Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə1/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
  1   2   3   4   5   6   7   8   9   ...   52


Müctəba Sadət
MÜQƏDDƏS SÜBH
(ƏL-FƏCRUL-MUQƏDDƏS)
İmam Məhdi (əleyhissəlam), vəd olunmuş günü öncədən 
bildirən əlamətləri və zühur ilinin hadisələri
BAKI – 2017


2
Müctəba Sadət
30.08.2017  DK-850/H


3
Müqəddəs sübh
RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Allah Rəsulu (sallallahu əleyhi və alih) Cabir ibn Abdullah 
Ənsari ondan “Qaimin qeybi dövründə şiələr ondan faydalana 
biləcəkmi?” – deyə soruşduqda, belə cavab verdi: “Bəli, məni 
peyğəmbər olaraq göndərən kəsə and olsun ki, onlar mütləq 
ondan  faydalanacaq  və  qeybi  dövründə  vilayətinin  nuru  ilə 
işıqlanacaqlar. Necə ki, buludlar günəşi örtsə belə, insanlar on-
dan fayda əldə edərlər”.
1
İmam  Əli  ibn  Hüseyn  (əleyhissəlam)  buyurmuşdur:  “Kim 
Qaimimizin  qeyb  dövründə  vilayətimiz  üzərində  sabitqədəm 
olsa, Allah ona Bədr şəhidləri kimi min şəhidin mükafatını əta 
edər”.
2
İTHAF OLUNUR
Ey Allahın yer üzərində (gizli şəkildə) saxladığı və bəndələ-
rindən olan höccəti... Şübhəsiz ki, mən sənə qarşı eşq və şövqən 
yanıb alışıram... Səndən uzaq düşmək və ayrı olmaq səbəbilə 
qüssə çəkirəm... Ey ağam, sənə tərəf nail oluna biləcək bir yol 
varmı? Saf (və şücaətli) simanı və mədh olunan (və vüqarlı) zül-
fünü nə vaxt görəcəyəm? 
Ey Mövlam, bu səhifələri sənə hədiyyə edirəm. Xəta etmiş 
olsam  belə,  qəbul  olsa,  nə  gözəl  olardı...  Nə  mal-dövlətin,  nə 
də övlad-uşağın fayda verməcəyi bir gündə faydaverici olardı.. 
Həmçinin sənin xeyir-dua verməyin şamil olunan kəslərlə bir-
likdə bizi də qərar verərdi...
1
 Biharul-ənvar, c.52, s.93; İlamul-vəra, s.372.

İlamul-vəra, s.402.


4
Müctəba Sadət
MÜQƏDDİMƏ
Hadisələr və xəbərlər gündəlik olaraq sürətlə yayılır, burada 
viranedici zəlzələlər, orada güclü fırtınalar, burada hərbi inqilab 
(və çevriliş),  orada  amansız  müharibə,  burada  təyyarə  düşməsi,  
orada qorxunc yol qəzası... Bax beləcə, gündəlik olaraq ard-arda 
hadisələr sürətlə baş verir. Bu hadisələrin izdiham və ənginliyin-
də  insan  –  ona  İmamımız  Sahibəzzəmanın  (əccələllahu fərəcəh) 
zühurunun  yaxınlaşması  ilə  əlaqədar  mühüm  dəlalət  və  bariz 
əlamət verməsi mümkün olan hadisə və xəbərləri  ya unudur, ya 
unutmağa çalışır, ya nadanlıq edir, ya da yadından çıxır. 
İnsanların əksəriyyəti, ümumiyyətlə zühur əlamətlərinin nə 
olduğunu bilmir. Nə onlar barədə bir məlumata malikdir, nə də 
onlar barədə eşitmişdir. Heç ağlına belə, gəlməmişdir. Onların bə-
ziləri bu əlamətlər barədə eşitsə də bu əlamətlər ona mübhəmlik 
gətirmişdir.  Çoxluğuna  baxmayaraq,  onlardan  baş  çıxara  bilmir. 
Odur ki, bir çox insan onlar barədə şəkk-şübhəyə düşür. Hətta qəti 
olanını digərindən ayırd edə bilməz duruma gəlmişlər. 
Bu kitabda, imkan daxilində, İmam Məhdinin (əccələllahu fərə-
cəh) zühur əlamətlərini işıqlandırmaq naminə təşəbbüs göstərəcək 
və zaman baxımından silsiləvi hadisələrin forması əsasında babla-
ra  ayırmağa  çalışacağam  ki,  müqəddəs  sübhün  intizarında  olan 
mömin onları izləyə və gözləyə bilsin. Bir çox kitablar əlamətləri 
növlərinə görə yalnız iki yerə ayırmağa çalışmışdır: hökmən baş 
verəcək və qeyri-qəti əlamətlər. Ya da bu əlamətləri növlərinə ayır-
madan icmali şəkildə qeyd etmişlər. Ancaq mən zühur hadisələri-
nin əlamətlərini silsiləvi periodlara aid hadisələr formada sıralayan 
bir kəs görməmişəm. Ancaq hal-hazırkı zaman dönəmində mömin-
lər üçün əhəmiyyətli olan budur. Çünki “Məhdilik” iddiasına aldan-
masınlar və çox olma səbəbilə hadisələr onları qamarlamasın. Bu, 
üçüncü fəslin mövzusudur. Burada zühur ilinin ikinci yarısının ha-
disələri aylıq-xronoloji şəkildə tərtib olunmuşdur (Rəcəb ayından 
Məhərrəm ayınadək). Biz bu barədə tarix baxımından aydın şəkildə 


5
Müqəddəs sübh
açıqlayan, yaxud il üçün müəyyənləşdirmə aparmadan, bir gün və 
ya bir ay kimi müəyyən bir vaxt bəlirləmək baxımından təsbit edən 
şərafətli rəvayətlərə etimad etmişik. Bu bizim bu fəsldəki bəhsimi-
zin metodudur. Qəti baş verəcək bütün zühur əlamətlərinin bəlir-
lənməsinə müvəffəq olmuşuq. Həmd Allaha məxsusdur. 
Orada bir sıra zühur əlamətləri vardır ki, müəyyən bir za-
man  müəyyənləşdirilməsi  əsasında  nəticə  çıxara  bilməmişik. 
Odur ki, onları qeyd etməmişik. Bu barədə təhqiqat aparılma-
sına ehtiyac vardır. Bu cüz (üçüncü fəsl) kitabın əsas və sütu-
nunu hesaba qatmış, həmçinin yazılma arxasıdakı əsas səbəb 
İslam kitabxanasındakı boşluğu doldurmaqdır. 
Ön sözə gəlincə, ya da başqa bir  ifadə ilə desək, mövzunun 
araşdırılmasının girişinə gəlincə, səy göstərdim ki, (İmam Məhdi-
nin (əleyhissəlam) varlığı barədə) düşüncə və qavramanın əsasını 
dartışım. Həmçinin Qurani-kərim və şərafətli hədislərdən ibarət 
statistik məlumatlar və göstəricilərdən istifadə edərək şəkk-şü-
bhə edənlərə rəddiyyə vermək üçün sağlam elmi üsluba etimad 
etmiş, habelə hər iki qaynaqdan açıq-aydın misallar çəkmişəm. 
Birinci fəslə gəlincə, ixtisarla kiçik qeyb dövrünə toxunmu-
şam: böyük qeyb dövrü düşüncəsinin qəbul edilməsi üçün təd-
ricən camaatı hazırlaşdırmağın necə başlanması, habelə kiçik 
qeyb  dövründən  böyük  qeyb  dövrünədək  qeyb  mövzusunda 
dərəcələrə bölünmənin baş verməsi və bununla camaatın ona 
alışması və öyrəşməsi, bundan əlavə, kiçik zühurdan böyük zü-
huradək (müqəddəs sübh) zühurla əlaqədar əmr... 
İkinci  fəslə  gəlincə,  orada  zühurun  ümumi  xariqüladə 
əlamətləri,  axirəzzamanda  baş  verən  pozğunluqlar,  itnə  və 
haqsızlıqlar dövrünün zühur və ədalət dövrünə tərcih edilməsi 
barədə danışmışam. Bu məzmun rəvayətlərə görə açıq-aydındır. 
Sonra çalışmışam ki, xəbərlər və gələcək baş verməmiş hadisələ-
ri öncədən xəbər vermək kimi, zühur əlamətlərini dartışım ki, 
tarix boyunca onlardan hansısa biri baş veribmi? Biz bunu sübut 
etmiş və sübuta yetmiş misallardan bəzisini sadalamışıq. 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə