MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

müvafiq sonədlori yoxladıqdan sonra onları qəbul edib xüsusi seyfə 
qoyur və mühafizəçiyə ləhkil verir. Həmən günün səhərisi kassir və 
əməliyyat  işçisi  surakaları  və  müvafiq  sənədləri  yenidən  sayma 
kassasına  verirlər.  Pullar  sayıldıqdan  sonra  müvafiq  müəssisə  və 
təşkilatların hesabına daxil edilirlər. 
Bankın  kassasından  nağdi  pulların  verilməsi  məxaric 
kassaları  tərəfindən  həyata  keçirilir.  Nağdi  pulların  məxarici  pül 
çeklərinə  əsasən  aparılı.  Pul  çeki  nağd  pul  alan  tərəfindən 
doldurulur və əməliyyatların aparılmasına məsul olan şəxsə bütün 
rekvizitlər  üzrə  və  hesabında  çekdə  göstərilən  məbləğin  olub 
olmamasını  yoxlamaq  üçün  təqdim  olunur.  Əməliyyat  işçisi 
rekvizitlərin  düzgün  doldurulmasını,  möhür  .və  imzaların 
həqiqiliyini müəyyənləşdirdikdən sonra çeki qanuni ödəniş sənədi 
kimi icra üçün qəbul edir və nəzarət markasını kəsərək onu kassaya 
təqdim etmək üçün çeki təqdim edənə qaytarır, çeki isə ödəniş üçün 
kassaya göndərir. 
Kassa işçisi nağd pul alam çekin nömrəsi üzrə çağırır və ondan 
məbləği  soruşur.  Kassir  nəzarət  markasındakı  nömrə  ilə  çekin 
nömrəsinin eyniliyini yoxlayır və nəzarət markasını çekin üzərinə 
yapışdırdıqdan  sonra  çekdə  göstərilən  məbləği  müştərinin 
nümayəndəsinə  verir.  Müştəri  aldığı  nağdi  pulu  nəzarətçinin 
iştirakı ilə vərəq vərəq saya bilər. 
Milli Bankın ofisi və ərazi idarələrində nağd pulların ehtiyat 
fondları  yaradılır  və  bu  fondlar  Milli  Bankın  müstəsna 
sərəncamındadır.  Bu  fonddakı  nağd  pulun  qalığına  və  onun 
hərəkətinə müvafiq departament tərəfindən nəzarət edilir. 
Kredit  təşkilatlarının  nağd  pula  olan  tələbatını  ödəmək  üçün 
dövriyyə  kassasında  pul  çatışmamazhğı  yaranarsa  ərazi  idarələri 
ehtiyat fondundan dövriyyə kassasına əlavə pulun verilməsi üçün 
emissiya sifarişi tərtib edir. Milli Bankın səlahiyyətli departamenti 
ərazi  idarələrinin  sifarişləri  əsasında  ehtiyat  fondundan  dövriyyə 
kassasına əlavə pulun verilməsi üçün emissiya icazəsi hazırlayır və 
ərazi  idarəsinə  göndərir.  Emissiya  icazəsi  əsasında  ərazi  idarəsi 
ehtiyat fondundan dövriyyə kassasına pul köçürdükdə nağdi pulun 
ehtiyat  fondundan  götürülməsi  barədə  kassa  məxaric  orderi  və 
nağdi 
76 


pulun dövriyyo kassasına qəbul edilməsi barədə kassa mədaxil 
orderi tərtib edir. 
Dövriyyə  kassasından  ehtiyat  fonduna  vəsait  köçürülməsi 
kredit idarələri tərəfindən sərbəst həyata keçirilir. Belə ki, dövriyyə 
kassasında limitdən artıq nağd pul qalarsa həmən məbləğ ehtiyat 
fonduna  qoyulmalıdır.  Bu  zaman  dövriyyə  kassası  üzrə  kassa 
məxaric orderi, ehtiyat fondu üzrə isə kassa mədaxil orderi tərtib 
edilir. 
Pul və başqa qiymətlilər saxlanılan yerlərin (anbar) qapıları üç 
açarla  açılır  və  bağlanır.  Ərazi  idarələrində  birinci  açar  kassa 
müdirində, ikinci açar ərazi idarəsinin rəisində, üçüncü açar isə baş 
mühasibdə saxlanılır.Günün axırında pul saxlanan yer açarları olan 
şəxslərin möhürləri ilə möhürlənir və mühafizə işçisinə verilir. 
Pul  saxlanılan  yerlərdə  nağd  pulun  və  digər  qiymətlilərin 
salamathhğma  açarları  olan  məsul  vəzifəli  şəxslər  tam  maddi 
məsuliyyət daşıyırlar. 
Bankın kassasına daxil olası nağdi pulların həcmi və mənbəini, 
onların  verilmə  istiqamətlərini,  eləcədə  dövriyyəyə  əlavə  pul 
buraxılışı 
və 
dövriyyədən 
pulların 
götürülməsinin 
müəyyənləşdirilməsi 
üçün 
banklarda 
kassa 
dövriyyəsi 
proqnozlaşdırılır.  Kredit  idarələrinə  pullar  əsasən  aşağıdakı 
kanallar vasitəsi ilə daxil olur. 

.Ticarətdən, 
2.sərnişin 
nəqliyyatından, 
3.tamaşa 
müəssisələrindən,  4.sair  xidmət  müəssisələrindən.  5-vergi 
rüsumlar, 
6.
 
daşınmaz əmlakın satışından, T.vətəndaşlardan, 8.Rabitə 
müəssisələrindən, 9. Dövlət qiymətli kağızlarının satışından, 
10.
 
Deponlaşdırılmış əmək haqqı, 11. Valyuta dəyişmə 
məntəqələrindən və sair daxil olmalar. 
Banklardan nağdı pullar əsasən aşağıdakı məqsədlərə verilir; 
1. Əmək haqqı, 2.təqaüdlər, 3. Sosial xarakterli ödənilər, 4.Kənd 
təsərrüfatı  məhsulların  tədarükü  5.Pensiya  yardımları,  6.fərdi 
mənzil  inşaatına  ssudalar;  7.  Şəxsi  hesablardan  qoyuluşların 
qaytarılması; 
8. 
Rabitə 
müəssisələrinin 
kassasının 
möhkəmləndirilməsi;  9.sahibkarlıqla  məşğul  olan  şəxslərin 
hesablarından ödənişlər və s. 
77 


Proqnozlar balans üsulu ilə tərtib edilir və nəticədə ya tədavülə 
əlavə  pul  buraxılışı  və  yada  tədavüldən  pulun  götürülməsi 
proqnozlaşdırılır. 
§2.Lizinq amaliyyatları 
Lizinq - istehsal təyinatlı əmlakın kirayəyə verilməsi kimi başa 
düşülür.  Lizinqin  obyekti  kimi  müəssisələr,  binalar,  qurğular, 
avadanlıqlar, nəqliyyat vasitələri digər daşman və daşınmaz əmlak 
çıxış edə bilər. 
Lizinq  əməliyyatlarının  aparılmasında  üç  iqtisadi  subyekt 
iştirak edir. 
1.
 
Lizinq  verən  -  bank  və  ya  lizinq  kompaniyaları,  eləcə  də 
lizinq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar 
2.
 
Lizinq  alan-  istənilən  hüquqi  şəxs  lizinq  müqaviləsi 
əsasında istifadə üçün əmlak ala bilər. 
3.
 
Satıcı - lizinq əşyasını satan. 
Mahiyyət etibarilə lizinq - lizinq verən tərəfindən lizinq alana 
əmlak formasında verilən kreditdir. 
Lizinq alan özünə lazım olan avadanlığı istehsal edən satıcını 
seçir. Həmən avadanlığı almaq imkanı olmadığından o banka və ya 
lizinq  kompaniyasına  həmən  avadanlığın  alınmasında  yardımçı 
olmağı xahiş edir.Lizinq alanın xahişini yerinə yetirən bank və ya 
lizinq kompaniyası avadanlığı əldə edərək onu müvəqqəti istifadə 
üçün lizinq alana verir. 
Lizinq  verən  lizinq  müqaviləsinə  əsasən  müəyyən  satıcıdan 
lizinq  alanın  nəzərdə  tutduğu  əmlakın  əldə  edilərək  sahibkarlıq 
fəaliyyəti  üçün  ona  verilməsi  öhdəliyini  qəbul  edir.  Lizinq  verən 
lizinq predmeti və satıcı üçün məsuliyyət daşımır. 
İcarəyə  götürülmüş  əmlakın  təsadüfən  məhv  və  ya  xarab 
olmasına  görə  risk  əmlakın  icarəyə  verildiyi  andan  lizinq  alanın 
üzərinə düşür. 
Lizinq müqaviləsi yazılı surətdə bağlanılır. İcarəyə götürülmüş 
əmlakın orta və cari təmiri, texniki xidməti, lizinq alan tərəfindən 
onun  hesabına  aparılır.  Əsaslı  təmir  isə  lizinq  verən  tərəfindən 
həyata keçirilir. 
78 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə