Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   2   3   4   5   6   7   8   9   ...   31

 
9
keçirilmiş Ümumrusiya müsəlmanları qurultayında  da fəal 
iştirak etmişdir. 
1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Türk 
Ədəmi Mərkəzi Partiyası - Müsavat Partiyasının I qurultayında 
Mərkəzi Komitə seçildi. Onun tərkibinə M.Rəsulzadə, 
N.Yusifbəyov, R.Vəkilov, X.Rəfiyev və b. ilə yanaşı 
M.Hacınski də daxil oldu. Hacınski 1917-ci ilin oktyabr-
noyabrında Bakı  Şəhər Dumasına keçirilən seçkilərdə  iştirak 
etmiş və Dumaya üzv seçilmişdir. 
M.Hacınski 1917-ci il noyabrın 15-də yaradılmış 
Zaqafqaziya Komissarlığının ticarət və  sənaye komissarının 
müavini vəzifəsində çalışmışdır. 
1918-ci il fevralın 23-də Tİflis şəhərində gürcü, erməni və 
Azərbaycan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi işə 
başladı. Onun işində Azərbaycandan Müsavat Partiyasından və 
bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən M.Hacınski 
də iştirak etmişdir. Bu partiya və təşkilatlardan əlavə Müsəlman 
Sosialist Partiyasından 7, İttihad Partiyasından 3, Hümmət 
Partiyasından 4 nümayəndə  iştirak etmişdir. Ümumiyyətlə, 
Zaqafqaziya Seymində Azərbaycandan 44 deputat var idi. 
Seymdə Türkiyə ilə  Cənubi Qafqaz arasında sülh danışıqları 
aparmaq üçün gürcü, erməni və azərbaycanlıları  təmsil edən 
nümayəndə heyəti seçildi. Nümayəndə heyətinin tərkibinə 
seymdəki Azərbaycan fraksiyasından M.Hacınski, 
X.Xasməmmədov, M.Mehdiyev, İ.Heydərov,  Ə.Şeyxülislamov 
daxil edildilər. Danışıqlar 1918-ci il martın 14-də Trabzonda 
başlandı. Danışıqlar aprelin 14-də öz işini dayandırdığından və 
nümayəndələr geri çağrıldığından onun işində fasilə elan 
olundu. Trabzonda bu xəbəri eşidən M.Hacınski Seymin qərarını 
sülhü pozmaq kimi qiymətləndirərək, “beynəlxalq münasibətlər 
tarixində tayı-bərabəri olmayan bir təxribat” adlandırdı. 
1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə Zaqafqaziya 
Demokratik Federativ  Respublikası yarandığını elan etdi. 
Aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil olundu. 


 
10
M.Hacınski bu hökumətdə ticarət və  sənaye naziri vəzifəsini 
tutmuşdur. 
Seymdəki Azərbaycan nümayəndələrinin gərgin səyləri 
nəticəsində Batumda sülh danışıqlarına başlamaq haqqında 
razılıq  əldə edildi və nümayəndə heyəti yaradıldı. Buraya 6 
nümayəndə, o cümlədən M.Hacınski daxil oldu. Mayın 11-də 
açılan konfransın cəmi bir iclası oldu. Burada M.Rəsulzadə ilə 
birlikdə M.Hacınski azərbaycanlıların mənafeyini fəal müdafiə 
etmişdir.  
Zaqafqaziya Demokratik Federativ Respublikası  həm 
daxili, həm də xarici məsələləri, həm də millətlər arasındakı 
ziddiyyətləri həll edə bilməyərək üç müstəqil dövlətə ayrıldı. 
1918-ci il mayın 27-də Seymin azərbaycanlı deputatları 
fövqəladə iclas çağırıb Azərbaycan Müvəqqəti Milli Şurası 
yarandığını elan etdi. Onun sədri Batum danışıqlarında iştirak 
edən M.Rəsulzadə seçildi. Mayın 28-də Milli Şuranın ilk 
iclasında Azərbaycan Xalq Cümhuriyyəti elan edlidi. Fətəli xan 
Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 
Nazirlər  Şurası yaradıldı. M.Hacınski Batumda olmasına 
baxmayaraq, Azərbaycanın ilk xarici işlər naziri vəzifəsinə 
seçilmişdir. O, bu xəbəri eşidən kimi Osmanlı dövləti Xarici 
İşlər Nazirliyinə Azərbaycanın müstəqilliyinin Rusiya və 
Avropa ölkələri tərəfindən tanınmasında vasitəçilik etməsini 
xahiş etmişdir. 
1918-ci il iyunun 4-də Batum şəhərində “Osmanlı 
imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında 
dostluq müqaviləsi” bağlandı. Azərbaycanın xarici ölkə ilə 
bağladığı bu ilk müqaviləni Türkiyə  tərəfindən  ədliyyə naziri, 
Senatın sədri Xəlil bəy və Qafqaz cəbhəsinin Baş komandanı 
Vehbi Paşa, Azərbaycan tərəfindən isə Milli Şuranın sədri 
M.Rəsulzadə, xarici işlər naziri M.Hacınski imzaladılar. 
Müqavilənin dördüncü bəndinə  əsaslanan M.Rəsulzadə  və 
M.Hacınski türk hökumətindən ağır və  çətin vəziyyətdə olan 
Azərbaycana hərbi yardım üçün müraciət etdilər. 


 
11
M.Hacınski 1918-ci ilin may-dekabr aylarında Azərbaycan 
Xalq Cümhuriyyəti xarici işlər naziri olduğu dövrdə qonşu 
ölkələrlə  sərhəd, dəmiryolu, Bakı-Batum neft kəmərindən 
birlikdə istifadə etmək və s. məsələlrin həllində gərgin fəaliyyət 
göstərmişdir. 
1918-ci il dekabrın 7-də fəaliyyətə  başlayan Azərbaycan 
parlamentinin üzvləri arasında M.Hacınski də var idi. 
Azərbaycan parlamentinin dekabrın 28-də keçirilmiş iclasında 
Paris sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin 
tərkibinə  Ə.Topçubaşov (sədr), M.Hacınski (sədrin müavini), 
Ə.Ağayev, C.Hacıbəyli, M.Mehdiyev və b. seçildi. 
Ə.Topçubaşov İstanbulda olduğu üçün M.Hacınski oraya qədər 
nümayəndə heyətinə başçılıq etmiş  və nümayəndə heyətinin 
qarşısında duran məsələlərin həllinə çalışmışdır. 
1919-cu ildə M.Hacınski  Ə.Topçubaşovla birlikdə Paris 
sülh danışıqları zamanı ABŞ, Böyük Britaniya, Almaniya, 
İtaliya, Türkiyə,  İran və s. ölkələrin başçıları, dövlət 
nümayəndələri, diplomatları ilə görüşərək Azərbaycanın 
azadlığa çıxması  uğrunda xalqımızın apardığı mübarizə, ağır 
iqtisadi vəziyyət, zəngin neft ölkəsi olması haqqında məlumat 
vermişdir. Məhz onların ardıcıl və  gərgin  əməyi nəticəsində 
1920-ci il yanvarın 11-də Ali Şura tərəfindən Azərbaycanın 
dövlət müstəqilliyinin de-fakto tanınması haqqında qərar qəbul 
edilmişdir. 
1919-cu il dekabrın 2-11-də Bakıda keçirilən Türk 
Demokratik Federalist Müsavat Partiyasının II qurultayında  
partiyanın siyasi komissiyası və yeni Mərkəzi Komitəsi seçildi. 
Buraya M.Rəsulzadə, N.Yusifbəyov, M.Hacınski, M.Vəkilov və 
b. seçildilər. 
1919-cu il dekabrın 14-21-də Bakıda Azərbaycan-erməni 
konfransı keçirildi. Konfransda Azərbaycandan F.Xoyski, 
M.Cəfərov və R.Vəkilovla yanaşı M.Hacınski də  iştirak 
etmişdir. O, konfransda çıxış edərək bildirmişdi ki, Azərbaycan 
və Ermənistan respublikaları arasında dostluq münasibətlərinin 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə