Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 
46
ictimai və  mədəni səpgidə yazdığı onlarla məqalələri vasitəsilə 
də aparmışdır. 
1908-ci ildə Odessa universitetinin tibb fakültəsini 
müvəffəqiyyətlə bitirən N.Nərimanov Bakıya gələrək  şəhər 
xəstəxanasında həkim işləməyə başlamışdır. O, Bakıya gəldiyi 
ilk gündən gərgin  ədəbi, ictimai və maarifçilik fəaliyyətinə 
başlamışdır. Lakin Bakıda çox qala bilməmişdir. Siyasi 
fəaliyyətinə görə o, polis təqiblərinə məruz qaldığından 1909-cu 
ilin yanvarında Tiflis şəhərinə gedərək Tiflis müalicəxanalarının 
birində işə düzəlmişdir. Tiflisdə az keçməmiş onun evində polis 
tərəfindən axtarış aparılmışdır. Polis burada çarizmiin əleyhinə 
inqilabi sənədlər,  İran Mücahid Partiyası MK-nın məktubunu, 
1905-ci ildə Odessada tələbə  çıxışları zamanı yazdığı 
respublikanın monarxiyadan üstünlüyü barədə referatının 
əlyazmasını  və s. tapmış  və N.Nərimanovu həbs edib Metex 
qalasına salmışdır. 7 ay həbsdə saxlanılan N.Nərimanov 2 il 
müddətinə Həştərxan şəhərinə sürgün edilmişdir. 
1809-1913-cü illərdə N.Nərimanov Həştərxanda «Rusiya» 
sığorta cəmiyyətində həkim işləməklə yanaşı fəal ədəbi və siyasi 
fəaliyyətini davam etdirmişdir. O, bu dövrdə    «Şureyi-İslam» 
cəmiyyətinin üzvü seçilmiş, Həştərxan quberniyası həkimlərinin 
II qurultayında iştirak və  çıxış etmiş, Həştərxan xalq 
universitetləri cəmiyyətinin  əvvəl sədrinin müavini, sonra isə 
sədri olmuş, 4 il müddətinə Həştərxan şəhər Dumasına seçilmiş 
və Dumanın məktəb komissiyasının üzvü təyin edilmişdir. 
Həştərxan müsəlmanlarının «Ağ gül» xeyriyyə bayramında 
iştirak etmələrinin təşkilatçısı olmuşdur. Eyni zamanda 
N.Nərimanov burada «Qadın məsələsi», «Səhiyyə  və islam» 
kitablarını, «Qafqaz», «Prikaspiyskiy kray», «Astraxanskiy 
kray», «Kaspi» qəzetlərində müxtəlif səpgidə  məqalələr çap 
etdirmişdir. 
N.Nərimanov 1913-cü il iyulun 15-də Bakıya qayıtmışdır. 
O, Bakının müxtəlif müalicəxanalarında həkim, şöbə müdiri və 
müdir vəzifələrində çalışmışdır. Eyni zamanda ədəbi və ictimai-


 
47
siyasi fəaliyyətini davam etdirmişdir. «Nicat» mədəni-maarif 
cəmiyyətinin pedaqoji şöbəsinin sədri seçilmiş, «Qənaət» 
kooperativinin təşkilində  iştirak etmiş  və I qurultayında onun 
sədri seçilmiş, «Xalq evi» beynəlmiləlçi mədəni-maarif 
cəmiyyətinin idarə heyətinin tərkibinə seçilmişdir. O, eyni 
zamanda «Bakinets», «İqbal», «Yeni iqbal» və s. qəzetlərdə 
məqalələrlə, səhiyyənin müxtəlif sahələri üzrə  və inqilabi 
mübarizənin genişləndiyi bir vaxtda isə əhali qarşısında çıxışlar  
etmişdir. 
1917-ci ilin fevralında Rusiyada inqilabın qələbə çalması, 
çar monarxiyasının devrilməsi  bədii əsərləri, məqalələri, ictimai 
və siyasi fəaliyyəti ilə daim xalq kütlələrini azadlıq uğrunda 
mübarizəyə çağıran N.Nərimanovu daha geniş  və açıq siyasi 
mübarizə aparmağa ruhlandırmışdır. O, Hümmət təşkilatının 
təcili konfransında Müvəqqəti Komitənin sədri seçilmişdir.  
1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəl-
manlarının  qurultayı keçirilmişdir. N.Nərimanov Hümmət 
Komitəsinin tapşırığı ilə qurultayda iştirak etmiş, M.Rəsulzadə, 
Ə.Topçubaşov, M.Hacınski və b. ilə birgə qurultayın Rəyasət 
Heyətinə seçilmişdir. O, çıxışında Azərbaycan fəhlə  və  kənd-
lilərinə, ümumiyyətlə, bütün Cənubi Qafqaz müsəlmanlarına 
müraciət edərək demişdir: «Siz rus inqilabının xarakterini başa 
düşməlisiniz. Soyğunçu müharibə olan dünya imperialist 
müharibəsindən sonra Rusiyada qələbə çalmış inqilab bütün 
dünyada inqilabın başlanğıcıdır. Hərgah siz bu bütün dünya 
inqilabi fırtınasında qərq olmaq istəmirsinizsə, Rusiya fəhlə  və 
kəndlilərinin qızıl bayrağı altında sıx birləşin».  
N.Nərimanov 1917-ci ilin aprel-dekabr aylarında Hümmət 
təşkilati üzvlərinin iclaslarına sədrlik etmiş, komitəsinin sədri 
seçilmiş, onun redaktorluğu ilə «Hümmət» qəzeti nəşr 
olunmuşdur. Bakı  şəhər dumasına seçilmiş, Oktyabr çevrilişi 
münasibətilə Azadlıq meydanındakı mitinqdə  çıxış etmiş, eyni 
zamanda Balaxanı, Sabunçu mədən fəhlələri xəstəxanasında, 
Ümumqafqaz  tələbə  cəmiyyətində siyasi vəziyyətlə  əlaqədar 


 
48
məruzə etmiş, «Hümmət», «Bakinskiy raboçiy», «Kaspi» və s. 
qəzetlərdə məqalələri dərc olunmuşdur. O, bu məqalələrində və 
əhali qarşısındakı  çıxışlarında rus inqilablarının Azərbaycan 
xalqının və bütün Şərq xalqlarının azadlığa çıxmasındankı 
böyük rolunu qeyd etmişdir. 
1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda müsəlman-
lara qarşı soyqırım baş verdi. Başda S.Şaumyan olmaqla 
bolşevik-daşnak qüvvələri sovetləri möhkəmləndirmək pərdəsi 
altında qətliam törətdilər. Martın 30-da silahlı toqquşmaya rəh-
bərlik etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsi 
təşkil olundu. Onun tərkibinə S.Şaumyan, P.Caparidze, Q.Kor-
qanov və b. ilə yanaşı N.Nərimanov da daxil olmuşdur.  İlk 
gündən bu qanlı  qırğının qarşısını almağa çalışmış, öz 
mənzilində S.Şaumyanın, M.Əzizbəyovun və b. bolşeviklərin  
iştirakı ilə müşavirə çağırmış və onlardan tezliklə bu əksinqilabi 
milli qırğının dayandırılmasını tələb etmişdir. Onun «Hümmət» 
qəzetində çap olunmuş «Bakı, 1 aprel», «Bizi aldatmışlar və 
aldadırlar» məqalələrində  və «S.Şaumyana və Caparidzeyə» 
göndərdiyi açıq məktubunda onların daşnak silahlı qüvvələ-
rindən istifadə etmələrini, müsəlmanlara-azərbaycanlılara qarşı 
düzgün siyasət yeritməmələrini və sovet hakimiyyəti ilə 
qorxutduqlarını  kəskin tənqid edərək yazırdı: «…Bu, sovet 
hakimiyyətinə  ləkədir və adına xələl gətirir.  Əgər Siz yaxın 
vaxtlarda bu qara pərdəni cırıb və bu ləkəni silməsəniz, bolşevik 
fikri və Sovet hakimiyyəti burada qala bilməz. 
Sizə  məlumdur ki, silah gücünə  əldə edilmiş hakimiyyəti 
xalq müdafiə etməsə, yaşaya bilməz». 
N.Nərimanov bu dövrdə milli toqquşmanın qarşısını 
almaq üçün müsəlman sosialist  partiyalarının bürosunu 
 
təşkil etmiş, Təzəpir məscidində Bakı 
əhalisinin  
mitinqində çıxış etmişdir. O, eyni zamanda «Hümmət» qəzetinin 
səhifələrində «Biz ayıq olmalıyıq», «Çağırış», «Bakı, 18 aprel», 
«İnqilab və  əksinqilab, inqilabçılar və  əksinqilabçılar» adlı 
məqalələrlə çıxış edərək  Bakıda, istərsə də Azərbaycanın başqa 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə