Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 
29
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk baş naziri 
və daxili işlər naziri vəzifələrinə seçilmişdir. 
Beləliklə,  Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik 
əsaslar üzərində Azərbaycanda dövlət yaradıldı. Onun 
yaradılması  və  fəaliyyətində M.Rəsulzadə, M.Hacınski, 
M.Cəfərov, N.Yusifbəyov və Azərbaycanın digər görkəmli 
siyasi xadimləri ilə birlikdə F.Xoyski də xeyli əziyyət çəkmişdir. 
F.Xoyski baş nazir olduğu ilk gündən Azərbaycan 
dövlətinin dünya ölkələri tərəfindən tanınması işinə var qüvvəsi 
ilə başlamışdır. Onun 1918-ci il mayın 30-da dünya ölkələrinin 
xarici işlər nazirliklərinə göndərdiyi radioteleqramda yazılırdı: 
«İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, 
Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa,  Moskva, Stokholm, 
Kiyev, Xristianiya, Kopenhagen, Xarici işlər nazirinə.  
Zaqafqaziya Federativ Respublikası parçalanmış, 
Gürcüstan ondan ayrılmış, ona görə də Azərbaycan Milli Şurası 
ayın 28-də  Şərqi və  Cənubi Zaqafqaziyadan ibarət olan 
Azərbaycanın müstəqilliyini elan etmiş, Azərbaycan 
Respublikasının yarandığını 
təntənə ilə bildirmişdir. 
Yuxarıdakıları Sizə bildirməklə, zati-alinizdən bu barədə 
hökumətinizə  xəbər vermənizi rica edirəm. Mənim hökumətim 
müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir. İmza. Xoyski, 
Azərbaycan Respublikası Nazirlər Şurasının sədri». 
Milli  Şura və F.Xoyski başda olmaqla milli hökumət 
Azərbaycan  ərazisində öz fəaliyyətini daha geniş  və  hərtərəfli 
aparmaq məqsədilə Yelizavetpola (Gəncə) köçdü. Lakin onlar 
burada siyasi qüvvələrin qızğın mübarizəsi ilə üzləşmiş oldular. 
Mayın ortalarında Yelizavetpola  gəlmiş Nuru Paşa Milli Şuraya 
və Azərbaycan hökumətinə ehtiyatla yanaşaraq onların 
nümayəndələri ilə görüşmək istəmirdi. Belə  vəziyyəti görən 
F.Xoyski 1918-ci il iyunun 17-də Milli Şuranın iclasında istefa 
bəyanatı ilə  çıxış edərək bildirdi: «Gurcüstan Zaqafqaziyadan 
ayrıldıqdan sonra bizim ölkəmiz hökumətsiz və hakimiyyətsiz 
qalmışdı. Buna görə  də  biz Müvəqqəti hökumət təşkil etməyə 


 
30
məcbur olduq. İndi biz öz ərazimizdəyik. Mən və  mənim 
yoldaşlarım bizim istefaya çıxmağımızı xahiş edirik. Ümid 
edirik ki, bizim xahişimizi qəbul edəcək və bizim 
çatışmazlıqlarımızı bağışlayacaqsınız». İclas F.Xoyski hökumə-
tinin istefasını  qəbul etsə  də, yeni hökumətin təşkilini təkrarən 
ona tapşırdı. F.Xoyski  bu ikinci hökumətdə  də Nazirlər 
Şurasının baş naziri və  ədliyyə naziri vəzifələrini tutmuşdur. 
F.Xoyski Azərbaycanın müstəqilliyi və bir dövlət kimi inkişafı 
uğrunda ardıcıl mübarizə aparmağı yeni hökumətin əsas vəzifəsi 
olaraq bəyan etmişdir. F.Xoyski Yelizavetpolda dövlət apara-
tının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə 
məşğul olmuşdur. 
F.Xoyskinin başçılıq etdiyi hökumət bir sıra tədbirlərə 
başladı. 1918-ci il iyunun17-də Azərbaycan xalqına müraciət 
etdi. Burada göstərilirdi ki, hökumətin  ən yaxın vəzifəsi bütün 
dövlət müəssisələrinin, məhkəmələrin və 
məktəblərin 
milliləşdirilməsidir.  İyunun 19-da bütün Azərbaycanda hərbi 
vəziyyət elan edildi. İyunun 24-də Azərbaycan dövlət bayrağı 
haqqında qərar verildi. İyunun 27-də Azərbaycan (türk) dili 
dövlət dili elan olundu. 
Bu dövrdə F.Xoyskinin başçılığı altında Azərbaycan 
hökumətinin  ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də 
Fövqəladə  Təhqiqat Komissiyasının yaradılması olmuşdur. Bu 
komissiya birinci dünya müharibəsi illərində, Bakıdakı Mart 
qırğını zamanı, bütövlükdə Güney Qafqaz ərazisində türklərə və 
digər müsəlmanlara qarşı törədilmiş  vəhşilikləri öyrənmək, bu 
işdə günahkarları tapmaq və onları  məsuliyyətə  cəlb etmək işi 
ilə məşğul olmalı idi. 
1918-ci il avqustun 30-da F.Xoyski hökuməti 1806-cı ildə 
çar hökuməti tərəfindən ləğv edilmiş  Gəncə  şəhərinin adını 
bərpa etdi. Gəncə şəhəri 1935-ci il ilə kimi öz tarixi adını daşıdı. 
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu 
tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də F.Xoyskinin 
rəhbərliyi ilə Azərbaycan hökuməti Bakıya gəldi. Hökumət ilk 


 
31
dəqiqədən Bakıda əmin-amanlıq yaratmağa başladı. F.Xoyski bu 
barədə deyirdi:  «Şəhər alınarkən nalayiq hərəkətlər olmuşdur. 
Hökumət bunu gizlətmir… Bəlkə bir çoxlarına əziyyət, bəlkə də 
cəza olmuşdur. Lakin mümkün idimi, hökumət bunun qarşısını 
saxlasın... Azərbaycan deyil, heç bir hökumət bunun qabağını 
almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, 
canına təcavüz edilmiş,  əlindən ixtiyarı qoparılmış, ... üç gün 
davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmiş 
idi… hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə 
olmusa da hökumət gəldikdən sonra Azərbaycan hökuməti 
adından Bakı və onun ətrafı əhalisinə məlumatla müraciət etdi. 
Bu məlumatda millətindən, dinindən asılı olmayaraq 
Azərbaycanda yaşayan bütün vətəndaşların bərabər hüquqa 
malik olduğu, onların həyatı,  əmlakı  və hüquqlarının 
qorunacağı, ictimai qayda-qanunu pozanların müharibə qaydası 
ilə cəzalandırılacağı göstərilirdi». 
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı 
XKS-nin qəbul etdiyi bütün dekret və qanunları  ləğv etdi, 
özünün sosial islahatlarını  həyata keçirməyə  və Azərbaycanın 
bütün  ərazisində hakimiyyətini bərpa etməyə başladı. Lakin 
Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq  şəraitlə 
üzləşməli oldu. F.Xoyski hökumətinin dəvəti ilə Azərbaycana 
gəlmiş    və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-
daşnak qüvvələrindən azad etmiş türk hərbi hissələri Mondros 
sazişinə görə Azərbaycandan çıxdı, onları ingilislər  əvəz etdi. 
Bu zaman Bakının general-qubernatoru olan, daşnak və eserlərin 
təsiri altına düşən general Tomson Azərbaycan hökumətini 
tanımaq istəmirdi. F.Xoyskinin Tomsonla apardığı diplomatik 
danışıqlar nəticəsində onun münasibəti dəyişildi və F.Xoyskinin 
başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi. 
1918-ci il dekabrın 7-də ölkədə ziddiyyətli siyasi şəraitdə 
Azərbaycan parlamenti öz işinə başladı. Parlamenti Azərbaycan 
Milli Şurasının sədri M.Rəsulzadə təbrik nitqi ilə açdı. Sonra söz 
F.Xoyskiyə verildi. F.Xoyski parlamentin işə başlaması 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə