MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   25   26   27   28   29   30   31   32   33

Bazar 
iqtisadiyyatı 
şəraitində 
kapital 
qoyuluşunun 
uzunmüddətli  kreditləşmə  qaydasında  yerinə  yetirilməsi  daha 
məqsədəuyğun hesab edilir. 
Kapital  qoyuluşunun  maliyyələşdirilməsi  mənbələri  müxtəlif 
olsada, onun əsasını istehsal prosesində yaradılmış milli gəlir təşkil 
edir.  Bununla  yanaşı  bank  krediti  (o  cümlədən  xarici  bankların), 
investorun  özünə  məxsus  vəsaiti  (gəlir,  amortizasiya  ayırmaları, 
vətəndaşların  pul  yığımları,  müxtəlif  təbii  fəlakətlərə  görə  daxid 
olmalar,  sığorta  ayırmaları  və  s.)  borc  edilmiş  maliyyə  vəsaitləri 
(səhm  və  payların  satışından),  büdcə  vəsaitləri,  büdcədənkənar 
fondların vəsaitləri və s. maliyyələşmə mənbəi kimi çıxış edə bilər. 
Mülkiyyət  formasından  asılı  olaraq  maliyyələşmə  mənbələri 
də müxtəlif olur. Belə ki, dövlət mülkiyyətinə aid edilən obyektlər 
üzrə  maliyyələşmə  əsasən  mərkəzləşdirilmiş  büdcə  vəsaitləri 
hesabına həyata keçirilirsə, digər mülkiyyət formalarına aid edilən 
tədbirlərin maliyyələşdirilməsi ya özlərinə məxsus vəsait və ya cəlb 
edilmiş vəsaitlər hesabına həyata keçirilir. 
Dövlət  kapital  qoyuluşunun  maliyyələşdirilməsi  mənbələri 
içərisində  büdcədən  maliyyələşmə  aparıcı  rol  oynayır.  Bu  əsasən 
qeyri - istehsal xarakterli, obyektlərin maliyyələşdirilməsində daha 
qabarıq nəzərə çarpır. 
Kapital  qoyuluşunun  maliyyələşdirilməsində  uzunmüddətli 
bank və dövlət krediti də geniş iştirak edir. Kredit, bir qayda olaraq 
özünəməxsus vəsaitin çatışmadığı hallarda istifadə olunur. 
Kapital  qoyuluşu  üçün  nəzərdə  tutulmuş  vəsait  bir  qayda 
olaraq  banklarda  cəmlənməlidir  ki,  bu  da  fasiləsiz  və  məqsədli 
maliyyələşmə üçün əsas şərtlərdəndir. 
Ölkə  iqtisadiyyatının  inkişafında  kapital  qoyuluşu  müstəsna 
əhəmiyyətə  m.alikdir.  Sahələrin  inkişafı,  məhsuldar  qüvvələrin 
ölkə  ərazisində  düzgün  yerləşdirilməsi,  əsas  fondların  və  istehsal 
güclərinin  vaxtında  istifadəyə  verilməsi,  ən  əsası  isə  təkrar 
istehsalın  fasiləsizliyi  kapital  qoyuluşundan,  onun  ümumi 
məbləğindən və düzgün yerləşdirilməsindən asılıdır. 
94 


Dövlət  mülkiyyətinin  inhisarçılığı,  planlaşdırma  və 
idarəetmənin  mərkəzdən  həyata  keçirildiyi  sosializm  şəraitində 
kapital qoyuluşu da mərkəzləşdirilmiş qaydada müəyyən edilərək 
sahələrin  inkişafına  yönəldilirdi. Hər il məcmu  ictimai məhsulun 
təxminən  18-20%-i  kapital  qoyuluşu  xərclərinə  istifadə  olunurdu 
ki,  bu  da  həmin  dövrdə  dünyada  yüksək  göstərici  kimi  qəbul 
olunurdu. 
Müasir  dövrdə  bazar  iqtisadiyyatının  tələblərinə  müvafiq 
olaraq mülkiyyətin özəlləşdirildiyi, dövlətin mülkiyyət üzərindəki 
inhisarçılığı aradan qaldırıldığı şəraitdə, sahələrin inkişafı, bunun 
üçün kapital qoyuluşunun müəyyən edilməsi vacib olmaqla, onun 
mənbələri  müəyyən  edilməlidir.  Nəzərə  alınmalıdır  ki,  yeni 
mülkiyyət sahibləri kifayət qədər kapitala malik deyildir ki, onlar 
təmsil  etdikləri  sahələrin  inkişafına  lazımi  vəsaiti  ayırsın,  digər 
tərəfdən,  yeni  mülkiyyətçilər  əsasən  Abşeron  iqtisadi  rayonunda 
Bakı və Sumqayıtda cəmləşdiklərindən, ölkə ərazisində məhsuldar 
qüvvələrin düzgün yerləşdirilməsi hələlik dövlət qayğısı olmadan 
mümkün  deyildir.  Elə  bu  səbəbdən  də  son  illərdə  regionların 
inkişafı  daha  çox  diqqət  mərkəzində  saxlanılır.  Ölkə  başçısının 
regionların  sosial-iqtisadi  inkişafına  xüsusi  qayğı  göstərməsi  bu 
sahədə  vəziyyətin  tədricən  yaxşılaşdıllmasma  səbəb  olmaqdadır. 
Respublikamızın  iqtisadi  qüdrətinin  güclənməsi,  Bakı-Ceyhan 
kəmərinin  tam  gücündə  işə  düşməsi,  yeni  iri  layihələrin  həyata 
keçməsi nəticəsində regionların  inkişafı, xüsusilə ölkə ərazisində 
məhsuldar  qüvvələrin  inkişafı  və  düzgün  yerləşdirilməsini  təmin 
edəcəkdir. 
Kapital qoyuluşundan səmərəli istifadə olunması, onun daha 
çox fayda verməsi vəsaitin sahə, ərazi, texnoloji və təkrar istehsal 
quruluşlarının vəziyyəti və təkmilləşdirilməsindən çox asılıdır. 
Kapital qoyuluşunun saha quruluşu dedikdə - vəsaitin makro 
və mikro iqtisadi sahələr arasında bölgüsü və onun ümumi yekunda 
xüsusi çəkisi-payı nəzərdə tutulur. Bu halda elə etmək lazımdır ki, 
kapital  qoyuluşunun  əsas  hissəsi  aparıcı  sahələrin  inkişafına 
istifadə olunsun ki, buna əsasən də digər sahələrin inkişafını təmin 
etmək mümkün olsun. 
95 


Kapital  qoyuluşunun  ərazi  quruluşu  dedikdə  -  vəsaitin 
iqtisadi  rayonlar  üzrə  bölgüsü  və  bunun  ümumi  yekunda  xüsusi 
çəkisi-payı başa düşülür. Məlum olduğu kimi Azərbaycanda daha 
geniş və sürətli inkişaf Abşeron iqtisadi rayonunun payına düşür. 
Bu sovet dövründən başlayaraq, bu gün də davam etməkdədir. 
Sovet  dövründə  aparılan  siyasət,  ölkə  miqyasında  ümumi 
problemlər  baxımından  Azərbaycandan  xammal  bazası  kimi 
istifadə  etməyə  (neft,  pambıq,  üzüm-şərab,  tərəvəz  və  s.) 
yönəldilmişdir.  Mərkəzləşdirilmiş  qaydada  ayrılan  kapital 
qoyuluşunun  təxminən  80%-ə  qədəri,  elə  həmin  mərkəzdən 
Bakı-Sumqayıt  şəhərlərindəki  neft-qaz,  kimya  müəssisələrinin 
inkişafına  nəzərdə  tutulurdu.  Elə  bu  səbəbdən  də  sənaye 
məhsulunun 80%-ə qədəri, dövlət mənzil tikintisinin 85-90%-i, işçi 
qüvvəsinin  65-70%-i  və  buna  müvafiq  sosial-sfera  obyektlərinin 
çoxu Abşeronda cəmlənmişdir. 
Müstəqilliyimizdən  keçən  15  il  ərzində  də  bu  vəziyyəti 
düzəltmək mümkün olmamışdır. Bunun obyektiv səbəbləri vardır. 
İlk növbədə Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyonadək 
Azərbaycanlı  öz  doğma  yurd-yuvasından  qaçqın  düşərək  əsasən 
Abşeronda məskunlaşması, əcnəbi şirkətlərin Azərbaycanda əsasən 
neft-qaz  sənayesinə  investisiya  qoymaq  arzusu,  digər  rayonlarda 
imkanlı sahibkarların kifayət qədər olmaması və s. göstərmək olar. 
Kapital  qoyuluşımun  texnoloji  quruluşu  dedikdə  vəsaitin 
tərkibində tikinti-quraşdırma işlərinin, avadanlığın və sair xərclərin 
xüsusi çəkisi-payı başa düşülür ki, bu da vəsaitin yeni tikintiyə və 
mövcud  obyektlərdə  yenidənqurma  və  genişləndirmə  işlərinə 
xərclənmə  nisbətini  müəyyən  edir.  Qabaqcıl  ölkələrin  nümunəsi 
göstərir  ki,  kapital  qoyuluşunun  səmərəliliyini  yüksəltmək  üçün 
onu mövcud obyektlərin yenidən qurulmasına istifadə etmək daha 
faydalıdır. Belə ki, bu halda yeni istifadəyə verilən əsas fondların 
tərkibində aktiv fondların xüsusi çəkisi daha yüksək olur ki, bu da 
istehsalın imkanlarını daha da artırır. Bu məsələlər daha çox kapital 
qoyuluşunun  təkrar  istehsal  quruluşunun  təkmilləşdirilməsində 
özünü əyani göstərir. 
96 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə