MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 


Ərizənin  ikinci  nüsxəsi  enıitent  bankın  müəyyən  etdiyi 
müddətdə emitent bankın məsul şəxsinin imzası və bankın ştampı ilə 
təsdiq edilmiş qəbul haqqında qeydlə birgə ödəyiciyə qaytarılır. 
Emitent  bank  qəbul  edilmiş  ərizə  əsasında  sərbəst  məktub 
formasında  akkreditiv  tərtib  edir  və  onu  icraçı  banka  təqdim  edir. 
Akkreditivin açılması haqqında ərizənin mütləq rekvizitləri ilə yanaşı 
akkreditivin nömrəsi, açılma tarixi və yeri göstərilməlidir. 
Akkreditivin  icrası  üçün  vəsait  alan  icrası  banka  akkreditivin 
bütün şərtlərnin yerinə yetirildiyini təsdiqləyən sənədləri təqdim edir. 
Bu şərtlərdən heç olmasa birisi pozulduqda akkreditiv icra edilmir. 
Akkreditivdə  göstərilən  sənədldərin  zahiri  əlamətlərinə  görə 
akkreditivin şərtlərinə uyğun olmasını müəyyən etmək üçün banklar 
onları  diqqətlə  yoxlamalıdır.  Göstərilən  sənədlərin  zahiri 
əlamətlərinə  görə  akkreditivin  şərtlərinə  uyğunluğu  təqdim  olunma 
gününün ertəsi günündən başlayaraq ən geci yeddi, iş günü ərzində 
müəyyən edilməlidir. 

Akkreditiv üzrə vəsait əldə etmək üçün satıcı mal'^ate- rialları 
yola  saldıqdan  sonra  malları  yola  salınmasını  təsdiq  edən  mal 
nəqliyyat sənədlərini və hesab qaimənin siyahısını özünə xidmət edən 
banka  təqdim  edir.  Bank  təqdim  olunan  sənədləri  qəbul  etdikdən 
sonra  akkreditivin  şərtlərinə  əməl  olunmasını,  sənədlərin  düzgün 
rəsmiləşdirilməsini yoxlayır və sənədin qanuniliyinə əmin olduqdan 
sonra akkreditiv üzrə ödəniş aparır. 
Akkreditivin  istifadə  olunmamış  məbləği  ödəyici  bankına 
qaytarılır və ödəyicinin hesabına aidiyyəti üzrə daxil edilir. 
§4. İnkasso sərəncamları üzrə hesablaşmalar 
İnkasso  sərəncamlarından  məcbüri  ödənişlər  zamanı  istifadə 
edilir.  Bu  zaman  ödəyiciyə  xidmət  göstərən  bank  məcburi  icra 
orqanlarının göstərişi ilə əlavə edilən icra sənədlərinə əsasən ödənişi 
ödəyicinin hesabından danışıqsız qaydada silir. 
Ödənişi məcburi edən sənədlər aşağıdakılar hesab edilir; 
- Azərbaycan Respublikası məhkəmələrinin qərarları; 
40 


-
 
iddianın  təmin  edilməsi  ilə  əlaqədar  tədbirlərin  yerinə 
yetirilməsi haqqında məhkəmələrin qərarları; 
-
 
 məhkəmələrin  cinayət 
işləri 
üzrə 
hökmlərinin, 
qərardatlarmın və qərarlarının əmlakın alınmasına dair hissəsi
-
 
beynəlxalq  arbitrajların  və  münfıslər  məhkəmələrinin 
qərarları; 
-
 
 alimentlərin  ödənilməsi  barədə  notariat  qaydasında  təsdiq 
edilmiş sazişlər; 
-
 
notariat orqanlarının icra qeydləri və s. 
İnkasso  sərəncamları  zəruri  rekvizitlərlə  təmin  olunur  və  üç 
nüsxədə tərtib edilir. 
Birinci  nüsxə  əsasında  ödəyicinin  hesabından  vəsait  silinir  və 
icraçı bankda saxlanılır. 
İkinci nüsxə sənədin icraya qəbul edilməsini təsdiq edən sənəd 
kimi  icraçı  bankın  məsul  şəxsinin  imzası  və  bankın  ştampı  ilə 
təsdiqlənərək məhkəmə icraçısına qaytanhr. 
Üçüncü nüsxə ödəvicivə təqdim olunur. 
,  İcraçı  bank  məhkəmə  icraçısından  icra  sərəncamını  aldığı 
vaxtdan  yeddi  gün  müddətində  ödənişi  həyata  keçirməhdir. 
Ödəyicinin hesabında vəsait olmadıqda və ya çatışmadıqda inkasso 
sərəncamı iki ay ərzində icraçı bankda qalır və vəsait daxil olduqca 
qanunvericilikdə  nəzərdə  tutulmuş  ardıcıllıqla  ödənilir.  İnkasso 
sərəncamı  qismən  ödənildikdə  icraçı  bankda  sənədin  birinci 
nüsxəsində qismən ödənişlər haqqında qeydiyyat aparıhr. Sənəd tam 
ödənildikdən sonra icraçı bankın məsul şəxsi tam ödənişi öz imzası 
və  bankın  ştampı  ilə  təsdiqləyərək  icra  sənədinin  sürətini  bankda 
saxlayaraq əslini məhkəmə icraçısına qaytarır. 
§5. İnkasso üzrə hesablaşmalar. 
İnkasso  üzrə  hesablaşma  zamanı  bankın  müştərisi  olan  vəsait 
alan öz bankına ödəyicidən ödənişin alınmasını tapşırır və bank bu 
vəzifəni öhdəsinə götürür. 
SatıliTuş  malların,  görülmüş  işlərin,  göstərilmiş  xidmətlərin 
dəyərinin ödənilməsi üçün inkasso tapşırığından istifadə olunur. 
41 


 


İnkasso  tapşırıqları  əsasında  aparılan  hesablaşmalar  ak-  septli 
(ödənişə razılıq) və ya akseptsiz qaydada aparıla bilər. 
Akseptli  qaydada  ödəniş  aparmaq  üçün  ödəyici  təşkilatın 
müvafiq  yazılı  sərəncamı  verilməlidir.  Akseptin  əvvəlcədən  və 
sonradan  aksept  formaları  mövcuddur.  Əvvəlcədən  aksept  zamanı 
ödəniş  aparılmazdan  əvvəl  ödəyicinin  aksepti  olmalıdır.  Sonradan 
aksept  zamanı  isə  ödəyici  ödənişdən  sonra  ödənişə  münasibətini 
bildirir. 
Akseptsiz qaydada ödəniş ödəyicinin razılığı olmadan aparılır, 
lakin bu barədə onunla müvafiq icraçı bank arasındakı müqavilədə bu 
proses nəzərdə tutulmalıdır. 
İnkasso tapşırığında müvafiq zəruri rekvizitlər olmalıdır. Bura 
daxildir; 
-
 
vəsait alanın adı və digər rekvizitləri
-
 
ödəyicinin adı və digər rekvizitləri; 
-
 
emitent bankın adı və digər rekvizitləri
-
 
icraçı bankın adı və digər rekvizitləri; 
-
 
ödənilməli olan vəsaitin məbləği və valyuta növü
-
 
ödənişin və ödəniş akseptinin müddəti və şərtləri. 
İnkasso tapşırığı üç nüsxədə tərtib olunur. 
Üçüncü  nüsxə  inkasso  tapşırığının  icrayə  qəbul  edilməsi 
haqqında iltizam kimi icraçı bankın məsul işçisinin imzası və bankın 
ştampı ilə təsdiqlənir və onu tərtib edənə qaytarılır. 
Birinci  və  ikinci  nüsxələr  ödəyiciyə  xidmət  edən  banka 
göndərilir. Bu zaman birinci nüsxədən ödəyicinin hesabından vəsait 
silmək  üçün  istifadə  edilir  və  bankda  qalır,  ikinci  nüsxə  isə  günün 
sənədləri  kimi  şəxsi  hesabdan  çıxarışla  birlikdə  ödəyiciyə  təqdim 
olunur. 
İnkasso  tapşırığı  banka  təqdim  olunan  zaman  o  bankın  məsul 
işçisi tərəfindən  yoxlanılmalıdır. Yoxlama zamanı rekvizitlərin tam 
doldurulmasına, sənəddəki imza və möhürün həqiqiliyinə, tapşırığın 
müvafiq  blankda  yazılmasına,  tapşırığın  bütün  nüsxələrinin 
eyniliyinə  ciddi  fikir  verilir.  Sənədin  Qanuniliyinə  əmin 
olunduğundan sonra icra üçün qəbul  edilir, bütün nüsxələrdə qəbul 
tarixi  yazılır,  imza  edilir,  emitct  bankın  ştampı  vurulur  və  qeyd 
olunduğu kimi birinci və ikinci nüsxəsi 
43 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə