MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

-
 
bank  torofındon  ödənişlərin  ödəyicinin  sərəncamı  əsasında 
onlar tərəfindən müəyyən olunmuş növbəlilik əsasında hesabda olan 
vəsait müqavilində aparılması; 
-
 
mal-materiallar  yola  salındıqdan,  xidmətlər  göstərildikdən, 
işlər  görüldükdən  sonra  ödənilməlidir.  Razılaşmaya  əsasən 
əvvəlcədən ödənişə içazə verilir. 
Nağdsiz  hesablaşmalar  prosesində  göstərilən  prinsiplərə  ciddi 
əməl edilməlidir. 
Bir  biri  ilə  iqtisadi  münasibətlərdə  olan  subyektlərin 
hesablaşmaları banklar arası hesablaşma kimi qəbul edilir. 
Banklar arası hesablaşmalar aşağıdakı hallarda meydana çıxır; 
-
 
ödəyici ilə vəsait alan təşkilatın hesabları müxtəlif banklarda 
olduqda; 
-
 
banklar qarşılıqlı kreditləşmə apardıqda və nağdı pulların yeri 
dəyişildikdə. 
Banklar  arası  hesablaşmalar  bankların  biri  biri  ilə  müxbir 
münasibətlər  üzrə  bağladıqları  müqavilə  əsasında  müxbir  hesablar 
vasitəsi ilə aparılır. 
Müxbir  hesabların  köməyi  ilə  aparılan  banklar  arası 
hesablaşmaların iki variantı mövcuddur: 
Birinci  -  kommersiya  banklarının  biri  biri  ilə  müxbir 
münasibətlərinə əsaslanan qeyri mərkəzləşdirilmiş variant
İkincisi  -  mərkəzləşdirilmiş  variant.  Bu  zaman  banklar 
arasındakı  hesablaşmalar  bankların  Milli  Bankda  açdıqları  müxbir 
hesablar vasitəsi ilə həyata keçirilir. 
Respublikamızda  banklar  arası  hesablaşmaların  ikinçi 
variantından  istifadə  edilir.  Banklar  arasındakı  hesablaşmalar  Milli 
Bankın  zonalar  üzrə  açdığı  Hesablaşma  Kassa  Mərkəzləri  (HKM) 
vasitəsi  ilə  aparılır.  1  yanvar  2006-cı  ilə  Azərbaycanda  11  ərazi 
idarəsi fəaliyyət göstərir. 
Banklar  arası  hesablaşmalar  sistemində  klirinq  hesablaşma 
sistemi  əhəmiyyətli  yer  tutur.  Klirinq  -  qarşılıqlı  ödənişlərin 
üzləşməsinə  (zaçotuna)  əsaslanan  hesablaşma  qaydasıdır.  Klirinqin 
iki növu mövcuddur: 
28 


banklar  arası_-  hüquqi  şəxslərin  qarşılıqlı  pul  tələblərinin 
üzləşdirilməsi qaydasında banklar arasındakı hesablaşmalar 
valyuta  -  xarici  ticarət  əməliyyatları  üzrə  iki  və  ya  bir  neçə 
ölkələr arasındakı hesablaşmalar sistemi 
Banklar  öz  müştərilərinə  əsas  fəaliyyətləri  ilə  əlaqədar 
əməliyyatların aparılması üçün hesablaşma hesabı və ya cari hesab 
açırlar 
-
 
kommersiya  fəaliyyəti  ilə  məşğul  olub  fəaliyyətlərinin  əsas 
məqsədi mənfəət əldə etmək olan müəssisə və təşkilatlara
-
 
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 
vətəndaşlara; 
-
 
fəaliyyəti pul ilə maliyyə xarakterli xidmətlərin göstərilməsi, 
kapitalın  səfərbər  edilib  yenidən  bölüşdürülməsi  ilə  əlaqədar  olan 
maliyyə təşkilatlarına hesablaşma hesabı açılır. 
Hesablaşma 
hesabından 
məhsul 
satışından, 
işlərin 
görülməsindən, xidmətlərin göstərilməsindən gələn gəlirlərin, realii- 
zasiyadan  kənar  əməliyyatlardan  gəlirlərin,  alınmış  kredit 
məbləğlərinin, sair daxil olmaların daxil edilməsi üçün istifadə edilir. 
Hesablaşma  hesabından  eyni  zamanda  satıcılarla,  büticə.  ilə, 
fəhlə və qulluqçularla, banklarla və eləcə də məhkəmənin və hüquqi 
şəxslərin hesabından danışıqsız qaydada vəsait silmək hüququ olan 
digər təşkilatların qərarı ilə aparılan ödənişlər həyata keçirilir. 
Kommersiya  müəssisələrinin  yerləşdiyi  yerdən  kənarda 
yerləşən nümayəndəlik və filiallara bankda sub hesablaşma hesabı 
açılır. 
Hesablaşma hesabı açıla bilinməyən müştərilərə: 
-
 
qeyri  kommersiya  təşkilatlarına  yəni  fəaliyyət  məqsədləri 
mənfəət əldə etmək olmayan təşkilatlara
'  - hüquqi şəxslərin filiallarına, -nümayəndəliklərinə; 
-
 
rəhbərləri sərbəst kredit sərəncamçıları olmayan büdcədə olan 
müəssisə və təşkilatlara cari hesablar açılır. 
Hesablaşma  və  cari  hesabının  açılması  üçün  müştəri  banka 
aşağıdakı sənədləri təqdim etməlidir: 
29 


-
 
hesablaşma  hesabının  açılması  üçün  müəyyənləşdirilmiş 
formada ərizə; 
-
 
müəssisənin dövlət qeydiyyatından keçməsi haqda sənəd
-
 
müəssisənin  yaradılması  haqqında  notarial  qaydada  təsdiq 
edilmiş təsis müqaviləsinin surəti
-
 
nizamnamənin natorial qaydada təsdiq edilmiş surəti
-
 
müəssisə  direktorunun  səlahiyyətlərinin  təsdiq  edilməsi 
haqqında sənəd; 
-
 
müəssisənin  baş  mühasibinin  səlahiyyətlərinin  təsdiq 
edilməsi haqda sənəd 
-
 
notarial qaydada təsdiq olunmuş müəssisənin birinci vəzifəli 
şəxslərinin  imzalarının  və  müəssisənin  möhürünün  nümunəsi  olan 
kartoçka; 
-
 
müəssisənin vergi ödəyiçisi kimi uçota durması haqda vergi 
rnüfəttişliyinin arayışı; 
-
 
statistika  orqanlarının  qeydiyyat  kartoçkası,  sosial 
fondlardan arayışlar. 

§ 2. Nağdsız hesablaşmaların formaları 
Banklarda  aparılan  nağsiz  hesablaşmalar  müəyyən  formada 
həyata keçirilir. Hazırki şəraitdə nağdsiz hesablaşmalar: 

 
ödəniş tapşırığı 

 
akkreditivlər 

 
çeklər 

 
inkasso 

 
inkasso sərəncamları formalarında aparılır. 
Hesablaşma əməliyyatları hesablaşma sənədləri əsasında 
həyata  keçirilir.  Hesablaşma  sənədləri  hesablaşmanın  xarakterini 
təsdiq edən rekvizitlərə malikdirlər. 
1. Ödəniş tapşırığı ilə hesablaşmalar. 
Ödəniş  tapşırığı  -  ödəyicinin  öz  hesabından  müəyyən  məbləğ 
pul  vəsaitlərinin  silinib  digər  müəssisənin  hesabına  daxil  edilməsi 
haqqında özünə xidmət edən banka verdiyi yazılı tapşırığıdır. Ödəniş 
tapşırığı ilə hesablaşma zamanı bank (emitent 
30 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə