Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

33
Müqəddəs sübh
boyunca  buna  öyrəşməmişdi.  Baxmayaraq  ki,  imamlar  (əley-
himussəlam)  öz  əshablarını  səfər  və  döyüşlər  zamanı  bu  cür 
vəziyyətlərə  adaptasiya  olmaq  üçün  dözümlü  olmağa  hazır-
laşdırırdı. İstisna bu idi ki, məsumla rahatlıqla əlaqə qurmaq 
mümkün və ən pis durumlarda olsa belə, ona müraciət etmək 
asan olurdu.
Məhdinin  (əleyhissəlam)  imaməti  dövründə  yaranmış  bu 
yeni  vəziyyətin,  həmçinin  modern  mərhələnin  yaranmasının 
ardınca,  camaat  bu  mərhələyə  alışqan  olmadığına,  həmçinin 
psixoloji olaraq özlərini buna hazır etmədiklərinə görə, həm də 
məsumla görüşə bilmədikləri və ortaya yeni çıxan islam hökm-
ləri və məsələlərilə əlaqədar ona müraciət etmək imkanları ol-
madığından qısamüddətli qeyb dövrünün tərtibatı başladı. Bu 
dövr Məhdinin (əleyhissəlam) imamlıq və sə ir təyin etməklə 
toplum  idarəçiliyi  dövrü  idi.  Halbuki  sə irlərin  məsələsi  mə-
sul və müttə iq kəslərin zehninə yad bir şey olmamışdır. Çünki 
bundan öncə iki əskəri imamın (on və on birinci imamlar) niza-
mı bu barədə alışqanlıq formasında durmuşdu.
Odur ki, uzunmüddətli qeyb və İmamın (əleyhissəlam) göz-
lərdən gizli olması düşüncəsini tədricən qəbul etməkdən ötəri in-
sanların hazırlaşdırılması başladı. Bu proses qısamüddətli qeyb 
şəraitinin tərtibatı və dörd sə irin təyini müddətində baş verdi.
(Həmin dörd sə ir aşağıdakı kəslər idi)
Birnci sə ir: Osman ibn Səid Əmri – hicrətin 260-cı ili baş-
lamış və 5 il müddətinə davam etmişdir;
İkinci sə ir: Onun oğlu Muhəmməd ibn Osman Əmri – 40 il 
müddətində olmuşdur.
Üçüncü sə ir: Əbülqasim Hüseyn ibn Ruh Nobəxti – 21 il 
müddətində olmuşdur.
Dördüncü sə ir: Əli ibn Muhəmməd Səmuri – hicrətin 329-
cu ilinə qədər 3 illik müddətdə davam etmişdir. 


34
Müctəba Sadət
Beləliklə, qısamüddətli qeyb dövrü altmış doqquz il, altı ay 
və on beş gün civarında davam etmişdir.
32
 
Sə irliyin əsas hədə i zehinləri uzunmüddəlti qeyb dövrünə 
hazırlamaq,  həmçinin  tədricən  insanları  İmamın  (əleyhissə-
lam)  gizliliyinə  alışdırmaq  olmuşdur.  Eyni  zamanda  sə irliyin 
məqsəddə  tutulması  toplunun  mənfəətinin  ayaqda  durması-
na  yönəlik  olmuşdur.  Xüsusilə  də,  imamlara  (əleyhimussəlam) 
sadiq sosial baza istiqamətində olmuşdur. Həmin məsləhətlər 
İmamın uzaqlaşması və həyat arenasından gizlənməsi baxımın-
dan təbii olaraq gerçəkləşmişdir. Aşağıdakılar bunlardandır:
Birinci: Hökmlərin şəxsən məsumdan əxz olunması (imam-
ların (əleyhimussəlam) dövründə olduğu kimi);
İkinci:  Birbaşa  olaraq  fəqih,  yaxud  məsumun  (əleyhissə-
lam) sə iri ilə görüşmək (fəqih, yaxud məsumla görüşən sə ir) 
– qısamüddətli qeyb dövrü;
Üçüncü:  Görüşmək,  yaxud  hökmləri  fəqihdən  əxz  etmək 
(məsumla (əleyhissəlam) görüşməyən fəqih)  –  uzunmüddətli 
qeyb dövrü.
Əgər belə tədriclik olmasaydı, onda durum qarışıq olardı, 
yaxud  vəziyyət pis nəticəyə səbəb ola bilərdi. Məsələn, Məh-
dinin (əleyhissəlam) varlığını mütləq şəkildə inkar etməyə yol 
açardı. Lakin məhz burada, imamların bu tədrici irəliləmə ilə 
bağlı hikməti qaynaqlanmışdır.
Qısamüddətli qeyb dövrü və uzunmüddətliq qeyb dövrü-
nün başlanması ilə əlaqədar bu bəsit müqəddimədən və İmam 
Məhdi (əleyhissəlam) tərə indən: “Rəhman, Rəhim Allahın adı 
ilə. Ey Əli ibn Muhəmməd Səmuri, Allah sənin barədə qardaşla-
rının əcrini böyük etsin ki, (qarşıdakı) altı gün ərzində öləcək-
sən. Buna görə də işini topla (özünü ölümə hazırla) və ölümün-
dən sonra məqamını icra edəcək heç kəsə vəsiyyət etmə. Çünki 
32
  İmam  Mehdi  ensiklopediyası,  qısamüddətli  qeyb  dövrünün  tarixi, 
Muhəmməd Sədr, s.416.


35
Müqəddəs sübh
ikinci qeyb dövrü baş verəcəkdir. Zühur isə yalnız Allah-taala 
icazə verdikdən sonra olacaqdır. O, uzun bir müddətdən, qəlb-
lərin qəsavət bağlamasından və yer üzü zülmlə dolduqdan son-
ra baş verəcəkdir. Tezliklə şiələrimin yanına (məni) gördüklə-
rini iddia edən kəslər gələcəkdir. Bilin ki, kim məni Süfyaninin 
çıxışı və seyhətdən (səmadan gələn çığırtıdan) öncə gördüyünü 
iddia etsə, yalançı, iftiraçıdır. Uca və Əzəmətli Allahdan başqa 
heç bir güc və qüvvə yoxdur!”
33
 – deyə, uzunmüddətli qeyb döv-
rünün başlanması ilə əlaqədar sadir olan tövqidən (imza) son-
ra İmam Məhdinin (əleyhissəlam) uzunmüddətli qeyb dövrünə 
yetişmək  üçün  yürütmüş  oluğu  proqramın  axırıncı  hissəsinə 
yetişirik. Hansı ki, bu dövrdə İmam Məhdi (əleyhissəlam) vəd 
olunan gün üçün ayırılıb gizli saxlanılan olmalıdır. Sə irlər yolu 
ilə xalqa yetişənlər vasitəsilə qısamüddətli qeyb dövrü İmam 
Məhdinin (əleyhissəlam) varlığınının isbatı üçün kifayət etmiş-
dir. Habelə camaatın İmamın qeybə çəkilməsinə alışdırılması 
və  onun  gizli  olması  düşüncəsini  asanlaşdırmaq  naminə  hər 
bir şəffa lıq vacib edilmişdir. Belə ki, bundan öncə onlar imam-
ların  zühur  (ortada olma, göz ilə görülmə)  dövrünün  çağdaşı 
idilər və İmamla üz-üzə durmağa imkanları çatırdı.
İmam  Məhdinin  (əleyhissəlam)  gizli  olması  tədricən  baş 
vermişdir.  Belə  ki,  bu  zamanın  əvvəlində  onun  gizli  olması 
daha az olmuş və hər dəfə zaman keçdikdə, onun gizli olması 
daha da artmışdır. O həddə qədər ki, az qala dördüncü sə irin 
dövründə  onun  özündən  savayı  heç  kəsdən  imamı  görməklə 
bağlı bir şey nəql olunmamışdır. Bu dönəm sona yaxınlaşdıqca, 
imamların  (əleyhimussəlam)  zühur  dövrünün  (yəni onları  aş-
kar şəkildə görən) insanları sona çatdı (dünyalarını dəyişmiş ol-
dular) və İmamın (əleyhissəlam) qeybinə, həmçinin onun hicab 
arxasından  (görünmədən)  idarəçilik  düşüncəsinə  alışıq  olan 
33
 Qısamüddətli qeyb dövrünün tarixi, Muhəmməd Sədr, s.415; İlamul-vəra, 
s. 417; Cənnətul-məva, s.318.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə