MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

Kredilləşmə  metodlarına  uyğun  olaraq  bankda  kreditbşən 
təşkilatlara ssuda hesabları: sadə, xüsusi ssuda hesabları açılır. Bank 
təcrübəsində kontokorrent hesablardan da istifadə edilir. 
Müştəriyə hər hansı bir tədbirin həyata keçirilməsinə birdəfəlik 
ssudalar verildikdə bankda ona sadə ssuda hesabı açılır. Kreditləşmə 
obyektlərinin sayından asılı olaraq kreditlə- şən müəssisəyə bir neçə 
sadə ssuda hesabı açıla bilər. 
Daima bank kreditinə ehtiyacı olan müəssisələrə bankda xüsusi 
ssuda  hesabı  açılır.  Xüsusi  ssuda  hesabı  üzrə  kreditbşən 
müəssisələrdə  satışdan  gəlir  bu  hesaba  daxil  edilir  və  ödənşbr  bu 
hesabdan  aparılır.  Xüsusi  ssuda  hesabından  kreditlərin  verilməsi, 
ödənilməsi  prosesi  avtomatik  qaydada  həyata  keçirilir.  Müəssisə 
yalnız  bir  xüsusi  ssuda  hesabına  malik  ola  bilər.  Bu  zaman 
hesablaşma hesabı köməkçi rolunu oynayır. Hesablaşma hesabından 
məhdud  əməliyyat:  mənfəətin  bölgüsü  və  əmək  haqqı  ilə  əlaqədar 
əməliyyatlar yerinə yetirilir. 
Kontokorrent  hesab  -  bankın  müəssisəyə  yüksək  etimadının 
nəticəsi kimi qiymətləndirilim. Bu hesab aktiv —passiv hesablaşma 
ssuda hesabıdır. Bu hesab ssuda və hesablaşma hesabını birləşdirir və 
onların  funksiyalarını  yerinə  yetirir.  Bütün  əməliyyatlar  üzrə  daxil 
olmalar  bu  hesaba  daxil  edilməklə  bütün  ödənişlər  bu  hesabdan 
aparılır.  Bu  hesabın  debet  qalığı  müəssisənin  banka  olan  borcunu, 
kredit qalığı isə sərbəst vəsaitə malik olmasını göstərir. 
Mövzü 5. 
KREDITLƏŞMƏ PROSESI

§ 1. Kreditləşmə mərhələləri 
Kreditləşmə  prosesi  kredit  almaq  üçün  sifarişlərin 
verilməsindən başlamış onların  geri qaytarılmasınadək olan prosesi 
əhatə edir. Bank təcrübəsi göstərir ki, kreditləşmə prosesi əsasən beş 
mərhələni əhatə edir: 
1.
 
Kredit alınmasına sifarişlərin baxılması; 
2.
 
Borc alanın kredit qabiliyyətinin müəyyənləşdirilməsi
3.
 
Kredit müqaviləsinin rəsmiləşdirilməsi; 
51 


4.
 
Borc alana ssudalann verilməsi; 
5.
 
Kredit sövdələşməsinin icrasına nəzarət; 
1.
 
Hər  bir  kredit  əməliyyatı  banka  daxil  olmuş  kredit 
sifarişlərinin  baxılmasından  başlanır.  Kredit  sifarişində  borc  alan, 
kreditin  məqsədi,  növü,  müddəti,  məbləği,  təminatı  haqqında 
məlumatlar  əks  olunur.  Kredit  əməliyyatının  xarakterindən  asılı 
olaraq  kredit  sifarişinə  müvafiq  sənədlər  əlavə  olunmalıdır.  Kredit 
sifarişi  və  ona  əlavə  olunan  sənədlər  bank  tərəfindən  diqqətlə 
araşdırılmalıdır. 
2.
 
Kreditləşmə  prosesi  ssudalann  vaxtında  ödənilməməsinə 
gəlirib çıxara bilən bir sıra risk amilləri ilə əlaqədardır. Kreditlərin 
vaxtında  ödənilməməsi  hallarının  aradan  qaldırılması  üçün  bank 
borcalanm 
kredit  qabiliyyətini  müəyyənləşdirməlidir.  Bu 
göstəricinin  müəyyənləşdirilməsində  məqsəd  borc  alanın  kreditin 
vaxtında geri qaytara bilməsi imkanını müəyyənləşdirməkdir. 
Kredit  qabiliyyətinin  müəyyənləşdirilməsi  zamanı  bank 
müştəri haqqında müəyyən məlumata malik olmalıdır. Bu məlumat 
mənbələri əsasən aşağıdakılardır: 

 
Borcalanla söhbət 

 
Bankın özünün məlumat bazası 

 
Kənar mənbələr 

 
Yerlərdə yoxlamalar 

 
Maliyyə hesablarının təhlili 
Göstərilən  məlumatların  araşdırılmasında  məqsəd  bankı 
maraqlandıran  aşağıda  göstərilən  bəzi  məqamlara  aydınlıq 
gətirməkdir: 
1.
 
Ödəniş vaxtı çatdıqda borc alan borcunu ödəyə biləcəkmi? 
2.
 
Borcalanm debitor hesabları və maddi ehtiyatı nə dərəcədə 
real və likvidlidir? 
3.
 
Borc alanın satışının həcmi onun dövriyyə və əsas kapitalına 
nisbətən nə dərəcədə yetərlidir? 
4.
 
Borc  alanın  gəlirləri  satışın  həcminə,  aktivlərə  və  xüsusi 
kapitala nisbətdə yetərli mənfəət normasını təmin edirmi? 
52 


5,
 
Borc  alanın  kredit  üzro  faizlərin  kirayə  haqqlarının, 
vergilərin, borcların ödənilməsini təmin edən aşağı mənfəət nə qədər 
olmalıdır? 
6.
 
Borcalamn  maliyyə  vəziyyətinin  möhkəm,  zəif  və  orta 
olması. 
Borc  alanın  maliyyə  vəziyyətinin  (pul  vəsaitlərinin  hərəkəti, 
ödəm.ə  qabiliyyəti,  likvidlilik,  xüsusi  və  cəlb  olunmuş  vəsaitlərin 
nisbəti) dəqiq təhlili kredit işçisində olan sənədlər əsasında aparılır. 
Təhlil üçün əsas məlumat mənbəi borc alanın balansı, maliyyə 
nəticələri,  vəsaitlərin  hərəkəti  haqqında  hesabatlar  və  balansa 
əlavələrdir. 
Borc  alanın  maliyyə  vəziyyəti  dinamikada  öyrənilməlidir.  Bu 
məqsədlə  borc  alanın  fəaliyyətinin  təhlili  ən  azı  əvvəlki  üç  rübün 
məlumatları əsasında aparılmalıdır. 
Borc alanın maliyyə vəziyyətinin təhlilini aşağıdakı ardıcıllıqla 
aparmaq daha məqsədəuyğundur 
-
 
borc alanın aktivləri və passivlərinin quruluşunun təhlili 
-
 
borc alanın pul axınlarının təhlili 
-
 
borc alanın maliyyə möhkəmliliyinin təhlili 
-
 
borc alanın fəaliyyətinin səmərəliliyi 
Borc  alanın  aktiv  və  passivləri  təhlil  edilən  zaman  onlar 
müəyyən  əlamətlərə  görə  qruplaşdırılmahdırlar.  Aktivlərin  onların 
istehsal  prosesində  iştirakı;  (dövriyyə  və  qeyri  dövriyyə  aktivləri) 
likvidlik səviyyəsinə görə; passivlərin isə təşkili mənbələrinə (xüsusi, 
cəlb  olunmuş)  və  onların  müddətlilik  səviyyəsinə  görə 
qruplaşdırılması məqsədəuyğundur. 
Pul  axınlarının  təhlili  müxtəlif  növ  aktivlərin  və  passivlərin 
yetərliliyini, müəssisənin fəaliyyət səviyyəsinin müəyyən edilməsini 
və onun sərəncamında olan pul vəsaitlərinin, kreditlərin, və kreditə 
görə faizlərin ödənilməsi imkanını müəyyənləşdirməyə imkan verir.. 
Təhlilin ilk mərhələsində son üç ay üçün satışdan gəlirin orta 
aylıq  məbləği  müəyyən  edilməlidir.  Satışdan  gəlirə  möv- 
sümliliyində  təsiri  öyrənilməlidir.  Bu  araşdırılmalarla  yanaşı 
gələcəkdə  borc  alanın  hesabına  daxil  olası  pul  axınları  da 
proqnozlaşdırılmalıdır. 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə