Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   44   45   46   47   48   49   50   51   52

162
Müctəba Sadət
2 – İstər qeybdə olsun, istər olmasın, zaman boyunca varlı-
ğının ümumi olaraq aləmin, xüsusi olaraq xalq əsaslarının tək, 
şəriətə müva iq lider olmasına inanmaq;
3 – Xüsusi olaraq İslam ümməti, ümumi olaraq bəşəriyyə-
tin bir sıra nəsilləri ilə çağdaş olması;
4 – Günbəgün, ilbəil baş verən hadisələrdən məlamatlı ol-
ması və bu hadisələrin səbəb, nəticə və xüsusiyyətlərini tanı-
ması;
5 – Qeyb dövründə insanlarla təmasda olması, onları gör-
məsi, onların da onu görməsi, onlarla birlikdə iş görməsi, onla-
rın da onunla iş görməsi, ancaq onların onun həqiqətini (ger-
çək kimliyini) bilməmələri.
247
Bunu  qəbul  etməliyik  ki,  İmam  Məhdinin  (əleyhissəlam) 
xüsusiyyətləri  imamiyyə  təsəvvüründə  illüziya  deyil.  Əksinə, 
liderliyinin  təşəkkül  tapmasında,  həmçinin  ədalətli  cəmiyyə-
tin gerçəkləşməsinə hakim olması üçün əsas xüsusiyyətlərdir. 
Necə ki, bunu Allah belə istəmiş və vədə vermişdir... İşarə et-
məyimiz gərəkdir ki, böyük lider milyonların nidası, nəsillərin 
ürəklərinin arzuladığı, ümmətlərin gözlərinin dikildiyi, xalqla-
rın ümidlərinin hakimi məhz odur. 
* O, hicrətin 255-ci ili, Şəban ayının 15-i dünyaya göz açmış-
dır. Atası İmam Həsən Əskəri (əleyhissəlam), anası Seyyidə Nərcis 
(Məleykə bint Yəşua ibn Qeysər – Rum padşahı, anası isə Məsihin 
vəsisi Şəmuna nisbət verilən həvarilərdən birinin nəslindəndir).
* Yaşamaqdadır. İndiyədək yer üzündə ömür sürür. O yeyir, 
içir, Allaha ibadət edir, çıxmaq və zühur ilə əlaqədar ona verilə-
cək əmrin intizarındadır.
* Gözlərdən qeybdədir. Camaat onu görsə də onu tanımırlar.
*  Onun  Allahın  izni  ilə  yer  üzünə  nəzarəti,  bəndələr  və 
ölkələrin xəbərlərinə, habelə dünyada baş verən hər bir şeyə 
əhatəsi vardır.
247
 Tarixu ma bə`dəz-zuhur, s.39.


163
Müqəddəs sübh
Allah yanında məlum, bizə isə məchul olan gündə zühur 
edəcəkdir. Onun zühurundan öncə qəti əlamətlər baş verəcək-
dir (Biz bunlara üçüncü fəsildə geniş surətdə işarə etmişik).
Zühur etdiyi zaman yer kürrəsinə hamılıqla hakim ola-
caqdır.  Dünyadakı  bütün  dövlətlər,  bütün  xalqlar  ona  boyun 
əyəcəkdir.
Doğru-düzgün İslamı Muhəmməd peyğəmbər (sallallahu 
əleyhi və alih) gətirmiş olduğu kimi tətbiq edəcəkdir. Həmçinin 
bütün dinlər və inanclar hamılıqla ona itaət edəcəkdir.
İsa peyğəmbər (əleyhissəlam) səmadan enəcək və onun 
arxasında namaz qılacaqdır.
Üçüncü: Böyük liderin hüzurunda sayı kifayət qədər olan 
yardımçı, köməkçi və xilaskarların olması
Liderin  dünyanın  məskən  tutulan  yerlərinin  hamısında 
ədalətin tətbiq edilməsi üçün kifayət sayda köməkçi və tərəf-
darının olmasına ehtiyacı vardır ki, İslam təbii yayım olaraq ci-
had vasitəsi ilə yayılsın. Odur ki, İmam Məhdinin (əleyhissəlam) 
inqilabının  gerçəkləşməsi  üçün  qoşun  hazırlanması,  İmamı 
(əleyhissəlam) dəstəkləyəcək vuran qüvvəsi (nüfuzedici qüdrə-
ti), əmrlərinə itaət olunması gərəkdir. Bu, zəruri bir məsələdir 
və qaçılmaz zəruri ehtiyacdır... Burada ordu idarəçiliyi və onun 
fərdləri arasında fərqləndirmə aparmaq lazımdır.
1 – Ordu başçısı (İmam Məhdinin (əleyhissəlam) əshabı)
Onlar  idarəçi  və  əshabdır.  Onların  ordu  idarəçiliyində, 
ölkələrin fəthində, işlərin idarə olunmasında və sair işlər baxı-
mından böyük rolu vardır... Bu əshab xalis möminlərdən möv-
cud  olduğuna  görə  daha  əhəmiyyətlidir.  Onlar  xüsusi  inayət 
sayəsində seçilmişlər. O kəslər ki, İslamın ali hədə ləri yolunda 
fədakarlığa görə ləyaqət və qüdrətlərini möhkəmlətmişlər (və 
özlərini sübut etmişlər). Hədəf nə qədər geniş və böyük olarsa, 
iman və ixlasın daha dərin forması tələb olunur... Bəs nə böyük 


164
Müctəba Sadət
bir lider, nə də əzəmətli bir peyğəmbərin önə keçə bilmədiyi 
(və reallaşdırmağa qüdrəti çatmadığı) dünyanı saracaq hədəf 
olarsa necə?! Peyğəmbər və rəsulların xətti, onların göstərdiyi 
bütün  fədakarlıqlar  bu  böyük  hədə in  və  meta izik  hadisələ-
rin müqəddiməsi olmuşdur... Odur ki, bu uca və ali hədə lərin 
yerinə yetirilməsində iştirak edən kəs xüsusi əhəmiyyət əldə 
etməlidir. Həmçinin ondan xüsusi şərtlər tələb olunur. Şərt qo-
yulan  şeylərdən  ən  əhəmiyyətlisi  isə  bu  idarəçilərdə  (əshab) 
aşağıdakı xüsusiyyətlərin təşəkkül tapmasıdır: 
1 – İdrak (şüurlu və diqqətli olmaq)... kəlmədə olan hər bir 
məna ilə əlaqədar. Əlavə olaraq, əhəmiyyətlə bağlı həqiqi şüur
lider Məhdinin (əleyhissəlam) səy göstərdiyi hədəfə ədalətli ol-
maq (və dürüst davranmaq), tətbiq edilməsi üçün çalışdığı (İs-
lama aid) ideologiyaya qarşı dərin iman bəsləmək.
2 – Hədəf uğrunda fədakarlıq istedadı, hətta  iziki qurban-
lıq əmri tələb olunduğu yerdə olsa belə.
Bu idarəçilərin (əshabın) sayına gəlincə, rəvayətlər az qala 
mütəvatir  həddə  çatacaq  şəkildə  bu  barədə  söz  açmışdır  ki, 
onların  sayı  Peyğəmbərin  (sallallahu  əleyhi və alih) Bədr  dö-
yüşündəki qoşununun sayı qədərdir (üç yüz on üç nəfər). Onlar 
o kəslərdir ki, İmam Əmirəlmöminin, İmam Sadiq (əleyhiməs-
səlam) onlar haqqında söz açmışdır: “Onlar bayraq əshabıdır 
(bayraqdardır)”.
248
 
Habelə  Cabir  Cu idən  nəql  olunan  xəbərdə  deyilir:  “Əbu 
Cəfər  (əleyhissəlam)  buyurmuşdur:  “Qaimlə  rükn  və  məqam 
arasında üç yüzdən çox kəs beyət edər ki, sayları Bədr əhlinin 
sayı  qədərdir.  Onların  arasında  Misir  əhlindən  nəciblər,  Şam 
əhlindən qəhrəmanlar, İraq əhlindən xeyirlilər vardır”.
249
 
Bu 313 nəfər idarəçi əshabın üstün tutulduğu ən əhəmiy-
yətli faktorlar aşağıdakılardır:  
248
 Kamalud-din və təmamun-nemət, s.673; Yəumul-xilas, s.256; əl-Məhdi 
minəl-məhd iləz-zuhur, s.395.
249
 Ğeybətut-Tusi, s.284; Muntəxəbul-əsər, s.468.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə