşlar  döşənmişdir.  Uzunluğu  3  m-ə 

(№15), eni 1,6 m-ə (№24) çatan sərdabələr vardır. Dərinlikləri 1,3 m-ə 

qədərdir.  İçərisində  12-yə  qədər  skelet  qalıqlarının  aşkar  edildiyi 

sərdabələr də vardır. 

Muncuqlutəpə  qəbirləri  quruluşuna  görə  üç  hissədən  ibarətdir: 

Qəbrin kamerası, giriş yolu və ayrıca işlənmiş qurbangah. 

Giriş yolu qəbrin kamerasına qərb və ya şərq tərəfdən daşla işlən-

miş, üstü sal daşlarla örtülmüşdür. Onların daş düzülmüş döşəməsinin 

səviyyəsi  qəbir  kameralarının  döşəməsinə  nisbətən  hündürdədir. 

Qəbrin kamerasına giriş yolu dikinə qoyulmuş bir ədəd sal daşla örtül-

müşdür ki, bu da növbəti dəfn zamanı qəbrin kamerasına daxil olmağı 

asanlaşdırırdı. 

Sərdabələrin  daş  örtükdən  yuxarı  hissəsi  salamat  qalmadığından 

qəbirlərın  yerüstü  hissəsinin  hansı  formada  qurulduğunu  söyləmək 

çətindir. Lakin, kameranın ətrafındakı daşların düzülüşü, qəbrin üstü-

nə örtük daşlarından başqa da müəyyən hündürlükdə daş və ya torpaq 

töküldüyünü ehtimal etməyə əsas verir. 

Nekropoldakı  sərdabələrin  hamısı  az  və  ya  çox  dərəcədə  qarət 

olunduğundan skeletlər anatomik vəziyyətləri pozulmuş və kameranın 

içərisinə  səpələnmiş  vəziyyətda  aşkar  edilirdi.  Bunun  bir  səbəbi  də 

növbəti dəfn zamanı əvvəlki skeletlərin arxa tərəfə itələnməsi olmuş-

dur. Təsadüfən toxunulmamış bir neçə skeletin vəziyyətinə görə, dəfn 

olunanların  qəbrə  bükülü  vəziyyətdə  yanı  üstdə  qoyulduğu  müəyyən 

olunmuşdur.  Arxeoloji  qazıntılar  bir  maraqlı  faktı  aydınlaşdırdı.  Qə-




Muncuqlutəpə nekropolu                                                                                                     

79

 



 

dim qarətçilərin diqqətini ancaq qəbirlər cəlb etmiş, onlar qurbangah-

lara  toxunmamışlar.  Ona  görə  də  qazıntı  zamanı  toxunulmamış  qur-

bangahlara daha çox təsadüf edilir. 

Bizim  eradan  əvvəl  III-II  minilliklərdə  qəbirlərə  bitişik  işlənən 

qurbangahlardan  fərqli  olaraq  Muncuqlutəpə  sərdabələrinin  qurban-

gahları qəbrin giriş yolunun qarşısında ayrıca işlənmişdir. Qurbangah-

lar dördbucaqlı, kvadrat və  dairəvi planda qurulmuşdur. Muncuqlutə-

pə  nekropolunda  bir  neçə  toxunulmamış  (in  situ)  qurbangah  aşkar 

edilmişdir. Bu qurbangahlara süfrə qablarının bütün dəsti (28 ədəd gil 

qab)  qoyulmuşdur  (10,tab.LX,şək.2).  Qurbangahlarda  çox  təsadüfi 

hallarda bəzək əşyalarına rast gəlmək olur. 

Qurbangahlardakı  gil  qablara  ehtimal  ki,  bitki  mənşəli  quru  və 

duru ərzaqlar qoyulmuşdu. Belə ki, indiyədək gil qablarda nə bir hey-

van, nə də quş sümüyü aşkar edilməmişdir. Buna baxmayaraq bir qab-

da aşkar edilmiş gil qoyun fiqurları qurbankəsmə adətinin məcazi mə-

nada  yerinə  yetirildiyini  söyləməyə  əsas  verir.  Muncuqlutəpədə  rast 

gəlinən  dəfn  adətinin  bir  cəhətini  xüsusilə  qeyd  etmək  lazımdır.  Belə 

ki, sərdabələrin kameralarına hər dəfə təzə ölü basdırarkən onun yanı-

na  yeni  gil  qablar  qoyulurdusa,  bu  zaman  qurbangahlara  ya  toxunul-

murdu, ya da qurbangahlardakı gil qablar oradan götürülür, təmizlənib 

ərzaqla doldurulduqdan sonra yenidən qurbangaha qoyulurdu. 

Bir  qurbangahın  kamerası  ikiyə  bölünmüş  və  hər  iki  hissəyə  eyni 

qablardan düzülmüşdür. Bu qurbangah ehtimal ki, iki nəfərin bir vaxt-

da öldüyü zaman qurulmuşdur. 

Qurbangahlar üçün dibində deşiyi olan bir ədəd küp, «çaynik» tip-

li, lüləyə oxşar axırımı olan qab, konus formalı ayağı olan vaza, üstü 

düz  üçayaq  altlıq,  müxtəlif  kasalar,  boşqablar  və  kuboklar  xarakterik 

hesab olunur. Bir sıra boşqab və kasaların ağzının kənarında və ya çiy-

nində  şaquli  və  ya  üfiqi  vəziyyətdə  yerləşmiş  deşiyi  olan  qulp  əvəzi 

yapmalar vardır. 

Qurbangahlarda  aşkar  edilmiş  qabların  böyük  əksəriyyəti  texniki 

qüsurlarla,  əyri  və  səliqəsiz  hazırlanmışdır.  Bəzi  qabların  qulp  əvəzi 

qulaqcıqlarına, bəzi «çaynik» tipli qabların isə axırımına deşik açılma-

mışdır.  Bu  qablar  odda  pis  bişirilmiş,  az  bir  qismi  naxışlanmışdır. 

Ümumiyyətlə,  Muncuqlutəpə  keramikasını  təhlil  edərkən  belə  bir  tə-

səvvür yaranır ki, qurbangahlara qoyulan gil qablar xüsusi olaraq dəfn 

üçün hazırlanırmış. 




80 

Bəhlul İbrahimov 

 

Bunlardan fərqli olaraq qəbrə, ölünün  yanına qoyulan qablar key-



fiyyətlə hazırlanmış və bir çoxunun üzəri oyma üsulu ilə naxışlanmış, 

bəzilərinin üzərinə isə  qırmızı boya ilə həndəsi ornamentlər salınmış-

dır. 

Sərdabələrdən  aşkar  edilmiş  metal  əşyalar  əsasən  tuncdan  hazır-



lanmış qolbaqlardan, üzüklərdən, sancaqlardan, sırğalardan, arxasında 

həlqəsi  olan  müxtəlif  formalı  düymələrdən  və  silahlardan  ibarətdir. 

Muncuqlutəpə qəbirlərindən cəmi iki xəncər, beş ox ucu, tunc zəncir-

dən  asılan  dəmirdən  hazırlanmış  bəzək  əşyası,  bir  ədəd  küplü  nizə 

ucu,  bıçaq  fraqmentləri  və  bəzən  formasını  müəyyənləşdirmək  müm-

kün  olmayan  dəmir  parçaları  aşkar  edilmişdir.  Tunc  materiallardan 

başqa Muncuqlutəpə nekropolunda gümüş, sürmə və dəmirdən hazır-

lanmış əşyalara da rast gəlinir. Dəmirdən silah və əmək alətlərinin ha-

zırlanmasına  e.ə.  II  minilliyin  ortalarından  başlasa  da  ondan  geniş 

miqyasda istifadə olunmasına e.ə. I minilliyin ortalarından başlanmış-

dır. Müəyyən olunmuşdur ki, bunun əsas səbəbi Xett dövlətinin dəmir 

üzərindəki  “monopoliyası”  deyil  dəmir  məmulatının  tunca  nisbətən 

aşağı  keyfiyyətdə  olması  idi.  Lakin  keyfiyyətli  tuncun  hazırlanması 

üçün  qalayın çatışmaması dəmir istehsalını zəruri  edirdi. İran  və  Cə-

nubi Qafqaz ərazilərində qalay yataqları olmadığından onu çox uzaq-

dan  gətirirdilər  (4,s.67-68).  Yadellilərin  işğalı  zamanı  ələ  keçirilən 

mallar içərisində qalayın adının nadir hallarda çəkilməsi (5,s.87-93) də 

onun bu ərazilərdə olmadığını bir daha sübut edir. Qalayın olmaması 

tunc  istehsalında  sürmədən,  qurğuşundan  və  çinkdən  istifadəni  şərt-

ləndirirdi. Yeni Babil sənədlərində göstərilir ki, hətta e.ə. VI əsrdə də 

nizələrin yayısı tuncdan hazırlanırdı (3,s.288). 

Muncuqlutəpədən tapılan e.ə. IX-VIII əsrlərə aid ox ucları Cənubi 

Qafqaz  tipinə  məxsusdur  (2.s.28.tab.XIII,XV).  33N-li  qəbirdə  aşkar 

edilmiş  ox  ucu  İran  abidələrindən  tapılmış  ox  uclarına  yaxındır 

(6.s.26;  8,  s.  14).  Naxçıvan  ərazisində  Muncuqlutəpə  ox  uclarının 

oxşarları  Şahtaxtından  tapılmışdır.  Qalay  catışmadığından  Naxçıvan 

ərazisində onon əvəzedicisi olan sürmədən istifadə olunurdu.Xalis sür-

mədən  tökmə  üsulu  ilə  hazırlanmış  bəzək  əşyalarına  da  rast  gəlinir. 

Xalis qalaydan hazırlanmış 7 muncuqdab birinin çəkisi 18,3 qr, qalan-

larının çəkisi isə 0,34 qr-dan 2,3 qr-a qədərdir. Spektral analiz göstərir 

ki, bu muncuqların tərkibində aşkar edilən cüzi təbii qatışıqlar da fili-

zin tərkibində olmuşdur. Naxçıvan bölgəsində zəngin sürmə yataqları 




Muncuqlutəpə nekropolu                                                                                                     

81

 



 

vardır. Yaxın Şərq ölkələrini sürmə ilə təchiz edən mənbələrdən biri-

nin burada olmasını da ehtimal etmək olar. 

Sərdabələrdən külli miqdarda əqiq, pasta, travertin, sürmə və tunc-

dan hazırlanmış muncuqlar tapılmışdır. 

Tuncdan  hazırlanmış  bəzək  əşyaları  içərisində  dairəvi  formada, 

şəbəkəli və asmaq üçün halqası olan amuleti və quş fiqurlarını xüsu-

silə qeyd etmək lazımdır. Hələ tunc dövründən məlum olan bu bəzək 

əşyaları  e.ə.  I  minilliyin  əvvəllərində  Cənubi  Qafqazda  geniş  yayıl-

mışdı. Quş fiqurları göyün rəmzi hesab olunur və kult xarakterli əşya 

sayılırdı (7, s.117-118). 

Muncuqlutəpədən  tapılan  yeganə  fibula  ilgəkli  fibulalar  qrupuna 

aiddir. Bu tip fibulalar Cənubi Qafqazın şimal-qərbində, İranda və Xə-

zər dənizinin cənub-şərq vilayətlərində e.ə. VIII əsrin sonlarındanbaş-

layaraq  e.ə.  VII  əsrdə  daha  geniş  yayılmışdı.  Muncuqlutəpədə  8N-li 

qəbirdən  tapılmış  fibula  Karmirblurda  Urartu  çarı  Rusun(730-714-cü 

illər)  dövrünə  aid  materiallar  içərisindəki  fibulaya  və  VII-VI  əsrlərə 

aid III Həsənli dövrünə aid fibulaya oxşardır. Fibulalar abidənin döv-

rünün müəyyən edilməsi ilə yanaşı onun etnik mənsubiyyəti haqqında 

da  müəyyən fikirlər  söyləməyə  imkan  verir. Lakin Muncuqlutəpədən 

tapılan fibula yeganə ilgəkli fibuladır və buraya müxtəlif səbəblərdən 

düşə  bilər.  Ona  görə  də  abidənin  etnik  mənsubiyyəti  kimi  mühüm 

problemi bir tapıntı ilə həll etmək olmaz. 

Gümüşdən  hazırlanmış  cəmi  iki  həlqəvari  üzük  aşkar  edilmişdir. 

Bəzək əşyaları içərisində əqiqdən hazırlanmış muncuqlar çoxluq təşkil 

edir. Onların əksəriyyəti kobud hazırlansa da, içərisində yaxşı hamar-

lanmış nümunələr də vardır. 

Ağ  daşdan  hazırlanmış  muncuqlar  içərisində  yastı,  dördbucaqlı 

formada, üzərində bucaqlara yaxın oyma üsulu ilə konsentrik dairələr 

şəklində  naxışları  olan  muncuqları  xüsusi  qeyd  etmək  lazımdır.  Belə 

muncuqlar ən çox Trialetidə (e.ə.VII-VI əsrlər) aşkar edilmişdir. 

Muncuqlarla  birlikdə  sərdabələrdə  silindrik  formalı  möhürlər  də 

tapılmışdır. Bunlardan ikisi ağ rəngli yumşaq daşdan hazırlanmış üzəri 

şam ağacı formasında  oyma üsulu ilə naxışlanmışdır.  Birinin üzərinə 

açıq qəhvəyi fonda dörd cərdə konsentrik dairələr və ortasında nöqtə 

olan  dairələr  oyma  üsulu  ilə  elə  salınmışdır  ki,  nəticədə  açıq  qəhvəyi 

fonda  ağ  rəngdə  ornament  alınmışdır.  Təsvir  aydın  deyil.  Belə  silin-

drik möhürlər Mərlik abidəsindən məlumdur. 




82 

Bəhlul İbrahimov 

 

Keramika məmulatı öz ənənəvi formasını saxlasa da boya ilə na-



xışlama  tamamilə  aradan  çıxır.  Qabların  yalnız  ağzının  kənarında  və 

bəzən də qulplarında boya ilə çəkilmiş zolaqlara rast gəlinir. Muncuq-

lutəpənin  çaynik  tipli  qabları  içərisində  lülənin  qabın  ağzının  kənarı 

ilə körpü kimi birləşdiyi qablar IV Həsənli dövrü ilə uzlaşır. Boşqab-

lar  içərisində  ağzına  yaxın  iki  deşiyi  və  qövsvari  yapma  bəzəyi  olan 

qabların  oxşarlarına  Göytəpənin  B  təbəqəsindəki  K  qəbrində  (4. 

tab.34.ris.22) və Dingətəpənin 12 saylı qəbrində rast gəlinir. Muncuq-

lutəpə  keramikası  öz  formasına  görə  IV  Həsənli  və  II  Dingətəpə 

keramikası ilə çox oxşardır. 

Ümumiyyətlə, Muncuqlutəpə nekropolu tapıntılarına analoji mate-

riallara ən çox Urmiya gölü hövzəsi abidələrində və Şərqi Anadoluda 

(Qaraqunduz nekropolu) (9. s.27-48) rast gəlinir. 

V.Baxşəliyev  nekropolda  dəmirdən  hazırlanmış  materialların  az 

olmasını əsas götürərək Muncuqlutəpənin e.ə. IX əsrə aid olduğu eh-

timalını  irəli  sürmüş  və  Xocalı-Gədəbəy  mədəniyyətinin  Cənubi 

Azərbaycan  ərazilərinə  qədər  yayıldığını  qeyd  etmişdir  (1,  s.35-37). 

Əldə  edilən  arxeoloji  tapıntıların  müqayisəli  təhlili  Muncuqlutəpə 

nekropolunu e.ə.VIII-VI əsrlərə aid etməyə imkan verir. 



 

ƏDƏBİYYAT 

1.  Veli  Bahşeliyev.  Nahçıvan  arkeolojisi.  Arkeoloji  ve  sanat  yayınları. 

İstanbul, 1997. 

2.  Асланов  Г.М.,Ваидов  Р.М.,Ионе  Г.И.  Древний  Мингечаур.  Баку, 

1959. 

3.  Г.Асланов,  Б.Ибрагимов,  С.Кашкай.  Древние  некрополи  Хараба-



Гилана. Баку, 2002. 

4.  Кашкай  М.А.,  Селимханов  И.Р.  Из  истории  древней  металлургии 

Кавказа. Баку, 1973. 

5. Кашкай С.М. Из истории Маннейского царства. Баку, 1977. 

6.  Медведская  И.Н.  Металлические  наконечники  стрел  Преднего 

Востока  и  Евразийских  степей  II-первой  половины  I  тыс.  до  н.е. 

СА, 1980,1. 

7. Пиотровский Б.Б. Искусство Урарту. Ленинград, 1962. 

8. Medvedskaya I.N. Iran Iron Age I BAR International Series 126, 1982. 

9. Veli Sevin, Ersin Kavaklı. Karagündüz nekropolü. İstanbul. 1996. 

10.  Salvini  M.  Eine  urartische  Felsinschrift  in  der  Region  Nachicevan. 

Zeitschrift  fur  die  alttestamentliche  Wissenschaft,  Giessen.  Berlin, 

1998, n.1. 



Muncuqlutəpə nekropolu                                                                                                     

83

 



 

Summary 

 

NECROPOLIS MUNJUGLUTEPE 

Bahlul Ibragimov 

 

Necropolis  Munjuglutepe is  situated on a flat  hillock about  10 m  high. 



The surface of the hillock, 60x20 m, was planned in six rows from the north 

to the south with five or seven graves in each row. Each of them consists of 

two  chambers.  Sometimes  the  lower  part  of  the  walls  is  built  of  slabs 

standing  on  their  edges,  where  the  upper  part  is  constructed  of  stones. 

Graves  are  covered  with  large  stone  slabs  and  are  encircled  with  small 

stones.  There  is  an  entrance  closed  with  a  vertical  slab  in  the  west  wall of 

each  grave  (rarely  in  the  eastern  ones).  The  number  of  skeletons  found  in 

graves reached 14. 

The parallels of the ornament and weapons also can be noticed there and 

in  the  Transcaucasus.  Materials  of  the  necropolis  can  be  dated  back  to  the 



VIII-VI centuries B.C. 

 

Yüklə 199,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə