MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan


təkrar  istehsal  quruluşu



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   25   26   27   28   29   30   31   32   33

Belə  ki,  kapital  qoyuluşunun  təkrar  istehsal  quruluşu 
dedikdə -  ayrılmış vəsaitin  yeni  tikintiyə və mövcud obyektlərdə 
yenidənqurma və genişləndirmə məqsədlərinə yönəldilməsi nisbəti 
başa düşülür. 
Ümumilikdə  iqtisadiyyatın  inkişafı  kapital  qoyuluşundan, 
onun  ümumi  məbləğindən,  vəsaitin  istifadəsinin  vəziyyətindən, 
investisiya  fəaliyyətində  iştirak  edən  bütün  tərəflərin  ümumi  işə 
münasibətindən çox asılıdır. Məlum olduğu kimi istifadə edilmiş 
kapital qoyuluşu son nəticədə əsas fondların və istehsal güclərinin 
istifadəyə  verilməsi  ilə  başa  çatır.  Bu  məqsədlərə  daha  tez  və  az 
itgiyə nail olmaq üçün aşağıdakı şərtlərə əməl etmək olduqca vacib 
hesab edilir: 

 
istifadə üçün  ayrılmış vəsaitin  eyni zamanda tikiləcək bir 
çox obyektlər arasında səpələnməsinə yol verməmək

 
mülkiyyət  formasından  asılı  olmayaraq,  bütün  sahələrdə 
yerinə yetirilən işlərin vaxtmda başa çatdırılmasını təmin etmək; 

 
obyektlərin  istifadəyə  verilməsi  üçün  ayrılmış  vəsaiti 
vaxtmda  mənimsəmək  məqsədilə  həmin  obyektlərin  lazımi 
Layihə-smeta sənədləri ilə, material ehtiyatları, işçi qüvvəsi ilə və 
maşm-mexanizmlərlə təmin olunmasını və s. təmin etmək. 
Mülkiyyət  münasibətlərindən  asılı  olmayaraq  bütün 
cəmiyyətlərdə  geniş  təkrar  istehsalın  təmin  olunması,  kapital 
qoyuluşunun fasiləsizliyi, onun stabil maliyyə mənbələrinə malik 
olması  mühüm  əhəmiyyətə  malikdir.  Bu  mənbələr  müxtəlif 
dövrlərdə müxtəlifliyi və xüsusi çəkisinə görə dəyişkən olması ilə 
səciyyələnir. Belə ki, əgər sosializm şəraitində kapital qoyuluşunun 
mənbələri içərisində aparıcı yeri büdcə vəsaitləri tuturdusa, müasir 
şəraitdə  vəziyyət  təmamilə  fərqlidir.  Bu  ilk  növbədə  mülkiyyət 
münasibətlərinin dəyişdirilməsi, dövlətin inhisarçılıq hüququndan 
məhrum  olması,  yeni-yeni  mülkiyyət  forma  və  münasibətlərinin 
meydana gəlməsi ilə izah olunmalıdır. Mülkiyyətin əsas inhisarçısı 
dövlət  olduğu  dövrlərdə  kapital  qoyuluşu  mənbələri  içərisində 
aparıcı  yeri  məlumdur  ki,  büdcə  vəsaitləri  tuturdu.  Belə  ki, 
SSRİ-nih  süquta  uğradığı  90-cı  illərdə  kapital  qoyuluşunun 
mənbələri içərisində büdcə vəsaitləri 45%-dən çox idi. 
97 


Son 15 ildə büdcə vəsaitinin xüsusi  çəkisi 2%-don bir qədər 
çox olmuşdur. 
Ölkə  iqtisadiyyatında  əldə  olunan  stabillik,  ölkədə  geniş 
miqyaslı  sosial-iqtisadi  dəyişikliklərin  dinamik  və  uğurla  həyata 
keçirilməsinə  və  bununla  da  kapital  qoyuluşu  sahəsində  müsbət 
nəticələrin əldə edilməsinə imkan vermişdir. İqtisadi inkişafı təmin 
edən  başlıca  şərtlərdən  biri  ölkədə  əlverişli  investisiya  mühitinin 
yaradılmasıdır.  İnvestisiya  fəaliyyətinin  canlandırılması  və 
səmərəli  investisiya  siyasətinin  həyata  keçirilməsində  dövlətin 
xüsusi  rolu  vardır.  Kapital  qoyuluşu  mənbələri  içərisində,  xarici 
investorlar  özünə  məxsus  rol  oynayır.  Ölkə  iqtisadiyyatına 
investorları  cəlb  etmək  üçün  Azərbaycan  hökumətinin  bu  sahədə 
fəaliyyətinin  prioritet  istiqamətlərindən  biri  sabit  investisiya 
qanunvericiliyi  bazasının  formalaşdırılması  olmuşdur.  İnvestisiya 
qanunvericiliyi  əlverişli  investisiya  mühitini  müəyyən  edən  əsas 
amillərdən  biri  olmaqla  investorların  maraqlarının  etibarlı 
müdafiəsinə  xidmət  edir.  Dünya  təcrübəsindən  məlumdur  ki, 
investisiya  qanunvericiliyini  işləyib  hazırlayarkən  yol  verilən 
səhvlər  potensial  investorların  uzun  müddət  dövlətə  inamının 
itirilməsinə  səbəb  olur.  Əlverişli  investisiya  mühitinin 
formalaşdırılması  məqsədilə  infrastrukturun  yenidən  qurulması, 
sosial  mühitin  sağlamlaşdmiması,  vergi  və  gömrük  sisteminin 
optimallaşdırılması, milli valyutanın sabitliyinə nail olunması və s. 
əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir. Ölkədə bazar 
strukturlarının  kifayət  qədər  inkişaf  etməməsi,  iqtisadiyyatın 
tənzimlənməsində dövlətin zəif rolu müstəqilliyimizin ilk illərində 
daxili  bazarda  fəaliyyət  göstərən  müəssisə  və  təsərrüfat 
təşkilatlarının  geniş  inkişafına  əngəl  törədirdi.  Ölkədə  vergi 
sisteminin 
bazar 
iqtisadiyyatının 
tələblərinə 
uyğun 
formalaşdırılması  işlərinin  hələ  ki,  başa  çatdırimaması,  vergi 
dərəcələrinin  yüksək  olması,  verginin  stimullaşdırılması 
mexanizminin  tam  gücü  ilə  işləməməsi,  müəssisə  və  təşkilatların 
mənfəətinin  investisiyanın  maliyyələşdirilməsində  rolunu  xeyli 
dərəcədə azaltmışdır. 
Buna  baxmayaraq  1995-2005-ci  illərdə  yığımın  ümumi 
səviyyəsi davamlı olaraq artmışdır. Belə ki, əgər ümumi 
98 


yığımın Ümumi Daxili Məhsulda xüsusi çəkisi 1995-ci ildə 23,8% 
təşkil  etmişdirsə,  2005-ci  ildə  bu  58,5%  təşkil  etmişdir. 
Ümumiyyətlə 1995-2005-ci illər ərzində bütün maliyyə mənbələri 
üzrə  ölkə  iqtisadiyyatına  investisiya  qoyuluşunun  məbləği  22,8 
mlrd, dollar olmuşdur ki, bunun da 16,8 mlrd, dolları xarici, qalan 
məbləğ isə daxili investisiyaların payına düşür. 
Nəzərə  almaq  lazımdır  ki,  ildən~ilə  iqtisadiyyatın  inkişafına 
daha çox kapital qoyuluşu yönəldilir. Belə ki, 2005- ci ildə bütün 
mənbələr  hesabına  ölkə  iqtisadiyyatının  inkişafına  27,1  trilyon 
manat  (5,9  mlrd,  dollar)  investisiya  yönəldilmişdir  ki,  bu  da 
2004-cü  ildəkindən  12,7%  çoxdur.  İnvestisiya  qoyuluşlarının 
32,8%-i daxili mənbələr hesabına olmuşdur. 
Məcmu  investisiyaların  71%-i  neft  sektoruna,  yalnız  29%-i 
qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. 
İqtisadiyyata  cəlb  edilmiş  investisiyaların  77%-i  sənaye 
sahələrinin inkişafına, 6,1%-i mənzil tikintisinə, 6,9%-i nəqliyyata, 
2,1%-i  ticarət  və  xidmətə,  2,4%-i  rabitəyə,  0,8%-i  kənd 
təsərrüfatına və s. istifadə olunmuşdur. 
2005-ci  ildə  ölkə  iqtisadiyyatında  istifadə  olunmuş  xarici 
kapitalın ürnumi həcmi 4,9 mlrd. ABŞ dolları təşkil edərək əvvəlki 
ilin göstəricisindən 7,1% çox olmuşdur. 
Bu illər ərzində ölkə iqtisadiyyatında istifadə olunmuş xarici 
kapitalın  strukturunda  da  mühüm  keyfiyyət  dəyişiklikləri  baş 
vermişdir.  Belə  ki,  dövlət  təminatı  olmayan  kreditlərin  xüsusi 
çəkisi  2004-cü  ildə  4,8%  təşkil  etdiyi  halda,  2005-ci  ildə  bu 
göstərici çoxalaraq 8,5%-ə bərabər olmuşdur. Bu artımın əsas amili 
Xəzərin Azərbaycan sektorunda beynəlxalq neft-qaz layihələri üzrə 
işlərin intensivləşməsi ilə əlaqədardır. 
İqtisadi  artımın  stimullaşdırılması  baxımından  ən  effektiv 
formada  -  birbaşa  investisiyalar  formasında  ölkə  iqtisadiyyatında 
istifadə  olunmuş  daxilolmalar  4  mlrd.  ABŞ  dolları  ötmüşdür.  Bu 
investisiyaların  strukturunda  neft-qaz  sektorunun  xüsusi  çəkisi 
94,3% təşkil etmişdir. 
Bu illər ərzində qeyri-neft sektoru üzrə bir çox xarici sərmayəli 
müəssisələr  və  firmalar  iqtisadiyyatımızın  müxtəlif  sahələrinə 
birbaşa investisiyalar şəklində böyük həcmdə xarici 
99 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə