MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

Faktorinqin  iqtisadi  səmərəliliyi  ondadır  ki,  o  müəssisənin 
aktivlərinin 
likvidliyini, 
onun 
kapitalının 
dövri)^əsini, 
rentabelliyini yüksəldilməsinə kömək edir. 
Faktorinq  üzrə  əməliyyatların  aparılması  üçün  müqavilə 
bağlanılır.  Müqavilədə  sənədlərin  rəsmiləşdirmə  qaydası;  ödəmə 
tələbnaməsi  məbləğindən  faktorinqin  payı,  müddəti,  faktorinq 
əməliyyatları  üzrə  maksimum  məbləğ,  əməliyyatın  aparılması 
qaydası, komisiyon məbləği göstərilir. 
Bank  müəssisədən  sifariş  aldıqdan  sonra  öz  müəssisənin 
iqtisadi və maliyyə vəziyyətini, onun işgüzar fəaliyyətini öyrənir və 
onun əsasında faktorinq müqaviləsinin bağlanması haqqında qərar 
qəbul  edir.  Bu  zaman  müştəri  alıcıya  göndərdiyi  malların  hesab 
qaiməsini banka göndərir, bank hər - bir sənəd üzrə ödənişə razılığı 
öyrənir, ödəyicinin ödəmə qabiliyyətin müəyyənləşdirir və yalnız 
tədbirin həyata keçirilməsini münasib hesab etdikdə sənədi ödəyir. 
Faktorinqin  əsas  xüsusiyyəti  ondadır  ki,  həm  alıcı  həm  də 
satıcıya belə əməliyyat sərfəlidir. Satıcı göndərdiyi malın dəyərinin 
vaxtında  ödənilməsinə  əmin  olur.  Ödəyici  satıcı  qarşısındakı 
öhdəliyin  vaxtında  yerinə  yetirmiş  olur.  Faktorinq  -  bank  isə 
haqqını  alır.  Faktorinqin  haqqı  hesab  qaimənin  məbləğinə  görə 
hesablanan  xidmət  haqqı  və  göstərdiyi  kredit  xidmətinə  görə 
haqdan ibarət olur. Kredit xidmətinə görə alınan haqq bank krediti 
üzrə haqqdan 2-3 punk yüksək olur. 
Qeyd  etmək  lazımdır  ki,  bank  faktorinq  xidmətini  göstərən 
zaman  müəssisələrə  differensial  yanaşır.  Beləki  bank;  çoxsaylı 
debitorları  olan,  qeyri  standart  məhsul  istehsal  edən  müəs- 
sisələrə,subpodaratçılarla  işləyən  tikinti  kompaniyalarına  və  s. 
faktor xidməti göstərmir. 
Faktorinq  geniş  funksiyaya  malik  bir  xidmət  formasıdır.  Bu 
zaman  bank  satıcının  göndərdiyi  malın  dəyərini  avans-  laşdırır, 
alıcının ödəmə qnabiliyyətini  təhlil edir, satıcıya  malın  dəyərinin 
ödənilməsinə  təminat  verir,  ödənişləri  təmin  edir,  ödəmə 
tələbnamələrini inkassasiya edir, debitorları idarə edir. 
82 


Faktorinqin  açıq  və  qapalı  vo  formaları  mövcuddur.  Açıq 
faktorinq  zamanı  debitor  ödənişdə  faktorun  iştirakı  haqqında 
məlumatlandırılır və bildirilir ki o ödənişi həyata keçirir. 
Qapalı faktorinqdə isə faktorun mövcudluğu haqqında debitor 
məlumatlandırılmır və o satıcıya ödənişləri həyata keçirir, satıcı isə 
onu faktorun hesabına daxil edir. 
§5. Valyuta sməliyyatlan 
Maliyyə  bazarının  tərkib  hissələrindən  biri  də  valyuta 
bazarıdır. Valyuta bazarında xarici valyutada qiymətli kağızların, 
valyutaların alqı satqısı prosesi həyata keçirilir. Valyuta bazarında: 
-
 
kommersiya bankları; 
-
 
daxil olmuş malları valyutada ödəyən importyorlar
-
 
satdığı malın dəyərinə görə valyuta alan eksportyorlar
-
 
xarici səhm və istiqrazları alıb satan investorlar
-
 
müştərinin  sifarişi  ilə  valyuta  alqı  satqısı  ilə  məşğul  olan 
brokerlər; 
-
 
dilerlər və treyderlər iştirak edirlər. 
Valyuta  nizamlaşdırılması  və  nəzarəti  əsasən  aşağıdakı 
prinsiplərə əsaslanır: 
-
 
valyuta  nizamlaşdırılması  üzrə  dövlət  siyasətində  iqtisadi 
tədbirlərə üstünlük verilir; 
-
 
rezident  və  qeyri  rezidentlərin  valyuta  əməliyyatlarına 
dövlət və onun orqanları müdaxilə etmirlər
-
 
valyuta nizamlaşdırılması və valyuta nəzarəti vəhdət təşkil 
edir; 
-
 
valyuta  əməliyyatı  aparan  tərəflərin  iqtisadi  və  hüquqi 
maraqları dövlət tərəfindən qorunur. 
Xarici  valyutada  kommersiya  bankları  lisenziya  əsasında 
aşağıdakı əməliyyatları yerinə yetirə bilərlər: 
-
 
müştərilərə valyuta hesablan açır və bu hesabları aparırlar; 
-
 
malların  idxalı,  ixracı  və  xidmətlərlə  əlaqədər  beynəlxalq 
hesablaşmalar aparırlar; 


-
 
daxili  valyuta  bazarında  xarici  valyutaların  alqışı  və 
satqısını həyata keçirirlər
-
 
respublika  daxilində  valyuta  vəsaitlərini  cəlb  edərək 
yerləşdirirlər; 
-
 
beynəlxalq pul bazarlarında kredit əməliyyatları aparırlar; 
-
 
beynəlxalq  valyuta  bazarında  depozit  və  konversion 
əməliyyatları yerinə yetirirlər. 
Bankın  valyuta  əməliyyatlarının  idarə  edilməsinin  əsas 
məqsədi  öz  müştərilərinə  aktivlərinin  bir  valyutadan  digərinə 
konvertasiya etmək imkanını yaratmaqdır. 
Bir  valyuta  növünün  digərinə  dəyişdirilməsi  konversiya 
adlanır.  Valyutaların  konversiyası  nağdi  və  nağdsız  formada 
aparıla bilər. 
Valyuta  sövdələşmələrinə  əsasən  vəsaitlər  dərhal  iki  bank  iş 
günü  ərzində  (spot  əməliyyatı)  və  ya  da  iki  iş  günündən  sonra 
(müddətli valyuta əməliyyatı) göndərilə bilər. 
Valyutaların  alqı  satqısı  kommersiya  banklarının  valyuta 
dəyişmə məntəqələri vasitəsi ilə həyata keçirilir. 
«Spot»  əməliyyatı  dedikdə  cari  bazar  şərtləri  ilə  bir  valyuta 
vasitəsi  ilə  digərinin  satın  alınmasıdır.  Bu  əməliyyatlar  üzrə 
hesablaşmalar  sövdələşmpə  bağlandıqdan  iki  gün  ərzində  həyata 
keçirilir. 
Bir  valyuta  ilə  digərinin  satın  alınmasında  istifadə  olunan 
kurs-kross-kurs adlanır. 
Xarici  valyutaların  satılıb  alınması  ya  müvəkkil  banklar 
arasında ya da valyuta birjaları vasitəsi ilə aparıla bilər. 
Kommersiya banklarının birja vasitəsi ilə xarici valyutalarının 
alqı-satqısını aparmaq üçün o birjanın üzvü olmalıdır. 
Müvəkkil banklar həm öz adından öz vəsaiti hesabına eləcə də 
öz  adından  lakin  müştərinin  hesabına  xarici  valyutaları  alıb  sata 
bilərlər. 
Bank ya mənfəət qazanmaq, ya likvidlik səviyyəsini qoruyub 
saxlamaq, ya da xaricdən bank avadanlığı əldə etmək məqsədi ilə 
öz hesabına valyuta alqı satqısı apara bilər. 
Bu proses aşağıdakı üsullarla həyata keçirilir: 
84 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə