Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   2   3   4   5   6   7   8   9   ...   52

6
Müctəba Sadət
Dördüncü və sonuncu fəsldə isə, zühurun şərtləri barədə 
araşdırma  aparmış,  bunu  məsələlər  (nöqtələr)  şəklində  açıq-
lamışam. Xüsusiyyət və xarakterizələri isə elə baxımdan qeyd 
etmişəm  ki,  bu  şərtlər  cəm  olduğu  təqdirdə  müqəddəs  sübh 
gerçəkləşmiş sayılsın. Bu səbəbdən zühur əlamətlərilə zühur 
şərtləri arasında olan fərq barədə danışmışam. 
Dördüncü fəslin ikinci hissəsinə gəlincə, bəda və zühur əlamət-
ləri mövzusunda tədqiqat aparmışam. Bunu bilmək gərəkdir ki, 
bəda  fəlsə i  və  etiqadi  bir  mövzudur.  Əksər  alimlər  bu  barədə 
bəhs etmiş və onun haqqında yazmışlar. Onun zühur əlamətlərilə 
əlaqəsinə gəlincə isə, olduqca az kəs vardır ki, bu barədə yazmış 
olsun. Hətta o həddədir ki, az qala ya qeyd edilməmiş, ya da bir 
neçə sətirlə olduqca müxtəsər şəkildə toxunulmuşdur. Bəhs üçün 
ona daxil etdiyim, həmçinin imkan qədərində çalışdığım odur ki, 
bəhsin dilini və ifadənin üslubunu yüngülləşdirim. 
Ümumi şəkildə, yazı dilinin yüngülləşdirilməsinə və düşüncə-
nin dərinləşdirilməsinə etimad bəsləmişəm ki, kitab böyük kütlə 
üçün tam mənimsənilmiş, asanlıqla əldə edilə bilən olsun. 
Kitabın  “Müqəddəs  sübh”  adlandırılmasına  gəlincə  isə, 
sübh vaxtının bir çox şeylərə görə İmam Məhdi  (əleyhissəlam) 
ilə əlaqəsinə görədir: Onun sübh vaxtı doğulması, sübh vaxtı 
zühur etməsi, Cəbrailin (əleyhissəlam)  ona dəlalət edəcək nida 
çəkməsinin Ramazan ayında sübh vaxtı olması... 
İmam  Sadiqdən  (əleyhissəlam)  “And olsun fəcrə  (sübhə, 
dan yerinə) və on gecəyə” ayəsinin təfsiri barədə belə buyur-
duğu nəql olunmuşdur ki, fəcrdən məqsəd Qaimdir (əleyhissə-
lam). Həmçinin “Qədr” surəsinin təfsiri ilə əlaqədar həzrətdən 
nəql  olunmuşdur  ki,  “dan yeri sökülənə  qədərdir”  ayəsinin 
mənası “Qaimin qiyamı və zühuhuruna qədərdir” – deməkdir.
3
 
Allahdan müvəffəqiyyət diləyirik.
3
 Ən-Nəcmus-saqib, c.1, s.73; İlzamun-nasib, c.1, s.105, 107.


7
Müqəddəs sübh
GİRİŞ
Birinci: Məhdi Qurani-kərimdə
İkinci: Məhdi şərafətli sünnədə


8
Müctəba Sadət
İmam Məhdi mövzusu olduqca həssas məsələlərdən birinə 
çevrilmişdir. Xüsusilə də, özəl olaraq bu dönəmdə. Belə ki, ca-
maatın bir qismi mövzunun əsası və ayrıntılı detalları barədə 
sorğu aparmağa başlamış və nəticədə bu barədə çəkişmə və  i-
kir ayrılıqları ortaya çıxmışdır. Təəssü lər olsun ki, İmam Məh-
dinin varlığı barədə inanc bir-birini günahkar çıxartmaq üçün 
mövzuya və istehza predmetinə çevrilmişdir. Məsələnin əsası 
barədə şübhə imamiyyə (on iki imamçı) şiələrinin ziddinə ya-
zılmış kitablar tərə indən ortaya atılmışdır. Bu kitablarda şiələr 
illüziya səbəbilə düşüncənin (İmam Məhdi ibn Həsən Əskərinin 
(əleyhissəlam)  varlığına etiqad bəsləmək)  quraşdırılmasında 
ittiham  olunurdular.  Onlar  iddia  edirdilər  ki,  (imamçı)  şiələr 
bu düşüncə, yaxud nəzəriyyəni hər bir vasitə ilə gücləndirmək 
yönündə  təşəbbüs  göstərirlər.  O  həddə  qədər  ki,  bu  düşüncə 
xəyali  bir  fərziyyədən  dartışılmayan  və  şübhə  edilməyəcək 
açıq-aydın bir həqiqətə çevrilmişdir. 
İmam Məhdinin (əleyhissəlam) varlığı və onun yüzlərlə il-
lərdən bəri çoxdan doğulmuş olması ilə əlaqədar  ikir ayrılıq-
ları o həddə çatmışdır ki, İbn Xəldun, Əhməd Əmin Misri və 
onların ardınca gələn bir sıra fərdlər bu hədislərin Allah Rə-
sulu (sallallahu əleyhi və alih) tərə indən sadir olmasına belə, 
şübhə  etmişlər.  Əlimizdə  olan  çoxlu  dəlillər  onu  göstərir  ki, 
şəkk-şübhə onlar tərə indən olmuş, yaxud tərəddüd etmələ-
rinə  səbəb  olmuşdur.  Belə  bir  nəticə  xəbərlərin  zəif  olması 
üzündən olmamışdır. Əksinə, onlar belə nəticəyə gəlirdilər ki, 
Məhdi barəsində nəql olunan rəvayətlər elə məsələlərə şamil 
olunmuşdur ki, onların nəzərində bu, təsdiq edilməyəcək qə-
dərdir. Ya da onlar səhih hədisləri digərlərindən ayırd etməyi 
bacarmamışlar. 
Hər  halda,  hər  bir  şeydən  öncə  bizə  gərəkdir  ki,  Məhdi-
nin  (əleyhissəlam)  şəxsiyyəti  və  kimliyinin  əlamətləri  barədə 


9
Müqəddəs sübh
təvatür həddinə çatmış aydın şəkildə buyurulanları (nəss) və 
rəvayətləri  bəlirləyək  ki,  daha  bu  barədə  mübhəmçiliyə  heç 
bir macal qalmasın. Əslində, Məhdi (əleyhissəlam) barədə nəql 
olunan rəvayətlər çoxluq baxımından elə bir həddədir ki, hansı 
məzhəbdən olmasına baxmayaraq, istənilən islam tədqiqatçı-
sı  onun  təvatür  həddində  olmasını  inkar  edə  bilməz.  Doğru-
su, sərtlik və təəssübkeşlik baxımından ən qatı islam  irqələri 
belə, bu məsələyə boyun əymiş və onu inkar etməmişlər. Ha-
belə, Məhdi (əleyhissəlam) barədə nəql olunan xəbərlərin doğ-
ru olmasını sübut edəcək bəzi traktatlar yazmışlar.
Təbii  ki,  bəhsimizin  sahəsi  Məhdi  (əleyhissəlam)  barədə 
olan Quran ayələri, rəvayət və nəslərin hər birini gözdən ke-
çirmək deyil. Sadəcə, mövzu barədə qeyd olunan nəslərin həc-
mini  açıqlayacaq  statistik  göstəriciləri  və  möhtəvanı  təqdim 
etməklə kifayətlənəcəyəm. Kim daha artığını axtarırsa, Qura-
ni-kərimə, təfsir və hədis kitablarına müraciət edə bilər. 


10
Müctəba Sadət
BİRİNCİ: MƏHDİ QURANİ KƏRİMDƏ
Qurani-kərim  İmam  Məhdi  (əleyhissəlam)  və  onun  hö-
kümətinin qurulması barədə bir neçə yerdə və bir sıra ayələr-
də xəbər vermişdir. Hədislərdə qeyd olunanlara əsasən, İmam 
Məhdiyə  (əleyhissəlam)  yönəlik  ayələr  olduqca  çoxdur.  On-
ların  bəzilərini  günümüzdə  yaşayan  Əlamə  Seyid  Sadiq  Hü-
seyni Şirazi “Məhdi Quranda” adlı kitabında toplamış, sadəcə 
106 Quran ayəsini əhli-sünnənin qaynaqlarından cəm və nəql 
edərək qeyd etmişdir. Onların əksəriyyəti Qunduzinin “Yəna-
biul-məvəddət” kitabındandır ki, İmam Məhdi Müntəzər (əley-
hissəlam) barədə təfsir, yaxud təvil, yaxud tənzil, yaxud tətbiq, 
ya da təşbih olaraq şərh olunmuşdur.
Biz İmam Məhdiyə (əleyhissəlam) yönəlik 118 ayənin top-
lusunu  gələcək  siyahıda  qeyd  edəcəyik  və  bu  barədə  “Məhdi 
Quranda” və “İlzamun-nasib” kitabına etimad etmişik. 
MEHDİ QURANİ KƏRİMDƏ
Nömrə
Surə
Ayələrin 
sayı
Ayələrin nömrəsi
1
Bəqərə
Səkkiz
2, 3, 60, 124, 148, 155, 261, 285
2
Ali-İmran
Üç
83, 141, 200
3
Nisa
Beş
47, 59, 69, 83, 159
4
Maidə
Üç
12, 14, 54
5
Ənam
Beş
31, 40, 89, 115, 158
6
Əraf
İki
48, 187
7
Ənfal
İki
39, 75
8
Tövbə
Üç
16, 33, 36
9
Yunis
Bir
20
10
Hud
Dörd
8, 21, 80, 86
11
Yusif
İki
94, 110


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə