MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   2   3   4   5   6   7   8   9   10   ...   33

MÖVZU
 
2.
 KOMMERSIYA 
BANKLARININ 
RESURSLARI
 

 
LİKVİDLİYİ 
§ 1. Kommersiya banklarının resursları 
1  .Bank  resursu  -  bankın  sərəncamında  olub,  aktiv  və  digər 
əməliyyatların  yerinə  yetirilməsi  üçün  istifadə  olunan  pul 
vəsaitlərinin  məcmuusudur.  Bank  resurslarını  bank  kapitalı 
adlandırırlar. Kommersiya banklarının resursların formalaşdırılması 
üçün yerinə yetirdikləri əməliyyatlar passiv əməliyyatlar adlanır. 
Bankın  resursları təşkili  mənbələrinə  görə:  xüsusi kapitala və 
cəlb olunmuş vəsaitlərə bölünür. 
Bankın xüsusi kapitalına daxildir: 
-
 
nizamnamə fondu; 
-
 
ehtiyat fondu; 
-
 
bankın mənfəəti hesabına yaradılan digər fondlar
-
 
il ərzində bölüşdürülməmiş mənfəət. 
Nizamnamə  fondu  tamamilə  iştirakçıların  (hüquqi  və  fiziki 
şəxslərin) vəsaiti hesabına yaradılır və onların öhdəliklərinin təmin 
edilməsinə  xidmət  edir.  Nizamnamə  fondunun  cəlb  edilmiş  vəsait 
hesabına  yaradılmasına  icazə  verilmir.  Bank  yaradılarkən 
nizamnamə  fondu  yalnız  pul  vəsaitləri  və  maddi  aktivlər  hesabına 
formalaşa bilər. 
Nizamnamə kapitalının minimum həcmi milli bank tərəfindən 
müəyyən edilir. 
Bankın ehtiyat fondu münfəətdən ayırmalar hesabına yaradılır. 
Onun  həcmi  nizamnamə  kapitalına  nisbətən  müəyyənləşdirilir  və 
nizamnamə kapitalının 15%-dən aşağı ola bilməz. 
Ehtiyat  fondunun  yaradılmasında  məqsəd  bankın  aktiv 
əməliyyatları nəticəsində mövcud ola bilən itgilərin ödənilməsidir. 
Bu  fondun  vəsaitlərindən  həmçinin  mənfəətin,  divi-  dendlərin 
ödənilməsinə çatışmayan hissələrin ödənilməsinə istifadə edilir. 
21 


Ehtiyat  fondu  ilə  yanaşı  banklarda  mənfəət  hesabına  xüsusi 
təyinatlı fondlar da (sosial təyinatlı fond, yığım fondu və s.) yaradılır. 
Bankın  xüsusi  vəsaitlərinin  başlıca  funksiyası  bankın  öz 
əmanətçiləri  qarşısındakı  öhdəliklərinin  təmin  edilməsinə  xidmət 
etməkdir.  Bankın  sərəncamında  olan  xüsusi  vəsaitlər  onun 
fəaliyyətinin  miqyasını  müəyyənləşdirir  və  maliyyə  bazasını  təşkil 
edir. Sahibkarlıq fəaliyyətinin digər sahələrinə nisbətən kommersiya 
banklarının  xüsusi  kapitalı  məcmu  kapitalda  aşağı  xüsusi  çəkiyə 
malikdir.  Sahibkarlıq  fəaliyyətinin  digər  sferalarından  fərqli  olaraq 
bankların  fəaliyyətində  xüsusi  kapital  başqa  təyinata  malikdir. 
Sahibkarlıq  fəaliyyətinin  digər  sahələrində  xüsusi  vəsaitlər  onların 
ödəmə qabiliyyətinin təmin edilməsini və əksər əməliyyatların yerinə 
yetirilməsinə  xidmət  edirsə  -  kommersiya  banklarının  xüsusi 
vəsaitləri  əsasən  əmanətçilərin  manəfeinin  qorunmasına,  müəyyən 
miqdarda da özünün əməli fəaliyyətinin maliyyə təminatına xidmət 
edir. 
Kommersiya  banklarının  resurslarının  böyük  əksəriyyəti  cəlb 
olunan  vəsaitlər  hesabına  yaradılır  və  banklar  əsasən  özgənin 
vəsaitləri hesabına fəaliyyət göstərirlər. 
Tərkib etibari ilə banklar tərəfindən resurs kimi cəlb olunmuş 
vəsaitlər müxtəlifdir. Onlara daxildir
1.
 
bankın  müştəri  ilə  apardığı  iş  nəticəsində  cəlb  etdiyi  vəsait 
(depozit); 
2.
 
borc  öhdəliklərinin  buxarılmasi  ilə  əlaqədar  cəlb  olunan 
vəsait; 
3.
 
banklar arası kredit formasında digər banklardan borc alman 
vəsait; 
4.
 
milli bankın ssudaları 
Kommersiya  bankında  pul  vəsaitlərinin  saxlanılması  üçün 
müştəriyə açılmış hər bir hesab prinsipcə depozit hesab adlana bilər. 
Əmanətçilərin  kateqoriyası  baxımından  depozitlər  fiziki  və 
hüquqi şəxslərin depozitlərinə bölünür. Hüquqi şəxslərin depozitləri 
də  yekcins  deyildir.  Onların  özü  də  mülkiyyət  formasına, 
investisiyanın xarakterinə görə fərqlənirlər. Hökumət 
2



vo  yerli  hakimiyyət  orqanları,  xalq  təsərrüfatının  bütün  sahələrinin 
müəsssiə  və  təşkilatları,  maliyyə  və  kredit  orqanları,  vətəndaşlar 
banklara qoyuluş edə bilərlər. 
Müddət baxımından qoyuluşlar: 
tələb edilənədək: müddətli və şərtli əmanətlərə bölünürlər. 
Kommersiya  banklarının  resurslarının  quruluşunda  banklar 
arası kredit xüsusi yer tutur. Bu mənbə qısa müddətli olub operativ 
resurs əldə etmək qaydasıdır. 
Müvəqqəti  sərbəst  resursa  malik  olan  bank  onu  hərəkətsiz 
saxlamaqdansa müəyyən faizlə başqa banklara satmağı, daha üstün 
tuturlar. Əlavə resursa ehtiyacı olan banklar tərəfindən həmən resurs 
satın alınır. 
Kommersiya  banklarının  resurs  mənbələrindən  biri  də  Milli 
Bankın  kreditləridir.  Bu  kreditin  əsas  mənbəi  emissiyadır  və 
kommersiya banklarının resurs mənbəi kimi axırıncı mərhələ hesab 
edilir.  Milli  bankın  kreditlərindən  istifadə  imkanı  vahid  dövlət  pul 
kredit siyasətinin əsas istiqamətləri ilə müəyyən edilir. 
§ 2. Kommersiya banklarının Ukvidliyi 
Bank  fəaliyyətinin  əsas  anlayışlarından  biri  də  likvidlikdir. 
Kommersiya  bankının  likvidliyi  dedikdə  bankın  aktivlərinin  onun 
borc öhdəliklərinin vaxtında ödənilməsi üçün tez bir zamanda ödəniş 
vasitəsinə çevrilmək imkanıdır. 
Likvidlik  anlayışı  aktivlərin  pul  vəsaitlərinə  rahat,  asan 
çevrilməsi mənasını verir. Likvidlik - bankın davamlılıq, etibarlılıq 
və işqabiliyyətliliyinin rəhmidir O banklara aşağıdakı funksiyaların 
yerinə yetirilməsinə imkan verir: 
-
 
müştərilərin tapşırığı ilə ödənişlər aparmaqa
-
 
kreditorlara vəsaitlərin qaytarılmasına; 
-
 
öz  üzərinə  götürdüyü  öhdəliklər  müqabilində  müştərilərin 
pul vəsaitlərinə olan tələblərin ödənilməsinə. 
Təcrübədə  bankın  aktivlərinin  likvidliyi  onun  balansının 
likvidliyi ilə ölçülür: bankın balansı o zaman likvidli hesab olu 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə