MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə14/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
32 
tədbirlər həyata keçirilmiĢ və bu, hazırda da davam etməkdədir. Qeyd edək ki, 
Dövlət  Proqramlarında  birinci  mərhələdə  (2004-2008-ci  illər)  57,  ikinci 
mərhələdə  (2009-2013-cü  illər)  46  adda  tədbir  Naxçıvan  Muxtar 
Respublikasının  sosial-iqtisadi  inkiĢafı  üçün  həyata  keçirilmiĢdir.  Ölkə 
baĢçısının 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq olunmuĢ ―Azərbaycan 
Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkiĢafı  Dövlət 
Proqramı‖  da  bu  istiqamətdəki  uğurların  davamıdır.  Dövlət  Proqramında 
nəzərdə  tutulmuĢ  tədbirlərin  həyata  keçirilməsinə  maliyyə  dəstəyi  məqsədilə 
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı da 
var.  Həmin  Sərəncama  əsasən  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər 
Kabinetinə  Azərbaycan  Respublikasının  2014-cü  il  dövlət  büdcəsində  nəzərdə 
tutulmuĢ  Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat  fondundan  5  milyon 
manat vəsait ayrılmıĢdır. 
Muxtar  respublikada  pozitiv  meyillərlə  səciyyələnən  bu  sosial-iqtisadi 
fəallığın təməlində iqtisadi inkiĢafın sosial  yönümlü olması, hər bir vətəndaĢın 
iqtisadi və sosial inkiĢafda iĢtirakından asılı olaraq maddi rifahının artırılması, 
iqtisadiyyatın  dövlət  tənzimləmə  mexanizmlərinin  liberallaĢdırılması,  iqtisadi 
tərəqqinin  əsas  meyarlarından  olan  azad  rəqabət,  sahibkarlıq  və  investisiya 
mühitinin  daha  da  yaxĢılaĢdırılması,  əsassız  məhdudiyyətlərin  aradan 
götürülməsi,  investisiyaların  və  sahibkarlığın  inkiĢafının  təĢviqi  üsullarından 
geniĢ  istifadə  olunması  və  muxtar  respublikanın  iqtisadi  təhlükəsizliyinin 
təminatı üçün aparılmıĢ kompleks iĢlər dayanır.  
Ġqtisadiyyat  sahəsində  aparılan  islahatlar  muxtar  respublikamızda  bazar 
iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına Ģərait yaratmıĢ, investisiyalar, 
müasir  texnologiyalar  və  idarəetmə  təcrübəsi  cəlb  etməklə  rəqabət  qabiliyyətli 
məhsul istehsal edən müəssisələrin yaradılmasına, yeni iĢ yerlərinin açılmasına 
və  nəticə  etibarilə  xalqın  maddi  rifahının  yüksəldilməsinə  yönəldilmiĢdir. 
Sahibkarlığın  inkiĢafına  əlveriĢli  Ģəraitin  yaradılması  məqsədilə  sahibkarlığın 
hüquqi  bazası  dünya  təcrübəsinə  uyğun  olaraq  təkmilləĢdirilmiĢdir. 
Ġdarəetmənin  və  iqtisadiyyatın  bütün  sahələrində  mühüm  əhəmiyyətə  malik 
qanunlar,  proqramlar  və  fərmanlar  qəbul  edilmiĢdir.  Sahibkarlıq 
infrastrukturunun  zəruri  mexanizmləri  yaradılmıĢdır.  Sahibkarlara  maliyyə, 
informasiya və məsləhət xidmətləri göstərən strukturlar formalaĢmıĢdır. 
Muxtar  respublikada  iqtisadi  sistemin  formalaĢmasında  və  dinamik 
inkiĢafın  təmin  olunmasında  mühüm  rola  malik  olan  sahibkarlığın 
dəstəklənməsi  istiqamətində  ardıcıl  tədbirlər  həyata  keçirilməkdədir.  2013-cü 
ildə  muxtar  respublikada  sahibkarlığın  inkiĢafı  istiqamətində  Naxçıvan 
Ģəhərində  biznes  forumların,  iĢgüzar  görüĢ  və  konfransların  keçirilməsini, 
həmçinin  yerli  məhsulların  tanıdılmasını  və  satıĢının  təĢkilini  təmin  etmək 
məqsədilə Biznes Mərkəzi yaradılmıĢdır. 
Muxtar  respublikada  sahibkarlığın  inkiĢafının  möhkəmləndirilməsi, 
həmçinin  iĢ  adamlarının  öz  aralarında  əlaqələrin  gücləndirilməsi  məqsədilə 


Tezislər 
 
33 
2006-cı ildə Sahibkarlıq Konfederasiyası təsis edilmiĢdir. Burada iĢ adamları ilə 
muxtar respublikanın müxtəlif idarə və təĢkilatları arasında qurulan vertikal və 
Ģaquli  münasibətlər  vacib  məsələləri  kompleks  və  operativ  həll  etməyə  imkan 
verir.  Naxçıvan  Ģəhərində  yaradılan  Biznes  Mərkəzində  isə  sahibkarlar 
məsləhət  və  tövsiyələrlə  yanaĢı,  yeni  biznes  layihələri  ilə  tanıĢ  olur,  qabaqcıl 
təcrübəni öyrənir, istədikləri vaxt mütəxəssislə məsləhətləĢə bilirlər. Mərkəzdə 
alimlərin,  mütəxəssislərin,  həmçinin  zəngin  təcrübəsi  olan  iĢ  adamlarının  da 
bilik və təcrübələrindən faydalanmaq mümkündür.  
 
Açar sözlər: iqtisadi sistem, sahibkarlıq, biznes və investisiya mühiti 
 
 
MÜSTƏQĠLLĠK DÖVRÜNDƏ AZƏRBAYCANDA TURĠZMĠN 
ĠNKĠġAFI 
ĠSRAFĠL CƏFƏROV 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 
ormanss@mail.ru 
 
Bu  gün  müstəqil  Azərbaycanda   siyasi  və  sosial-iqtisadi  həyatın  bütün 
sferaları  kimi,  turizm  sahəsi  də   davamlı  və  sürətli  inkiĢaf  dövrünü  yaĢayır. 
Ölkənin  turizm  potensialı  dünyaya  tanıdılır,  mövcud  turizm  potensialının 
beynəlxalq  aləmdə  tanınması,  turistlərin  Azərbaycana  çoxsaylı  səfərlərinin 
təĢkili,  turizmin  müxtəlif  növlərinin  inkiĢaf  etdirilməsi,  normativ–  hüquqi 
aktların  qəbul  edilməsi,  turizm  sahəsində  kiçik  və  orta  sahibkarlığın  inkiĢaf 
etdirilməsi,  müasir  turizm  infrastrukturunun  yaradılması  sahəsində 
məqsədyönlü iĢlər görülməkdədir. 
Müstəqillik dövründə turizm sahələrində aparılan struktur islahatları ilə 
yanaĢı  mahiyyət  etibarilə  strateji  əhəmiyyət  kəsb  edən  yeni  fəaliyyət 
istiqamətləri  müəyyən  edilmiĢdir.  Onlardan  da  biri  turizm  siyasətinin  həyata 
keçirilməsində  respublikanın  qabaqcıl  elmi  qurumları  ilə  əməkdaĢlıq 
əlaqələrinin  yaradılması  və  bunun  vasitəsilə  sahənin  inkiĢafında  elmin 
iĢtirakının təmin edilməsidir. 
Bu  baxımdan  turizm  sahəsində  elm  və  təhsilin  təĢkili  və  inkiĢaf 
etdirilməsi 
müstəqillik 
dövründə 
Azərbaycan 
dövlətinin 
prioritet 
istiqamətlərindən  biri  olmuĢdur.  Belə  ki,  Azərbaycan  iqtisadiyyatının  turizm 
sahəsinin,  habelə  turizm  təhsilinin  sürətli  inkiĢafını  təmin  etmək  məqsədilə 
2006-cı  ildə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarı  ilə 
Azərbaycan Turizm Ġnstitutu və Mingəçevir Turizm Kolleci yaradılmıĢdır. 
Müstəqillik  dövründə  ölkəmizin  mövcud  turizm  potensialının 
beynəlxalq aləmdə tanıdılması, Azərbaycana çoxsaylı turist səfərlərinin təĢkili, 
turizmin  müxtəlif  növlərinin  inkiĢaf  etdirilməsi,  normativ-hüquqi  aktların 
qəbulu,  turizm  sahəsində  kiçik  və  orta  sahibkarlığın  inkiĢafı,  müasir  turizm 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə