Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

28
Müctəba Sadət
rindən dəf edir. Ona görədir ki, yağış yağdırır və yer üzünün 
(nemət və) bərəkətlərini çölə çıxarır”.
Dedi: “Mən dedim: “Ey Allah Rəsulunun oğlu, səndən sonra 
imam və canişin kimdir?” 
O, tələsik ayağa qalxdı, evə daxil oldu, sonra çiynində üç yaşlı 
bir uşaqla qayıtdı. Onun üzü on dörd gecəlik ay kimi parlayırdı.
Buyurdu: “Ey Əhməd ibn İshaq, əgər Allah dərgahında və 
höccətlərinin  yanında  xətir-hörmətin  olmasaydı,  bu  oğlumu 
sənə  göstərməzdim.  O,  Allah  Rəsulunun  (sallallahu  əleyhi və 
alih) adaşı və həmkünyəsidir. O elə bir kəsdir ki, yer üzünü zülm 
və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaqdır.
Ey Əhməd ibn İshaq, onun məsəli bu ümmət arasında Xızır 
(əleyhissəlam) və Zülqərneyn kimidir. Allaha and olsun, o elə 
bir şəkildə qeybə çəkiləcək (onun elə uzun bir qeyb dövrü ola-
caqdır) ki, həmin zaman ərzində yalnız o kəs həlak olmaqdan 
qurtuluş tapacaq ki, Allah-taala onu imamət inancında sabitqə-
dəm və fərəcin tezləşməsi üçün duada müvəffəq etmişdir”.
Əhməd ibn İshaq deyir: “Dedim: Ey mövlam, bir nişanə var-
dırmı ki, qəlbim onunla xatircəm olsun?” 
O uşaq (əleyhissəlam) fəsahətli ərəb dilində danışaraq buyur-
du: “Mən Allahın yeri üzərində Onun (gizli) saxladığı (Bəqiyyətul-
lah)  və  düşmənlərindən  intiqam  alanam.  Ey  Əhməd  ibn  İshaq, 
gördükdən (və müşahidə apardıqdan) sonra əlamət axtarma!”
Əhməd ibn İshaq deyir: “Mən şad-xürrəm çölə çıxdım. Hə-
min  günün  sabahısı  onun  (İmam  Əskərinin)  yanına  qayıdıb 
dedim: “Ey Allah Rəsulunun oğlu, mənim boynuma qoyduğun 
minnətin  sayəsində  şadlığım  çoxdur.  Bəs  (de görüm)  onun 
barəsində  baş  verəcək  Xızır  və  Zülqərneynin  malik  olduğu 
bənzərlik (sünnət) nədir?”
Buyurdu: “Ey Əhməd, uzunmüddətli qeybdir”. 
Dedim: “Ey Allah Rəsulunun oğlu, onun qeybi uzun çəkə-
cəkdir?” 


29
Müqəddəs sübh
Dedi: “Rəbbimə and olsun ki, belədir. O yerə qədər ki, ona 
inananların çoxu (dindən) dönəcəklər. Yerdə qalan yalnız o kəs-
dir ki, Allah-taala ondan vilayətimiz üçün əhd-peyman almış, 
qəlbində iman yazmış (qoymuş) və Özü tərə indən bir ruh va-
sitəsilə onu dəstəkləmişdir.
Ey  Əhməd  ibn  İshaq,  bu,  Allahın  əmrindən  olan  bir  əmr, 
Onun sirrindən olan bir sirr, qeybindən olan bir qeybdir. Buna 
görə də sənə verdiyimi götür, onu gizli tut və şükür edənlərdən 
ol ki, sabah İlliyyunda (Cənnətin ən ali mərtəbəsində) bizimlə 
birlikdə olasan”.
28
14 – İmam Məhdi (əleyhissəlam):
Müqəddəs nahiyə tərə indən İshaq ibn Yəquba sadir olan 
tövqidə  qeyd  etmişdir:  “Qeybin  baş  vermə  səbəbinə  gəlincə, 
Allah-taala  buyurur:  “Ey iman gətirənlər! Sizə agah olunca 
xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın”.
29
 
Həqiqət  budur  ki,  atalarımın  (əleyhimussəlam)  hamısının 
boynunda dövrünün zülmkarlarının beyəti vardı. Amma mən 
çıxdığım zaman heç bir zülmkarın beyəti boynumda olmaya-
caq.  Qeyb  dövrümdə  məndən  faydalanmağın  vəchinə  (necə-
liyinə)  gəlincə,  buludların  gözlərdən  qeybə  çəkdiyi  günəşdən 
faydalanmaq  kimidir.  Həqiqətən  də,  ulduzlar  səma  əhlinə 
aman olduğu kimi mən də yer əhli üçün amanam. Sizə fayda 
verməyən bir şey haqqında sual qapısını bağlayın və özünüzü 
sizdən istənilməyən (tələb olunmayan) şeyləri öyrənməyə zəh-
mətə salmayın. Fərəcin tezləşməsi üçün çoxlu dua edin ki, o elə 
sizin fərəcinizdir”.
30
28
  Kəmalud-din,  c.2,  s.384;  İlamul-vəra,  s.412;  Muntəxəbul-əsər,  s.228; 
əl-Məhdi minəl-məhd iləz-zuhur, s.188.
29
 Maidə, 101.
30
  Kəmalud-din,  c.2,  s.485;  Ğeybətu  əş-Şeyx  ət-Tusi,  s.177;  İlamul-vəra, 
s.424; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.214.


30
Müctəba Sadət
İmama (əleyhissəlam) yönəlik dəyərli ayələrdən, həmçinin 
İmam Höccət haqqında Allah Rəsulu (sallallahu əleyhi və alih) 
və  Əhli-beyt  imamlarından  (əleyhimussəlam)  rəvayət  olunan 
səhih,  mütəvatir  rəvayətlərdən  bu  qədər  təfsilatlı  qeyddən 
sonra İmam Məhdi və onun doğulması mövzusunda ziddiyyət, 
yaxud  ikir ayrılığı, yaxud şəkk, ya da ictihada macal qalırmı? 
Bir halda ki, ağıl və ürf baxımından bu xəbər və hədislərin sə-
hih olması qaçılmazdır. Həmçinin İmam Məhdinin doğulmamış 
olması da imkansızdır. Bu qədər açıq şəkildə buyrulanlardan 
sonra (hələ də) qane olmayan kəsə onun hal-hazırda doğulmuş 
olmasına inanması vacibdir. Əks təqdirdə, onun rəyini zibil sə-
bətinə atmaq, həmçinin Allah Rəsulunun (sallallahu əleyhi və 
alih) dinindən çıxması gərəkdir. Çünki şərif hədisdə belə gəl-
mişdir: 
Ğiyas  ibn  İbrahim  İmam  Sadiqdən,  o  da  atalarından  belə 
nəql edib ki, Allah Rəsulu (sallallahu əleyhi və alih) belə buyur-
muşdur: “Kim övladlarımdan Qaimi inkar etsə, məni inkar et-
miş kimidir”.
31
31
 Kəmalud-din, c.2, s.412; İlamul-vəra, s.399; Muntəxəbul-əsər, s.492.


31
Müqəddəs sübh
BİRİNCİ FƏSİL
Birinci hissə: Qeyb dövrü
(uzunmüddətli və qısamüddətli)
İkinci hissə: Zühur 
(ən kiçik və ən böyük)


32
Müctəba Sadət
BİRİNCİ HİSSƏ
QEYB DÖVRÜ 
QISAMÜDDƏTLİ VƏ UZUNMÜDDƏTLİ
Müsəlmanlar və xüsusilə də möminlər Elçinin  (sallallahu 
əleyhi və alih)  dəvətinin  başlanğıcından  bəri,  islam  hökmləri 
və şəriət təlimlərini birbaşa olaraq Elçinin (sallallahu əleyhi və 
alih) özündən əldə edirdilər. Ondan sonra pak, məsum imam-
ların əli ilə mənimsədilər. Belə ki, hökmlərin birbaşa əldə edil-
məsində onlara mane olacaq heç bir şey yox idi. Ona görə də, 
möminlər, yaxud mömin sosial bazaya həmin hökmlərlə bağlı 
hansısa bir şübhənin yoluxması mümkün deyildi. Çünki o, mə-
sum  imam  tərə indən  qaynaqlanırdı.  Əgər  şəriət  hökmündə 
hansısa bir şübhə qarşılarına çıxmış olsaydı, onda birbaşa ola-
raq  məsum  imama  çatdırmaqla  həmin  məsələnin  doğrusunu 
asan  şəkildə  əldə  etmiş  olardılar.  Çünki  məsumların  varlığı 
onların gözü qarşısındaydı. Belə olduqda isə, şəriət hökmünü 
tərəddüdsüz tətbiq etmək labüddür. Allah Rəsulunun (sallalla-
hu əleyhi və alih) dönəmindən İmam Əskərinin (əleyhissəlam) 
zamanına qədər (260-cı il) möminlərin alışdığı durum bu cür 
olmuşdur.
Məhdinin  (əleyhissəlam)  imaməti  dönəmində  vəziyyət 
dəyişdi.  Bundan  öncə  möminlər  üçün  məsum  imamla  birba-
şa  olaraq  görüşmələri  əldə  edilən  idi.  Onlar  imam  vasitəsilə 
şəriət  hökmlərini  əldə  edirdilər.  Lakin  sonra  məsum  imamı 
görmək çətinləşdi. Bu səbəbdən, şəriət hökmünü, xüsusilə də 
bu hökmə dəlalət edən aydın bir dəlil olmayan hökmləri – din 
alimi tərə indən ictihad kimi – fəqihdən eşitdikləri zaman ək-
sər müsəlmanların içinə şəkk-şübhə sızmağa başladı. Bu, mö-
minlərlə əlaqədar yeni bir mərhələ idi. Onlar iki yüz altmış il 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə