MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

3.
 
fəaliyyət sferasına görə 
-
 
maddi istehsal (əsas fondlar və dövriyyə vəsaitlərinin təşkili) 
-
 
qeyri istehsal 
4.
 
İstifadə müddətinə görə 
-
 
qısa müddətli (bir ilədək) 
-
 
orta müddətli (1-3 ilədək) 
-
 
uzun müddətli (3 ildən yuxarı) 
5.
 
Verilmə qaydasına görə 
-
 
bərpa edici - bu zaman kredit müəssisənin çəkdiyi xərclərin 
bərpası üçün ssuda məbləği hesablaşma hesabına yönəldilir 
-
 
ödəmə - bank ssudası bilavasitə pul hesablaşma sənədlərinin 
ödənilməsinə yönəldilir. 
6.
 
Təminatına görə 
-
 
təminatlı 
-
 
təminatsız - kreditlərə bölünür. 
§ 2. Bank kreditbşməsinin prinsipləri 
pul münasibətləri Bu 
borc məvhu- 
Banklar kreditləşmə prosesində aşağıdakı prinsipləri 
rəhbər tuturlar; 
-
 
qaytarılmaqhq; 
-
 
müddətlilik 
-
 
ödəndik 
-
 
təminatlılıq 
-
 
differesinal münasibət. 
Qaytanimaqlıq - krediti digər əmtəə 
kateqoriyalarından fərqləndirən cəhətdir, 
munun mahiyyətindən irəli gəlir. Kredit müəyyən müddətə 
verildiyindən o geri qaytarılmalıdır. 
Müddətlilik - kreditin qaytarılmasına vaxt qoymaq for- 
masıdır. Bu prinsip o deməkdir ki, kredit qaytarılmaqhq 
olmaqla yanaşı ciddi surətdə müəyyən olunmuş müddətlərdə 
qaytarılmalıdır. Hal hazırda bu amilə çox ciddi fikir verilir. 
Belə ki, kommersiya banklarının özünün likvidliyi bu amildən 
asılıdır. Kreditləşmə müddəti pul vəsaitinin borc alanda 
48 


qalmasının  son  müddətidir.  Kommersiya  banklarının  gələcək 
kreditləşmə  fəaliyyəti  verilmiş  kreditlərin  müəyyən  olunan 
müddətlərdə  geri qaytarılması  amilindən asılıdır. Verilmiş kreditlər 
müəyyən  olunan  vaxtlarda  geri  qaytarılmadıqda  bankların 
kreditləşmə üzrə müştərilər qarşısında götürdükləri öhdəlikləri yerinə 
yetirmək imkanları aşağı düşür. 
Ödəndik-  o deməkdir ki, borc alan kreditdən isttifadəyə  görə 
banka haqq ödəməlidir. Bank faizi stavkası - kreditin qiymətidir. 
Bank  faizi  müəyyənləşdirilərkən  kommersiya  bankları 
aşağıdakı amilləri nəzərə alır; 
-
 
Milli Bank tərəfindən kommersiya banklarına verilən kreditə 
görə faiz stavkası 
-
 
müştərilərə depozitlərə görə ödənilən orta faiz dərəcəsi 
-
 
banklar arası kreditə görə faiz dərəcəsi 
-
 
kreditin müddəti və növü 
-
 
kreditə olan tələb (tələb artdıqca faiz yüksəlir) 
-
 
kredit resurslarının quruluşu 
-
 
ölkədə  pul  tədavülünün  vəziyyəti  (inflyasiya  səviyyəsi 
yüksəldikcə kreditə görə faiz dərəcələri artır). 
-
 
təminathlıq - borc alanın öz öhdəliyini yerinə yetirmədikdə 
kreditorun  maddi  mənafeini  müdafiəsi  baxımından  zəruridir.  Bu  o 
deməkdir ki, kreditlər vaxtında qaytarılma- dıqda kreditor təminatın 
reallaşması əsasında borcunu ödəmək imkanı əldə edir. 
Hal  hazırda  kredit  müxtəlif  təminatlara  görə  verilir:  Bura 
daxildir; 
-
 
maddi qiymətlilər 
-
 
borc öhdəlikləri 
-
 
zəmanət 
-
 
qiymətli kağızlar 
Differensial  münasibət  -  o  deməkdir  ki,  bank  kredit  verən 
zaman  müştərilərinə  fərqli  yanaşmalıdır.  Bu  məqsədlə  bank  kredit 
qabiliyyəti göstəricisindən istifadə edir, yəni kreditləşmə prosesində 
kredit qabiliyyəti yüksək olanlara üstünlük verilir. 
49 


Kreditbşmo  prosesinin  vacib  şərtlərindən  biri  kreditləşmə 
obyektlərinin  müəyyən  edilməsidir.  Kreditləşmə  obyekti  dedikə 
kreditin yönəldildiyi istiqamət - onun məqsədi başa düşülür. 
Kreditləşmə obyektləri bütün təsərrüfat sahələri üçün ümumi 
və fərdi obyektlərə bölünür. 
Təsərrüfat  subyektləri  üçün  ümumi  olan  kredit  obyektlərinə 
daxildir; 
-
 
mal material qiymətliləri 
-
 
əmək haqqı ödənilməsinə xərclər 
-
 
hesablaşmaların aparılmasına olan ehtiyac 
-
 
hazır məhsulun satışı üzrə xərclər 
-
 
qiymətli kağızlar 
-
 
dövriyyə vəsaitlərinin tamamlanması 
-
 
investisiya xarakterli xərclər. 
Fərdi  obyektlər  ayrı  ayrı  təsərrüfat  subyektlərinin  spesifik 
ehtiyacları  əsasında  yaranır.  Məsələn  kənd  təsərrüfatında  - 
bitgiçilik-, heyvandarlıq, cavan mal-qara, cins mal-qara və s. 
Kreditləşmə  prosesinin  təşkilinin  vacib  elementlərindən  biri 
kreditləşmə metodlarının müəyyən edilməsidir. 
Kreditləşmə  metodu  -  dedikdə  kreditləşmə  prinsiplərinə 
müvafiq olaraq kreditin verilmə və ödənilmə üsulları başa düşülür. 
Dünya təcrübəsindən istifadə edərək banklar: 
fərdi  yanaşma  və  kredit  xəttinin  açılması  metodlarından 
istifadə edirlər. 
Fərdi  yanaşma  metodu  zamanı  hər  ssuda  verilməsi  fərdi 
qaydada həll edilir. Ssuda vəsaitə olan müəyyən məqsədli ehtiyaca 
verilir. Bunun üçün onun kredit qabiliyyəti müəyyən edilir. 
Kredit  xətti  açılması  zamanı  ssuda  borc  alan  üçün  müqavilə 
əsasında bank tərəfindən əvvəlcədən müəyyən olunan limit daxilində 
verilir.  Açılmış  kredit  xətti  bank  ilə  borc  alan  arasındakı  kredit 
razılaşmasında nəzərdə tutulan istənilən pul hesablaşma sənədlərinin 
ödənilməsinə  imkan  yaradır.  Kredit  xəttinin  fəaliyyət  göstərdiyi 
müddətdə müştəri bankla heç bir əlavə danışıq aparmadan istənilən 
vaxtda ssuda ala bilər. 
50 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə