MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

Himayəçilik müqaviləsindo 
-
 
borcalanm, haminin vo bankın adı və ünvanı 
-
 
ödəniş məbləği 
-
 
borcun ödənilmə şərti və müddəti 
-
 
hami ilə bank arasındakı hesablaşma qaydası əks olunur 
Borc  alanın  hami  ilə  təmin  olunmuş  öhdəliyi  yerinə 
yetirildikdə himayədarlıq müqaviləsi öz qüvvəsini itirir. 
§ 3. Kommersiya banklarının kredit siyasəti 
Kredit  siyasəti  bankın  kredit  əməliyyatlarının  gəlirliyinin 
artırılması  və  kredit  risklərinin  aşağı  salınmasına  yönəldilən 
kompleks tədbirlər sistemidir. 
Kredit  siyasəti  müəyyənləşdirilərkən  makroiqtisadi,  sahə-  və 
region, bank daxili amillər nəzərə alınır. 
Makroiqtisadi  amillər  -  obyektiv  xarakter  daşıyır  və  ora 
daxildir: 
ölkənin ümumi iqtisadi vəziyyəti; 
Mərkəzi bankın pul- kredit siyasəti
Hökumətin maliyyə siyasəti; 
Banklar 
öz 
kredit 
siyasətlərini 
müəyyənləşdirərkən 
makroiqtisadi  göstəriciləri  maksimum  nəzərə  almalı  və  öz 
siyasətini ona uyğunlaşdırmalıdır. 
Sahə və region amilləri dedikdə 
-
 
bankın xidmət göstərdiyi region və sahələrdə iqtisadiyyatın 
vəziyyəti; 
-
 
müştərilərin tərkibi və onların kreditə ehtiyacı; 
-
 
rəqib bankların sayı; - başa düşülür. 
Regionun  iqtisadi  potensialının  qiymətləndirilməsi  kredit 
xidmətləri 
bazarında 
bankın 
fəaliyyət 
strategiyasının 
işlənilməsinin vacib elementidir. 
Kredit 
siyasətinin 
formalaşmasının 
bank 
daxili 
amili:_ban- kın idarə olunma keyfiyyəti, maliyyə menecmentinin 
səviyyəsi, daxili nəzarətin səmərəliliyi, işçi heyyətinin təcrübəsi və 
iş keyfiyyəti ilə müəyyən edilir. 


Bank daxili amillərə: 
-
 
bankın xüsusi vəsaitlərinin səviyyəsi 
-
 
passivlərin quruluşu 
-
 
işçi heyyətinin qabiliyyəti, təcrübəsi daxildir. 
Bankın kredit siyasəti kreditin verilməsi, rəsmiləşdirilməsi və 
idarə edilməsi zamanı bank, işçilərinin əsaslandıqları standartları, 
parametri və qaydaları müəyyən edir. 
Kreditləşmənin ayrı-ayrı mərhələlərində parametr və qaydalar 
müxtəlif olur. 
Məsələn  kreditlərin  rəsmiləşdirilmə  mərhələsində  sənədlərin 
formaları,  kreditin  verilməsinin  texnoloji  qaydaları,  kreditin 
düzgün  rəsmiləşdirilməsi  üzərində  nəzarət  kimi  parametrlərdən 
istifadə olunur. 
Kommersiya  banklarının  əsas  məqsədi  mənfəət  əldə  etmək 
olduğu kimi onlar uğursuzluqlara da düçar ola bilərlər. Bankların 
fəaliyyətləri  riskli  fəaliyyət  hesab  edildiyindən  onlar  itgilərə  də 
məruz qala bilərlər. 
Risk - həqiqi məlumatlar ilə onların bu günki vəziyyətinin və 
gələcək  inkişafının  qiymətləndirilməsi  zamanı  ortaya  çıxan 
kənarlaşmalar nəticəsində əmələ gəlir. O həm müsbət həm də mənfi 
ola bilər. 
Səviyyə 
baxımından 
bank 
riskləri 
makrosəviyyəli, 
mikrosəviyyəli və fərdi risklərə bölünür. 
Makrosəviyyəli risklər bankın özündən asılı olmayan amillərlə 
əlaqədardır.  Ümumən  iqtisadiyyatda  vəziyyətin  dəyişilməsi 
müəyyən  risklərə  gətirib  çıxarır.  Burayä  ölkənin  iqtisadiyyatının 
ümumi  vəziyyəti,  əsas  maliyyə  bazarları  və  bankların  fəaliyyət 
vəziyyəti və s. daxildir. 
Mikrosəviyyəli  risklər  bankın  kapitalının  azalmasına  və 
likvidliyinin  aşağı  düşməsinə  gətirə  bilən  risklərdir.  Bu  risklər 
əsasən  bankların  yerinə  yetirdikləri  əməliyyatlarla  əlaqədardır. 
Mikroiqtisadi risklərə bankın özündən asılı olmayan amillər - yəni 
onun fəaliyyətinə xarici  bazardakı vəziyyətin dəyişilməsi də təsir 
göstərə bilər. 
Fərdi  risklər  bank  işçilərinin  peşəkarlığı  və  aliçənabhğı  ilə 
əlaqədar olan risklərdir. 
62 


Bank təcrübəsində bankın mikrosəviyyəli risklərinə daha çox 
diqqət  yetirilir.  Bura  daxildir:  kredit  riski,  kənar  riski,  əməliyyat 
riski, faiz riski, likvidliyin itirilməsi riski və s. 
Kredit  riski  kredit  sövdələşməsi  ilə  əlaqədar  müştərinin 
kredit  müqaviləsi  şərtlərinin  yerinə  yetirmək  istəməməsi  və  ya 
yerinə yetirə bilməməsi ilə əlaqədar meydana çıxır. Bu borc alanın 
əsas borcunu və borca görə faizlərin ödənilməməsi riskdir. Kreditə 
görə  faizlər  ödənilmədikdə  bank  öz  gəlirlərini  itirir.  Əsas  borc 
qaytarılmadıqda  bank  həmən  kredit  sövdələşməsi  üzrə  itgilərə 
məruz qalır. Bank belə riskə qiymətli kağızlar, maliyyə aktivləri ilə 
sövdələşmələrdə  bank  tərəfindən  zəmanətin  verilməsi  zamanı 
məruz qala bilər. 
Kredit  risklərinin  minimuma  endirilməsi  üçün  banklar 
aşağıdakı üsullardan istifadə edirlər. 
1.
 
ssuda  portfelinin  diversifıkasiyası.  (bank  ssudaları  və 
depozitlərinin geniş müştəri dairəsi arasında səpələnməsi) 
2.
 
borcalanm kredit qabiliyyətinin ilkin təhlili 
3.
 
kreditin  qaytarılmasım  təmin  edən  üsullardan  istifadə 
(girov, hamilik,zəmanət, sığorta) 
4.
 
ssuda  üzrə  mümkün  olan  itgilərin  ödənilməsi  üçün 
ehtiyatın yaradılması. 
Bank öz aktivlərini kənar dövlətin bankında  yerləşdirə bilər. 
Həmən  konkret  dövlətdə  və  bankda  olan  vəziyyət  itgilərə  gətirə 
bilər  ki,  bu  da  kənar  risk  adlanır.  Belə  risklər  kənar  dövlətin 
iqtisadi, siyasi, sosial vəziyyəti ilə əlaqədar meydana çıxa bilər. ' ‘ 
Bank  daxili  nəzarətin  və  bank  idarəçiliyinin  pozulması  və 
eləcə  də  bank  daxili  əməliyyatlardakı  pozğuntuluqlarla  əlaqədar 
bank itgilərə məruz qala bilər ki, buda əməliyyat riski hesab edilir. 
Kredit  və  maliyyə  bazarlarında  bank  əməliyyatları  üzrə 
faizlərin bankın zərərinə dəyişilməsi banka zərər gətirə bilər ki, bu 
da faiz  riski  adlanır. Kredit əməliyyatları üzrə faizlərin azalması 
bankın gəlirlərinin aşağı düşməsi, ödənilməməsi isə bu əməliyyat 
üzrə  mənfəət  əldə  edilməməsi  kimi  qiymətləndirilir.  Bank  öz 
öhdəliklərini yerinə yetirə bilməməsi 
63 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə