MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


  16.  Abbasova  Aytac  -



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   2   3   4   5   6   7   8   9   ...   71

Tezislər 
 

16.  Abbasova  Aytac  -  Naxçıvan  və  Kəlbəcər  bölgələrinə  aid 
müqəddəs yerlər..............................................................................  159 
17.  Cəfərova  Aytən-  Xalq  mədəniyyətində  mərasim  folklor 
nümunələrinin yeri (Ordubad folklor nümunələri əsasında)..........  160 
18.  Əliyeva Sevinc- Naxçıvan nağıllarının regional xüsusiyyətləri.....  161 
19.  Əliyeva Tahirə- Piri R. “Kitabi-bəhriyyə” əsərində yeddi dəniz..  163 
20.  Əsgərova Nazirə- Nağılların poetik imkanları..............................  164 
21.  Yusifova  Təhminə-  Naxçıvan  folklor  örnəklərində    demonik 
obrazlar...........................................................................................  164 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Beynəlxalq  İpək Yolu  
 
 
10 
BEYNƏLXALQ MÜNASĠBƏTLƏR VƏ ĠQTĠSADĠYYAT 
 
 
ĠPƏK YOLU TĠCARƏT ƏLAQƏLƏRĠNĠN NAXÇIVANDA 
 KƏND TƏSƏRRÜFATININ ĠNKĠġAFINDA ROLU 
SALEH MƏHƏRRƏMOV  
Naxçıvan Dövlət Universiteti 
salehmaharramov@mail.ru 
 
Böyük ipək  yolu - qədim  dövrlərdə və orta əsrlərdə Çindən baĢlayaraq 
Azərbaycandan  keçməklə  Avropaya    aparan  karvan  yoludur.  Ġpək  Yolu  bizim 
eranın  I minilliyindən baĢlayaraq  II minilliyin ortalarına qədər 
Avropa  və Asi-
yadan 
çarpaz Ģəkildə keçən yollar Ģəbəkəsini əks etdirir.  
O  dövrə  məxsus  bir  çox  mühüm  yeniliklər  Asiyadan  Avropaya  Ġpək 
yolunun  vasitəsilə  aparılmıĢdır.  Həmin  dövr  üçün  yenilik  olan  barıt,  maqnit 
kompası,  çap  dəzgahı,  musiqi  alətləri,  ipək,  keramik  və  boyalı  məmulatları 
həmin yol vasitəsilə Avropaya daĢınırdı. Böyük Ġpək yolunun Ģaxələrindən biri 
Cənubi  Azərbaycandan 
keçdiyindən  bu  ərazi  ilə 
geniĢ  əlaqəsi  olan 
Dər-
bənddə,ġirvanda, ġəkidə,
 Beyləqanda, Gəncədə, Q
əbələdə, Təbrizdə, Naxçı
vanda
 ipəkçilik 
inkiĢaf 
etmiĢdir.  Bu  xəttlə  ġərq-
dən  Mərkəzi  Avropa  öl-
kələrinə  əvvəlcə  ipək, 
daha  sonra  ədviyyat, 
qızıl,  gümüĢ,  mirvari  və 
s.  daĢınmıĢdır.  Avropa-
dan ġərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmıĢlar.  
E.ə. II əsrdən  yaranaraq XVI əsrə qədər fəaliyyət göstərən bu  yol Orta 
Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləĢdirirdi. Bu 
yolla müxtəlif istiqamətlərdə ipək parçalar, ədviyyat, xalça, silah, zinət malları, 
pambıq  və  s.  daĢınırdı.  Böyük  Ġpək  Yolu  Çin  kimi  qədim  və  qüdrətli  bir 
ölkədən  baĢlasa  da  bu  dövlətin  özü  heç  də  həmiĢə  ticarətə  böyük  həvəs 
göstərmirdi. Xan sülalələri ölkəni qapalı saxlamağa, onun ipək, saxsı qablar və 
s.  məhsullarının  hazırlanması  sirlərini  qorumağa  çalıĢırdılar.  Tacirlər  isə  o 
zaman qiymətli ipəyi müxtəlif yollarla əldə edərək Avropaya aparırdılar.  
Ġpək  Yolu  hesabına  baramaçılıq  üçün  əlveriĢli  təbii  Ģəraiti  olan Orta 
Asiya  vadiləri  iri  ipək  istehsalı  mərkəzinə  çevrilirdi.  Burada  hazırlanan 
keyfiyyətli  ipəklər  nəinki  Avropaya,  həm  də  su  yolu  vasitəsilə  Rusiyaya 


Tezislər 
 
11 
göndərilirdi.  Karvan  yolları  ilə  Orta  Asiyadan,  Azərbaycandan,  Çindən 
Avropaya  ipək  parçalar,  metal  əĢyalar,  saxsı  qablar,  zərgərlik  məmulatları 
aparılırdı. Çinə isə dəvə karvanları ilə qiymətli daĢlar, ĢüĢə məmulatları, ətir və 
s. gətirilirdi.  
Böyük  Ġpək  Yolunun  qovĢağında  yerləĢən  Təbriz  Ģəhəri  o  zamanlar 
Asiya-Avropa  ticarətini  tənzimləyirdi.  Təbrizdən  keçən  ticarət  karvanları 
Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, DəməĢq və s. kimi o dövrün ticarət 
mərkəzləri ilə əlaqələndirirdi. Bütün bu geniĢ Ģaxəli Ġpək yollarının köməyi və 
həmçinin  əlveriĢli  təbii  Ģəraiti  nəticəsində  Azərbaycan  uzun  illər  dünyanın  iri 
ipək istehsalçısı və ticarət mərkəzi rolunu oynamıĢdır. Asiya və Avropa tacirləri 
və  onların  gətirdikləri  malların  tez-tez  göründüyü  bu  ticarət  mərkəzində  Qərb 
ölkələrindən  gələn  tacirlər  müxtəlif  ġərq  mallarını,  xüsusən  Hindistan 
ədviyyatlarını,  nadir  boyaları,  qiymətli  daĢ-qaĢı,  xam  ipəyi  və  ipək  parçaları 
alırdılar. 
Bərdə  və  ƏrəĢ  mahallarından  baĢlayan  Ġpək  Yolunun  mühüm  bir 
istiqaməti Araz boyunca Naxçıvana və Culfaya qədər uzanır, oradan isə Təbrizə 
və Yenə də Qərbə yönəlirdi. Culfada iri ipək anbarları  yaradılmıĢdı və buraya 
Azərbaycanın hər yerindən xam ipək gətirilirdi. Bu ticarət yolu ilə avropalıların 
ən  çox  alıb  apardıqları  Azərbaycan  və  Ġran  ipəyi  idi.  Azərbaycandan,  o 
cümlədən  Naxçıvandan  Böyük  Ġpək  Yolunun  keçməsi  kənd  təsərrüfatının  bir 
çox  sahələrinin  inkiĢafına  təkan  vermiĢdir.  Ġpəkçilik  ipək  qurdunun  yeni, 
keyfiyyətli növlərinin Naxçıvana gətirilib yayılmasına və onun yem bazası olan 
yeni  tut  sortlarının  əkilməsinə  səbəb  olurdu.  Ġlk  növbədə  ticarət  yolunun 
üzərində  yerləĢən  yaĢayıĢ  məntəqələrində  heyvandarlığın  –  qoyunçuluq, 
maladarlıq,  dəvəçilik,  atçılıq  və  b.  növləri  inkiĢaf  etməyə  baĢladı.  Təbii  ki, 
yaranan  tələbat  Naxçıvanın  baĢqa  ərazilərində  də  baramaçılığın  və 
heyvandarlığın  inkiĢafına  zəmin  yaradırdı.  Naxçıvanın  ekoloji-coğrafi  Ģəraiti 
köçəri  heyvandarlığın  inkiĢafı  üçün  zəruri  idi.  Yayda  dağlıq  və  dağətəyi 
zonaların  otlaqlarında,  qıĢda  isə  aran  zona  düzənliklərində  hevyanların 
saxlanılması  köç  üzərindəki  yaĢayıĢ  məntəqələrində  də  əkinçilik  və 
heyvandarlığın  inkiĢafına təsir edirdi. Aparılan qazıntılar zamanı heyvandarlıq 
və  əkinçiliyə  aid  materialların  tapılması  Böyük  Ġpək  Yolunun  fəaliyyət 
göstərdiyi  dövrdə  Naxçıvanda  kənd  təsərrüfatının  sürətlə  inkiĢaf  etdiyini 
göstərir.      
Öz əhəmiyyətini təxminən XVI əsrdə itirən Böyük Ġpək Yolu XX əsrin 
90-cı illərinə yaxın yenidən bərpa olunmağa baĢlandı.  
  
―Böyük Ġpək Yolu‖nun bərpası Heydər Əliyev zəkasının təntənəsi kimi 
Müstəqil  Azərbaycan  dövlətinin  iqtisadiyyatının  möhkəmləndirilməsi  və  yeni 
istiqamətdə  inkiĢaf  etdirilməsinə  zəmin  yaratdı.  ―TRASEKA‖  proqramı  üzrə 
Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin  –  ―Böyük  Ġpək  Yolu‖nun  bərpa 
edilməsi mühüm əhəmiyyət kəsb edən zəruri məsələlərdən birinə çevrildi.  
 
Açar sözlər: Böyük Ġpək yolu, Naxçıvan, ticarət, kənd təsərüfatı 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə