Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə56/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   52   53   54   55   56   57   58   59   ...   237

rübə  aparıla  bilməz.  Deməli,  şərəf  və  ləyaqət  anlayışı 

Konstitusiyada  geniş  mənada  başa  düşülür  və  fərdin  fiziki 

toxunulmazlığını  da  əhatə  edir  (şəxsin  üzərində  təcrübə 

aparılmasının qeyri-mümkünlüyü). Şəxsin mənafeyi ziddinə 

olub,  birbaşa  onun  şəxsiyyətinə  qarşı  yönələn  hər  hansı 

davranış,  əməl  şərəf  və  ləyaqətin  müdafiəsi  hüququna  qəsd 

sayıla bilər. Konstitusiya fərdin şərəf və ləyaqətini alçaldan 

cəzalar  verilməsini  qadağan  edir.  Şərəf  və  ləyaqət  həm 

cinayət qanunvericiliyi ilə, həm də digər sahə qanunvericiliyi 

ilə qorunur. Fərdin ümumi toxunulmazlığının təmin edilməsi 

onun şərəf və  ləyaqətinin toxunulmazlığının  təmin edilməsi 

deməkdir.  Bir  çox  hallarda  şəxsin  toxunulmazlığına  qarşı 

yönələn  cinayətlər  və  digər  əməllər  həm  də  onun  şərəf  və 

ləyaqətinə təcavüz edir. Bir çox prosessual qaydalar da məhz 

bu aspektdə, yəni potensial olaraq fərdin şərəf və ləyaqətinin 

toxunulmazlığı  amili  nəzərə  alınaraq  işlənmişdir.  Məsələn, 

şəxs üzərində axtarış aparılması prosesində bu tədbiri həyata 

keçirən  şəxs,  üzərində  axtarış  aparılan  şəxslə  mütləq  eyni 

cinsdən  olmalıdırlar.  Heç  bir  istintaq  hərəkətində  şəxsə 

hədə-qorxu gəlməyə və mənəvi-fıziki təzyiq göstərməyə yol 

verilmir. 

Mülki-hüquqi  müdafiə  forması  Mülki  Məcəllədə  və 

müxtəlif  qanunvericilik  aktlarında  öz  əksini  tapmışdır.  Hər 

hansı fərdin şərəf və ləyaqətini ləkələyən məlumatlar  yayan 

şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb olunur 

və  zərərçəkən  şəxsə  dəyən  ziyan  ödənilir;  eyni  zamanda 

ləkələyici  məlumatlar  dərc  olunmuşdursa,  həmin  mətbu 

orqanında  bu  barədə  təkzib  verilir.  İnsanın  şərəf  və  ləyaqət 

hüququ  və  onun  müdafiəsi  «Mülki  və  siyasi  hüquqlar 

haqqında  Beynəlxalq  Pakt»m  7-ci  maddəsində  də  əks 

olunmuşdur. 

— 173 — 



işgəncə anlayışı 10 dekabr 1984-cü il tarixli "İşgəncə və 

digər qəddar,  qeyri-insani,  yaxud ləyaqəti alçaldan davranış 

və  cəza  növləri  əleyhinə  Konvensiya"nın  1-ci  maddəsində 

şərh edilmişdir. Burada əzab və işgəncə insana güclü fiziki və 

ya  əxlaqi  ağrı  verən,  onu  alçaldan  hərəkətlər  kimi  başa 

düşülür  ki,  bu  hərəkətlər  də,  adətən,  şəxsdən  müəyyən 

məlumat  almaq,  onu  nəyəsə  məcbur  etmək  məqsədilə  və 

dövlət orqanı, onun nümayəndəsi tərəfindən həyata keçirilir. 

İnsan  hüquqları  üzrə  Avropa  Məhkəməsi  rəftarın 

qəddarlığına görə üç dərəcəsini fərqləndirir: 

1)

 

işgəncə  -  hər  hansı  məlumatı  əldə  etmək  məqsədilə 



qeyri-insani rəftar; 

2)

 



qeyri-insani  rəftar  və  ya  cəza  -  konkret  halda  haqq 

qazandırılması mümkün olmayan və ciddi fıziki-əxlaqi ziyan 

yetirən rəftar; 

3)

 



şərəf və ləyaqəti alçaldan rəftar - bu elə bir rəftardır ki, 

insanı  başqalarının  qarşısında  alçaldır  və  onu  öz  iradəsi  və 

vicdanı əleyhinə hərəkət etməyə məcbur edir. 

Avropa  Məhkəməsi  1978-ci  ildə  İrlandiyanın  Böyük 

Britaniya  əleyhinə  işinə  baxarkən,  bu  normaları  azacıq 

dəyişdi.  İşgəncə  güclü  əzab  verən  rəftar  kimi,  qeyri-insani 

rəftar fiziki və əxlaqi zərərvurma kimi başa düşülür. Şərəf və 

ləyaqəti  alçaldan  davranış  isə  elə  pis  rəftar  qaydası  kimi 

anlaşılır  ki,  bu  rəftar  cinayətin  qurbanında  onun  əxlaqi  və 

fiziki  müqavimətini  qırmaq  üçün  natamamlıq  kompleksi 

yaratmağa yönəlmişdir. 

Azərbaycan  Respublikasının  Cəzaların  İcrası  Məcəlləsi 

Konstitusiyanın  46-cı  maddəsini  dəqiqləşdirir  və  inkişaf 

etdirir.  Burada  göstərilir  ki,  məhkumlarla  rəftarda 

işgəncələrə,  digər  qeyri-insani  hərəkətlərə  və  şəxsiyyətin 

alçaldılmasına yol verilmir. 



— 174 — 


§ 7. Milli mənsubiyyət və ana dilindən istifadə hüququ 

Azərbaycan  Respublikası  Konstitusiyasının  44-cü  və 

45-ci maddəsində insanın etnosla əlaqəsini ifadə edən iki əsas 

vasitə hüquq kimi nəzərdə tutulur. Bunlardan biri özünü hər 

hansı  etnosa  aid  etmə,  ikincisi  isə  müəyyən  bir  dildə 

danışmaq hüququdur. Milli mənsubiyyət bioloji deyil, sosial 

anlayışdır.  Yəni  o,  tərbiyə  və  s.  ilə  müəyyənləşir  və  fərdin 

bioloji xüsusiyyətləri ilə şərtlənmir. İnsan rus valideynlərdən 

doğula bilər, lakin gördüyü tərbiyə əsasında özünü rus deyil, 

azərbaycanlı  hesab  edə bilər. Milli  mənsubiyyət insan üçün 

vacib  amildir.  O,  fərdin  özünü  müəyyən  bir  etnosla 

eyniləşdirməsi deməkdir. Fərd özünü hər hansı xalqın üzvü, 

nümayəndəsi  sayaraq  onun  mənəvi  dəyərlərini,  əxlaqını 

qəbul  edir.  Bu  mənada  milli  mənsubiyyət  fərd  üçün 

istiqamətveriei  əhəmiyyətə  malik  bir  vasitədir.  Milli 

mənsubiyyət  müxtəlif  əlamətlər  əsasında  müəyyənləşir. 

Buraya dil, din, adət-ənənə və s. aiddir. Beynəlxalq aktlarda 

bəzən «milli azlıqlar» ifadəsi işlədilir ki, bu da istənilən növ 

azlığa  şamil  edilir.  Milli  mənsubiyyət  bir  hüquqi  amil  kimi 

fərdin  hüquqi  statusuna  təsir  etmir.  Ona  görə  də  mövcud 

qanunvericiliyə 

görə, 


Azərbaycan 

Respublikası 

vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənəddə əks etdirilən 

məlumatlar  sırasında  fərdin  milli  mənsubiyyəti  göstərilmir. 

Eyni  zamanda  milli  mənsubiyyət  hüququndan  istifadə  etmə 

fərdə  imkan  verir  ki,  aid  olduğu  etnosun  adət-ənənələrini 

həyata  keçirsin,  öz  həyatında  həmin  etnosun  sosial 

normalanm tətbiq və təqlid etsin. 

Milli dil fərdlər arasında ünsiyyət üçün ən əsas vasitədir. 

İnsanın milli mənsubiyyətinin müəyyən edilməsin 



— 175 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə