Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

əməkdaşlıq haqqında, iki ölkənin dövlət sərhədində buraxılış 
məntəqələri haqqında, geodeziya, kartoqrafiya, Rusiya televiziya 
sahələrində əməkdaşlıq haqqında, Xəzər dənizi barədə birgə bəyanat 
imzalandı. Sənədlər ölkələrimiz arasındakı mövcud olan soyuq 
münasibətlər buzunu əridirdi,  əlaqələrə yeni keyfiyyət halı verirdi. 
Qarşılıqlı  səfərlər mövqelərə aydınlıq gətirirdi, münasibətlərdəki 
anlaşılmazlıqları aradan qaldırırdı. Faşizm üzərində  qələbənin 50 
illiyi münasibətilə Moskvada keçirilən təntənələrdə Azərbaycan 
Prezidentinin iştirak etməsi, səfər zamanı dünyanın bir sıra dövlət və 
hökumət başçıları, o cümlədən Rusiya rəhbərləri ilə görüşləri 
münasibətlərdə inamsızlığı 
sındırmağa başladı, 
əlaqələrin 
canlanmasına təkan verdi. 
Lakin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında bir 
sıra çətinliklər də vardır. Həmin çətinliklər qətiyyən Azərbaycan 
tərəfindən törədilmir. Onların kökü və  səbəbləri keçmiş sovet 
məkanında  şimal qonşumuzun müəyyən dairələrinin istəkləri, yeni 
müstəmləkəçilik instinkləri; tarixin təkərini geri döndərmək, bu 
məkanda baş verən obyektiv prosesləri qəbul etməmək istəyi, 
müstəqil dövlətlərin inkişafına bu və ya başqa vasitələrlə mane 
olmaq cəhdləri ilə bağlıdır. Dövlətlərarası münasibətlərdə mövcud 
olan çətinlikləri bir neçə qrupa bölmək olar: 
İqtisadi cəhətdən törədilən çətinliklər: Rusiya MDB iştirakçısı 
olan dövlətlərlə, o cümlədən Azərbaycana "təbii" həyati mənafeyi 
zonası kimi baxır. Rusiya Federasiyasının prezidenti B. Yeltsinin 
1995-ci il 14 sentyabr tarixli fərmanı ilə  təsdiq edilmiş "MDB 
iştirakçısı olan dövlətlərlə Rusiyanın strateji xətti" sənədində 
göstərilir ki, "MDB ərazisində iqtisadi, müdafiə, təhlükəsizlik, 
rusiyalıların hüquqlarının qorunması sahələrində bizim (yə"ni, 
Rusiyanın – M.Q.) başlıca həyati mənafelərimiz cəmlənmişdir. 
Onların təmin edilməsi ölkənin milli təhlükəsizliyinin əsasıdır." Bəzi 
dairələr Azərbaycanın Avropaya çıxmasının qarşısını almaqda 
Rusiyaya bufer zona kimi baxırlar; eyni zamanda Rusiya ətrafında 
rəqibləri ilə özü arasında bufer dövlətlər yaratmağa çalışır; 
ölkəmizin iqtisadi cəhətdən qüdrətli olmasını  qısqanırlar və onu 
özlərindən asılı etmək istəyirlər; Moskva keçmiş Sovet İttifaqının 
neft rayonları üzərində öz nəzarətini itirmək istəmir, Xəzər dənizi 
nefti ilə əlaqədar Qərb dövlətlərilə birgə yaradılmış beynəlxalq neft 
konsorsiumunun planlarının reallaşmasına mane olmağa çalışır; 
 
42


Azərbaycanda Qərb dövlətlərinin möhkəmlənməsinə, cənub-qərb 
sərhədlərində yeni regional lider kimi - Balkanları, Qara dənizi, 
Qafqazı, Yaxın Şərqi birləşdirən və Qara dənizdən dünya okeanında 
yeganə  çıxışa nəzarət edən, Qərb ölkələrinin müttəfiqi olan 
Türkiyənin meydana gəlməsinə  təhlükə kimi baxır; isti dənizləri 
itirmək istəmir; yeni neft kəmərləri layihələrinin reallaşdırılmasına 
təkcə Qafqazı  və Orta Asiyanı itirmək kimi deyil, bütövlükdə 
regiondan vurulub çıxarılmaq kimi qiymət verir; ölkəmizin iqtisadi 
inkişafını, onun beynəlxalq iqtisadi əlaqələrini Moskvanın iqtisadi 
maraqlarına zərbə kimi qiymətləndirir; Azərbaycana yenidən 
xammal bazası kimi baxır; dünya bazarlarına çıxa bilməyən Rusiya 
mallarını keçmiş sovet məkanına sırımağa, burada istehsalın 
inkişafına mane olmağa, özünü yeganə nümunəvi dövlət kimi 
göstərməyə  səy göstərir; gələcəkdə Rusiya rublundan ümumi 
istifadəyə nail olmağa çalışır; iqtisadi qanunvericiliyin müstəqil 
inkişafına imkan verməmək üçün MDB iştirakçısı olan dövlətlərin 
Parlamentlərarası  Məclisi vasitəsilə model aktlar hazırlamaq, milli 
iqtisadi sistemləri yaxınlaşdırmaq və  gələcəkdə onları iqtisadi 
cəhətdən birləşdirmək, milli dövlətlərin fövqündə duran orqanlar 
yaratmaq istəyir. 
Təbii ki, bütün bunlar dünya təcrübəsində artıq təsdiq 
olunmuş normal iqtisadi əlaqələrə  və dövlətlərarası münasibətlərə 
mane olur. 
Siyasi cəhətdən törədilən çətinliklər:  şimal qonşumuzun 
müəyyən dairələri MDB iştirakçısı olan dövlətlərə, o cümlədən 
Azərbaycana siyasi, təhlükəsizlik və milli təhlükəsizlik baxımından 
başlıca həyati mənafe zonası kimi baxdıqlarından, burada "xüsusi 
səlahiyyətlər" istəyirlər, onların müstəqil beynəlxalq siyasi 
əlaqələrini, xüsusən xarici siyasətdə dünyanın taleyində  əsaslı rol 
oynayan Qərb ölkələrinə meyli, həm ikitərəfli, həm də çoxtərəfli 
əlaqələrini öz nüfuzlarına zərbə kimi qiymətləndirirlər və əsəbiliklə 
qarşılayırlar; Azərbaycanın, o cümlədən Qafqaz dövlətlərinin və 
xalqlarının tam müstəqil olmalarına Rusiya sərhədlərinin Don və 
Volqaya qədər daralması kimi baxırlar və bunu gələcəkdə Rusiya 
üçün fəlakətli hesab edirlər; Azərbaycanın MDB-dən  çıxmaq 
istəyini (əgər varsa) islam hegemonluğunun maneəsiz olaraq Orta 
Asiya və Qazaxıstana yayılması  təhlükəsi kimi qiymətləndirərək 
belə hesab edirlər ki, belə vəziyyət Rusiyanın islam dini hakim olan 
 
43


mərkəzi rayonlarına təsir göstərər və ölkəni parçalaya bilər; 
Rusiyanın Azərbaycanda fəal siyasət aparmasını irəli sürürlər və 
göstərirlər ki, Rusiya dövlətinin yaxın gələcəkdə  və perspektivdə 
bütövlüyü, sabitliyi bundan asılıdır; Azərbaycanı və Gürcüstanı kiçik 
etnik qruplar üçün federativ əsasda bölüşdürmək naminə ciddi iş 
aparırlar və buna regioda sülhü qorumaqda vasitə kimi baxırlar, 
əslində isə məqsəd parçalanmaqla regionda rəqabət aparan dövlətləri 
buradan vurub çıxarmaq və mövqelərini möhkəmləndirməkdir. 
Moskva siyasi baxımından bu regiona "böyük qardaşa" ehtiyacı olan 
əyalət kimi baxır, onlarda yenidən öz nüfuz dairəsini təsdiq etməyə 
və  Qərb dövlətlərinin hərəkətlərini məhdudlaşdırmağa çalışır 
(Azərbaycanın  şimal dəmir yolunun işləməməsi həm də  Qərb 
dövlətlərini siyasi baxımdan bu regiona buraxmamaq məqsədi 
daşıyır); XIX əsrin 20-ci illərində ABŞ-da meydana çıxan Monro 
doktrinasına bənzər ("Amerika amerikalılar üçündür") "MDB 
Moskva üçündür" şüarı müxtəlif qrupların çağırışlarında açıq-aşkar 
eşidilir. SSRİ-nin dağılması faktı ilə razılaşmaq istəmir, göstərir ki, 
müstəqil dövlətlər özləri sərbəst yaşaya bilməzlər, onlar özləri üçün 
Rusiyanı nümunə götürməlidirlər; Azərbaycanın müxtəlif beynəlxalq 
proqlamlarda iştirakına qısqanclıqla yanaşır; müstəqil dövlətlərin 
beynəlxalq institutlarda, o cümlədən ATƏT-də iştirakını minimuma 
endirməyə çalışır, MDB ölkələri  ərazisindəki münaqişələrdə 
sülhməramlı qüvvələrin tərkibində başqa dövlətlərin iştirakına 
Rusiyaya ziyanlı qüvvələrin güclənməsi kimi baxır və ona yol 
vermək istəmir; yeni müstəqil dövlətləri Varşava müqaviləsi tipində 
elə bir təşkilata yığmaq istəyir ki, onlar əlaltı, özü isə hökmran 
olsun; postsovet məkanında məqsədyönlü törətdiyi münaqişələrdən
o cümlədən Dağlıq Qarabağdan öz mənafeləri üçün istifadə edir, bu 
da yeni imperiya instinkti və "parçala hökm sür" siyasətindən başqa 
bir  şey deyildir; əslində bu münaqişənin kökü daxildən deyil, 
Ermənistan və Rusiyadan gəlir; öz qonşuluğunda dünyaya birbaşa 
çıxa bilən müstəqil, güclü rejimlərin mövcudluğunu istəmir və 
onların daxilindəki müxtəlif siyasi qüvvələrə, seperatçılara və 
terrorizmə yardım göstərir və ya başqa siyasi təzyiqlər edir; siyasi 
məqsədlərinə çatmaqdan ötrü MDB iştirakçısı olan ölkələrdə 
yaşayan rusların hüquqlarının guya pozulmasından təzyiq vasitəsi 
kimi, hətta silah tətbiq etməklə istifadə edir; MDB ölkələrində 
Rusiyanın mənafelərini qorumaqda ruslara siyasi, iqtisadi və b. 
 
44


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə