Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   2   3   4   5   6   7   8   9   ...   31

 
19
iyununda  təşkil etdiyi II kabinədə  portfelsiz nazir, oktyabrında 
isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. 
AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi 
onun dünya ölkələri tərəfindən tanınması, diplomatik 
əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. 
Azərbaycan hökuməti Osmanlı imperiyası  və onun vasitəsilə 
Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə 
Ə.Topçubaşovu fövqəladə  səlahiyyətli nazir kimi İstanbula 
göndərmişdir. F.Xoyskinin o dövrlərdə  İstanbulda olan 
Azərbaycan nümayəndəliyinin sədri M.Rəsulzadəyə göndərdiyi 
teleqramda oxuyuruq: «Hökumətin 1918-ci il 20 avqust qərarı 
ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov 
Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının 
mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə  səlahiyyətli 
nazir kimi göndərilir». 
1918-ci il avqustun 23-də  Gəncədən yola düşən 
Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə  hərəkət edərək, çox 
çətinliklrədən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. 
Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, 
yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir 
neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi 
və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş  və müxtəlif 
məsələlər  ətrafında fikir mübadiləsi aparmışdır. Mondros 
müqaviləsinin Azərbaycana aid hissəsi ilə  əlaqədar olaraq 
Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, 
göstərirdi ki, müqavilə «Azərbaycanın işğalını asanlaşdırır və 
bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublika-
sına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə 
gedilməsi beynəlxalq hüquqla bir araya sığmır». 
1918-ci il dekabrın 7-də ölkədə yaranmış çox ağır siyasi 
şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın 
və Müsavat Partiyasının sədri M.Rəsulzadə  parlamenti açaraq 
bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın 
mənafeyinin və  əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. 


 
20
Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin 
seçilməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq, 
Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və 
hörmət qazanmış  Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk 
parlamentinin sədri seçilmişdir. Tarixçi F.Kazımzadənin yazdığı 
kimi: «Parlamentin prezidenti seçilən  Ə.Topçubaşov yüksək 
təhsilli hüqüqşünas, öz görüşlərində dözümlü idi». Dekabrın 28-
də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə 
heyətinin tərkibini seçdi. Bu tərkibə  Ə.Topçubaşov (sədr), 
M.Hacınski (sədr müavini), Ə.Şeyxülislamov,  Ə.Ağayev, 
M.Məhərrəmov və C.Hacıbəyli, M.Mehdiyev daxil oldu. 
1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak 
edəcək Azərbaycan nümayəndə heyəti  İstanbula gəldi. Lakin 
Fransa hökuməti onların Parisə  gəlməsinə viza vermədi. Bu 
zaman  Ə.Topçubaşov Türkiyə,  İran, Rusiya, ABŞ, Böyük 
Britaniya, Fransa diplomatları  və nümayəndələri ilə görüşlər 
keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti 
haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət 
kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini 
xahiş etmişdir. 
Parisə  təkcə Azərbaycan nümayəndələri deyil, Don, 
Kuban, Dağlılar 
İttifaqının, Ukrayna və Gürcüstan 
nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Onlar da 
İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq 
üçün birlikdə mübarizə aparmağa başladılar.  Ə.Topçubaşovun 
başçılığı ilə memorandum hazırlandı  və nümayəndələr onu 
imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral 
Vebbə təqdim etdilər. 
Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il 
aprelin 22-də Azərbaycan nümayəndə heyəti  Ə.Topçubaşovun 
rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə 
gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa
Gürcüstan,  İran, ABŞ,  İngiltərə  və s. ölkələrin nümayəndə 
heyətləri ilə görüşmüş  və siyasi-iqtisadi vəziyyətlə  əlaqədar 


 
21
söhbətlər aparmışlar. Bu bir ay ərzində  Ə.Topçubaşovun 
başçılığı ilə Azərbaycan nümayəndələrinin  ən başlıca müvəf-
fəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ 
prezidenti V.Vilsonla görüşü ölmüşdür. 
1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilson 
Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini 
qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o 
cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar 
haqqında  ətraflı  məlumat, Paris sülh konfransına təqdim 
ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə 
Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, 
V.Vilson onları əmin etdi ki, «…bundan sonra Azərbaycan xalqı 
öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq… işində böyük 
Amerikanın köməyini və yardımını alacaqdır». 
Ə.Topçubaşovun bilavasitə  iştirakı ilə hazırlanmış 
«Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris 
sülh memorandumu» sülh konfransının katibliyinə  təqdim 
edildi. Bu sənəd  14 bölmədən ibarətdir. Burada konfrans 
nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi və 
siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. 
Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi 
ilə öz fəaliyyətlərini gündən-günə genişləndirərək Gürcüstan, 
Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya, Ukrayna 
nümayəndələri ilə birlikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, 
oktyabrın 8-də Paris sülh konfransı  sədrinə etiraz notası, 
bəyannamə, məktub göndərdi. 
1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən 
Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan 
nümayəndələrindən  İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər 
Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon 
Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq 
dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və 
Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. 
Ə.Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə