55
iştirak edən N.Nərimanov müşavirənin Rəyasət Heyətinə
seçilmişdir.
1921-ci il mayın 6-19-da keçirilən I Ümumazərbaycan
Sovetlər qurultayını giriş nitqilə N.Nərimanov açmışdır: O,
qurultayın Rəyasət Heyətinə seçilmiş, onun bir neçə iclasına
sədrlik və çıxış etmişdir. Eyni zamanda qurultayda
N.Nərimanov bir il ərzində Azərbaycan SSR hökumətinin
fəaliyyəti və beynəlxalq vəziyyət haqqında məruzə etmişdir.
Qurultay 9 üzv və 3 namizəddən ibarət onun Rəyasət Heyətini
seçdi. N.Nərimanov M.Hacıyev, S.Ağamalı oğlu və b. ilə bir-
likdə onun tərkibinə seçilmişdir. Azərbaycanın ilk konstitu-
siyasını təsdiq edən qurultay rəsmi olaraq N.Nərimanov başda
olaraq Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibini
müəyyənləşdirmişdir. Mayın 21-də Azərbaycan SSR MİK I
plnenumunun I sessiyası keçirildi. N.Nərimanov iclası açarkən
dedi ki, fəhlə və kəndlilərin üstünlüyü ilə Sovet Respublikasının
ali orqanını seçərək biz bütün Azərbaycan qarşısında, bütün
Şərq qarşısında nəzərə çatdırırıq ki, burada hakimiyyət
zəhmətkeşlərin öz əlindədir. Sessiya qurultay tərəfindən seçilmiş
Azərbaycan SSR MİK Rəyasət Heyətini və N.Nərimanov başda
olmaqla Azərbaycan SSR XKS-i təsdiq etmişdir.
1921-ci il iyulun 19-da Azərbaycan SSR MİK Rəyasət
Heyətinin iclası oldu. İclas N.Nərimanovun sədrliyi ilə keçmiş
və onun Zaqafqaziya respublikaları nümayəndələrinin
Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlərin
müəyyənləşməsinə həsr edilmiş konfransın yekunları haqqında
məruzəsini müzakirə etmişdir.
N.Nərimanov 1921-ci il noyabrın 15-16-da Azərbaycan
SSR MİK Rəyasət Heyətinin və Azərbaycan SSR XKS iclasında
iştirak etmişdir. İclasda «Zaqafqaziya respublikalarının vahid
siyasi-iqtisadi ittifaqda birləşməsi» məsələsi müzakirə
olunmuşdur. Rəyasət Heyəti N.Nərimanov başda olmaqla
komissiya yaratmış və konstitusiya layihəsini hazırlamağı
tapşırmışdır.
56
N.Nərimanov Bakıda həbs olunmuş ingilis və fransızların
azad edilməsi məsələsinə dair Fransa və Böyük Britaniya
hökumətlərinə teleqramlar göndərmişdir.
1921-ci il dekabrın 30-da türk əlifbası komitəsinin I
konfransı keçirilmişdir. Giriş sözü ilə konfransı açan N.Nərima-
nov yeni əlifbanın üstünlükləri və əhəmiyyətindən, ərəb
əlifbasının nöqsanlarından danışaraq demişdir: «Hərgah biz indi
bu əlifbaya keçməsək, o zaman 10 ildən sonra bu əlifba özü-
özünə itəcək. Odur ki, indi keçməli və elə etməli ki, 10 ildən
sonra olacaq zəhmətkeş ədəbiyyatını zəhmətkeş balaları oxuya
bilsin».
1922-ci il yanvarın 27-də Moskvada çağırılmış I
Ümumrusiya MİK fövqəladə sessiyasında İtaliyanın Genuya
şəhərində keçiriləcək konfransa gedəcək nümayəndələr
seçilmişdir. Bu nümayəndələrin tərkibinə Azərbaycandan
N.Nərimanov daxil edilmişdir.
1922-ci il martın 11-12-də Tiflisdə Azərbaycan,
Gürcüstan, Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin
səlahiyyətli konfransında Zaqafqaziya Sovet Federativ Sosialist
Respublikaları (ZSFSR) təşkil edildiyi bildirilmişdir. ZSFSR-in
Rəyasət Heyəti seçilmişdir. Onun tərkibinə N.Nərimanov da
daxil olmuşdur. Sonra konfrans ZSFSR-in N.Nərimanov,
A.Bekzadyan və P.Mdivanidən ibarət üç sədrini seçmişdir.
Onlar növbə ilə Zaqafqaziyanın bütün işlərinə rəhbərlik
etmişlər.
1922-ci il aprelin 10-dan mayın 19-dək İtaliyanın Genuya
şəhərində iqtisadi və maliyyə məsələləri üzrə beynəlxalq
konfrans çağırılmışdır. Konfransda sovet nümayəndə heyəti də
iştirak etmişdir. Konfransda sovet nümayəndə heyətinin
tərkibinə G.Çiçerin, L.Krasin M.Litvinov, A.İoffe, V.Vorovski,
Y.Rudzutak, X.Rakovski, N.Nərimanov, P.Mdivani,
A.Bekzadyan, A.Şlyapkin daxil idi. Azərbaycan hökuməti ona
bəyanat vermək, çıxış etmək və sənəd imzalamaq üçün
səlahiyyətli vəsiqə-mandat vermişdir. Vəkalətdə oxuyuruq:
57
«Nəriman Nərimanov ümümsovet nümayəndələrinin tərkibində
Azərbaycan Sovet Sosialist Respublikasının mənafeyini təmsil
etməyə, Azərbaycan Sovet hökuməti adından hər cür bəyanat
verməyə, konfransda müzakirə olunacaq məsələlər üzrə qərarlar
qəbul etməyə, Azərbaycan hökuməti adından saziş, müqavilə,
konvensiya, müahidələr və s. bağlamağa vəkil edilmişdir».
N.Nərimanov aprelin 10-dan mayın 6-na kimi Genuya
konfransında iştirak etmiş, sovet nümayəndələrinin mövqeyində
durmuş, Bakı neftinə sahib olmağa çalışan dövlətlərin cəhdlərini
rədd etmişdir. O, Genuya konfransından sonra bir sıra qəzetlərin
müxbirlərinə müsahibələr vermiş, konfrans, qurultay, iclas və
müşavirələrdə çıxış edərək konfrans, sovet nümayəndələrinin
mövqeyi haqqında məlumatlar vermiş və yazdığı «Əqil
sərmayənin cəngində», «Qenuya 10 aprelya 1922 q.»
məqalələrdə hərtərəfli izah etmişdir. N.Nərimanov sonralar
ziyalıların, fəhlələrin və kəndlilərin bu məsələyə marağını
nəzərə alaraq müsahibə, bəyanat, çıxış və məqalələrini bir yerə
toplayıb ««Genuya» nədir?» adlı altı fəsillik kitaça hazırlasa da,
nəşr etdirə bilməmişdir. Kitabça ARSPİHDA-da
N.Nərimanovun fondunda saxlanılmaqdadır.
1922-ci il noyabrın 8-də Bakıda böyük Azərbaycan satirik
şairi M.Sabirin heykəli qoyulmuşdur. Onun açılışında
Azərbaycanın dövlət və ictimai xadimləri, ziyalıları, tələbələri
iştirak etmişdir. Bu vaxt Bakıda olan N.Nərimanov da heykəlin
açılışında iştirak etmiş və nitq söyləmişdir. N.Nərimanov
M.Sabirin yaradıcılığına böyük qiymət verərək yalnız fəhlə və
kəndli hökuməti tərəfindən ona heykəl qoyulduğunu qeyd
edərək demişdir: «Sabir Nikolay hökumətinin ən qorxulu
günlərində heç kəsdən qorxmayıb özünün kəndli və fəhlə
tərəfdarı olduğunu hamıya bildirirdi. Öz şerləri və yazıları ilə
kəndlilərin və fəhlələrin haqqlarını müdafiə edirdi… Buna görə
heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona
yadlıq (heykəl) dikəldən biz kəndli və tərəfdarı oldu!»
Dostları ilə paylaş: |