MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   2   3   4   5   6   7   8   9   ...   71

Tezislər 
 
15 
inkiĢafında  müstəsna  əhəmiyyət  kəsb  etmiĢ  və  təbii  ehtiyat  mənbəyi  axtarıĢı, 
eləcə də hərbi məqsəd daĢıyan kəĢfiyyat yolu olmuĢdur. 
Böyük    Ġpək  yolunun  məĢhurlaĢmasında  türk  dövlətlərinin  də  böyük 
rolu olmuĢdur. Bu yolun  müxtəlif Ģaxələrinin təxminən 20 min kilometri türk 
xalqlarının məskunlaĢdığı ərazilərdən keçmiĢdir. 
Tədqiqatlar  və  əldə  olunmuĢ  faktlar  sübut  edir  ki,  Azərbaycanın 
Ģəhərlərarası  ticarət  yolları  birbaĢa  Böyük  Ġpək  yolu  ilə  birləĢərək  beynəlxalq 
ticarət  yoluna  qovuĢmuĢdur.  Qaynaqlar  təsdiq  edir  ki,  Böyük  Ġpək  yolunun 
qollarından biri Xəzər dənizinin Ģimal sahilləri boyunca Qafqazdan keçmiĢdir. 
Bu  yolda  Azərbaycanın  məĢhur  sənətkarlıq    və  ticarət  mərkəzlərindən  olan 
Dərbənd,  ġamaxı,  Gəncə,  Təbriz,  Marağa,  Həmədan,  Naxçıvan  kimi  Ģəhərləri 
yerləĢirdi. 
Yaxın  ġərqin  ticarət  mərkəzləri  ilə  Cənubi  Qafqazı,  Orta  Asiyanı  və 
Uzaq  ġərq  ölkələrini  əlqələndirən  əsas  karvan  yollarından  biri  Naxçıvan 
ərazisindən  keçmiĢdir.  Naxçıvan  bölgəsi  nəinki  Azərbaycan,  eləcə  də  Cənubi 
Qafqaz  üçün  çox  mühüm  coğrafi-starteji  mövqedə  yerləĢən  ərazidir.  Bunu 
vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha 
aydın izah etmək olar.  
Təsadüfi  deyil  ki,  ġərqin  ən  qədim  Ģəhər  mədəniyyət  mərkəzlərindən 
olan Naxçıvan Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi, iqtisadi və 
mədəni zəminlə əlaqədar olmuĢdur.  
Tarixdə olduğu kimi XXI əsr - qloballaĢma əsrində də hər bir dövlətin 
iqtisadi  potensialı,  gücü  və  qüdrəti  həm  də  onun  malik  olduğu  nəqliyyat-
kommunikasiya kompleksinin inkiĢaf səviyyəsi ilə ölçülür. 
XX  əsrin  bu  ən  əhəmiyyətli  layihəsinin  reallaĢması  məhz  ümummilli 
lider Heydər Əliyevin gərgin və çoxĢaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir.  
Bu layihə çərçivəsində gerçəkləĢən Bakı-Tbilisi-Qars + Naxçıvan  dəmir 
yolu həm iqtisadi, həm də siyasi və strateji baxımdan çox önəmlidir. 
Naxçıvan-Qars  layihəsi  Azərbaycan  və  Türkiyə  arasında  ən  uğurlu 
layihələrdən  sayılır.  Ümumilikdə  335  kilometr  olacaq  bu  dəmir  yolu  ilə 
Naxçıvan, Qarsa, eyni  zamanda, Ərzurumdan keçməklə bütün  Türkiyə xəttinə 
birləĢdiriləcək.  Daha  sonra  Ġran  vasitəsilə  Naxçıvandan  Orta  Asiya  və  Yaxın 
ġərqə də alternativ yol olacaq. 
Açar sözlər: ipək yolu, tarixi və müasir Naxçıvan, mədəni həyat 
 
 
 
 
 
 
 
 


Beynəlxalq  İpək Yolu  
 
 
16 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASI: TARĠXĠ ĠPƏK YOLU 
ÜZƏRĠNDƏ ĠNKĠġAF EDƏN MƏġĞULLQ POTENSĠALI 
CAVADXAN QASIMOV 
AMEA Naxçıvan Bölməsi 
cavadxan.yusifoglu@mail.ru 
 
MəĢğulluq  ölkələrin  sosial-iqtisadi  uğur  və  nailiyyətlərinin  yüksək 
səviyyəsini  xarakterizə  edir.  Ġqtisad  və  digər  sosial  elmlərin  araĢdırdığı,  təhlil 
etdiyi  bu  anlayıĢ,  ayrılıqda  hər  bir  fərdin,  ümumilikdə  isə  bütöv  xalqın  və 
cəmiyyətin maddi-rifah göstəricisini əks etdirməkdədir. Ġnsanların düĢünülmüĢ, 
məqsədyönlü,  gəlir  əldə  etmək  istiqamətində  müvafiq  qanunverciliklə 
tənzimlənən  fəaliyyətlərinin  məcmuusu  olan  məĢğulluq  hər  bir  dövlətin  sosial 
siyasətinin  ana  məğzini  təĢkil  etməkdədir.  Əsası  milli  lider,  böyük  Heydər 
Əliyev  tərəfindən  uzaqgörənliklə  qoyulan  müasir  məĢğulluq  siyasəti  milli 
iqtisadiyyatın daha çevik əsaslarla mövcudluğunu Ģərtləndirməkdədir.  
Düzdür,  Azərbaycan  Respublikasında  əhalinin  məĢğulluğu  haqqında 
Qanun 27 iyun 1991-ci ildə qəbul edilmiĢdir, amma daha sonra 2 iyul 2001-ci il 
tarixdə  eyni  adlı  Qanununda  məĢğulluğun  bütün  prinsipləri,  müasir  mahiyyəti 
və sosial-iqtisadi əhəmiyyəti müəyyən edilmiĢdir. 
2 iyul 2001-ci il tarixdə qəbul edilmiĢ eyni adlı qanunda isə yuxarıdakı 
tərif  müasir  dövrümüzlə  səsləĢməklə  və  daha  da  təkmilləĢdirilməklə 
göstərilmiĢdir. ―MəĢğulluq haqqında‖ Azərbaycan Respublikasının Qanununda 
dövlətimizin  müəyyən  etdiyi  siyasət,  məĢğul  Ģəxs  adlandırılan  insanlar, 
məĢğulluq  sahəsində  insanların  hüquqları,  məĢğulluğun  tənzimlənməsi, 
məĢğulluq  sahəsində  həmkarlar  ittifaqlarının  iĢtirakı,  iĢaxtaranlarla 
iĢəgötürənlərin  qanunla  müəyyən  olunan  münasibətləri  (bunu  məĢğulluq 
münasibətləri  də  adlandıra  bilərik)  və  digər  mühüm  məsələlərə  ətraflı  olaraq 
aydınlıq gətirilmiĢdir. 
Həmin  qanunda  məĢğulluq  anlayıĢının  müasir  dövrümüzə  xas  tərifi 
aĢağıdakı kimi müəyyən olunmuĢdur: 
―MəĢğulluq-Azərbaycan  Respublikası  vətəndaĢlarının,  Azərbaycan 
Respublikasında  daimi  yaĢayan  və  vətəndaĢlığı  olmayan  Ģəxslərin  və 
əcnəbilərin  (bundan  sonra  vətəndaĢların)  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə  zidd  olmayan  və  bir  qayda  olaraq  onlara  qazanc  (gəlir) 
gətirən fəaliyyətidir‖. 
Sonrakı dövrlərdə də bu sahə ölkənin prioritetləri sırasında ön yerlərdən 
birini tutmuĢ və daha da təkmil əsaslarla hüquqi cəhətdən tənzimlənmiĢdir. Belə 
ki,  dövlətimizin  baĢçısı  cənab  Ġlham  Əliyev  tərəfindən  26  oktyabr  2005-ci  il 
tarixdə  imzalanan  Sərəncamla  ―Azərbaycan  Respublikasının  MəĢğulluq 
Strategiyasının (2006-2015-ci illər)‖ təsdiq edilməsi, 15 may 2007-ci il tarixdə 
imzalanmıĢ Sərəncamla təsdiq edilmiĢ ―Azərbaycan Respublikasının MəĢğulluq 
Strategiyasının  həyata  keçirilməsi  üzrə  Dövlət  Proqramı  (2007-2010-ci  illər)‖ 


Tezislər 
 
17 
bunlara əyani sübutdur. 
Qeyd  edə  bilərik  ki,  məĢğulluq  siyasətinin  gücləndirilməsinin  və 
səviyyəsinin  yüksəldilməsinin  ən  zəruri  təminatlarından  biri  olaraq  onun 
ölkəmizin bütün regionlarını əhatə etməsini və regional məĢğulluq potensialının 
artmasını  göstərə  bilərik.  Aydınlıq  üçün  qeyd  edə  bilərik  ki,  ölkəmizdə  bu 
sahədə həyata keçirilən hüquqi tənzimləmə siyasəti onun ayrılmaz tərkib hissəsi 
olan  Naxçıvan  Muxtar  Respublikasında  da  inkiĢaf  istiqamətində  davam 
etdirilməkdədir.  Məhz  məĢğulluq  siyasətinin  davamlılığı,  səmərəliliyi  və 
potensial  inkiĢafı  məqsədilə  burada  məqsədyönlü  addımlar  atılmaqdadır.  Belə 
ki,  30  may  2007  ci  il  tarixdə  Naxçıvan  MR  Ali  Məclisinin  Sədri  tərəfindən 
―Naxçıvan  Muxtar  Respublikasının  MəĢğulluq  Strategiyasının  həyata 
keçirilməsi  üzrə  Dövlət  Proqramı  (2007-2010-ci  illər)‖  təsdiq  edilərək  qəbul 
edilmiĢdir.  Həmin  hüquqi  sənəddə  muxtar  respublikanın  müvafiq  dövlət 
strukturları  qarĢısında  mühüm  vəzifələr  müəyyən  edilərək  məĢğulluq 
potensialının daha da artırılması nəzərdə tutulmuĢdur.  
Həyata  keçirilən  məqsədyönlü  məĢğulluq  siyasəti,  təsərrüfat 
subyektlərinin  stimullaĢdırılması,  xüsusi  mülkiyyət  üzərində  səmərəli 
fəaliyyətin  qurulması,  kəndli-torpaq  (aqrar)  münasibətlərinin  inkiĢafı  üçün 
münbitləĢdirici  mexanizmlərin  iĢə  salınması,  insanların  öz  gəlirlərini  təmin 
etmələri,  bir  sözlə,  iqtisadiyyatın  sahə  strukturunun  daha  sağlam  inkiĢafı 
nəticəsində  2012-ci  ildən  etibarən  Naxçıvan  Muxtar  Respublikası  üzrə 
məĢğulluq  xidməti  orqanlarında  iĢsiz  statusu  və  müavinət  alan  Ģəxslərin 
olmadığını  görürük.  Qeyd  edək  ki,  əvvəlki  illərdə  (2005-ci  ilə  qədər)  bu 
sahədəki  göstərici  7904  nəfərə  qədər  yüksəlmiĢdi.  Təbii  ki,  bu,  muxtar 
respublikanın sağlam sosial siyasətinin ən mühüm nəticələrindən biridir.  
Açar sözlər: məĢğulluq, qanun, Muxtar Respublika, sosial siyasət 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASI ĠQTĠSADĠYYATININ DÜNYA 
ĠQTĠSADĠYYATINA ĠNTEQRASĠYASINDA “BÖYÜK ĠPƏK YOLU” 
LAYĠHƏSĠ ÇƏRÇĠVƏSĠNDƏ BAKI-TBĠLĠSĠ-QARS DƏMĠR YOLU 
XƏTTĠNĠN ROLU 
CEYHUN MAHMUDOV 
―Naxçıvan‖ Universiteti 
 ceyhun.ilhamoglu@gmail.com 
 
 
Ġki  min  il  ərzində  Qərblə  ġərqi  birləĢdirən  Böyük  Ġpək  Yolu  öz  tarixi 
əhəmiyyətini yenidən bərpa etməklə min il bundan əvvəl olduğu kimi müxtəlif 
mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanındadır. Böyük 
Ġpək Yolunun əsas ticarət və nəqliyyat qovĢaqlarından biri olan Azərbaycan bu 
günə  qədər  öz  coğrafi  və  geostrateji  mövqeyini  itirməmiĢdir.  ƏlveriĢli  coğrafi 
vəziyyəti  ona  həm  özünün  sahib  olduğu  zəngin  karbohidrogen  resurslarının, 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə