MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

nur ki, onun aktivlər üzrə vəsaitləri tez reallaşma_ nəticəsində passiv 
üzrə öhdəlikləri ödəyə bilsin. 
Risk səviyyəsinə görə bankın aktivləri beş qrupa bölünür. 
Birinci qrupa riskdən azad olan aktivlər
-
 
bankın Milli bankda açdığı müxbir hesablardakı vəsait; 
-
 
Milli bankın ehtiyat hesabındakı vəsait; 
-
 
dövlət borc öhdəliklərinə qoyulmuş vəsait; 
-
 
kassada olan və ona bərabər tutulan vəsait
-
 
kredit  təşkilatlarının  səhmləri  üzrə  ödənişlərə  daxil  olan 
vəsait; daxildir. 
İkinci,  üçüncü  və  dördüncü  qrupa  aktivlər  risk  səviyyəsi 
dərəcələrinə  görə  daxil  edilirlər  (  müvafiq  olaraq  20,20,70%). 
Beşinci  qrupa  risk  səviyyəsi  100%  olan  aktivlər  daxil  edilir.  Bu 
qrupda  qiymətli  kağızlara  qoyulan  vəsaitlər  (ikinci,  üçüncü  və 
dördüncü  qruplara  daxil  olan  kağızlardan  başqa)  veksel  kreditləri, 
müştərilərə verilən uzun və qısa müddətli ssudalar, bankın təsərrüfat 
əməliyyatları və kapital qoyuluşları üzrə debi- torlar yüksək xüsusi 
çəkiyə malikdirlər. 
Lkividliyin  bank  sistemi  üçün  vacibliyini  nəzərə  alaraq  onun 
Milli  Bank  tərəfindən  tənzimlənməsi  vacib  hesab  edilir.  Bu 
tənzimləmə: 
-
 
ümumilikdə bank sisteminin fəaliyyətinin stabilliyini
-
 
dövlətin, əmanətçilərin, kreditorların mənafeini; 
-
 
dövlətin  pul  kredit  və  maliyyə  siyasətinin  həyata 
keçirilməsini təmin edir. 
Milli Bank likvidlik normativlərini müəyon etməklə və eləcə də 
bu  tələblərin  yerinə  yetirilməsinə  nəzarət  etməklə  kommersiya 
banklarının əməliyyatlarını idarə edir. Bununla da Milli Bank bank 
sisteminin  stabilliyini,  əmanətçilərin  və  kreditorların  mənafeini 
təmin etmiş olur. 
Yeni  yaradılmış  banklar  üçün  bankın  kapitalının  yetərliliyi 
göstəricisi müəyyən edilir, yəni bankın kapitalının, risk səviyyəsinə 
uyğun aktivlərin məbləğinə nisbəti göstəricisi hesablanır. 
24 


H, =
 
k (bankın kapitalı) 
A (risk səviyyəsinə uyğun aktivlər) 
Bankın  kapitalının  tərkibinə:  nizamnamə  və  ehtiyat  kapitalı, 
xüsusi fondlar və bölüşdürülməmiş mənfəət daxildir. 
Bu normativ hesablanarkən aktivlərin hər kateqoriyası müvafiq 
risk əmsalına korrektivə edilir və sonra cəmloşdirilir. 
Milli Bank qanunla müəyyən olunmuş səlahiyyətləri daxilində 
bankların  fəaliyyətinin  nizamlaşdırılması  məqsədilə  kommersiya 
bankları üçün likvidliyin aşağıdakı növlərini müəyyən etmişdir. 
Cari  likvidlik  -  (H2)  -  likvidli  aktivlərin  məbləğinin  cəminin 
(LAc)  bankın  tələbedilənədk  və  30  günədək  olan  öhdəliklərinin 
(BÖc) cəminə nisbəti kimi müəyyən edilir. 
LAc 
H2 = -------------------------  . 100% 
BÖC 
H2 - nin mümkün qiyməti 50-70% həcmində müəyyən edilir. 
Bu  normativ  bankın  balansının  likvid  aktivlərinin  hansı 
hissəsinin  tələb  edilənədək  öhdəliklərinin  ödənilməsinə  yönəldilə 
bilinməsi imkanını müəyyənləşdirir. 
Ani  likvidlik  -  (H3)  -  bankın  yüksək  likvidli  aktivlərinin 
cəminin  (LAa)  tələb  edilənədk  hesablar  üzrə  öhdəliklərin  cəminə 
(BÖa) nisbəti kimi müəyyənedilir. 
LAc 
H3 = 
100
%
 
BOc 
H3  -  normativinin  minimum  qiyməti  20%-dir.  Bu  normativin 
yerinə yetirilməsi bankın cari vaxt kəsiyində əmanətçilər qarşısında 
öz öhdəliklərini yerinə yetirə bilmə qabiliyyətini göstərir. 
25 


Uzun  müddatli  likvidlik  -  (H4)  -  bankın  ödəniş  müddəti  bir 
ildən  artıq  olan  müddətə  verdiyi  kreditlərin  (Kum)bankm  kapitalın 
(K)  və  eləcə  də  depozit  hesablar  üzrə  öhdəliklərinin  bir  ildən  çox 
müddətə aldığı kredit və borc öhdəliklərin cəminə (UÖ) olan nisbəti 
kimi müəyyən edilir. 
K(y.m) 
Bankın  nizamnamə  kapitalı  bankın  öz  borc  öhdəliklərinin 
yerinə yetirilməsində zəmanət rolunu oynamaqla, onun etibarlılığını 
və likvidliyini təmin edir. 
H4 - maksimum qiyməti 120% müəyyən edilir. 
Banklar üçün likvid aktivlərin bank aktivləri məbləğinə nisbəti 
göstəricisi də müəyyən edilir və likvid aktivlərin (LAc) bankın bütün 
aktivlərinə nisbəti kimi hesablanır. 
H5 - maksimum qiyməti 20%-dir. Bu normativ likvid 
aktivlərin lazımi səviyyədə balansın likvidliyini həcminin aktiv 
əməliyyatlar üzrə bankın yüksək gəlirliyini nə dərəcədə təmin 
edə bilməsini göstərir. 
26 
 
 


MÖVZU
 
3.
 KOMMERSIYA 
BANKLARININ
 
NAGDSIZ 
HESABLAŞMA
 
ƏMƏLİYYATLARI 
§ L Nağdsız hesablaşmaların təşkili 
Nağdsiz  hesablaşmalar  -  banklardakı  hesablar  üzra  yazılış 
qaydasında 
aparılan 
pul 
hesablaşmalarıdır. 
Bu 
zaman 
hesablaşmalarda nağdi pul iştirak etmir və pul vəsaitləri ödəyicinin 
hesabından silinərək pul alanın hesabına daxil edilir. 
Nağdsiz  hesablaşmalar  sistemi  sənəd  dövriyyəsində  istifadə 
olunan hesablaşma prinsipləri, forma və üsullarını özündə əks etdirir. 
Nağdsiz  pul  dövriyyəsi  aşağıdakı  qurumlar  arasındakı 
hesablaşmaları özündə cəmləşdirir: 
-
 
kredit təşkilatlarında hesabı olan müxtəlif mülkiyyət formalı 
müəssisə, idarə və təşkilatları; 
-
 
kreditin alınması və ödənilməsi ilə əlaqədar hüquqi və fiziki 
şəxslərlə banklar arasındakı; 
-
 
əmək  haqqı  və  qiymətli  kağızlar  üzrə  gəlirlərin  ödənilməsi 
üzrə hüquqi şəxslərlə fiziki şəxslər
-
 
vergilərin,  yığımların  və  digər  məcburi  ödənişlərin  dövlət 
xəzinəsinə ödənilməsi və eləcədə büdcə vəsaitlərinin alınması üzrə 
fiziki və hüquqi şəxslər ilə dövlətin xəzinəsi arasındakı. 
Məhsulun 
satışı 
prosesinin, 
dövriyyə 
vəsaitlərinin 
dövriyyəsinin  sürətləndirilməsi  əsasən  hesablaşmaların  səmərəli 
təşkilindən asılıdır. 
Nağdsiz hesablaşmalar əmtəə və qeyri əmtəə əməliyyatları üzrə 
həyata keçirilir. 
Bazar münasibətləri şəraitində nağdsiz hesablaşmalar aşağıdakı 
prinsiplər əsasında həyata keçirilir
-
 
nağdsiz  hesablaşmalar  bankda  müştərilər  üçün  vəsaitlərin 
saxlanılması və köçürülməsi üçün açılmış bank hesablan vasitəsi ilə 
aparılır; 
-
 
müəssisə  və  təşkilatlar  sərbəst  surətdə  istənilən  hesablaşma 
formasını seçə bilərlər; 
-
 
hesablaşmaların  təsərrüfat,  kredit  və  digər  müqavilələrdə 
nəzərdə tutulmuş müddətlər üzrə aparılması 
27 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə