MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

yerləşdirilməsi (investisiyalaşdınimağı) üzrə fəaliyyəti başa 
düşülür. 
İnvestisiya  əməliyyatlarının  yerinə  yetirilməsində  bankın 
məqsədi: 
 _ bankın gəlir bazasını genişləndirmək; 
 _  maliyyə möhkəmliyinin yüksəldilib bankın ümumi 
riskini aşağı salmaq; 
 _  müştəri resurs bazasını, müştərilərə göstərilən xidmət 
növlərini genişləndirmək; 
 _ müştərilərin qiymətli kağızlarına nəzarət yolu ilə onlara 
təsir dairələrini genişləndirməkdir. 
Hal  -  hazırda  investorlar  daha  tez  verimli  sahibkarlıq 
fəaliyyətinə vəsait qoyurlar. 
Əsas  vəsait  qoyuluşunun  kredit  metodu  ilə  aparılması  daha 
önəmli  hesab  edilir.  Bu  vəsaitin  qaytarılmaqh  olması  ilə 
əlaqədardır. 
Bankların 
investisiya 
əməliyyatları 
onların 
fəaliyyətinin  digər  istiqamətlərindən  xüsusən  də  müştərilərin 
kreditləşdirilməsi əməliyyatlarından fərqlənir. 
Ssudalar,  adətən  nisbətən  qısa  bir  müddətdə  onların 
qaytarılması şərti ilə verilməsi mənasını daşıyırsa, investisiyalaşma 
nisbətən uzun bir zaman kəsiyində vəsaitlərin axınını təmin etmək 
məqsədi ilə pul vəşaiti qoyuluşu mənasını verir. 
Bank kreditləşməsi  zamanı  sövdələşmənin  təşəbbüskarı kimi 
borc  alan  çıxış  edirsə  investisiyalaşmada  təşəbbüskar  kimi  bank 
çıxış edir. O bazarda aktiv satın almağa cəhd edir. 
Kredit  sövdələşməsinin  əksəriyyətində  bank  vahid  kreditor 
kimi çıxış edirsə investisiyalaşma prosesində isə o bir qayda olaraq 
çoxsaylı iştirakçılardan biri olur. 
Bank  kreditləşməsində  borc  alan  ilə  bankın  nümayəndəsi 
arasında əlaqə yaradılması nəzərdə tutulursa, investisiyalaşma isə 
sahibi göstərilməmiş fəaliyyətidir. 
Bankların investisiya obyektlərinə müəssisələrin, təşkilatların 
və  vətəndaşların  tikinti,  istehsalın  və  sosial  -  məişət  təyinatlı 
obyektlərin  yenidən  qurulması  və  yeni  texnika  ilə  silahlanması, 
texniki  avadanlıq  və  nəqliyyat  vasitələri,  bina  və  qurğuların 
alınmasına və habelə birgə müəssisələrin, elmi - 
88 


texniki  məhsulların,  intellektual  dəyərlərin  və  digər  mülkiyyət 
obyektlərinin yaradılması üzrə məsrəflər və s. daxildir. 
İri  borc  alanlar  uzunmüddətli  kreditə  tələbatın  planlaş- 
dırılmasını bir qayda olaraq vəsaitin  faktiki  olaraq istifadəsindən 
əvvəl həyata keçirirlər. Müəssisə və təşkilatların kredit ərizələrinə 
əsasən  bank  ilin  bu  və  ya  digər  dövrlərində  kreditə  olan  tələbatı 
müəyyən  edir,  digər  ssudalar  üzrə  müddətli  və  tələb  olunan 
resursların məbləğini hesablayır. 
Uzun müddətli ssudalar iri və kiçik müəssisələr üçün olduqca 
sərfəlidir.  Əgər  müəssisələr  öz  ehtiyaclarını  cari  mənfəət  və  ya 
uzunmüddətli  ssuda  bazarında  mötədil  (mülayim)  qiymətlərlə 
istiqrizların  buraxılışı  yolu  ilə  uzunmüddətli  borc  kapitalı 
bazarında vəsaitlərin qəbul edilməsi hesabına təmin edə bilmirsə, 
onda  uzunmüddətli  borclar  əsaslı  vəsait  qoyuluşunun 
maliyyələşdirilməsinin  ən  yaxşı  vasitəsi  hesab  edilə  bilər. 
Borcalanın  istiqrazların  bazarda  satışına  nisbətən  daha  müvafiq 
şərtlərlə kredit almaq imkanı vardır. Zəruri hallarda kreditin bəzi 
şərtləri müqaviləyə görə dəyişdirilə bilər. 
Borc  alan  uzunmüddətli  ssudadan  bir  -  neçə  ildən  sonra 
istiqrazların reallaşdırılmasından daxil olmalar hesabına ödəməyi 
planlaşdırmaqla  istifadə  edə  bilər.  Uzunmüddətli  ssuda  alınması 
istiqrazların  buraxılışına  nisbətən  daha  əlverişlidir.  Bu  halda 
əməliyyat xərcləri və faiz dərəcəsi həmişə aşağı olur. Çünki borc 
alan qiymətli kağızların qeydiyyatı, yerləşdirilməsinin təminatı və 
onların bazarda satışına heç bir xərc çəkmir. Qeyd etmək lazımdır 
ki,  uzunmüddətli  sudaya  olan  tələb  ilə  müəssisənin  gəlirlərindən 
tutulan vergi  arasında müəyyən qarşılıqlı əlaqə  mövcuddur. Belə 
ki,  yüksək  vergi  səviyyəsi  istehsalın  genişləndirilməsini  cari 
gəlirlər hesabına aparılmasını çətinləşdirə bilər. 
Uzunmüddətli  ssudalar  iqtisadiyyatın  müxtəlif  sahələrində 
tətbiq  edilir.  Xüsusən  sənaye  obyektləri,  yeni  texnologiya  və 
avadanlığa çox vəsait qoyulur. Onlara uzumüddətli istifadə edilən 
əmtəələrin  istehsalı  ilə  məşğul  olan  müəssisələr,  neft  emal  edən, 
kimyəvi  məhsullar  istehsal  edən  müəssisələr,  mədən,  nəqliyyat, 
rabitə müəssisələri və s. aiddir. 
89 


Bir  qayda  olaraq  uzunmüddətli  kredit  verilməsinə  kredit 
müqaviləsinin  rəsmilləşdirilməsi  zamanı  texniki  -  iqtisadi 
əsaslandırılma  (TİƏ)  təqdim  edilməlidir.  TİƏ  -  də  tələb  olunan 
kreditin  məqsədi  ətraflı  göstərilir,  kredit  hesabına  ödənilməsi 
nəzərdə tutulan məsrəflərin (smetanın) hesablamaları verilir. 
TİƏ  -  nin  ayrıca  bölməsini  müştərinin  kreditləşdirilən 
tədbirlərin  reallaşdırılmasından  və  ya  bütün  fəaliyyət  növündən 
gözlənilən  gəlirlərin  hesablanması  təşkil  edir.  Burada  borcların 
ödənilməsi mənbələri kimi müxtəlif istiqamətlər üzrə alınan bütün 
gəlir  çıxış  edir.  Gəlirlərin  hesablanması  həm  ümumi  və  həm  də 
xalis  gəliri  göstərməklə  kreditdən  istifadənin  bütün  plan  dövrünə 
(illər üzrə) tərtib edilməlidir. Müştəri həm də kreditləşən tədbirlərin 
(məhsul, iş, xidmət) nəticələrinin reallaşdırılan hissəsinə dair alıcı 
ilə müqavilə səviyyəsində öz hesablamalarını təqdim etməlidir. 
Bu göstəricilər ssudanm səmərəliliyinin müəyyən edilməsinin 
və onun özünü ödəməsinin real müddətinin müəyyən edilməsi üçün 
ilk  əsas  bazadır.  Bir  qayda  olaraq  bank  ziyanla  işləyən,  aşağı 
rentabelli  qeyri  -  kommersiya  və  ya  müəyyən  sosial  yönümlü 
olmayan layihələri kreditloşməyə qəbul etmir. 
Əgər layihə hər hansı bir əmlakın icarəyə götürülməsi və  ya 
tikinti ilə əlaqədardırsa, bu halda banka icarə müqaviləsinin sürəti 
və bu məqsəd üçün müvafiq torpaq sahəsinin ayrılması haqqında 
yerli icra hakimiyyət orqanının qərarı təqdim edilməlidir. 
Kredit  hesabına  həyata  keçirilən  iri  investisiya  proqramı  ilə 
əlaqədar layihələr əvvəlcədən ekspertizaya verilə bilər. 
Uzunmüddətli  kreditdən  istifadəyə  görə  faiz  dərəcəsi 
komission  mükafatı  və  digər  ödəmələr  müqaviləyə  əsasən 
müəyyən edilir. 
Faiz dərəcəsi möhkəm (sabit) və dəyişkən ola bilər. Möhkəm 
faiz  dərəcəsi  ssudanm  bütün  müddəti  ərzində  dəyişməz  qalır, 
dəyişən  isə  dövri  olaraq  (3  -  6  ay  ərzində  bir  dəfə)  bazarın 
şəraitindən,  depozitlərə  (əmanətlər)  faizin  dəyişməsindən, 
inflyasiyanın rəsmi elan edilmiş indeksindən və başqa səbəblərdən 
asılı olaraq yenidən baxılır. 
90 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə