MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə7/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   2   3   4   5   6   7   8   9   10   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
18 
həm  də  qonĢu  Asiya  ölkələri  neft-qaz  məhsullarının  Avropa  bazarlarına 
daĢınmasında çox vektorlu logistik imkanlar yaradır. Belə bir halda həyata keçi-
riləsi ortaq layihələr meydana gəlir. Belə layihələrdən biri Böyük Ġpək Yolunun 
bərpası  məqsədinə  xidmət  edən  TRACECA  layihəsidir.  TRACECA  –  Avropa 
Birliyi  tərəfindən  hazırlanmıĢ  zəngin  resurslara  sahib  Orta  Asiya 
respublikalarını  Qafqaz  üzərindən  Avropa  ilə  birləĢdirmək  məqsədini 
hədəfləyən, əsasən dəmiryolu  olmaqla bütün  nəqliyyat  sistemlərini əhatə  edən 
bir ġərq-Qərb koridorudur. TRACECA 
nəqliyyat dəhlizinin Asiya-Avropa əla-
qəsini təmin edəcək baĢlıca qol Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. 
 
Azərbaycanın  müəllifi  olduğu  qlobal  mahiyyətli,  müasir  dünyanın  100 
layihəsi  siyahısına  daxil  olan  ―Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti‖  layihəsi 
Avropa  ilə  Asiya  arasındakı  daĢınmalarda  yekun  bənd  kimi  çıxıĢ  edir.  Bu 
layihənin  tarixi  Ġpək  Yolu  üzərində  qurulması  Azərbaycanın,  onun  ayrılmaz 
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının dünyaya inteqrasiyasında 
mühüm rol oynayır. 
 
―Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti‖  layihəsi  Muxtar  Respublikanı  blo-
kadadan  çıxararaq  onun  nəqliyyat  müstəqilliyinin  təmin  edilməsində  vacib 
amillərdəndir. Belə ki,  Ermənistanın  Azərbaycana təcavüzü nəticəsində Bakını 
Naxçıvanla  birləĢdirən  quru  nəqliyyat  kommunikasiyaları  bağlanmıĢ, 
Naxçıvan-Culfa-Bakı dəmiryolu xətti isə regional və tranzit daĢınmalardan kə-
narda  qalmıĢdır.  Bu  baxımdan  ―Bakı-Tbilisi-Qars  dəmiryolu  xətti‖  layihəsinin 
davamı  olaraq  Qarsdan  Naxçıvana  ayrıca  bir  dəmiryolu  xəttinin  çəkilməsi 
gündəmə gəlir. Bununla da Muxtar Respublikanın nəqliyyat müstəqilliyi prob-
lemi tam təmin ediləcək və Ġrana keçid dəmiryolu xətti ilə bütün Yaxın ġərq re-
gionuna çıxıĢ əldə olunacaqdır.   
 
Açar  sözlər:  Böyük  Ġpək  Yolu,  TRACECA,  Bakı-Tbilisi-Qars 
dəmiryolu xətti, iqtisadi inteqrasiya 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASINDA SƏNAYENĠNĠN ĠNKĠġAF 
ETDĠRĠLMƏSĠNĠN ƏSAS ĠSTĠQAMƏTLƏRĠ 
MEHRĠBAN ĠMANOVA 
―Naxçıvan‖ Universiteti 
marketinq05@mail.ru 
 
Naxçıvan    Muxtar  Respublikasında  mövcud  sənaye  müəssisələrinin 
əksəriyyətinin  uzun  müddət  iĢləməməsi  və  maliyyə  çətinlikləri  ilə  əlaqədar 
onların texniki-iqtisadi səviyyəsinin aĢağı düĢməsi bu müəssisələrin bəzilərinin 
profilinin  dəyiĢdirilməsini,  bəzilərinin  isə  köklü  Ģəkildə  yenidən  qurulmasını 
tələb  edir.  Naxçıvanda  əhalinin  əsas  hissəsinin  kəndlərdə  yaĢaması,  onların 
istehlak  qabiliyyətliliyinin  və  məĢğulluğunun  təmin  edilməsinin  zəruriliyini 


Tezislər 
 
19 
nəzərə  alaraq  yeyinti,  tikiĢ,  toxuculuq,  trikotaj  sahələrinin  inkiĢaf  etdirilməsi 
məqsədəuyğundur.  
Müasir  Ģəraitdə  muxtar  respublikada    sosial-iqtisadi  inkiĢafa  nail  olmaq 
məqsədi  ilə  özəl  bölmənin  inkiĢafı  stimullaĢdırılmalı,  dövlət  tənzimlənməsi 
vasitələrindən səmərəli istifadə edilməli, müasir bazar və istehsal infrastruktur-
ları  formalaĢdırılmalı,  təsərrüfat  subyektlərinə  səmərəli  fəaliyyəti  üçün  zəruri 
olan xidmət sahələrinin inkiĢafı istiqamətində köməklik göstərilməlidir.  
Təhlillər  göstərir  ki,  müasir  dövrdə  (xüsusilə,  regionlarda)  xüsusi 
sahibkarlıq ölkənin iqtisadi inkiĢafı qarĢısında duran bir çox məsələləri həll etmək 
iqtidarında  olmadığı  üçün  dövlət  özünün  səfərbəredici  imkanlarından  istifadə 
edərək,  iqtisadi  inkiĢafa  əhəmiyyətli  təsir  göstərən  iri  müəssisələri  dövlət 
mülkiyyətində və sahibkarlarla əməkdaĢlıq Ģəklində yarada bilər ki, bu da  iĢgü-
zar  təĢəbbüslərin  artımına  səbəb  olar,  əlveriĢli  sahibkarlıq  mühitinin  yara-
dılması yolu ilə özəl sektorun fəaliyyətini, yeni müəssisələrin yaradılmasını sti-
mullaĢdırar və onların fəaliyyətini dəstəkləyər. 
Ġnvestisiya  cəlbediciliyinin  yüksəldilməsi  əsasən  investisiya  prosesinin 
idarə  edilməsinin  balanslaĢdırılmıĢ  sisteminin  mövcudluğu  və  fəaliyyəti  ilə 
müəyyən  olunur.  Buna  görə  də  hesab  edirik  ki,  beynəlxalq  təcrübəyə  uyğun 
olaraq  investisiyaların  cəlb  edilməsi  prosesinin  idarə  edilməsinin  xüsusi 
modelinin yaradılması bu fəaliyyətin inkiĢafı məsələlərini operativ həll etməyə 
imkan verər. 
Sənaye  müəssisələrinin  qurulmasında  nəqliyyat  faktoru  əhəmiyyətli  rola 
malikdir.  Müəssisələrdə  daxili  və  xarici  yükdaĢımaları  həyata  keçirəcək 
nəqliyyat  tipləri,  daĢınacaq  məhsulun  növləri,  həcmi  və  daĢınmanın  xarakteri, 
nəql olunma məsafəsi və mövcud nəqliyyat vasitələrinin məqsədyönlü istifadəsi 
nəzərə alınaraq, iqtisadi-texniki hesablamaların  nəticəsində seçilməlidir. Bakı-
Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması nəqliyyat blokadasının 
aradan  qaldırılması  və  istehsal  olunan  məhsuların  dünya  bazarına  çıxarılması 
üçün əlveriĢli bir layihə hesab edilir. 
Ümumulikdə sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin 
inkiĢaf 
istiqamətlərinin 
müəyyənləsdirilməsi 
rəqabətədavamlı 
sənaye 
məhsullarının  istehsalının  dəstəklənməsi  və  ixracyönümlü  istehsal  sahələrinin 
yaradılmasının təĢviqi, istehsalın texnoloji cəhətdən yenidən qurulması, ixtisaslı 
kadrların hazırlanması nəzərdə tutulur. 
Muxtar respublikanın  perspektiv inkiĢafı üçün sənaye sahəsində dövlət 
siyasətinin  əsas  məqsədləri  sənaye  istehsalının  dayanıqlı  və  yüksək  artım 
tempinin  təmin  edilməsi,  strukturunun  təkmilləĢdirilməsi,  modernləĢdirilməsi 
və  səmərəliliyinin  artırılmasıdır.  Sənaye  parkının  yaradılması  göstərilən 
hərtərəfli  xidmət,  stimullaĢdırma  tədbirlərin  həyata  keçirilməsi  ilə 
rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına,  
istehsalın  perspektiv  fəaliyyətinə,  istehsal  vasitələrindən  effektiv  istifadəyə  və 
beləliklə,  sənayenin  kompleks  inkiĢafını  tənzimləməyə  imkan  verəcək.  Bu 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə