MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

təsərrüfatlarının kreditləşdirilməsinə kompleks yanaşmalıdır. Kənd 
təsərrüfatının  istehsalının  təkcə  müəyyən  bir  sahəsinin 
kreditləşdirilməsi səmərə vermir, çünki xüsusi vəsaitin çatışmaması 
ilə  əlaqədar  digər  mərhələdə  işləri  yerini  yetirmək  mümkün 
olmadıqda proses qırılır və bank krediti səmərəsiz olur. Ona görə də 
kənd təsərrüfatanda istehsal prosesinin ilk mərhələsindən başlanmış 
bütün  proses  bankın  diqqətində  olmalı  və  vəsait  çatışraamazhğı 
bank krediti ilə örtülməlidir. 
Kəndli təsərrüfatları həm uzun həm də qısa müddətli kreditlərə 
ehtiyacı  olduğuna  görə  bank  onlarla  həm  uzun  həm  də  qısa 
müddətli kreditləşmə ilə əlaqədar kredit müqaviləsi bağlayır. 
Kəndli  təsərrüfatlarında  toxum,  yem,  kübrə  neft  məhsulları, 
ehtiyat hissələri, cavan və kökəlməkdə olan mal qara qısa müddətli 
kreditləşmə obyekti kimi qəbul edilir. 
Əsas fondların yaradılması üçün isə kəndli təsərrüfatları uzun 
müddətli kreditdən istifadə edirlər. 
Qısa  müddətli  kreditə  ehtiyac,  kredit  məbləği  və  müddəti 
təsərrüfatın rüblərə bölünmüş illik gəlir və xərclər smetası əsasında 
müəyyən edilir. 
Kreditin geri qaytarılmasını təmin etmək məqsədi ilə kreditin 
təminatı olan əmlak üzrə girov müqaviləsi tərtib edilir. 
Kəndli  təsərrüfatlarının  qısa  müddətli  kreditləşdirilməsi 
zamanı  kredit  ya  birdəfəlik  tam  məbləğ  və  yada  kredit  xəttinin 
açılması yolu ilə yəni xərelərin artmasına müvafiq olaraq verilir. 
MÖVZU 7. KOMMERSİYA BANKLARININ SAİR 
ƏMƏLİYYATLARI 
§1. Kassa əməliyyatları 
Müasir  şəraitdə  Azərbaycanın  pul  tədavülü  tədavüldə  nağdı 
pulların  yüksək  səviyyədə  olması  ilə  səciyyələnir.  2006-cı  ilin  1 
yanvar  vəziyyətinə  pul  kütləsinin  68,7%ni  nağdı  pullar  təşkil 
etmişdir. Tədavüldə pul kütləsinin çozxhğı kommersiya 
73 


banklarının nağdı pul ilə əməliyyallannm çox böyük həcmdə olmasını 
göstərir. 
Nağd pul tədavülünün təşkili üçün Milli Bank: 

 
pul nişanələrinin istehsalını təşkil edir; 

 
pul nişanələrinə olan tələbatı müəyyənləşdirir; 

 
pul  nişanələrinin  ehtiyatını  yaradır  və  həmən  ehtiyatlara 
sərəncam verir; 

 
kredit  təşkilatlan  tərəfindən  pulun  saxlanılması  və 
inkassasiya qaydalarını müəyyən edir 

 
kredit  təşkilatlarında  kassa  əməliyyatlarının  aparılması 
qaydalarını müəyyənləşdirir və s. 
Nağdı  pul  dövriyyəsinin  təşkili  Milli  Bankın  hesablaşma  - 
kassa mərkəzləri və kommersiya bankları vasitəsi ilə aparılır. 
Müştərilərə kassa xidməti göstərilməsi dedikdə bankın nağdı 
pul  ödənişləri  ilə  olan  əməliyyatları  başa  düşülür.  Bu 
əməliyyatların  həcmi  tədavüldəki  nağdı  pulun  həcmindən  və 
ölkədə onun təşkili sistemindən asılıdır. 
Müəssisələr  tərəfindən  nağdı  pullar  kredit  təşkilatlarının 
kassasına verilir. Nağdı pulların tam və vaxtlı baxımda banka daxil 
edilməsi  üçün  müəssisələrin  kassalarmdakı  nağdı  pul  qalığı 
limitləşdirilir.  Limitdən  artıq  olan  nağdı  pul  vəsaitləri  banka 
verilməlidir. 
Bank  kassa  limitini  müəssisələrin  nağdı  pul  dövriyyəsindən, 
onun  fəaliyyət  həcmindən  asılı  olaraq  fərdi  qaydada 
müəyyənləşdirir. 
Bank tərəfindən aparılan kassa əməliyyatları fiziki və hüquqi 
şəxslərdən  nağdı  pul  vəsaitlərinin  qəbulu  və  onlara  əmanətlərin 
qayarılması,  qiymətli  kağızların  satılıb-alınması,  zədələnmiş  pul 
nişanələrinin  dəyişdirilməsi,  fiziki  şəxslərdən  kommunal 
xidmətlərinin və s ödənilməsi ilə əlaqədardır. 
Kassa  əməliyyatlarının  aparılması  üçün  banklarda  mədaxil 
(gündüz  və  axşam),  məxaric,  mədaxil-məxaric,  yenidənsayma 
kassaları və bankomatlardan istifadə edilir. Bu kassalar dövriyyə 
kassaları adlanır. 
Nağdı pulun banka mədaxili «nağdı pulun mədaxili üçün elan» 
sənədinə əsasən həyata keçirilir. Elan nağd pul ilə bankın 
74 


kassirinə  təqdim  edilir.  Kassir  elanın  bütün  rekvizitbrini 
yoxladıqdan  sonra  elanda  göstərilən  məbləğ  ilə  faktiki  verilmiş 
məbləği  tutuşdurur  və  uyğunluq  olduqda  kassir  elanı  imzalayıb 
möhürlədikdən sonra onun qəbz hissəsini müştəriyə qaytarır. 
Elanı  kassir  özündə  saxlayır,  elanın  order  hissəsini  isə 
müştərinin hesabına vəsaitin daxil edilməsi üçün əməliyyat işçisinə 
göndərir. 
Əməliyyat günü qurtardıqdan sonra müştərilərdən nağdı pülün 
qəbulu  ərazi  idarələrində  yaradılan  axşam  mədaxil  kassası 
tərəfindən  aparılır.  Axşam  mədaxil  kassasına  nağdı  pul  gündüz 
mədaxil  kassasına  nağdı  pulun  mədaxili  və  rəsmiləşdirilməsi 
proseduruna uyğun surətdə qəbul edilir. Axşam mədaxil kassasına 
mədaxil  olunan  nağdı  pul  müvafiq  sənədlər  və  möhür,  mühafizə 
üçün  pul  saxlanan  yerə  (seyf,  anbar)  qoyulur.  Pul  saxlanan  yer 
mühafizəçinin  iştirakı  ilə  kassirə  və  nəzarətçiyə  məxsus  olan  iki 
açarla  bağlanır,  həmən  şəxslərin  möhürləri  ilə  möhürlənməli  və 
xüsusi jurnalda imza etdirməklə mühafizəçiyə təhvil verilir. Axşam 
mədaxil  kassasının  işçiləri  növbəli  iş  günü  pul  saxlanılan  yeri 
mühafizəçidən qəbul etməli və pulu, sənədləri kassa müdirinə (baş 
kassirə) təhvil verməlidir. 
Banka nağdı pulun daxil olmasının bir kanalıda inkas- sasiya 
qaydasında  pulun  qəbuludur.  Bank  müştərilərin  nağdı  pul 
vəsaitlərini  və  qiymətlilərini  öz  qüvvəsi  ilə  və  yada  müqavilə 
əsasında xüsusi inkassasiya xidməti vasitəsi  ilə inkas- sasiya  edə 
bilər. 
İnkassasiya və qiymətlilərin daşınmasında texniki cəhətcə saz 
olan  xüsusi  nəqliyyat  vasitələrindən  istifadə  edilir.  Bu 
əməliyyatları inkassasiya briqadaları yerinə yetirirlər. 
İnkassasiya  marşrutu  və  inkassasiya  ediləsi  müəssisə  və 
təşkilatlar  əvvəlcədən  müəyyən  edilir.  İnkassatorlar  marşrut  üzrə 
hərəkət  edən  boş  inkassator  sumkasını  verib  müvafiq  qaydada 
rəsmiləşdirilmiş  dolu  sumkaları  qəbul  edirlər.  İnkassasiya  başa 
çatdıqdan  sonra  pul  yığılmış  inkassator  sumkalarım  bankın  kasa 
bölməsinə  təhvil  verirlər.  Axşam  mədaxil  kassasının  əməliyyat 
işçisi  sumkaları  inkassatordan  qəbul  edir.  Əməliyyat  işçisi 
sumkalarm bütünlüyünü və 
75 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə