MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   2   3   4   5   6   7   8   9   ...   33

dırılması; diskont vo deviz siyasətindən istifadə edilir. Mərkəzi bank 
xarici valyutaların satılıb alınması yolu ilə milli valyuta kursuna təsir 
göstərir ki, bu siyasət deviz siyasəti adlanır. 
Mərkəzi banklar pul kredit siyasətini əsasən iki metodla həyata 
keçirir. 
İnzibati metod - birbaşa məhdudiyyət və limit qoyuluşu 
İqtisadi metod - birbaşa məhdudiyyətin qoyulmadığı metodlar; 
vergi,  iqtisadi  normativlərin  qoyulması  (kredit  resurslarının 
nizamlaşdırılması  fonduna  ayırımlar,  likvidlik  əmsalı,  bank 
kapitalının yetərliliyi və s.) 
Mərkszi bankın əməliyyatları 
Mərkəzi  bankın  əməliyyatları:  passiv  və  aktiv  əməliyyatlara 
bölünür 
Mərkəzi bankın passiv əməliyyatlarının xüsusiyyəti ondadır ki, 
onun  passiv  resurslarının  yaranmasının  əsas  mənbəi  banknotlarm 
emissiyasıdır. 
Mərkəzi bankın passiv əməliyyatlarına daxildir; 
-
 
banknot emissiyası 
-
 
xəzinədarlıq  və  kommersiya  banklarından  qəbul  edilən 
qoyuluşlar. 
Əksər ölkələrdə Mərkəzi bankların resurslanmn başlıca mənbəi 
(54-85%)  banknot  emissiyasıdır.  Hal  hazırda  banknot  buraxılışının 
qızıl  təminatı  yoxdur.  Pul  vahidlərinin  qızıl  məzmunu  ləğv 
edilmişdir. 
Banknot emissiyasının müasir mexanizmi: 
-
 
dövlətin, kommersiya banklarının kreditləşdirilməsinə; 
-
 
qızıl valyuta ehtiyatlarının artırılmasına; 
əsaslanır. 
Banknot  emissiyası  -  bankların  kreditləşdirilməsi  zamanı 
veksellər  və  digər  bank  öhdəlikləri  ilə;  dövlətin  kreditləşdirilməsi 
zamanı dövlətin borc öhdəlikləri ilə; qızıl və xarici valyuta abşmda 
isə  qızıl  və  xavrici  valyuta  ilə  təmin  olunur.  Bu  o  deməkdir  ki, 
banknot  emissiyası  Mərkəzi  bankın  aktivləri  ilə  təmin  olunurlar. 
Banknot 
emissiyasının 
həcmi 
Mərkəzi 
bankın 
aktiv 
əməliyyatlarından asılıdır. 
12 


Bankın  resurs  mənbolərindon  biri  də  xəzinədarlıq  və 
kommersiya  banklarının  qoyuluşlarıdır.  Kommersiya  bankları 
vəsaitlərinin bir hissəsini kassa ehtiyatı formasında Mərkəzi bankda 
saxlamalıdırlar. Kommersiya banklarının Mərkəzi bankdakı müxbir 
hesabı likvidhyinə görə pul nağdıliyinə bərabərdii'. 
Bank  resurslarının  yerləşdirilməsi  ilə  əlaqədar  əməliyyatlar 
aktiv  əməliyyatlar  adlanır.  Mərkəzi  bankların  əsas  aktiv 
əməliyyatlarına daxildir 
-
 
uçot ssuda əməliyyatları 
-
 
dövlət qiymətli kağızlarına qoyuluşlar 
-
 
qızıl və xarici valyuta ilə əməliyyatlar. 
Uçot-ssuda əməliyyatları iki növ əməliyyatla təmsil olunur: 
-
 
uçot əməliyyatları 
-
 
dövlət və banklara qısa müddətli ssuda əməhyyatları. 
Mərkəzi bankların əsas borc alanları kommersiya bankları 
və dövlətdir. 
Kommersiya  bankları  Mərkəzi  bankın  ssudalarmdan  öz 
müştərilərinin  məqsədli  kreditləşməsi  və  pul  bazarındakı  gərgin 
vəziyyət zamanı istifadə edirlər. 
§ 3. Kommersiya bankları, onların fəaliyyat istiqamatlərL 
Kommersiya  bankı  -  hər  bir  ölkənin  kredit  sisteminin  bir 
hissəsi  olmaqla—  bütün  bank  əməliyyatlarım  yerinə  yetirən  kredit 
təşkilatıdır. 
Digər banklar ya bəzi bank əməliyyatlanm yerinə yetirirlər və 
ya da bir istiqamət üzrə ixtisaslaşırlar. 
Bankları  müxtəlif  əsaslarla  təsnifləşdirmək  olar.  Mülkiyyət 
formasına görə banklar: 
-
 
dövlət - əsasən mərkəzi bank

-
 
səhmdar - (kapital səhmlərin satılması ilə formalaşır) 
-
 
kooperativ (kapital payların satışı ilə təmin olunur) 
-
 
bələdiyyə (bələdiyyə və şəhər əmlakı əsasında formalaşır) | 
-
 
qarışıq  (müxtəlif  mülkiyyət  formaları  kapitalları  əsasında) 
banklara 
fəaliyyət xarakterinə görə: 
13 


-
 
universal (bütün bank əmoliyyatlarmı aparan) 
-
 
ixlisaslaşdırılnuş  -  (bir  və  ya  bir  neçə  əməliyyat  üzrə 
ixtisaslanan) banklara 
funksional təyinatuıa görə: 
-
 
emission - tədavülə nağdı pul buraxan 
-
 
depozit - (əhalinin əmanətlərini cəlb edən) 
-
 
kommersiya  -  (bütün  bank  əməliyyatlarını  yerinə  yetirən) 
banklarına bölünürlər. 
Kommersiya  banklarının  əsas  fəaliyyət  prinsipi,  onların  real 
mövcüd olan vəsait müqabilində fəaliyyət göstərməsidir: 
Bu prinsipə əsasən: 
-
 
kommersiya bankları özlərinin müxbir hesablarmdakı vəsait 
müqabilində  digər  bankların  xeyrinə  nağdsız  hesablaşmalar  apara 
bilər; 
-
 
digər banklara kredit verə bilər, nağdı pul vəsaiti ala bilərlər; 
-
 
kommersiya  bankları  öz  fəaliyyətlərində  resurslar  ilə  kredit 
qoyuluşu  arasında  miqdar  nisbətinə  riayət  etməklə  yanaşı,  bank 
aktivlərinin  xarakteri  ilə  səfərbər  edilmiş  resursların  xüsusiyyətləri 
arasında uyğunluğa nail olmalıdır; 
-
 
bank  fəaliyyətinin  iqtisadi  normativləri  müəyyənləş- 
dirilərkən  və  onların  əməliyyatları  nizamlaşdu-darkən  bank 
aktivlərinin  onun  passivlərinin  xarakterindən  ciddi  asılılığı  nəzərə 
alınmalıdır. 
Kommersiya banklarının fəaliyyətinin ikinci vacib prinsipi 
onların iqtisadi cəhətcə tam sərbəst olmasıdır. Bank öz fəaliyyətinin 
nəticələrinə görə iqtisadi məsuliyyət daşıyır. 
Bu o deməkdir ki, 
-
 
banklar  xüsusi  vəsaitləri  və  cəlb  etdikləri  resursları  sərbəst 
sərəncamlaşdırır,  müştəriləri  və  əmanətləri  sərbəst  seçir,  vergilər 
ödənildiklən sonra gəlirlərini sərbəst sərəncamlaşdırır. 
-
 
Vergilər  ödənildikdən  sonra  gəlirlərin  (mənfəətin)  yerdə 
qalan hissəsi  səhmdarların  ümumi  iclasının qərarı  ilə bölüşdürülür. 
Səhmdarların  iclası  bankın  müxtəlif  fondlarına  ayrılası  məbləğin 
həcmi  və  normasım  və  eləcə  də  səhmlər  üzrə  ödəniləsi  dividendin 
məbləğini müəyyən edir 
14 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə