MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
  1   2   3   4   5   6   7   8   9   ...   43


MİLLİ GÖRÜŞ

1

 



 

 

MÜNDƏRİCAT

RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ 

İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI................. 3

İSLAM-QƏRB ƏLAQƏLƏRİ VƏ 

ONUN GƏLƏCƏYİ.......................................................8

İSLAM BİR HƏYAT NİZAMIDIR VƏ SİYASƏT DƏ 

BİR İMTAHANDIR ...................................................22 

“NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ 

ZİDDİR.........................................................................26

İKİNCİ RİSALƏ OLAN İKİNCİ HİSSƏ 

ŞƏRAFƏTLİ RAMAZAN AYI 

HAQQINDADIR ........................................................34

RAMAZAN AYI VƏ RAMAZAN ORUCU 

HAQQINDA................................................................38  

QƏMƏRİ AYLARIN BAŞLANĞICI HAQQINDA 

BİR ARAŞDIRMA......................................................44

HİLALIN (AYIN) TƏSBİT EDİLMƏSİ 

BARƏSİNDƏ SEYİD FƏZLULLAHIN RƏYİ

HİLALIN (AYIN) TƏSBİT EDİLMƏSİNƏ DAİR 

ARAŞDIRMA..............................................................50

SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI 

HAQQINDA................................................................54

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN

NADİR MİRVARİLƏR .............................................58

ƏQL SÜNNƏ BAXIMINDAN...................................64

HƏZRƏT ƏLİNİN HARİS HƏMDANİYƏ 

MƏKTUBU (69-CU MƏKTUB)................................68

MİLLİ GÖRÜŞ

   

rüblük fikir jurnalı 



 TƏSİSÇİ:

Xəyyam Qurbanzadə



BAŞ REDAKTOR:

Cavid Mürvətli 

                        

REDAKTOR:

           Əfruzə Həsənova



KORREKTORLAR:

Məhbubə Kərimzadə

Jalə Feyzullazadə

SƏHİFƏ BAĞLAYAN:

Şəhriyar  Məmmədzadə

 

Telefon: (+994 12) 493-39-23



               (+994 55) 308-66-38

               (+994 70) 352-89-05 

       Web: www.sabiqun.az 

     www.muselmanqadin.org

     E-mail: info@sabiqun.az

  muselmanqadin@gmail.com

    www.facebook.com/Milli         

         Görüş Azerbaycan

  Hüquqi ünvan:          

  Bakı ş-ri, Xətai r-nu,  Zığ 

yolu, ev 22  mən. 28 

Çapa imzalandığı tarix:

Çap olunduğu tarix:

Fiziki çap vərəqi: 

Formatı 

Ofset kağızı 

Times New Roman

Tiraj 1500 ədəd 

Jurnal “Tuna“ mətbəəsində

ofset üsulu ilə çap olunmuşdur.

Ünvan: Bakı ş-ri, Nizami r-nu

Keşlə qəs.,1-ci Önünə k-si, 19

Telefon: (+994 12 447 15 25)

 

Qiyməti: 5 manat                                                                                    



  

   


MİLLİ GÖRÜŞ

2

 



RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Yer  üzündəki  bütün  varlıqların  həyat  yoluna 

əgər nəzər salsaq, onların kamilləşərək öz yaradılış 

qayələrinə doğru inkişaf etdiklərinin şahidi olarıq. 

Əlbəttə, bu inkişaf və təkamül maneə olmadıqca 

daim  davam  edir.  Bizi  əhatə  edən  aləmdə  kiçik 

zərrələrdən tutmuş ən böyük cisimlər, qalaktikalara 

qədər  hər  nə  varsa,  özünəuyğun  mükəmməl  bir 

nizama  tabedir.  Onları  inkişaf  etdirən  də  elə  bu 

nizamdır. Uca Allah bu barədə buyurur: “... Allah 



hər  şey  üçün  bir  ölçü  (hədd,  müddət)  təyin 

etmişdir”

1

 . 

İnsan cisim və ruhdan ibarət olub ağıl və iradəyə 

malikdir. Bu xüsusiyyət insanı digər varlıqlardan 

fərqləndirir. Bütün işlərində iradə və ixtiyar sahibi 

olduğu üçün onun inkişaf və təkamülü də öz iradə 

və  ixtiyarına  bağlıdır.  Bu  səbəbdən  Allah-Taala 

peyğəmbərlər  göndərmişdir.  Peyğəmbərlər  Allah 

tərəfindən  insanlara  doğru  yol  göstərən,  onları 

dünya  və  axirət  səadətinə  qovuşduran  ilahi  və 

nizamlı  bir  proqram,  digər  adı  ilə  desək,  şəriət 

gətirmişlər.  İnsanları  da  yalnız  şəriət  qanunları 

əsl  səadət  və  xoşbəxtliyə  qovuşdura  bilər,  çünki 

insanın bədən və ruh baxımından bütün zərər və 

faydalarını  tam  olaraq  onu  yaradan  Allah  bilir. 

Buna görə də mütləq kamil qanunları da yalnız O, 

insanlara təqdim edə bilər. İnsanların təyin etdiyi 

qanun  və  qaydalar,  məhdud  və  naqis  elmdən, 

düşüncədən  və  təhlildən  qaynaqlandığı  üçün  heç 

vaxt  bəşəriyyətin  ehtiyaclarını  ödəyib  onları  tam 

şəkildə  məsud  edə  bilməz.  Buna  nümunə  olaraq 

deyə  bilərik  ki,  qeyri-şəri  qanunlar  insanların 

yalnız  zahiri  vəziyyət  və  davranışlarını  əhatə 

edir. Lakin onların daxili dünyası və ruhi-mənəvi 

vəziyyətlərindən bəhs edərək onlar haqqında heç 

bir fikir ortaya qoymur, tədbir görə bilmir. 

Əbədi səadətə qovuşmaq üçün Allahın bizdən 

istədiyi  və  tələb  etdiyi  yalnız  Ona  bəndəlik 

etməyimizdir. Buna ibadət də deyə bilərik. İbadət 

etmək  və Allahın  bəndəsi  olmaq  insanın  yeganə 

qurtuluş yolu və yaradılmasında da əsas məqsəddir. 

İnsan  nizamlı  ibadətlər  vasitəsi  ilə  özünü  daimi 

inkişaf və kamilliyə çatdıra bilər.

Quranda buyurulur: “Mən cinləri və insanları 

yalnız Mənə ibadət etmək üçün yaratdım!”

2

  

İbadətlərin qisimləri və növləri çoxdur, əhatə 

dairəsi də genişdir. Bu yazımızda çox təsirli, çox 

dərin,  maddi  və  mənəvi  cəhətdən  çoxşaxəli  olan 

oruc ibadətindən bəhs edəcəyik. 

Uca  Allah  Öz  kitabında  buyurur:  “Ey  iman 



gətirənlər!  Oruc  tutmaq  sizdən  əvvəlki 

ümmətlərə  vacib  edildiyi  kimi  sizə  də  vacib 

edildi ki, bəlkə, təqvalı olasınız!”

3

  

Oruc  elə  bir  ibadətdir  ki,  insana  mənəvi  və 



cismi  paklıq  qazandıraraq  onu  Allaha  doğru 

yönəldir və bu yolda irəliləməsinə yardımçı olur. 

Belə ki, insan bir ay ərzində öz istək və iradəsi ilə 

öz-özlüyündə halal və təbii ehtiyaclar olan yemək 

və içmək kimi nemətlərdən Allaha itaət məqsədi 

ilə çəkinir. Bu bir aylıq ibadət onda uzun müddət 

haram və qeyri-təbii ehtiyaclar olan günahlardan 

da çəkindirə bələcək iradə formalaşdırır.

Orucluq  ayı  ramazan  ayıdır.  Quran-kərimdə 

orucun  vacib  edilməsindən  bəhs  edən  ayələrdə 

buyurulur:  “İnsanlara  doğru  yolu  göstərən,  bu 

yolu  açıq  dəlilləri  ilə  aydınlaşdıran  və  (haqqı 

batildən) ayıran (Quran) ramazan ayında nazil 

edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər 

(bu ayı) oruc tutmalıdırlar. ...”

4

  

Oruc  ibadəti  də  digər  ibadətlər  kimi  heç  bir 

çətinlik  yaratmır,  çünki  müqəddəs  şəriət  səfərdə 

olanları, xəstələri, uşaqları, yaşlıları və susuzluğa 

dözümü  olmayanları  üzürlü  hesab  etmiş,  onların 

vəziyyətini  nəzərə  almış  və  belə  insanları  oruc 

tutmaqdan azad etmişdir. Lakin bəzilərini sonradan 

qəza  orucu  tutaraq  və  bəzilərini  fidyə  ödəyərək 

orucun savabından məhrum etməmişdir. 

Əgər hər kəs ramazan ayının orucunu düzgün 

dəyərləndirərsə, çox böyük savab və ilahi feyzlərə 

çataraq Allah nəzərində sevimli bir bəndə olar. Bu 

ibadətlər onu getdikcə Allaha yaxınlaşdırar. 

Uca Allahdan diləyirik ki, bütün müsəlmanlara 

müqəddəs  ramazan  ayında  oruc,  dua,  zəkat 

ibadətlərini  layiqincə  yerinə  yetirməkdə,  cismani 

və  mənəvi  cəhətdən  paklanaraq  ilahi  qurtuluşa 

çatmaqda yardımçı olsun!   

 

BAŞ REDAKTOR

1. “Talaq”, 3 

2. “Zariyat”, 56 

3. “Bəqərə”, 183  

4. “Bəqərə”, 185 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə