MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

-
 
Müvəkkil  bankın  bilavasitə  özü  ilə  bağlanan  alqısatqı 
müqaviləsi əsasında 
-
 
Müvəkkil banklar vasitəsi ilə digər müəssisələrə və banklar 
üçün valyuta alışı və satışına müqavilələr və tapşırıqlar vasitəsi ilə. 
Valyuta əməliyyatlarının bir növü də müddətli sövdələşmələr 
əsasında valyuta alışı və satışı əməliyyatlarıdır. 
Bu  əməliyyatlara  forvardlar,  fyuçerslər,  opsionlar  və  «svop» 
sövdələşmələri daxildir. 
«Forvard»  əsasında  sövdələşmə  birjadan  kənar  bazarda 
aparılır.  Bu  zaman  valyuta  satıcısı  alıçıya  sövdələşmə  bağlanan 
zaman  qeyd  edilən  qiymətlə  konkret  miqdarda  valyuta  satışı 
öhdəliyini  qəbul  edir.  Bu  əməliyyatların  aparılması  üçün 
iştirakçıların balansında valyuta mövqei açılır. 
Mahiyyət  etibarı  ilə  fyuçers  kontraktı  forvarda  bənzəsə  də 
ondan  fərqlidir.  Belə  ki  fyuçers  birja  kontraktıdır.  Onun  şərtləri 
birja  vasitəsi  ilə  müəyyən  edildiyindən  daha  etibarlıdır  və 
likvidlidir. 
Opsion  qaydasında  aparılan  müddətli  kontraktların  əsasında 
valyuta  alışı  və  satışı  zamanı  tərəflər  kontrakt  əsasında  bazis 
valyutanı  alıb  satmaq  hüququna  malik  olurlar.  Bu  hüququ  almaq 
üçün pul ödənilir ki, bu da opsionun qiyməti adlanır. 
Pul  bazarında  «svop»  sövdələşmələri  də  həyata  keçirilir.  Bu 
zaman valyutalar «svop» şərtləri ilə satın alınaraq «forvard» şərtləri 
ilə satılır və*ya əksinə. 
Xarici  valyuta  ilə  əməliyyatların  aparılması  zamanı  bank 
müvafiq  valyutalarda  aktivləri  və  passivləri  formalaşdırır  ki, 
onların da nisbəti «valyuta mövqei» adlanır. 
§ 6. Qiymətli kağızlarla əməliyyatlar 
Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla 
hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu 
sənəd  olmadan  nə  həyata  keçirilə  bilər,  nə  də  başqa  şəxsə  verilə 
bilər. Qiymətli kağız başqasına verildikdə onun 
85 


təsdiqlədiyi bütün hüquqlar da keçir. (Azərbaycan Respublikası 
Mülki Məcəlləsi). 
Qiymətli  kağızlara  -  dövlət  istiqraz  vərəqələri,  veksel,  çek, 
depozit və əmanət sertifikatları; əmanət kitabçası (təqdim edənə), 
səhm, özəlləşdirilmiş qiymətli kağızlar və qanunla qiymətli kağız 
hesab edilən digər sənədlər daxildir. 
Mövcud  qanunçuluğa  əsasən  qiymətli  kağızlar  emissiya  və 
qeyri  emissiya  qiymətli  kağizlara  bölünür.  Səhm  və  istiqrazlar 
emissiya  qiymətli  kağızlarına,  yerdə  qalanlar  isə  qeyri  emissiya 
qiymətli kağızlar qrupuna daxildir. 
Qiymətli  kağızlar  bazarında  banklar;  emitent,  investor, 
qiymətli kağızlar bazarında peşəkar fəaliyyət göstərən və qiymətli 
kağızlar bazarına bank əməliyyatı xidmətini göstərən formada çıxış 
edirlər. 
Banklar emitent əməliyyatlarını özlərinin qiymətli kağızlarının 
buraxılması və ilkin yerləşdirilməsi; banklar tərəfindən buraxılmış 
qiymətli  kağızlarla  təsdiq  edilmiş  investorların  hüquqlarının 
reallaşdırılması  ilə  əlaqədar  əməliyyatları;  faiz  və  dividendlərin 
ödənilməsində, ödəniş müddəti çatdıqda borc qiymətli kağızlarının 
ödənilməsində və s. zamanı yerinə yetirirlər. 
Bank investor kimi aşağıdakı əməliyyatları yerinə yetirir: 
-
 
qiymətli kağızların alqışı və satqısı; 
-
 
əldə  olunmuş  qiymətli  kağızların  girovuna  əsasən 
kreditlərin cəlb edilməsi
-
 
əldə  olunmuş  qiymətli  kağızların  verdiyi  hüquqların 
investor bank tərəfindən reallaşdırılması əməliyyatları; 
-
 
qiymətli kağızların ödənilməsi üçün faizlərin, dividendlərin 
və məbləğlərin əldə edilməsi. 
Kommersiya bankları qiymətli kağızlar bazarında peşəkar kimi 
- broker, diler, qiymətli kağızların idarə edilməsi, klirinq, depozitar 
və s. əməliyyatlarla məşğul olurlar. 
Banklar  eyni  zamanda  qiymətli  kağızlar  bazarına  xidmət  ilə 
əlaqədar  öz  ənənəvi  əməliyyatlarım  da  yerinə  yetirirlər.  Belə  ki, 
banklar qiymətli kağızların əldə edilməsi və onların girovu əsasında 
kreditləşmə əməliyyatlarını həyata keçirir, qiymətli 
86 


kağızların  -  xüsusən  istiqrazların  buraxılmasına  zəmanət  verir, 
qiymətli kağızlar bazarı iştirakçılarına hesablar açır, hesablar üzrə 
əməliyyatlar aparır. 
Kommersiya  banklarının  fəaliyyətinin  əsas  məqsədi  mənfəət 
əldə etmək olduğundan qiymətli kağızlarla əməliyyatlar zamanı da 
bank mənfəət əldə etməyə çalışır. Bu məqsədlə banklara qiymətli 
kağızlar  bazarında  investisiya  fəaliyyəti  ilə  məşğul  olurlar.  Bu  o 
deməkdir ki, banklar öz təşəbbüsü ilə öz adından qiymətli kağızlara 
vəsait qoyurlar. Bununda nəticəsində banklar həm birbaşa həm də 
dolayısı  ilə  mənfəət  əldə  edirlər.  Banklar  dividend  və  ya  faiz 
formasında gəlir əldə etməklə yanaşı qiymətli kağızların satışından 
mənfəət əldə edirlər. 
Səhmdar  kommersiya  bankları  nizamnamə  kapitallarının 
formalaşdırılması  və  ya  artırılması  məqsədi  ilə  öz  qiymətli 
kağızlarını buraxa bilərlər. 
Banklar eyni zamanda qiymətli kağızların ilkin yerləşdirilməsi 
üzrə  də  əməliyyatlar  apara  bilərlər.  Onlar  maliyyə  bazarlarında 
səhmlərin  yerləşdirilməsi,  səhmdarların  reyestrlərinin  aparılması, 
illik dividendlərin ödənilməsi əməliyyatlarını yerinə yetirirlər. 
§7. Bankların investisiya əməliyyatları 
İnvestisiya  dedikdə  mənfəət  əldə  etmək  məqsədi  ilə  ölkə 
daxilində  və  xaricində  sənaye,  kənd  təsərrüfatı  və  iqtisadiyyatın 
digər  sahələrinə  uzun  müddətli  vəsait  qoyuluşu  başa  düşülür.  Bu 
zaman müvəqqəti sərbəst pul vəsaitlərinə malik olanlarla bu vəsaitə 
ehtiyacı  olanlar  arasında  əlaqə  yaratmaq  zərurəri  yaranır  ki,  bu 
əlaqə  də  kommersiya  bankları,  inventisiya,  pensiya  fondları, 
sığorta  kompaniyaları  və  s.  vasitəçiliyi  ilə  yaradılır.  Bu  prosesdə 
kommersiya bankları aparıcı rola malikdirlər. 
Bankların  investisiya  əməliyyatları  dedikdə  isə  bank 
resurslarının  qiymətli  kağızlara,  daşınmaz  əmlaka,  müəssisələrin 
nizamnamə fonduna, qiymətli materiallara və digər obyektlərə 
87 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə