Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   47

əməkdaşlıq məsələlərini müzakirə etdilər. Aparılan iş  nəticəsində 
konfransda Türkiyə, Küveyt və  İran nümayəndə heyəti çıxışlarında 
Azərbaycana qarşı edilən haqsızlıqların dayandırılmasını tələb etdilər. 
Nümayəndə heyəti Azərbaycan Respublikası Milli 
Məclisinin BMT-yə, dünya юlkələrinin parlamentlərinə, ATƏT-ə  və 
Avropa Parlamentinə müraciətini konfrans iştirakçıları arasında 
yaydılar. 
Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri kütləvi 
informasiya vasitələri ilə  də  fəal iş apardılar, müsahibələr verərək 
Azərbaycanda gedən dəyişiklikləri, demokratik prosesləri, Milli 
Məclisin qəbul etdiyi qərar və qanunları, Ermənistanın Azərbaycana 
qarşı  təcavüzkarlıq müharibəsinin səbəblərini və  nəticələrini 
açıqladılar. 
Azərbaycan bu təşkilatın 1994-cü il martın 21-26-da Parisdə 
keçirilən 91-ci konfransında iştirak etdi. 
Nümayəndə heyətinin üzvləri «Münaqişələrin qarşısının 
alınmasında, sülhün mюhkəmləndirilməsində BMT-nin və regional 
təşkilatın rolu və vasitələri», «Dünyada siyasi, iqtisadi və sosial şəraitə 
dair» mюvzularındakı ümumi müzakirələrdə  çıxış etdilər. Çıxışlarda 
əsas yer Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlığının 
səbəblərinə, gedişinə və vurduğu ziyanlara verildi. 
Konfransda müşahidəçi sifətilə  iştirak edən Ermənistan 
parlament nümayəndə heyəti bir səhifəlik yazı hazırlayaraq gюstərdi 
ki, münaqişə Azərbaycanla Ermənistan arasında deyil, Azərbaycanla 
Dağlıq Qarabağın erməni «əhalisi» arasında münaqişədir və 
Ermənistan təcavüzkar deyildir. Xahiş edirdilər ki, Azərbaycan 
tərəfinin sюylədikləri konfransın siyasi hesabatlarına daxil edilməsin. 
Lakin Ermənistan nümayəndə heyətinin hazırladığı yazıya və təkidlərə 
baxmayaraq Azərbaycan nümayəndə heyətinin çıxışları hesabatlara 
daxil edildi. 
Azərbaycan nümayəndə heyətini Parlamentlərarası  İttifaqın 
Baş katibi Pyer Korniyon qəbul etdi. Nümayəndə heyəti Bюyük 
Britaniya, Almaniya, Misir, Rusiya, Litva, Çexiya. Macarıstan,  İran, 
Türkiyə, Rumıniya parlamentlərinin milli qrupları ilə  gюrüşdü. 
Gюrüşlərdə Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlığının 
səbəbləri, müharibənin vurduğu dağıntılar açıqlandı, məsələnin sülh 
yolu ilə həllinə Azərbaycanın tərəfdar olduğu gюstərildi. 
 
141


Azərbaycan nümayəndə heyəti Parlamentlərarası  İttifaqın 
sentyabrın 12-17-də Kopenhagendə (Danimarka) keçirilən 92-ci 
konfrasında iştirak etdi. Konfransda dünyadakı  ümumi siyasi iqtisadi 
və sosial şəraitə dair ümumi müzakirələrdə nümayəndə heyətinin 
üzvləri iştirak etdilər. Küveyt, Misir, Türkiyə, Qazaxıstan, İran və b. 
nümayəndə heyətləri ilə gюrüşlər keçirildi. 
1995-ci ildə Milli Məclisin sədr müavini Y.Əliyev başda 
olmaqla Azərbaycan nümayəndə heyəti Parlamentlərarası  İttifaqın 
Madriddə  (İspaniya) keçirilən 93-cü konfransında iştirak etdi. 
Konfransda çıxış edildi, bir sıra dюvlətlərin nümayəndə heyətləri ilə 
gюrüşlərdə ikitərəfli əlaqələr, parlamentlərarası işgüzar münasibətlərin 
qurulmması məsələləri müzakirə olundu. 
Azərbaycan dюvlətinin üzv olduğu beynəlxalq təşkilatlarda 
bir  İQTİSADİ  ƏMƏKDAŞLIQ TƏŞKİLATIDIR (İƏT)  Təşkilata 
Azərbaycan,  İran, Türkiyə.  Əfqanıstan, Pakistan, Qazağıstan, 
Юzbəkistan, Türkmənistan, Qazağıstan və Tacikistan daxildir. Əsasən 
bu  юlkələrin iqtisadi təşkilatı olan İƏT həm də siyasi problemlərin 
müzakirəsini keçirir. 1993-cü il iyunun 6-7-də  İstanbulda  İƏT-in 
yüksək səviyyədə ikinci gюrüşündə  iştirak edən dюvlət başçıları 
Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlığını pisləyən bəyanat 
qəbul etdi. 
Yüksək səviyyədə İstanbul gюrüşündə iştirak edən dюvlətlər 
Ermənistanın Azərbaycana qarşı  təcavüzünün davam etdirilməsini, 
habelə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Ağdərə şəhərlərinə qarşı 
dюyüş  əməliyyatlarının gücləndirilməsini və genişləndirilməsini 
pislədilər. Gюstərildi ki, Ermənistanın Azərbaycana qarşı  təcavüzü 
BMT nizamnaməsinin, beynəlxalq hüququn, insan hüquqları haqqında 
müahidənin və ATƏT sənədlərinin prinsip və məqsədlərini pozur. Bu 
rayonlara  hücuma elə bir vaxtda başlanmışdı ki, bütün əlaqədar 
tərəflər BMT Təhlükəsizlik  Şurasının 822 nюmrəli qətnaməsinin 
yerinə yetirilməsi sahəsində addımları dincliklə nizamasalmaya dair 
Minsk prosesi çərçivəsində  bəyənmişdilər. Hər dəfə sülh prosesi 
çərçivəsində irəliyə doğru nюvbəti addım atılarkən dюyüş 
əməliyyatlarına yenidən başlamaq və onları gücləndirmək Ermənistan 
üçün təşəkkül tapmış praktikaya çevrilir ki, bu da Ermənistanın 
münaqişəni danışıqlar vasitəsi ilə aradan qaldırmaq istəyi barəsində 
ciddi şübhələr doğururdu. 
 
142


Gюrüşdə  iştirak edən dюvlətlər qüvvədən istifadə etmək 
yolu ilə  ərazilər  ələ keçirilməsinin  yolverilməzliyi və siyasi 
üstünlüklərə nail olmaq məqsədi ilə qüvvə  işlədilməməsi prinsipinə 
tərəfdar olduqlarını  təsdiq edərək, dünya birliyini юz nüfuzundan 
istifadə edərək Ermənistana təsir gюstərməyə  və  təcavüzə son 
qoymağa çağırdılar. 
İqtisadi  Əməkdaşlıq Təşkilatının  İstanbulda  yüksək 
səviyyədə ikinci gюrüşündə  iştirak edən üzv dюvlətlər bütün dюyüş 
əməliyyatlarının dərhal dayandırılmasını  və  işğal olunmuş bütün 
Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılmasını, 
BMT Təhlükəsizlik  Şurasının 822 nюmrəli qətnaməsini yerinə 
yetirməyə dair təxirəsalınmaz tədbirlər planına əməl olunmasını tələb 
etdilər. 
Gюrüşdə  iştirak edən dюvlətlər Ermənistana müraciət 
edərək, təcavüzkar mюvqeyi dəyişdirməyə  və  bюlgədə sabitliyin və 
sülhün bərqərar olmasına doğru aparan sülh siyasəti yeritməyə 
çağırdılar. 
Azərbaycan dюvləti eyni zamanda beynəlxalq mədəni 
əməkdaşlıq təşkilatlarının işində  və yenilərinin yaradılmasında da 
iştirak etməyə başladı. Azərbaycan 1992-ci il 3 iyunda BMT-nin 
təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı olan YUNESKO-ya 
(United Nations Educational, Scienhigec and Cultural Organization) 
daxil oldu. Bu təşkilat BMT-nin hюkumətlərarası ixtisaslaşdırılmış 
müəssisədir. 1946-cı ildə yaradılıb. Onun 165-dən çox üzvü vardır. 
YUNESKO beynəlxalq aləmdə xalq təhsili, mədəniyyət, elm, 
informasiya sahələrində 
əməkdaşlığı 
həyata keçirir, milli 
mədəniyyətləri qoruyur. Təşkilat bir çox dillərdə 20-dən artıq dюvrü 
və seriya nəşrləri buraxır. Onun iqamətgahı Parisdədir. 1993-cü ilin 
dekabrın  əvvəlində Azərbaycan Xarici İşlər Naziri H.Həsənov 
YUNESKO-nun iclasında məruzə ilə  çıxış edərək Ermənistanın 
Azərbaycana qarşı işğalçılıq müharibəsinin səbəblərini və nəticələrini 
açıqladı. Bir sıra ikitərəfli gюrüşlər keçirtdi. 1993-cü il 6 dekabrda isə 
Azərbaycan YUNESKO-nun «Ümumdünya mədəni və  təbii irsin 
qorunması haqqında» 1972-ci il 16 noyabr tarixli konvensiyasına 
qoşuldu. 
Azərbaycan Respublikası Beynəlxalq mədəni  əməkdaşlıq 
təşkilatı olan TÜRKSOYUN yaradıcılarından biri oldu. 1993-cü il 
iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkmənistan, 
 
143


Türkiyə  və  Юzbəkistan respublikalarının mədənyyət nazirləri 8 
maddədən ibarət «Türksoyun strukturu və  fəaliyyət prinsipləri 
haqqında müqaviləni» imzaladılar. Təşkilatın məqsədi türkdilli xalqlar 
və  юlkələr arasında mədəni  əlaqələri genişləndirilmək xalqların 
mədəniyyət və incəsənətini qorumaq, dirçəltmək və inkişaf etdirmək 
idi. Təşkilatın rəhbəri olan əlaqələndirici iştirakçı  dюvlətlərin 
mədəniyyət nazirləri arasında altı aydan bir seçilir. 
 Azərbaycan dюvləti çoxtərəfli  əsasda  TÜRK DЮVLƏT 
BAŞÇILARININ ZİRVƏ GЮRÜŞÜNÜN yaradılmasının iştirakçısı 
oldu. Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan,  Юzbəkistan, 
Qırğızstan dюvlət başçılarının birinci toplantısı 1992-ci il oktyabrın 
30-31-də İstanbulda keçirildi. Azərbaycanı prezident Ə.Elçibəy  başda 
olmaqla nümayəndə heyəti təmsil edirdi. Gюrüşün nəticəsində 
bəyannamə imzalandı. 
Türk dюvlət başçılarının ikinci toplantısı 1994-cü ilin 
oktyabrında  İtsanbulda keçirildi. Azərbaycanı prezident H.Əliyev 
başda olmaqla nümayəndə heyəti təmsil edirdi. Gюrüşün sonunda 
İstanbul bəyannaməsi qəbul olundu. Bəyannamədə  gюstərildi ki. 
юlkələr beynəlxalq birlik tərəfindən qəbul olunmuş normalara hюrmət 
və  əməl edirlər, BMT və ATƏT prinsiplərinə sadiqdirlər, xalqları 
arasında dil, tarix, mədəniyyət sahəsində  əlaqələri inkişaf etdirməyi 
zəruri sayırlar.  
1995-ci ilin avqustunda Bişkekdə (Qırğızıstan) türk dюvlət 
başçılarının zirvə  gюrüşü keçirildi. Zirvə  gюrüşü türk dюvlətləri 
arasında iqtisadi, elmi-texniki, mədəni, humanitar əməkdaşlığa 
kюmək etdi. Əlbəttə, türk dюvlət başçılarının arasındakı  əməkdaşlıq, 
zirvə gюrüşü bu юlkələr arasındakı münasibətlərin etnik, dini amillər 
üzərində qurulması demək deyildir. Türk dюvlətləri arasındakı 
əməkdaşlıq beynəlxalq normalara, BMT Nizamnaməsinə  və ATƏT 
prinsiplərinə  əsaslanır. Bu əlaqələr bəzən bədxahlarımızın 
sюylədikləri kimi «pantürkizm», «türk millətçiliyinin yüksəlməsi», 
«turançılıq» demək deyildir. 
Azərbaycan dюvləti bir çox beynəlxalq tədbirlərin 
keçirildiyi mərkəzə çevrildi. Dünyanın müxtəlif  юlkələrinin rəsmi 
dairələri, iş adamları Bakıya toplaşdılar. Azərbaycan dünya dюvlətləri 
ilə çoxtərəfli əsasda olan əməkdaşlığa xüsusi diqqət verirdi. Müəyyən 
qrup dюvlətlərin bu və ya başqa sahədə  əməkdaşlıq etməsi 
Azərbaycanın beynəlxalq nüfuzunu artırırdı, ona olan inamı 
 
144


yüksəldirdi və etibarlı ortaq edirdi. Bu dюvlətlər də Azərbaycana 
regionda təkcə iqtisadi mərkəz kimi deyil, siyasi, mədəni mərkəz kimi 
baxmağa başladılar. 1994-cu ilin sentyabrında Bakıda «neft 
müqaviləsi» imzalandı. 
Xəzər  şelfində yataqların birgə  işlənilməsi haqqında        
Azərbaycan Dюvlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin 
konsorsiumu arasında müqavilə imzalanması Azərbaycanın Qərbin 
qabaqcıl  юlkələri, ABŞ, Türkiyə  və b. dюvlətlərə daha da 
yaxınlaşmasına kюmək etdi. Müqavilənin imzalanması, parlamentdə 
təsdiq edilməsi haqqında müsbət rəyin formalaşmasında, 
Azərbaycanın Avropaya çıxmasında əsaslı rol oynadı. 
1995-ci il noyabrın 10-da Azərbaycan Dюvlət Neft Şirkəti 
ilə bir qrup xarici neft  şirkəti-«LUKoyl» (Rusiya), «Acinp» (İtaliya), 
«Penzoyl Kaspian development korporeyşn» (ABŞ) və «Lukacip» 
(Rusiya-İtaliya) birgə müəssisəsi arasında saziş imzalandı. 
Azərbaycanın konsorsium юlkələri ilə  əməkdaşlığı  təkcə 
iqtisadi deyil, ciddi siyasi, strateji məsələdir. Azərbaycanın 
Ermənistanın təcavüzü nəticəsində düşdüyü vəziyyət belə  əlaqələri  
zəruri edirsə, digər tərəfdən bu, юlkəmizin beynəlxalq aləmdə 
gюtürdüyü xəttin, qabaqcıl юlkələrlə əməkdaşlığın təcəssümüdür.  
Юlkəmizin çoxtərəfli  əsasda  əməkdaşlığında təşkil edilən 
sərgi və yarmarkalar da юzünəməxsus yer tutdu. Belə  tədbirlərin 
юlkənin həm siyasi, həm də ticarət-iqtisadi, elmi-texniki əlaqələrində 
bюyük  əhəmiyyəti vardır. Bu baxımdan Bakıda 18 юlkənin 80 
şirkətinin iştirak etdiyi «Hər  şey insan üçün» birinci Azərbaycan 
Beynəlxalq Ticarət Sərgisi keçirildi. Sərginin təşkilatçıları 
Britaniyanın «İntənəşnl treyd ənd eksibişnz LTD» firması  və 
Azərbaycan Ticarət-Sənaye Palatası idi. 
Sərgi Azərbaycanı dünyanın bir sıra  юlkələrinə yaxından 
tanıtdı, onun imkanlarını üzə  çıxardı,  əməkdaşlığın forma və 
istiqamətlərini müəyyənləşdirdi. Belə  əməkdaşlıq siyasi əlaqələri 
maddiləşdirdi, onun etibarlı etdi. Юz nюvbəsində siyasi əməkdaşlığın 
inkişafı işgüzar əlaqələrə stimul verdi. 
Müstəqilliyin ilk illərində  BEYNƏLXALQ BƏRPA VƏ 
İNKİŞAF BANKI    ilə Azərbaycanın  əlaqələri diqqəti cəlb edir. Bu 
təşkilat 1944-cü ildə Bretton-Vudsda (ABŞ) keçirilmiş beynəlxalq 
maliyyə-kredit konfransının qərarlarına uyğun olaraq yaradılıb. BMT-
nin ixtisaslaşdırılmış müəssisəsi statusuna malikdir. Təşkilat iştirakçı 
 
145


юlkələrin iqtisadiyyatını inkişaf etdirməkdən  юtrü onlara 
uzunmüddətli borclar və istiqrazlar verir. Beynəlxalq Bərpa və İnkişaf 
Bankının ali orqanı Direktorlar şurasıdır.  İdarə heyəti Vaşinqtonda 
yerləşir, bюlmələri Parisdə və Tokioda vardır. 
1994-cü ildə Avropa və Asiya юlkələri departamentinin 
direktoru Rassel Çitam, 1995-ci ildə isə bankın Rusiya Federasiyası və 
Orta Asiya юlkələri üzrə Departamentinin direktoru Huanq Yukon, 
həmin bankın Rusiya Federasiyası, Orta Asiya юlkələri və 
Azərbaycan üzrə Enerji və  İnfrastrukturu Departamentinin direktoru 
Conatan Braun və  şюbə müdiri Tanju Yurukoğlu Azərbaycana səfər 
etdilər. Səfər  юlkəmizin bu təşkilatla  əlaqələrinin inkişafına kюmək 
etdi. 
Azərbaycan dюvləti bu təşkilatın keçirdiyi tədbirlərin 
iştirakçısına çevrildi. Bu isə  юlkəmizə olan etimadın nümunəsi idi. 
Azərbaycan prezidenti Ümumdünya bankının təşəbbüsü ilə  Bюyük 
Britaniyada və Fransada keçirilən «Azərbaycana investisiya 
imkanları» mюvzusunda beynəlxalq konfransda iştirak etdi. Tədbirə 
25  юlkədən 200 nümayəndə qoşuldu. Nümayəndə heyətinin iş 
adamları, maliyyə, bank dairələri və siyasi xadimlərlə  gюrüşləri 
işgüzar əlaqələrə kюmək etdi.  
Bakıda və Azərbaycanın digər yerlərində bir neçə 
beynəlxalq təşkilatın nümayəndəliyi açıldı. 
İlk bюyük nümayəndəlik BMT-nin oldu. Nümayəndəliyin 
rəhbəri Mahmud Əl Səid (Misir) Azərbaycanla BMT arasında 
əlaqələndirmə  işində, Dağlıq Qarabağla bağlı  sənədlərin qəbul 
olunmasında, təcavüzkarlıq faktlarının toplanmasında müəyyən rol 
oynadı. 
1992-ci ilin dekabrında Bakı  şəhərində BMT-nin 
QAÇQINLAR  İŞİ ÜZRƏ ALİ BAŞ KOMİSSARLIĞININ 
NÜMAYƏNDƏLİYİ FƏALİYYƏTƏ BAŞLADI. 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar işi üzrə Ali Baş 
Komissarlığı 1946-cı ildən başqa adla, 1951-ci il yanvarın 1-dən isə 
bu adla fəaliyyət gюstərir. 115 dюvlət BMT-nin qaçqınların statusuna 
dair 1951-ci il konvensiyasının üzvüdür. Azərbaycan Respublikası 
həmin konvensiyaya Milli Məclisin 8 dekabr 1992-ci il tarixli 402 
saylı  qərarı ilə daxil oldu. Komissarlığın  əsas vəzifəsi beynəlxalq 
səviyyədə qaçqınları müdafiə etmək, onların problemlərinin təcili və 
 
146


uzunmüddətli həlli yollarını müəyyənləşdirib həyata keçirməkdən 
ibarətdir. Baş Komissarlıq Cenevrədə yerləşir. 
Bakıda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin  
nümayəndəliyi də yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi 1863-cü 
ildə yaradılıb. Qızıl Xaç və  Qızıl Aypara hərəkətının təşkilatçısı 
olmaqla onun vəzifələri 1949-cu il Cenevrə Konvensiyaları və 1977-ci 
ildə əlavə protokollarla müəyyənləşdirilib. 
O, Beynəlxalq birlik tərəfindən sayılan və humanitar 
təşəbbüsə malik spesifik bitərəf təşkilat kimi müharibə  və daxili 
gərginliklər nəticəsində  zərər çəkən vətəndaşları müdafiə edir və 
onlara kюməklik gюstərir, münaqişə  nəticəsində  həbs edilənlərlə 
gюrüşlər təşkil edir, itkin düşmüş  şəxslərin axtarışı ilə  məşğul olur, 
orduda hərbi bilikləri təbliğ edir, milli Qırmızı Xaç və Qırmızı Aypara 
cəmiyyətlərinə texniki yardım gюstərir. 
BQXK 1992-ci ildə Moskvada və MDB-yə daxil olan bir 
sıra başqa respublikalarda юz nümayəndəliklərini açdı. Respublika 
Qırmızı Aypara Cəmiyyətinin təşəbbüsü ilə 1993-cü ilin mart ayından 
Bakıda da onun nümayəndəliyi açıldı. Nümayəndəliyin Bakıda, 
Bərdədə  və Xankəndində filialları vardır,  əməkdaşlarının sayı 50 
nəfərdir, onlardan 12-i yerli əhalinin nümayəndələridir.  
1995-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti 
Kornelio Sommarsuqa Azərbaycanə  səfər etdi. Səfər zamanı bu 
təşkilatla  юlkəmizin  əlaqələri geniş müzakirə edildi. Ermənistanın 
təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqınlara 
yardım gюstərilməsinin zəruriliyi bildirildi. 
Nümayəndəlik respublikada beynəlxalq humanitar hüquqa 
dair biliklərin yayılmasına diqqət yetirdi, bu məqsədlə hərbi hissələrdə 
sюhbətlər keçirdi, kino filmlər nümayiş etdirdi. 
Azərbaycan Respublikası 1993-cü il iyunun 1-də Cenevrə 
konvensiyalarını imzaladı. BQXK Qırmızı Xaç və  Qırmızı Aypara  
milli cəmiyyətlərinin Federasiyası ilə birlikdə Azərbaycanın Qırmızı 
Aypara Cəmiyyətinin mюhkəmləndirilməsinə  kюmək edir və onun 
Beynəlxalq Qırmızı Xaç-Qırmızı Aypara hərəkatına qəbul edilməsi 
üçün səy  gюstərir. 
1993-cü il oktyabrın 11-12-də Beynəlxalq Qırmızı Xaç 
Komitəsinin nümayəndəliyi юlkəmizə  gəldi. Nümayəndəliyə BQXK-
nin Şərqi Avropa və Orta Asiya üzrə baş nümayəndə cənab jan-Mark 
 
147


Borne başçılıq etdi. Onlar Azərbaycan Respublikasının Prezidenti ilə 
gюrüşdülər. 
Respublikamızda  BEYNƏLXALQ QIRMIZI XAÇ VƏ 
QIRMIZI AYPARA CƏMİYYƏTLƏRİ FEDERASİYASININ  
nümayəndəliyi də  fəaliyyətə başladı. BQXQACF 1919-cü ildə 
yaradılıb. 
1993-cü ilin aprel ayında Azərbaycan Qırmızı Aypara 
Cəmiyyəti  İcraiyyə Komitəsinin təşəbbüsü ilə Bakıda ilk dəfə 
Beynəlxalq Qırmızı Xaç və  Qırmızı Aypara Cəmiyyətləri 
Federasiyasının nümayəndəliyi, sonralar isə Mingəçevirdə onun filialı 
yaradıldı.  
Nümayəndəliyin  əsas məqsədi Azərbaycan Qırmızı Aypara 
Cəmiyyətinin işini beynəlxalq standartlara uyğun  şəkildə inkişaf 
etdirmək üçün lazımi təşkilatı  işlər gюrmək və  hərtərəfli kюməklik 
gюstərməkdir. 
Bakıda BEYNƏLXALQ 
İSLAM QURTULUŞ 
TƏŞKİLATININ nümayəndəliyi də  fəaliyyət gюstərir. Təşkilatın 
Bakıdakı nümayəndəliyinin başçısı Şadi Zahirldindir. 
Юlkəmizdə 
həmçinin «SƏRHƏDSİZ HƏKİMLƏR» 
beynəlxalq humanitar təşkilatı da fəaliyyət gюstərir. Assosiasiya 
Brüsseldə yerləşir. Onun Bakıdakı nümayəndəliyi Qarabağ 
münaqişəsinin qurbanlarına, Azərbaycandakı qaçqın və  kюçkünlərə 
humanitar yardım gюstərir. 
Beynəlxalq və  məhəlli təşkilatlarda  юlkəmizin iştirakı 
xalqımızın sülhsevər təbiəti ilə  şərtlənərək dюvlətimizin beynəlxalq 
hüquq normalarına hюrmət etməsi  əsasında həyata keçirilib. 
Beynəlxalq və  məhəlli təşkilatlarda iştirak Azərbaycan dюvlətinin 
xarici siyasətinin istiqamətlərindən birini təşkil edib. Beynəlxalq və 
məhəlli təşkilatlarda iştirak etməklə ilk addımlarını atmasına 
baxmayaraq, bu fəaliyyət  əsasən uğurlu olub. Müvafiq iştirakla 
Azərbaycan nümayəndə heyəti xalqımız və  dюvlətimiz haqqında 
həqiqəti, Ermənistanın təcavüzkarlıq siyasətinin mahiyyətini dünyaya 
çatdırmağa çalışıb. 
Bununla belə, beynəlxalq və  məhəlli təşkilatlarda iştirak 
etməkdə bir sıra qüsurlar da olub. Bu qüsurlar əsasən təcrübənin azlığı 
maliyyə-valyuta çətinlikləri və nümayəndə heyətlərinin bəzən 
hazırlıqsızlığı ilə bağlı idi. 
 
148

Document Outline

  • Azərbaycan dövlətinin xarici siyasəti beynəlxalq hüquq norma

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə