Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   2   3   4   5   6   7   8   9   ...   52

19
Müqəddəs sübh
16
Məhdi Kazimin övladlarından beşincidir.
98
17
Məhdi Rzanın övladlarından dördüncüdür.
95
18
Məhdi  Muhəmməd  Cavadın  övladlarından 
üçüncüdür.
90
19
Məhdi Hadinin övladlarındandır.
90
20
Məhdi Həsən Əskərinin oğludur.
146
21
Məhdinin atasının adı Həsəndir. 
147
22
Məhdinin  adı  Peyğəmbərin  adına,  künyəsi 
də künyəsilə uyuşur.
48
23
Məhdi kənizlər xatununun oğludur. 
9
24
Məhdi imamların on ikincisi və sonuncusu-
dur.
136
25
Məhdi yer üzünü ədalətlə dolduracaqdır. 
123
26
Məhdinin iki qeyb dövrü vardır.
10
27
Məhdi İsa ibn Məryəmin qarşısında namaz-
da müsəlmanlara imamlıq edəcəkdir.
25
28
Doğulması,  doğum  tarixi  və  anasının  bəzi 
durumları barədə
214
29
Hansılar ki, zühurunu müjdələyir.
657
30
Zühurunun əlamətləri barədə 
Üçüncü 
fəslə 
müraciət et
 
İmam Məhdinin (əleyhissəlam) nəsəbini açıqlayan şərafət-
li hədislərin statistik məlumatlarından geniş sayda olanlarını 
qeyd  etdikdən  sonra  daha  onun  doğulması  və  nəsəbi  barədə 
şəkk-şübhəyə  heç  bir  yer  qalmır.  Mən  məsumlardan  (əleyhi-
mussəlam)  rəvayət  olunan  bəzi  hədisləri  təqdim  etməklə  ki-
fayətlənəcəyəm.
1 – Dəyərli Peyğəmbər (sallallahu əleyhi və alih):
Əbu Bəsir İmam Sadiqdən, o da ataları vasitəsilə Əmirəl-
mömininin  (əleyhissəlam)  belə  buyurduğunu  nəql  etmişdir: 
“Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurmuşdur: “Məhdi 


20
Müctəba Sadət
övladlarımdandır. Onun adı mənim adım, künyəsi isə künyəm-
dir.  O,  yaradılış  ( iziki görkəm)  və  əxlaq  baxımından  camaat 
arasında  mənə  ən  çox  bənzəyəndir.  Onun  qeyb  və  çaşqınlıq 
dövrü olacaqdır ki, camaat dinlərindən azacaqlar. Məhz həmin 
an, parlaq ulduz (meteorid) kimi gəlib, yer üzünü zülm və haq-
sızlıqla dolmuş olduğu kimi, haqq-ədalətlə dolduracaqdır”.
16
2 – Əmirəlmöminin Əli ibn Əbu Talib (əleyhissəlam):
İkinci Əbu Cəfər İmam Cavad ataları vasitəsilə Əmirəlmö-
mininin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Biz-
dən olan Qaimin qeyb dövrü vardır. Onun müddəti uzun çəkə-
cəkdir. sanki onun qeyb dövründə şiələri cövlan (dövrə vuran) 
dəvələrtək gedib-gəldiyini, (özlərinə) otlaq yer axtarıb, ancaq 
tapa bilmədiklərini görürəm. Bilin ki, kim həmin dövrdə öz di-
nində sabitqədəm olsa, qəlbi imamının qeybinin uzun çəkmə-
si səbəbindən daşlaşmasa, belə bir kəs Qiyamət günü mənim 
dərəcəmdə mənimlə birlikdə olar”. 
Sonra buyurdu: “Bizim Qaimimiz zühur etdiyi zaman boy-
nunda heç kəsin beyəti olmaz və məhz buna görədir ki, onun 
doğulması gizli tutular, şəxsiyəti qeybdə olar”.
17
3 – Fatimə Zəhra (əleyhəssəlam):
Yunis ibn Zəbyan İmam Cəfər ibn Muhəmməddən, o, atası 
İmam Muhəmməd ibn Əlidən, o atası İmam Əli ibn Hüseyndən, 
o, atası İmam Hüseyndən belə nəql etmişdir: “Mənə anam Fa-
timə (əleyhəssəlam) dedi: “Mən səni dünyaya gətirdikdə Allah 
Rəsulu (sallallahu əleyhi və alih) yanıma daxil oldu. Mən səni 
ona sarı parçada verdim. O həmin parçanı atıb, ağ rəngdə parça 
götürüb, səni ona bükdü. Sonra sağ qulağına azan, sol qulağına 
isə iqamə oxudu. 
16
 İlamul-vəra, s.399; Muntəxəbul-əsər, s.182; əl-Məhdi minəl-məhd iləz-zu-
hur, s.54; Kəmalud-din, c.1, s.286.
17
 İlamul-vəra, s.400; Muntəxəbul-əsər, s.255; əl-Məhdi minəl-məhd iləz-zu-
hur, s.63; Kəmalud-din, c.1, s.303.


21
Müqəddəs sübh
Sonra isə dedi: “Ey Fatimə, götür onu. O imamlar atasıdır. 
Onun övladlarından doqquz nəfər saleh əməl sahibi imamlar 
vardır və doqquzuncusu onların Məhdisidir”.
18
4 – İmam Həsən (əleyhissəm):
Əbu Səid Əqisa İmam Həsənin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Məgər bilmirsinizmi ki, Xızır (əleyhissə-
lam) gəmini deşdiyi, divarı qaldırdığı, oğlan uşağını öldürdüyü 
zaman bunun hikmət tərə ini Musadan gizli saxladığı təqdirdə 
bu, Musa ibn İmranın qəzəbinə səbəb olmuşdu? Bir halda ki, 
bu,  Allah-taala  dərgahında  hikmət  və  həqiqət  idi.  Məgər  bil-
mirsinizmi, bizdən elə bir kəs yoxdur ki, dövrünün tağutunun 
beyəti onun boynuna düşməsin? Yalnız Ruhullah İsa ibn Mər-
yəmin (əleyhissəlam) – arxasında namaz qılacağı Qaim istisna-
dır! Belə ki, Allah-taala onun doğulmasını gizli tutacaq və onun 
kimliyini gizlədəcəkdir ki, heç kəsin boynunda beyət olmasın. 
Kənizlərin xanımının oğlu, qardaşım Hüseynin övladlarından 
həmin bu doqquzuncu (imam) zühur etdikdə Allah onun qeyb 
dövründəki  ömrünü  uzadacaq,  sonra  isə  Öz  qüdrəti  ilə  yaşı 
qırxdan aşağı olan bir gənc şəklində onu aşkar edəcəkdir. Bu, 
Allahın hər şeyə qadir olmasının bilinməsinə görədir”.
19
5 – İmam Hüseyn (əleyhissəlam): 
Əbu Abdullah ibn Ömər deyib: “Hüseyn ibn Əli ibn Əbu Ta-
libin (əleyhissəlam) belə dediyini eşitdim: “Əgər dünyadan yalnız 
bir gün belə, qalmış olsaydı, Allah həmin günü övladlarımdan biri 
çıxıb, yer üzünü zülm və haqsızlıqla dolmuş olduğu kimi, haqq-ə-
dalətlə doldurana qədər uzadardı. Mən Allah Rəsulunun (sallalla-
hu əleyhi və alih) bu cür söylədiyini eşitmişəm”.
20
18
 Muntəxəbul-əsər, s.89.
19
 İlamul-vəra, s.400; Muntəxəbul-əsər, s.206; əl-Məhdi minəl-məhd iləz-zu-
hur, s.68; Kəmalud-din, c.1, s.316.
20
 İlamul-vəra, s.402; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.69; Kəmalud-din, 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə