MüNDƏricat giriş Plan Qiymətqoymanın mahiyyəti



Yüklə 32,02 Kb.
səhifə1/5
tarix08.04.2023
ölçüsü32,02 Kb.
#104765
  1   2   3   4   5
sahibkarliq


MÜNDƏRICAT
Giriş...........................................................................................................................2
Plan 1.Qiymətqoymanın mahiyyəti və məqsədləri....................................................3
Plan 2.Qiymətin əsas növləri.....................................................................................5
Plan 3.Qiymətqoyma siyasətinin növləri...................................................................7
Plan 4.Xarici bazarlarda qiymətqoyma siyasəti........................................................9
Ədəbiyyat siyahısı...................................................................................................11

Giriş
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olanlar sahibkar adlanır. Sahibkarlıq fəaliyyəti nə, nə üçün, kimin üçün istehsal etmək, təsərrüfat qanunlarının qəbul olunması, məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb tapılması, daha az xərclə daha keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarını tapılması, satışın səmərəli təşkili, istehlakçıların araşdırılması, rəqiblərin hərtərəfli öyrənilməsi və s. ilə bilavasitə bağlıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs sahibkarlıq mühitini qiymətləndirməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, sahibkarın öhdəsində olan bir neçə funksiya vardır:
• Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə toplayır (bu resurslara təbii, investisiya və əmək resurslarını aid etmək mümkündür).
• Sahibkar ən əsas iqtisadi məsələlər üzrə qərarlar qəbul edir.
Sahibkar yenilikçidir
• Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki nüfuzu ilə risk edir.
Sahibkarlıq hər şeydən öncə iqtisadi fəaliyyətdir. Bu fəaliyyəti isə 3 tipə ayıra bilərik:
• Öz yaşayışını təmin etmə zərurətinə görə fəaliyyət.
• Rahatlıq və əlavə gəlir əldə etmək mülahizələrinə görə fəaliyyət.
• Sahibkar mülahizələrinə görə fəaliyyət.Ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bir neçə səbəbi vardır: pul qazanmaq, ictimaiyyətin rifahına töhfə vermək, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s.dir

Yüklə 32,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə