MüNDƏricat giriş Plan Qiymətqoymanın mahiyyəti


Məhsulun həyat tsıklına görə



Yüklə 32,02 Kb.
səhifə5/5
tarix08.04.2023
ölçüsü32,02 Kb.
#104765
1   2   3   4   5
sahibkarliq

Məhsulun həyat tsıklına görə. Bu sistem orta sahibkarlıq subyektləri üçün ən ideal hesab edilə bilər. Məhşür rusiyalı marketoloq Andrey Rukavişnikovun fikrinə görə postsovet ölkələrində insanların ən çox dəyər verdikləri amillərdən biridə “yeni məhsul” olmasıdır. Bu baxımdan Azərbaycan bazarında trendlə əlaqəli məhsulların satışında ən düzgün qiymət qoyma metodu bu hesab edilməlidir. Bu metodun əsas məntiqi çox sadədir. Təklif edilən məhsullar müştərilərə təqdim olunma müddətinə görə 4 qrupa bölünür: yeni məhsullar (yəni müştərilərə cari dövrdə təklif edilənlər), inkişafda olan məhsullar (yəni keçmiş dövrə görə daha çox satanlar), durğunluq dövründə olan məhsullar (yəni baza dövrünə görə inkişaf etməyənlər), düşüşdə olan məhsullar (yəni baza dövrünə görə düşüşdə olan modellər), hər bir qrupa görə konkret rentabellik dərəcəsi təyin edilir.
Təcrübəmə əsaslanaraq deyə bilərək ki, Azərbaycan şəraitlərində ən uğurlu qiymətqoyma siyasəti məhz məhsulun həyat tsıklına görə tətbiq edilən qiymətqoyma siyasətidir. Bu üsul aşağıdakı mərhələlərdən ibarətdir:
Yaranma dövrü. Burada olan məhsullara biz ən yüksək rentabellik dərəcəmizi tətbiq edirik. Məsələn geyim malları təklif edən mağazada yeni məhsullara ən üst rentabellik dərəcəsi tətbiq edilir. Məhsul ekskluziv mal kimi bazara çıxarılır. Bunun müştəriləri qiymətdən çox yenilik arxasınca düşən adamlar olur.
İnkişaf dövrü. Bu kateqoriyalı məhsulların qiyməti bazar qiymətlərinə uyğunlaşdırılır və kütləvi satış üçün şərait yaranır. İnkişaf dövründə olan məhsulların rentabellik dərəcəsi ortalama rentabellikdən yuxarı həddə təyin edilir.
Durğunluq dövrü. Durğunluq dövründəki məhsullara orta rentabellik təyin edilir. Bununla bu malların satışı üçün münbit şərait yaradılır.
Tənəzzül dövrü. Məhsullar bu dövrdə olduğu zaman rentabellik sıfıra endirilir. Bu tip məhsullar mağazada flaqman məhsullar kateqoriyasına aid edilir.

Plan 4. Xarici bazarlarda qiymətqoyma siyasəti
Öz məhsulunu xarici ölkələrə ixrac edən müəssisələr üçün özünəməxsus problemlər meydana çıxır. Bu bölmədə biz ixracedənin qiymətqoyma üzrə qərarlarını nəzərdən keçirəcəyik.
İxracatçı firmaların məhsullarına bir neçə qiymət forması tətbiq olunur. Bunlardan biri də transfert qiymətidir. Transfert qiyməti dedikdə, müəssisənin istehsal bölməsindəndigər bölmələrinə (xarici ticarət xidməti və ya xarici ticarət filialına) verilən məhsulların qiyməti nəzərdə tutulur.
Daxili və xarici transfert qiymətləri mövcuddur. Məhsulun firma daxilində ötürülməsi zamanı qiymətqoymada əsas məqsəd kimi aşağıdakılar nəzərdə tutulmalıdır:
- qiymət kifayət qədər yüksək olmalıdır ki, istehsal bölməsi öz məhsulunu daxili bazarda ənənəvi satış kanalı vasitəsilə satmaqda maraqlı olsun;
- qiymət kifayət qədər aşağı olmalıdır ki, xarici ticarət bölməsi xarici bazarlarda rəqabətqabiliyyətli olsun.
Burada bölmələr arasında münaqişə üçün şərait yaranır. Buna görə də firmanın ümumi məqsədi dominant rolunu oynamalıdır.
Ümumi halda daxili transfert qiyməti minimal mümkün qiymətlə daxili bazarın satış qiymətindən ümumi mənfəəti çıxdıqdan sonra qalan qiymət arasındakı interval da təyin olunur.
Xarici transfert qiyməti xarici ticarət bölməsinə verilən məhsulun qiymətinə deyilir. Bu qiymətin təyin olunması daha mürəkkəbdir, belə ki, vergi qanunlarını, valyuta məzənnələrini, yerli qaydaları və gömrük tariflərini nəzərə almaq lazımdır.
Ümumi halda fırma verginin daxili bazardakındakından aşağı olduğu ölkələrdə aşağı transfert qiyməti və əksinə tətbiq edir. Burada iki halı nəzərə almaq lazımdır:
- ixracat ölkəsinin gömrük xidməti çox aşağı transfert qiymətini qəbul etməkdən imtina edə bilər. Belə ki, bu qiymət gömrük yığımlarının mənbəyidir və yerli istehsalçıların müdafiəsini zəiflədir;
- daxili bazardakı vergi müfəttişliyi də bu qiymətlərin qoyulmasına mane ola bilər, belə ki, həmin qiymət vergi yığımlarınında bazası rolunu oynayır.
Göstəricilərdən əlavə fırmanın ticarət fılialının fəaliyyətində iştirak səviyyəsi də əhəmiyyətli rol oynayır. Əgər söhbət birgə müəssisədən və ya lisenziyadan gedirsə, ixracatçı yüksək transfert qiyməti tətbiq etməyə çalışır. Əgər filial fırmanın özünə məxsusdursa, onda firma aşağı transfert qiymətləri tətbiq etməyə çalışır.
İxracat zamanı fırmanın ixrac xərcləri qiymətin ən böyük hissəsini təşkil edir. Buna görə də xarici bazarda qəbul olunan qiymətlə beynəlxalq transfert qiymətlərini ixrac xərclərini nəzərə almaqla müqayisə etmək vacibdir.
İxrac xərclərinə aşağıdakılar aid edilir:

  • məhsulun quru, dəniz və ya hava nəqliyyatı vasitəsı ilə daşınma xərcləri;

  • yükləmə-boşaltma və gömrük yığımları;

  • daşımanın sığortası və i.a.

İxrac zamanı bu xərcləri dəqiqləşdirmək və onları kimin ödəməsini (alıcı və уa satıcı) təyin etmək lazımdır. Bu şərtlərin bir neçəsi aşağıda göstərilmişdir:
- "Franko-zavod" (Ex Workc, EXW). Satıcı məhsulu alıcının öhdəsinə öz ərazisində verir və alıcı sonrakı bütün xərclərə görə özü cavabdehdir;
- "Bortda azaddır" (Free on Boord, FOR). Satıcının məsuliyyəti məhsulun borta (gəmi, təyyarə, avtomobil) yüklənməsindən sonra bitir;
- "Bortun yanında azaddır" (Free Alongside Shir, I AS). Satıcı məhsulu limana çatdırır və yükləmə anına qədər bütün xərcləri ödəyir;
- "Qiymət, sığorta, fraxt" (Cost, Insurance, Freight, (IF). Satıcı nəqliyyat xərclərini ödəyir və məhsulu təyinat limanına qədər sığorta etdirir;
- "Gömrük haqqını ödəməklə çatdırılmalıdır" (Delivery Duty Raid, DDR). Satıcıməhsulu ixracat ölkəsində göstərilən yerə qədər çatmasına kimi bütün xərcləri (gömrük haqqı, nəqliyyat xərcləri və i.a.) ödəyir.

Ədəbiyyat siyahısı

  1. “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2000-ci il tarixli Fərmanı.

  2. S.X. Aslanov. Sahibkarlıq hüququ. Bakı, 2005. səh. 478-483.

  3. R.Y.Məmmədov. Kommersiya (sahibkarlıq) hüququ. Bakı, Apostrof, 2015.

  4. Государственное регулирование рыночной экономики / Под общей ред. В.И. Кушлина, Н А. Волгина. М., 2000.

  5. Государственное регулирование экономики / Под ред. А.Н. Петрова. Ч. 1, 2. СПб., 1999.



Yüklə 32,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə