Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

İndoneziyada və Kambocada energetika sənayesinin inkişafına, 
Hindistan,  İran,  İndoneziya,  Əlcəzair və Misirdə metallurgiya və 
kimya zavodlarının tikilməsinə, YƏR-də, Birmada, Əfqanıstanda, 
Kambocada, Tunis və 
Mərakeşdə suvarma qurğularının 
yaradılmasında iştirak etmişdir. 
80-ci illərin ikinci yarısında iqtisadi əməkdaşlığın 
təkmilləşdirilməsi üçün görülən təşkilati tədbirlərin  əsas məqsədi 
müəssisə  və  təşkilatların dünya bazarına birbaşa çıxmasını  təmin 
etmək olmuşdur. Bu tədbirlərin içərisində xarici iqtisadi əlaqələrin 
inkişafına dair respublika hökumətinin qərarları, «Azərbaycanxaric-
iticarət» Birliyinin, respublika xarici ticarət bankının, Azərbaycanın 
xarici ölkələrlə Yaradıcı və İşgüzar Əməkdaşlıq Birliyinin yaradılması 
və 1990-cı ilin oktyabrında Bakıda I beynəlxalq biznes konqresin 
keçirilməsi xüsusi yer tutmuşdur. Konqresin işində dünyanın 43 
ölkəsinin 400 şirkətinin 700-ə  qədər nümayəndəsi iştirak etmiş  və 
konqresin işlədiyi günlərdə xarici firmalarla ümumi dəyəri 431 milyon 
dollarlıq 49 müqavilə, 112 təsis sənədi, saziş  və niyyət protokolu 
qeydə alınmışdır. 
Xarici ölkələrlə bağlanmış müqavilə və sazişlər  Azərbaycanın 
beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə kömək etmişdir. 
Azərbaycanın müəssisə və təşkilatlarının xarici ölkələrin firmaları ilə 
birbaşa, istehsal kooperasiyası və barter əlaqələri, birgə müəssisələrin 
və xarici iqtisadi assosasiyalar yaradılmışdır. Azərbaycanın müəssisə 
və  təşkilatları Macarıstan  şirkətləri ilə 26 sahə üzrə  əməkdaşlıq 
etmişdir. Sumqayıtdakı kimya müəssisələri, rayonlardakı 
pambıqtəmizləmə zavodları öz məhsullarını xarici ölkələrin firmaları 
ilə mal mübadiləsi və  barter  yolu  ilə avadanlığa və xalq istehlakı 
mallarına dəyişirlər. Xarici firmalarda birbaşa  əlaqələr sahəsində 
Bakkondisianer EİB, YBNZ, Azərittifaq kimi təşkilatlar xüsusi fəallıq 
göstərmişlər. 
Birgə müəssisələrin və xarici iqtisadi assosiasiyaların 
yaradılması xarici ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirməyin, 
Azərbaycan iqtisadiyyatına xarici kapital cəlb edilməyin  ən səmərəli 
yollarından biri oldu. Azərbaycanda xarici ölkələrin firma və 
müəssisələri ilə 60-dan çox birgə müəssisə yaradılmışdır. Lakin 
bunların  əksəriyyəti istehsalla yox, kommersiya fəaliyyəti ilə  məşğul 
olmuşdur. Azərbaycanda yaradılan birgə müəssisələrdən «İnkişaf» 
adlı Azərbaycan-Avstraliya, «Bakmil» adlı Azərbaycan-İtaliya, 
 
9


«Sovbulqarinjinirinq» adlı Azərbaycan-Bolqarıstan, «Adan» adlı 
Azərbaycan-Amerika, «Bakıinvest» adlı Azərbaycan-Almaniya, 
«Azita» adlı Azərbaycan-İtaliya, « Loxaus- Azərbaycan» adlı 
Azərbaycan-Belçika, «Azinteroyl» adlı 
İsveç-Azərbaycan, 
«İnkromeks» adlı Azərbaycan-Avstriya və «Azərbaycan Korean 
ənterpraysis» adlı Azərbaycan-Cənubi Koreya birgə müəssisələrini və 
b. misal göstərmək olar. 
Xarici ölkələrlə iqtisadi əməkdaşlığın genişlənməsinə kömək 
edən müəssisələrin biri də xarici iqtisadi assosasiyalar olmuşdur.  
Azərbaycanın ticarət iqtisadi əlaqələrində  sərgi və yarmarkalar 
özünəməxsus yer tutmuşdur. Bu, valyuta əldə etməyin, xarici ortaq 
tapmağın, xaricdən avadanlıq və texnologiya almağın və respublikanın 
imkanlarını nümayiş etdirməyin  ən faydalı yolu hesab edilmişdir. 
Azərbaycan 1965-ci ildə Tehranda \İran\ keçirilən beynəlxalq  sərgidə 
müstəqil stendlə, 1966-cı ildə  Dəməşqdə \Suriya\ keçirilən 13-cü 
beynəlxalq yarmarkada müstəqil bölmə  və 1970-ci ildə  İzmirdə 
\Türkiyə\ keçirilən 39-cu beynəlxalq yarmarkada müstəqil pavilyonla 
təmsil olunmuşdur. Sərgi və yarmarkalarda respublikanın iştirakının 
təşkili ilə Azərbaycan Ticarət-Sənaye palatası  məşğul olmuşdur. 
Azərbaycan Plovdivdə \Bolqarıstan\, Leyptsiqdə \ADR\, Praqada 
\Çexoslovakiya\, Bağdadda \İraq\, Qahirədə \Misir\, Dehlidə 
\Hindistan\ , Poznanda \Polşa\, Zaqrebdə \Yuqoslaviya\, Cakartada 
\İndoneziya\, Boqotada \Kolumbiya\, Osloda \Norveç\, Salonikdə 
\Yunanıstan\ və Hanoyda \Vyetnam\ keçirilmiş sərgi və yarmarkalarda 
iştirak etmişdir.  
70-80-cı illərdə Bakıda xarici ölkə  şirkətlərinin iştirakı ilə 50-
dən çox beynəlxalq və ya ixtisaslaşdırılmış  sərgi keçirilmişdir. Bu 
sərgi və yarmarkalarda Azərbaycan özünün neft maşınqayırması, 
elektrotexnika, neft-kimya, tikinti, yüngül və yeyinti sənaye 
sahələrinin məhsullarını nümayiş etdirmişdir. Azərbaycanın 
eksponatları  dəfələrlə  qızıl medallara və  fəxri fərmanlara layiq 
görülmüşdür. 
Beynəlxalq sərgi və yarmarkalarda Azərbaycan özünün neft 
maşınqayırması, elektrotexnika, neft-kimya, tikinti, yüngül və yeyinti 
sənaye sahələrinin məhsullarını nümayiş etdirmişdir. Respublikanın 
eksponatları  dəfələrlə  qızıl medallara və  fəxri fərmanlara layiq 
görülmüşdür. 
 
10


Beynəlxalq sərgi və yarmarkalarda Azərbaycan hər  şeydən 
əvvəl, kommersiya məqsədi ilə  iştirak etmişdir. Məsələn: Oslo 
yarmarkasında eksponatların satılmasından 12 min dollar, Salonik 
yarmarkasında 1200 dollar, Plovdivdə 4000 dollar, Lissabonda 25 min 
dollar, Hanoyda keçirilən sərgidə 12 min dollar, Tripolidə keçirilən 
yarmarkada isə 3 min dollar qazanc əldə edilmişdir. Lakin bu 
valyutanın çox hissəsi SSRİ TSP-nə qalmışdır. 80-cı illərin sonundan 
Azərbaycan sərgi və yarmarkalarda müstəqil surətdə  iştirak etməyə, 
bu sahədə öz işini yenidənqurmağa və təkmilləşdirməyə başlamışdır.  
Beləliklə Azərbaycan 1946-1990-cı illərdə öz imkanları 
daxilində beynəlxalq iqtisadi münasibətlərin iştirakçısı olmuşdur. 
Həmin illərdə respublika beynəlxalq iqtisadi münasibətlərdə SSRİ-nin 
xarici iqtisadi əlaqələri vasitəsilə  iştirak etmişdir. Beynəlxalq 
gərginliyin zəifləməsi respublikanın xarici iqtisadi əlaqələrinin 
genişlənməsinə, ixracçı müəssisələrin və ixrac olunan məhsulların 
sayının artmasına kömək etmişdir. Dünya dövlətlərinin əksəriyyəti ilə 
əlaqələr saxlanılmışdır. Bu əlaqələr partnyorluq edən tərəflər üçün 
müəyyən əhəmiyyətə malik olmuşdur. Xarici ölkələrlə ticarət-iqtisadi 
əlaqələr Azərbaycanın xarici ticarət fəaliyyətinin mühüm tərkib hissəsi 
və əsas istiqamətlərindən biri olmuşdur.  
Bütövlükdə Azərbaycanın xarici ölkələrlə ticarət -iqtisadi 
əlaqələrinin səviyyəsi və  vəziyyəti  respublikanın imkanlarına və 
tələbatına uyğun olmamışdır. Bu, Moskvanın təqsiri ucbatından 
Azərbaycanın dünya bazarına birbaşa çıxa bilməməsi, qazanılan 
valyutanın mərkəzdə qalması, xarici iqtisadi əlaqələrin elmi cəhətdən 
əsaslandırılmaması, bu sahə üzrə respublikada kifayət qədər 
mütəxəssisin olmaması, ixracda xammalın və yarımfabrikatların 
üstünlük təşkil etməsi, respublikada xarici iqtisadi əlaqələri 
maliyyələşdirən bankın olmaması ilə bağlı olmuşdur.  
1946-1990-cı illərdə Azərbaycan Respublikası SSRİ tərkibində 
beynəlxalq qarşılıqlı mədəni əlaqələrin iştirakçısı olmuşdur. Bu, həm 
SSRİ Konstitusiyasının 80-ci maddəsinə-«müttəfiq respublika xarici 
dövlətlərlə münasibətlərə girmək, onlarla müqavilələr bağlamaq, 
diplomatik və konsul nümayəndələri göndərmək və  qəbul etmək, 
beynəlxalq təşkilatların fəaliyyətində  iştirak etmək hüququna 
malikdir» və həm də Azərbaycan Respublikası Konstitusiyasının 28-ci 
madəsinə-respublika «öz xarici siyasət məqsədləri, vəzifələri və 
prinsipləri rəhbər tutur» maddələrinə  «əsasən» həyata keçirilmişdir. 
 
11


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə