MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   25   26   27   28   29   30   31   32   33

Yerino  yetirilən  işlərin  böyük  əksəriyyəti  podrat  üsulunda 
aparılır. 
Sifarişçi  təşkilat  layihə  smeta  sənədlərinə  müvafiq  işlərin 
yerino  yetirilməsi  üzrə  podratçı  təşkilatla  «podrat  müqavilə» 
bağlayır.  Bu  müqavilədə  tərəflərin  hüquq  və  vəzifələri  müəyyən 
edilir. 
Müqaviləyə əsasən sifarişçi təşkilat layihə smeta sənədinin bir 
nüsxəsini  podratçıya  təqdim  edərək,  obyektin  tikiləcəyi  sahənin 
icazəsini  təmin  etməlidir.  Sifarişçinin  maliyyələşdirən  bankda 
hesabı  və  müvafiq  məbləği  olmalıdır.  Yerinə  yetirilmiş  işlər 
əvvəlcədən  müəyyən  edilmiş  qaydada  hesablaşma  aparmaq  üçün 
banka təqdim olunur. Sifarişçi təşkilat obyektin tikintisi üzərində 
texniki  nəzarət  hüququna  malikdir.  Podratçı  təşkilat  müqaviləyə 
əsasən  obyekti  vaxtında  və  keyfiyyətlə  tikib  sifarişçiyə  təhvil 
verməlidir. 
Müxtəlif ixtisaslaşmış işlərin yerinə, yetirilməsi üçün podratçı 
təşkilat  subpodratçı  təşkilatları  dəvət  edib,  müqavilə  ilə  bu  işləri 
onlara həvalə edə bilər. Həmin, işlərin vaxtında, keyfiyyətlə yerinə 
yetirilməsinə və hesablaşmanı podratçı təşkilat aparır. 
Tərəflər  arasında  müqavilə  şərtlərinin  pozulması  halları 
müvafiq  qaydada  öz  həllini  tapmalıdır.  Nisbətən  sadə  və  kiçik 
həcmli obyektlərin tikintisi təsərrüfat üsulunda yerinə yetirilə bilər. 
Bu halda daim fəaliyyətdə olan podratçı təşkilat dəvət edilmədən, 
işlər sifarişçi təşkilatın öz gücü ilə yerinə yetirilir. Bunun üçün bir 
çox hallarda sifarişçi təşkilat öz tərkibində  «tikinti şöbəsi» və  ya 
«tikinti  idarəsi»  bölməsi  yaradaraq,  tikinti  üzrə  ixtisaslı 
mühəndis-iş icraçısı ilə əmək müqaviləsi bağlayaraq işə qəbul edir 
və  görüləcək  işlərə  rəhbərliyi,  ona  həvalə  edir.  Yerinə  yetirilmiş 
işlərin  maya  dəyəri  nisbətən  baha  olmaqla,  digər  texniki-iqtisadi 
göstəriciləri  də  podrat  üsuluna  nisbətən  xeyli  aşağı  olur.  Bu 
ixtisaslı kadrların azlığı, maşın- mexanizmlərin tətbiqinin zəifliyi 
ilə  izah  edilir.  Həm  podrat,  həm  də  təsərrüfat  üsulunda  yerinə 
yetirilmiş  işlərin  maliyyələşdirilməsi  banklar  vasitəsilə  köçürmə 
qaydasında aparılmalıdır. 
103 


§2. Kapital qoyuluşunun uzun və qısa müddətli 
kreditləşdirilməsi 
Bazar 
iqtisadiyyatı 
şəraitində 
kapital 
qoyuluşunun 
maliyyələşdirilməsində  uzunmüddətli  kreditin  rolu  artmaqdadır. 
Bu  kreditdən  həm  istehsal,  həm  də  qeyri  istehsal  xarakterli 
obyektlərin maliyyələşdirilməsində istifadə olunur. Uzunmüddətli 
kredit də digər kreditlər kimi qaytarılmaq, müddətlilik, təminatlı və 
ödəndik prinsiplərinə əməl edilməklə verilir. 
Kommersiya  bankları  uzunmüddətli  krediti  öz  vəsaitləri  və 
cəlb etdikləri vəsaitlər hesabına verirlər. 
Uzunmüddətli  kreditləşmənin  rəsmiləşdirilməsi  kommersiya 
bankı tərəfindən müvafiq sənədləri aldıqdan sonra mümkündür. Bu 
sənədlərə  əsasən  bankla  müştəri  arasında  kredit  müqaviləsi 
bağlanır. 
Bank uzun müddətli krediti stabil maliyyə vəziyyətinə malik 
olub ödəmə qabiliyyətli etibarlı müştərilərə verir. 
Uzunmüddətli kredit müxtəlif mənbələrdən verilə bilər. Bunlar 
bankın  özünəməxsus  vəsaitindən,  müştərilərdən  cəlb  edilmiş 
vəsaitlərindən,  büdcədən  ayrılmış  dövlət  kreditindən,  məqsədli 
proqramları  kreditləşdirmək  üçün  Milli  Bankın  kredit 
ehtiyatlarından və s. ibarətdir. 
Kapital  qoyuluşunun  uzunmüddətli  və  qısamüddətli 
kreditləşdirilməsi 
obyektlərin 
vaxtında 
tikilib 
istifadəyə 
verilməsində  böyük  əhəmiyyətə  malikdir.  Qeyd  etdiyimiz  kimi 
mülkiyyət münasibətlərinin indiki səviyyəsi və yaxın gələcəkdə bu 
sahədəki  yeniliklər  bank  kreditinin  rolunu  daha  da  artıracaqdır. 
Maliyyələşmə  mənbələri  içərisində  bank  krediti  xüsusilə 
uzunmüddətli  bank  krediti  daha  əhəmiyyətli  rol  oynamalıdır. 
Vəsaitin  çatışmadığı  indiki  vəziyyətdə  sifarişçi  təşkilat  daha  çox 
banka  müraciət  etməklə  kredit  vasitəsilə  öz  tələbatım  ödəməyə 
çalışır. Bu halda kreditə görə faiz stavkası xüsusi əhəmiyyət kəsb 
edir.  Məlum  olduğu  kimi,  kapital  qoyuluşu  üçün  istifadə  edilən 
bank krediti əsasən uzunmüddətli kreditlərdən ibarət olur. Müasir 
şəraitdə  kommersiya  bankları  birmənalı  olaraq  qısamüddətli 
kreditləşməyə daha çox maraq göstərir. Bu halda həm faiz dərəcəsi 
yüksək olur, 
104 


həm  də  vəsaitin  dövretmə  sürəti  kifayət  qədər  yüksək  olur.  Ona 
görə  də  uzunmüddətli  bank  kreditinə  görə'  hökumət  müvafiq 
güzəştlər  həyata  keçirməlidir.  Buraya  ixtisaslaşmış  bankın 
yaradılması,  dövlət  hesabına  uzunmüddətli  kredit  ehtiyatlarının 
müəyyən edilməsi, bu kreditə görə daha az faiz stavkası müəyyən 
edilməsi məqsədəuyğun hesab edilir. 
Bir qayda olaraq sifarişçi təşkilat uzunmüddətli krediti kapital 
qoyuluşunun  maliyyələşdirilməsi  mənbəyi  kimi  istifadə  edir. 
Kapital  qoyuluşunun  maliyyələşdirilməsində  qısamüddətli  kredit 
əsasən podratçı təşkilatlara verilir və bu kredit bilavasitə dövriyyə 
vəsaitlərinin bərpasına istifadə olunur. 
Müasir  şəraitdə  kapital  qoyuluşunun  iqtisadi  səmərəliliyi 
müstəsna əhəmiyyəti qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, 
iqtisadi  ədəbiyyatda  kapital  qoyuluşunun  mütləq  və  müqayisəli 
səmərəliliyini fərqləndirmək tövsiyyə edilir. Kapital qoyuluşunun 
ümumi (mütləq) səmərəliliyi  yeni tikilən obyektlər üzrə, eləcə də 
ayrı-ayrı  tədbirlərin  maliyyələşdirilməsi  üzrə  əldə  edilmiş  gəlirin 
istifadə olunmuş kapital  qoyuluşuna nisbəti kimi müəyyən edilir. 
Bunu aşağıdakı kimi yazmaq olar
S- ~ — 
öum- 
^‘1 
burada - kapital qoyuluşunun ümumi (mütləq) səmərəliliyini; 
G - illik gəlirin məbləğini, manatla; 
- kapital qoyuluşu məbləğini göstərir. 
Kapital  qoyuluşunun  ümumi  (mütləq)  səmərəliliyini 
hesablayarkən vəsaitin geri qayıtma müddəti də hesablanır. 
Bu belə yazılır: 

k/,  ^ 
burada - kapital qoyuluşunun geriqayıtma müddətidir - il. 
Həm kapital qoyuluşunun ümumi səmərəliliyi, həm də vəsaitin 
geriqayıtma müddəti əvvəlki illərin göstəriciləri, normativlər, eləcə 
də qabaqcıl müəssisələrin göstəriciləri ilə müqayisə 
105 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə