Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 
26
aparıldığının şahidi olmuş, işləri zalımcasına aparan məmurlara 
qarşı onda  nifrət oyanmışdır. 
II Dövlət Dumasına keçirilən seçkilərdə Bakı  və 
Yelizavetpol quberniyalarından X.Xasməmmədov,  İ.Tağıyev, 
Z.Zeynalov və b. ilə yanaşı Yelizavetpol quberniyasında ədalətli 
məhkəmə  işçisi kimi böyük hörmət qazanmış F.Xoyski də 
deputat seçilmişdir. II Dövlət Duması 1907-ci il fevralın 20-dən 
iyunun 3-nə  qədər fəaliyyət göstərmişdir. F.Xoyski Dumanın 
Müsəlman deputatları fraksiyasının və bürosunun üzvü olmuş, 
şəxsi toxunulmazlıq, Dövlət Dumasının 55 üzvünün cinayət 
məsuliyyətinə cəlb edilməsi, amnistiya haqqında qanun layihəsi 
komissiyalarının tərkibinə seçilmişdir. Dumanın bir sıra 
iclaslarında çıxış edərək çarizmin aqrar, seçki, vətəndaşların 
siyasi və mülki hüquqlarını  məhdudlaşdıran siyasətini kəskin 
tənqid etmişdir. F.Xoyski Dumada müzakirə edilən aqrar məsələ 
ilə  əlaqədar çıxışında torpaq məsələsinin çox lazımi, çətin və 
təxirəsalınmaz olduğunu qeyd etmişdir. O, demişdir ki, hökumət 
bu çətin məsələni kəndli torpaq bankları  və köçürmə yolu ilə 
həll etmək istəyir, Rusiya şəraitində köçürmə heç bir xeyirli 
nəticə verməz. 
1907-ci il mayın 18-də II Dövlət Dumasına Rusiyada milli 
və dini fərqlərə görə  vətəndaşların siyasi və mülki hüquqlarını 
məhdudlaşdıran qanunların ləğvi haqqında layihə  təqdim 
edilmişdir. Bu layihəni 173 deputat, o cümlədən F.Xoyski də 
imzalamışdır. 
II Dövlət Duması qovulduqdan sonra Yelazavetpola gələn 
F.Xoyski 1907-1912-ci illərdə andlı iclasçı işləmişdir. 
F.Xoyski 1913-1917-ci illərdə Bakıda dairə 
məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. Bakıda 
bu dövrdə bir sıra siyasi və ictimai tədbirlər həyata keçirilirdi. 
F.Xoyski bir ziyalı kimi tədbirlərdə, yeni yaranmaqda olan 
xeyriyyə cəmiyyətlərində və siyasi təşkilatlarda yaxından iştirak 
etmişdir. 


 
27
F.Xoyski 1917-ci il Fevral inqilabından və Oktyabr 
çevrilişindən sonra siyasi və ictimai mübarizə  hərəkatına daha 
fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının 
azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın liderlərindən 
birinə çevrilmişdir. 
1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının 
Müvəqqəti  İcraiyyə Komitəsi yaradıldı. Onun tərkibinə 
M.Rəsulzadə, M.Hacınski,  Ə.Topçubaşov və b. ilə yanaşı 
F.Xoyski də daxil olmuşdur. Bu təşkilatın gərgin fəaliyyəti 
nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz 
müsəlmanlarının qurultayı çağrıldı. F.Xoyski qurultayın 
çağrılmasında və gedişində fəal iştirak etmişdir. 
1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman 
İctimai təşkilatları Komitəsinin növbəti iclası keçirildi. İclasda 
komitənin yeni tərkibi seçildi. Ə.Topçubaşov sədr, M.Rəsulzadə 
və F.Xoyski sədrin müavinləri seçildilər. 
1917-ci il oktyabrın 29-da ümumi seçki hüququ əsasında 
Bakı Şəhər Dumasına seçkilər keçirildi. Yeni seçilmiş Dumanın 
ilk iclası noyabrın 10-da çağrılmış və burada F.Xoyski 46 səslə 
Şəhər Dumasının sədri seçilmişdir. 
F.Xoyski 1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkori-
nin sədrliyi ilə yaradılmış Müstəqil Zaqafqaziya hökuməti - 
Zaqafqaziya Komissarlığının xalq maarif komissarı  vəzifəsini 
tutmuşdur. 
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə 
başladı. Seymin tərkibinə azərbaycanlı, gürcü və erməni nüma-
yəndələri seçilmişdir. Azərbaycandan Müsavat Partiyasından və 
bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən F.Xoyski də 
iştirak etmişdir. Bu partiya və  təşkilatlardan  əlavə Müsəlman 
Sosialist Partiyasından 7, İttihaddan 3, Hümmət Partiyasından 4 
nümayəndə iştirak edirdi. Ümumiyyətlə, Zaqafqaziya Seymində 
44 azərbaycanlı deputat var idi. O, eyni zamanda Seymin 
Müsəlman fraksiyasının üzvü olmuşdur. F.Xoyski Seymin və 
Müsəlman fraksiyasının iclaslarında dəfəlrlə çıxış edərək Güney 


 
28
Qafqaz xalqları arasında 
əmin-amanlıq yaradılmasını, 
qazanılmış müstəqilliyin qorunub saxlanılmasını, Türkiyə ilə 
sülh bağlanmasını  və münasibətlərin yaxşılaşdırılmasını irəli 
sürmüşdür. 
1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə Zaqafqazi-
yanı müstəqil, demokratik və federativ respublika elan etdi. 
Seym aprelin 26-da A.Çxenkelinin sədrliyi ilə Zaqafqaziya 
federasiyasının yeni hökumətinin tərkibini təsdiq etdi. F.Xoyski 
yeni yaradılmış hökumətin tərkibinə  ədliyyə naziri kimi  daxil 
olmuşdur. 
1918-ci il mayın 25-də F.Xoyskinin sədrliyi ilə 
Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirildi. 
Bu iclasa F.Xoyskinin təklifi ilə Zaqafqaziya Seyminin sədri 
K.Çxeidze, Seymin üzvləri Sereteli və Gegeçkori gəldilər. 
A.Sereteli gürcü fraksiyası adından bildirdi ki, Güney Qafqaz 
xalqlarını müstəqillik  ətrafında birləşdirmək mümkün olmadığı 
üçün biz Gürcüstanın müstəqilliyini elan etmək məcburiyyətində 
qalırıq. F.Xoyski ona cavab verərək demişdi: «…gürcü xalqının 
iradəsi belədirsə, bizim ona mane olmağa heç bir haqqımız 
yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq 
müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır». 
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu 
iclasında Seymin buraxılması  və Gürcüstanın müstəqilliyi elan 
edilməsi ilə  əlaqədar olaraq mayın 27-də Müsəlman 
fraksiyasının fövqəladə iclası keçirildi. M.Rəsulzadənin sədrliyi 
ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli 
Şuranın İcra Komitəsi yaradıldı. 
Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki 
iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul 
olundu. Bu istiqlal bəyannaməsini imzalayan 24 nəfərdən biri 
F.Xoyski olmuşdur. Həmin iclasda Milli Şura F.Xoyskiyə 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil etməyi 
tapşırdı. F.Xoyski bir saatlıq fasilədən sonra Milli Şuranın 
iclasına hökumətin tərkibini təqdim etmişdir. F.Xoyski burada 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə