MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

zaman  borc  alanın  ssuda  hesabı  debetləşdirilərək  hesablaşma 
hesabı  kredilbşdirilir,  yəni  məbləğ  hesablaşma  hesabına  daxil 
edilir.  Girov  qoyulmuş  veksel  məbləği  balansdan  kənar  hesabda 
uçota alınır. 
§ 2. Qiymətli kağızlar və daşınmaz əmlak üzrə kreditləşmə 
Kommersiya  bankları  veksellərin  girovu  ilə  yanaşı  qiymətli 
kağızların  və  daşınmaz  əmlakın  girovu  üzrə  də  kreditləşmə 
əməliyyatlarını yerinə yetirirlər. 
Borc  alan  təşkilat  borcun  təminatı  formasında  müxtəlif 
qiymətli  kağızlardan  -  səhmlərdən,  istiqrazlardan,  qısa  müddətli 
xəzinədarlıq  öhdəliklərindən,  sertifikatlardan  və  s.  istifadə  edə 
bilər. 
Qiymətli kağızların girovuna görə banklar həm uzun həm də 
qısa  müddətli  kreditlər  verə  bilərlər.  Belə  kreditləşmə  bankların 
resurs vəziyyətindən asılıdır. 
Qiymətli  kağızların  girovu  üzrə  uzun  müddətli  kreditləşmə 
banklar  üçün  yüksək  riskli  əməliyyat  hesab  edilir.  Çünki 
kreditləşmə müddətində qiymətli kağızların bazarda qiyməti kəskin 
dəyişə bilər. Belə kreditləşmədə ölkə iqtisadiyyatının vəziyyəti də 
nəzərə alınır. 
Ödəmə qabiliyyətinə malik olan bütün müəssisə və təşkilatlar 
qiymətli kağızların girovu üzrə kredit ala bilərlər. Bu zaman bank 
girov  qoyulmuş  qiymətli  kağızların:  ikinci  bazarda  reallaşmaq 
imkanını,  qiymətli  kağızlar  buraxanların  ödəmə  qabiliyyətliyini, 
keyfıyyətliliyini nəzərə almalıdır. 
Kreditin  həcmi  girov  qoyulmuş  qiymətli  kağızların  dəyərinə 
nisbətən  faizhlə  müəyyən  edilir.  Faizlər  qiymətli  kağızların 
keyfiyyətindən  asılı  olaraq  differensiallaşdırılır.  (60-90% 
arasında). 
Bank kreditləşməsində əsas yerlərdən birini daşınmaz əmlakın 
girovu üzrə verilən kredit (ipoteka kreditləri) tutur. 
Daşınmaz əmlakın girov uüzrə verilən kreditlər ipoteka krediti 
adlanır.  Bu  o  deməkdir  ki,  kredit  kimi  alman  məbləğ  daşınmaz 
əmlakla  təmin  olunur.  İpoteka  krediti  müxtəlif  məqsədlərə  verilə 
bilər. Bu zaman girov kimi borc alanınan sərəncamında olan mənzil 
və digər daşınmaz əmlak qəbul edilir. 
67 


ipoteka  krediti  moqsodli  təyinata  malikdir  və  ondan  yeni 
tikintiyə, yenidən qurmaya, istehsal və sosial təyinatlı obyektlərin 
alınmasına,  nəqliyyat  vasitələrinin  əldə  edilməsinə  və  s.  istifadə 
edilir.  İpoteka  predmeti  girov  qoyanın  xüsusi  mülkiyyətində 
olmalıdır. 
Uzun  müddətli  ipoteka  mənzil  kreditləşdirilməsində:  borc 
alan, mənzil satan, kreditorlar və s. tərəflər iştirak edir. 
Borc  alan  dedikdə  bank  ilə  bağladığı  kredit  müqaviləsi 
əsasında kredit qaydasında aldığı borcu mənzil alınmasına istifadə 
edən fiziki şəxs başa düşülür. 
Mənzil  satan  dedikdə  mülkiyyətində  olan  m.ənzil  sahəsini 
satan fiziki və ya hüquqi şəxslər başa düşülür. 
Kreditor isə - qanunçuluqla müəyyən olunmuş qaydada borc 
alana ipoteka krediti verən bank və digər hüquqi şəxslər adlanır. 
-
 
Kreditorun əsas funksiyasına daxildir: 
-
 
kreditləşmə  şərtlərinə  uyğun  olaraq  borc  alanın  kredit  və 
ödəmə  qabiliyyətinin  qiymətləndirilməsi  əsasında  ona  ipoteka 
krediti vermək; 
-
 
kredit və ipoteka haqqında müqavilələri rəsmiləşdirmək
-
 
verilmiş ipoteka kreditlərinə xidmət etmək. 
İpoteka  krediti  almaq  üçün  borc  alan  banka  ümumiyyətlə 
kreditləşmə üçün zəruri sənədləri təqdim etməlidir. Bu sənədlərlə 
yanaşı  bank  borc  alandan  ipotekanın  xüsusiyyətinə  aid  olan 
sənədləri də tələb edir. 
Təqdim  olunmuş  sənədlər  bank  tərəfindən  ciddi  təhlil  edilir. 
Ssuda  uzun  müddətli  olduğuna  görə  ssudanın  texniki  iqtisadi 
əsaslılığına xüsusi diqqət yetirilir. 
İpoteka  haqqında  əsasnaməyə  görə  ipoteka  kreditləri  ipoteka 
edilən daşınmaz əmlakın bazar dəyərinin 85%-ni aşmamaq şərtilə 
maksimum  illik  8%  olmaqla  25  il  müddətinə  50  min  manat 
dəyərində  verilə  bilər.  Göstərilən  müddətdə  kredit  və  faiz 
məbləğlərinin geri qaytarılması  borc alanın aldığı  əmək haqqının 
70%-nin  hesabına  aparıla  bilər.  Eyni  zamanda  borc  alan  ilkin 
ödəniş imkanına malik olmalıdır. İlkin ödəniş 
68 


məbləği  15%  müəyyən  edilmişdir.  İpoteka  kreditləşməsi 
şərtlərindən biri do odur ki, kreditin son ödəniş tarixinə borc alanın 
yaşı, qanunvericilik ilə müəyyən edilən pensiya yaş həddindən çox 
olmamalıdır. 
İpoteka  kreditləşməsinin  güzəştli  qaydaları  da  müəyyən 
edilmişdir.  Güzəştli  ipoteka  kreditinin  məbləği  35000  manatdan 
çox  ola  bilməz.  Belə  kreditlər  3  ildən  30  ilədək  orta  illik  faiz 
dərəcəsi 4%-dən çox olmamaq şərti ilə verilir. 
İpoteka  krediti  üzrə  güzəştlərdən  gənc  ailənin  üzvü  olan 
aşağıdakı şəxslər istifadə edə bilərlər: 
-
 
şəhid ailəsinin üzvü (əri, arvadı, övladları) 
-
 
Milli Qəhrəman (özü, ori/arvadı, övladları) 
-
 
məcburi köçkün və ona bərabər tutulan şəxs 
-
 
üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən 
şəxs 
-
 
elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər, 
-
 
idman sahəsində xüsusi xidmətləri olan şəxslər
-
 
digər şəxslər. 
Kreditləşmə  kredit  müqaviləsi  bağlandıqdan  sonra  həyata 
keçirilir. Kredit müqaviləsində 
-
 
kreditin məbləği 
-
 
kreditin verilmə müddəti 
-
 
kreditə görə ödəniləsi faizin həcmi 
-
 
kreditin və kreditə görə faizlərin ödəniş növbəliliyin 
-
 
kredit müqaviləsinin vaxtından əvvəl pozulması şərtləri və 
s. göstərilir. 
Kommersiya  bankları  etibar  etdikləri,  onların  etimadını 
qazanan  müştərilərə  təminatsız  kredit  verə  bilirlər  ki,  bu  kredit 
blank krediti adlanır. 
Belə  kreditlər  qısa  müddətə  kredit  qabiliyyətli  müəssisələrə 
istehsal prosesində yaranan müvəqqəti maliyyə çətinliyinin aradan 
qaldırılmasına verilir. 
Bank  kreditləri  təminatsız  verildiyindən  yüksək  riskli 
kreditləşmə kimi qiymətləndirilir və bu kredit üzrə digər kreditlərə 
nisbətən  yüksək  faiz  dərəcəsi  müəyyən  edilir.  Kredit  borc  alanın 
ərizəsi əsasında verilir. Ərizədə kreditin məbləği məqsədi
69 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə