MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

müddəti  göstərilməlidir.Kredit  müəssisənin  hesablaşma  hesabına 
daxil  edilir  və  oradanda  ödənilir.  Vaxtında  ödənilməyən  ssudalar 
vaxtı  keçmiş  ssuda  hesabında  uçota  almır  və  müəssisə  gələcəkdə 
bank qarşısında etimadını itirmiş olur. 
§ 3. Kredit xətti açmaq və overdraft qaydasında kreditləşmə 
Bank öz müştərilərinə kredit xətti_açmaqlada kredit verə bilir. 
Bu  proses  bank  ilə  müştəri  arasında  bağlanan  müqavilə  əsasında 
həyata  keçirilir.  Müqavilə  bağlandıqdan  sonra  müştəri 
razılaşdırılmış  müddətə  bankdan  pul  vəsaiti  almaq  hüququ  əldə 
edir.  Bu  zaman  aşağıdakı  göstərilən  şərtlərdən  birinə  əməl 
olunmalıdır: 
-
 
borc alana verilən pul vəsaiti mpqavilə ilə müəyyən olunan 
məbləğdən (limitdən) artıq olmamalıdır 
-
 
müqavilənin  qüvvədə  olduğu  müddətdə  birdəfəlik  borcun 
həcmi müqavilə ilə müəyyən olunan limitdən çox olmamalıdır. 
Kredit xətti verilmə limiti və borc limiti qaydasında açıla bilər. 
Verilmə limitinə görə kredit xətti ilə kreditləşmə müqavilədə 
nəzərdə  tutulan  ümumi  məbləğ  və  ümumi  müddət  daxilində 
aparılır. 
Kredit  xətti  haqqında  müqavilədə  nəzərdə  tutulan  məbləğ 
kreditin  maksimum  məbləği  hesab  olunur  və  borc  alan  bu 
məbləğdən razılaşdırılmış müddət ərzində istifadə edə bilər. 
Bu  qayda  əsasında  kredit  almaq  üçün  müştəri  lazım  olan 
sənədləri banka təqdim etməlidir. Limit məbləği üzrə razılıq əldə 
edildikdən sonra kredit müqaviləsi imzalanır. Bankın kredit şöbəsi 
müqaviləyə  əsasən  mühasibatlıqa  müştəriyə  kredit  xətti  açılması 
haqqında sərəncam verir və ona müvafiq ssuda hesabı açılır. 
Müqavilənin qüvvədə olduğu müddətdə borc alan yalnız sifariş 
verməklə  istənilən  vaxt  heç  bir  sənəd  təqdim  etmədən  bankdan 
ssuda (trans) ala bilər. 
Açılmış kredit xətti hesabına hər kredit verilişi üzrə kredit 
70 


xəttinin qüvvədə olduğu müddət daxilində konkret ödəniş 
müddətləri müəyyən edilir. 
Verilmə  limiti  üzrə  açılan  kredit  xətti  üzrə  alınmış  kreditlər 
ödəyicinin  ödəmə  tapşırıqları  əsasında  ödənilir.  Bu  zaman  borc 
alanın  hesablaşma  hesabı  debetləşdirilərək  ssuda  hesabı 
kreditləşdirilir. 
Borc  limiti  üzrə  kredit  xətti  açılmaqla  kreditləşmə  zamanı 
gündəlik  ssuda  borcu  limitləşdirilir.  Borc  alan  kredit  müqaviləsi 
qüvvədə  olduğu  müddətdə  aldığı  kreditin  maksimum  məbləği 
limitləşdirilir. Ona görə də borc alan öz borcunu ödədikdən sonra 
müəyyən olunan borc limiti daxilində yenidən kredit almaq hüququ 
əldə edir. 
Qısa  müddətli  kreditləşmənin  bir  növü  də  overdraft 
qaydasında kreditləşmədir. Bu zaman bank müştərinin hesablaşma 
və ya cari hesablarında vəsait olmadıqda bu hesablardan ödənişləri 
kredit  hesabına  aparır.  Bu  əməliyyatların  aparılması  üçün  bank 
hesabı üzrə müqavilə bağlanılmalıdır. Bank belə kreditləri bankın 
etimadını  qazanmış,  möhkəm  maliyyə  vəziy-  yətli  müəssisələrə 
verir və belə kreditləşmə güzəştli qaydada kreditləşmə hesab edilir. 
Müəssisənin belə kreditləşmə qaydasına keçilməsi üçün müəyyən 
göstəricilər nəzərə alınır. Buraya hesablaşma (cari) hesabının stabil 
fəaliyyət  göstərməsi;  həmən  bankda  hesablaşma  hesabının 
fəaliyyət  müddəti;  müəyyən  müddətdən  artıq  vaxtında 
ödənilməyən sənədlərin olmaması; müəssisənin təsərrüfat maliyyə 
vəziyyəti və s. daxildir. 
Overdraft  qaydasında  kredit  əsasən  dövriyyə  vəsaitlərinin 
təşkilində istifadə olunduğundan o qısa müddətli xarakter daşıyır. 
Ödəniş müddəti konkret olaraq müəssisə ilə razılaşdırılır və bank 
hesabı  üzrə  müqavilədə  əks  olunur.  Overdraft  kreditindən  kredit 
müqaviləsinin qüvvədə olduğu müddətdə sərbəst kreditləşmə limiti 
müqabilində istifadə edilir. 
Overdraft  krediti  hesabına:  ödəniş  tapşırıqldarı,  əmək  haqqı 
almaq üçün təqdim olunan və ödəyici tərəfindən akseptləşdirilmiş 
ödəmə  tələğnamələri,  hesablaşma  çekləri  və  s.  hesablaşma 
sənədləri ödənilir. 
71  


Əməliyyat günün sonuna hesablaşma hesabı üzrə debet qalığı 
kredit hesabına ödənilən məbləği göstərir ki, bu da sonradan ssuda 
hesabına köçürülür. 
Kreditin  ödənilməsi  hər  gün  müəssisənin  hesablaşma 
hesabında olan sərbəst vəsait müqabilində kreditor bankın verdiyi 
ödəmə tələbnaməsi əsasında aparılır. 
Bank kreditləşdirilməsinin bir növü də kontokorrent hesablar 
üzrə aparılan kreditləşmədir. 
Kontokorrent hesab bankın etimadını qazanan; bank ilə uzun 
müuddətli münasibətdə olan və bank kreditinə daimi ehtiyacı olan 
müəssisələrə  açılır.  Kontokorrent  hesab  açıldıqca  hesablaşma 
hesabının  saxlanılmasına  ehtiyac  qalmır.  Bütün  ödənişlər  bu 
hesabdan  aparılır  və  bütün  daxil  olmalar  bu  hesaba  daxil  edilir. 
Hesabın debet qalığı müəssisənin banka olan borcunu kredit qalığı 
isə müəssisənin sərbəst vəsaitinin olmasını göstərir. Kontokorrent 
hesab  üzrə  kredit  cari  istehsal  və  tədavül  prosesinin 
maliyyələşdirilməsinə  verilir.  İnvestisiyanın  maliyyələşdirilməsi 
ilə  əlaqədar  əməliyyatlar  bu  hesabdan  ödənilmir.  Kontokorrent 
hesab  üzrə  kredit  riskli  blank  krediti  qrupuna  daxil  edildiyindən 
bahalı kredit hesab edilir. Müəssisələr lazım olduqda kontokorrent 
hesabla yanaşı digər kredit növlərindən də istifadə edə bilərlər. 
§ 4. Kandli təsəirüfatlannm kredithşdirilmasi 
Kommersiya  banklarının  fəaliyyətində  kənd  təsərrüfatı  ilə 
əlaqədar  kreditləşmə  əməliyyatları  da  mühüm  yer  tutur.  Kəndli 
təsərrüfatlarının  yaradılması  və  inkişafında  banklar  başlıca  rol 
oynayırlar.  Kəndli  təsərrüfatlarında  əsas  və  dövriyyə  fondlarının 
təşkili üçün onların xüsusi vəsaitləri ilə yanaşı bank kreditindən də 
istifadə olunur. 
Kəndli 
təsərrüfatlarının 
kreditləşdirilməsində 
problem 
ssudaların  vaxtında  geri  qaytarılmasının  təmin  olunmasıdır.  Ona 
görə  də  banklar  kəndli  təsərrüfatlarının  kreditləşdirilməsi  üzrə 
xüsusi  kredit  siyasətinə  malik  olmalıdırlar.  Kreditlərin  vaxtında 
geri qaytarılmasının təmin edilməsi üçün bank kəndli 
72  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə