MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

bank)  ödoyicinin  tapşırığı  ib  onun  hesabında  olan  vəsait  hesabına 
müəyyən pul vəsaitini bu və ya başqa bankda (Bene- fısar bankda) 
ödəyicinin  göstərdiyi  şəxsin  (vəsait  alanın)  hesabına  ödəniş 
ğapşırığının  banka  təqdim  olunduğu  günün  ertəsi  günündən  gec 
olmayaraq köçürməyi öhdəsinə götürür. 
Ödəniş tapşırığından: 
-
 
yola  salınmış  mal  material,  görülmüş  iş,  göstərilmiş 
xidmətlərin dəyərinin ödənilməsində
-
 
büdcəyə,  büdcədən  kənar  fondlara  pul  vəsaitlərinin 
ödənilməsində; 
-
 
qabaqcadan  ödəmə 
qaydasında  ödəmələr  nəzərdə 
tutulduqda; 
-
 
kreditlərin, borcların qaytarılması və yerləşdirilməsi və onlar 
üzrə faizlərin ödənilməsi üzrə pul vəsaitlərinin köçürülməsində
-
 
qanunçuluqda  və  ya  müqavilədə  nəzərdə  tutulan  digər 
məqsədlərə pul vəsaitlərinin köçürülməsində; 
istifadə olunur. 
Ödəniş  tapşırıqları  bank  tərəfindən  icra  üçün  bank  ilə  hesab 
sahibi  arasında  başqa  razılaşma  oirnadıqda  ödəyicinin  hesabında 
ödənişi tam təmin edən məbləğdə vəsait olduqda qəbul edilir. 
Müəyyən  olunmuş  blank  formasında  banka  təqdim  olunan 
ödəmə  tapşırığı  yazıldığı  gündən  (yazıldığı  gün  nəzərə  alınmır)  3 
təqvim günü ərzində etibarlı hesab edilir. 
Ödəniş  tapşırığı  ödəyici  tərəfindən  standart  blankda  yazılır. 
Orada ödəniş üçün bütün lazımi rekvizitlər olmalıdır. Bu rekvizitlərə 
daxildir: 
-
 
ödəyicinin adı və digər rekvizitləri
-
 
vəsait alanın adı və digər rekvizitləri; 
-
 
emitet bankın adı və digər rekvizitləri; 
-
 
benefisar bankın adı və digər rekvizitləri
-
 
vəsaitin məbləği və valyuta növü; 
-
 
ödənişin təyinatı. 
Respublika  ərazisində  ödəniş  tapşırığının  A  və  B 
formalarından istifadə olunur. 


Az
ərbaycan Respublikasında nağdsız
 
hesablaşmalar və
 pul köçürm
ə
l
ə
ri 
haqqında Təlimata Əlavə
 
№ 1
 
 


 


A formatlı ödəniş tapşırığı ödəyici tərəfindən dolduralaraq Milli 
və xarici valyuta ilə nağdsız ödənişləri həyata keçirmək üçün istifadə 
olunur. 
B formatlı ödəniş tapşırığı iki: «ödəyici üçün» və «bank üçün» 
olan  hissədən  ibarətdir.  Bu  tapşırıq  vəsait  alan  tərəfindən 
dolduralaraq ödəyiciyə təqdim olunur. 
A  formatlı  ödəniş  tapşırığı  ödəyici  tərəfindən  dolduralaraq  2 
nüsxədən  az  olmamaq  şərtilə  bankın  daxili  prosedur  qaydalarına 
uyğun müəyyən olunan  sayda emitent banka təqdim edilir. Həmən 
sənəd  bankın  məsul  işçisi  tərəfindən  yoxlanılır.  Bu  zaman  sənədin 
düzgün tərtib edilməsinə və ödəyicinin hesabında ödənişi təmin edən 
məbləğin olmasına xüsusi fikir verilir. Sənəd ödənişə qəbul edildikdə 
məsul  şəxs  öz  imzası  ilə  və  bankın  ştampı  ilə  təsdiq  edərək  bir 
nüsxəsini  ödəyiciyə  qaytarır.  Ödəniş  tapşırığının  birinci  nüsxəsi 
əsasında  «banklararası  hesablaşma  qaydalarına»  uyğun  olaraq 
ödənişi benefısar banka göndərir. Benefısar bankda ödəniş tapşırığı 
yoxlanılır,  kənarlaşma  olmadıqda  pul  vəsaiti  vəsait  alanın  bank 
hesabına  daxil  edilir  və  hesabdan  çıxarış  ilə  birlikdə  vəsait  alana 
təqdim olunur. 
A  formatlı  ödəniş  tapşırıqları  ilə  hesablaşma  zamanı  sənəd 
dövriyyəsini aşağıdakı sxem vasitəsi ilə daha aydın görmək olar. 
 
34 


1.
 
Yola salınmış mal, götürülmüş iş, göstərilmiş xidmətlər üzrə 
təqdim olunan hesab qaimə 
2.
 
Satıcıya pul köçürülməsi haqda banka təqdim olunan ödəniş 
tapşırığı 
3.
 
Əməliyyatların  hesablarda  əks  olunması  üçün  sənədlərin 
hesablama mərkəzinə verilməsi 
4.
 
Hesablama  mərkəzindən  sənədlərin  ödəyici  bankına  xidmət 
edən HKM verilməsi 
5.
 
Məbləğin  ödəyici  bankının  hesabından  silinorək  satıcı 
bankına xidmət edən HKM kredit avizo göndərilməsi 
6.
 
Vəsaitlərin  satıcıya  xidmət  edən  bankın  müxbir  hesabına 
daxil edilməsi 
7.
 
Satıcı bankının müxbir hesabından çıxarışın verilməsi 
8.
 
Vəsaitin satıcının hesabına daxil edilməsi 
9.
 
Vəsaitin  satıcının  hesabına  daxil  edilməsi  haqqında 
hesablaşma hesabından çıxarışın satıcıya təqdim edilməsi 
B  formatlı  ödəniş  tapşırıqları  ilə  fiziki  və  hüquqi  şəxslər 
kommunal  xidmətlərin,  telefon  danışıqlarının,  icarə  haqqının 
ödənilməsində istifadə edilir. Bu format xidmət göstərən tərəfindən 
doldurularaq ödəyiciyə təqdim olunur. 
Ödəyici  şəxs  sənədi  qəbul  edərək  yoxlayır,  sənəddə  öz  bank 
nömrəsini  qeyd  edir,  imza  və  möhürlə  təsdiq  edərək  özünə  xidmət 
edən  banka  təqdim  edir.  Bank  sənədin  düzgün  doldurulduğuna  və 
hesabda ödənişi təmin edən məbləğin olmasına əmin olduqdan sonra 
sənədi ödənişə qəbul edir. Bu zaman məsul şəxs öz imzası və bankın 
ştampı ilə sənədin ödənişə qəbul edilməsini təsdiq edir. 
Emitent  bank  tapşırığın  «Bank  üçün»  olan  hissəsi  əsasında 
ödənişi benefısar banka göndərir. Benefısar bankda ödəniş tapşırığı 
yoxlanılır, kənarlaşma olmadıqda pul vəsaitini vəsait alanın bankdakı 
hesabına daxil edilir. 
Ödəniş tapşırıqları üzrə hesablaşmalar zamanı vaxtında ödənişə 
təminatın olmaması onun mənfi cəhətidir. 
O  sənəd  dövriyyəsinin  sadəliyi,  malın,  görülmüş  işin, 
göstərilmiş xidmətin keyfiyyətinin qabaqcadan yoxlana bilmək 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə