Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   2   3   4   5   6   7   8   9   ...   31

 
12
yaranmasına  əsas maneə mübahisəli  ərazi məsələsidir. Qafqaz 
respublikaları müstəqil dövlət kimi ittifaqda – konfederasiyada 
birləşsələr, bu mübahisəli məsələlər öz-özünə həll ediləcəkdir. 
1919-cu il dekabr ayının axırlarında Azərbaycan 
hökumətində    ağır siyasi və iqtisadi vəziyyətlə  əlaqədar olaraq 
böhran baş verdiyindən hökumət dəyişiklikləri oldu. Dekabrın 
24-də N.Yusifbəyovun təşkil etdiyi V kabinədə M.Hacınski 
daxili işlər naziri, fevralın 18-dən isə ticarət, sənaye və  ərzaq 
naziri vəzifəsini daşımışdır. Lakin bu hökumət dəyişikliyi də bir 
nəticə vermədi. Qarabağda ermənilərin dövlət  əleyhinə 
qaldırdığı qiyam və dinc azərbaycanlı  əhalini kütləvi  şəkildə 
qırılmaları hökumət böhranını daha da dərinləşdirdi. Rusiya 
tərəfdarı olanlar N.Yusifbəyov hökumətini ölkədə qayda-qanunu 
bərpa edə bilməməkdə günahlandırır və istefa verməsini tələb 
edirdilər. Belə vəziyyətdə 1920-ci il martın 30-da hökumət istefa 
verdi. 
Azərbaycan parlamenti yeni hökumətin təşkilini 
M.Hacınskiyə    tapşırdı. M.Hacınski parlamentdə  fəaliyyət 
göstərən partiya  və fraksiyalarla bir müddət danışıqlar apardı, 
hətta kommunistlərlə  də görüşdü və onlara öz hökumətində 
nazir vəzifələri təklif etdi. Bolşeviklər belə bir hökumətdə 
iştirakdan imtina etdilər. Bolşeviklərdən müsbət cavab  almayan 
M.Hacınski aprelin 22-də Azərbaycan parlamentinin sədrini 
əvəz edən M.Cəfərova yeni hökumət təşkil etməkdən  əl 
çəkdiyini bildirdi. 
1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən Şərqdə ilk 
demokratik  respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti 
devrildikdən sonra M.Hacınski Azərbaycan SSR Ali Xalq 
Təsərrüfatı  Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində  
müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan  şəhərlərinin 
abadlaşdırılması, yeni sənaye  şəhərlərinin salınması  və tikinti-
sində iştirak etmişdir. 
M.Hacınski də Azərbaycanın başqa görkəmli, siyasi və 
ictimai xadimləri kimi repressiyaya məruz qalmışdır. O, 1930-cu 


 
13
il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi 
(DSİ) tərəfindən həbs edilərək dustaqxanaya salınmış  və  ağır 
işgəncələr verilmişdir.  Əvvəlcə  «İctimaiyyətçi» ləqəbli agentlə 
31  №-li kamerada bir yerdə saxlanmışdır. O, hər dəfə 
istintaqdan sonra Hacınski ilə etdiyi söhbətləri L.Beriyaya 
çatdırmışdır. Beriya 1930-cu il 6 dekabr tarixdə cinayət işinə 
yazdığı dərkənarda onu «həyəcanlı və zəif inkişaf etmiş adam» 
adlandırmışdır. 
Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə  və 
vərəmə tutulan M.Hacınski 1931-ci il fevralın 9-da Tiflisdə 
səhər saat 8
00
-da DSİ-nin 26 №-li kamerasında 56 yaşında 
«özünü asaraq» öldürmüşdür. 
 
*** 
 

 
Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q. 
Baku,1920. 

 
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 
arxivi. Arx.№ PS 7525. M.Hacınskinin işinə dair istintaq 
materialları. 

 
Azərbaycan tarixi. C.2. Bakı,1964. 

 
Azərbaycan tarixi. C.3. H.1. Bakı,1973. 

 
Azərbaycan Sovet Ensiklopediyası. X c. Bakı,1987. 

 
Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti. 1918-1920. Bakı,1990. 

 
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı,1998. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920). 
Parlament (stenoqrafiçeskie otçetı). Baku,1998. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920). 
Vneşnəə politika (dokumentı i materialı). Baku, 1998. 

 
Balaev A. Azerbaydjanskoe naüionalğno-demokratiçeskoe 
dvijenie  1917-1920 qq. Baku, 1990. 


 
14

 
Fatullaev Ş. Qradostroitelğstvo i arxitektura Azerbaydjana 
XIX-naç. XX veka. Leninqrad, 1986. 

 
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində  
(1918-1920). Bakı,1993. 

 
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər). 
Bakı,1957. 

 
“Kaspi” qəzeti, 1917, 18 aprel, № 85. 

 
Qasımov M. Birinci dünya müharibəsi illərində böyük 
dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 
hissədə. 2-ci hissə (1917-ci il noyabr-1918-ci il noyabr). 
Bakı,2001. 

 
Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər 
Nazirliyinin şəxsi heyəti. Bakı,2002. 

 
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası 
(məqalələr və sənədlər). Bakı, 1990. 

 
Rəsulzadə M.Ə.Azərbaycan Cümhuriyyəti. Bakı,1990. 

 
Zakavkazskiy seym. Stenoqrafiçeskiy otçet. I sessiə. 
Tiflis,1918. 
 
 
  


 
 
15
Əlimərdan bəy Ələkbər 
oğluTopçubaşov 
6 oktyabr - 26 dekabr 1918 
 
Azərbaycanın görkəmli siyasi 
xadimlərindən, diplomatlarından və 
hüquqşünaslarından biri olan 
Əlimərdan bəy Topçubaşov 1865-ci 
ildə Tiflis şəhərində qulluqçu ailəsində 
dünyaya gəlmişdir. İlk təhsilini I Tiflis 
gimnaziyasında almış  və 1884-cü ildə 
oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-
filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən 
sonra o, hüquq fakültəsinə keçmiş  və 1888-ci ildə oranı 
müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. 
Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası 
Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması  və 
professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul 
etmişdir. Lakin 1889-cu ildə qəbul edilmiş universitet haqqında 
çar qanunu xristian olmayan Ə.Topçubaşova  müvafiq vəzifəni 
tutmağa icazə verməmişdir.  Ə.Topçubaşov bu hadisədən sonra 
Tiflisə  gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis 
geodeziya məktəbində hüquqşünaslıqdan dərs vermişdir. 
1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul 
olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu 
nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət 
qazandırmışdır. 
O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi «Kaspi» 
qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu 
illərdə onun yuzlərlə  məqalələri dərc olunmuşdur. Həmin 
məqalələrdə  Ə.Topçubaşov Azərbaycanın bir neçə  şair, yazıçı, 
dramaturq, görkəmli ziyalıları  və  şəxsləri haqqında elmi 
əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə