Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   47

yaradıcı kollektiv, ifaçı qrupları, 1000-dən yuxarı musiqiçi, xanəndə 
və aktyor xarici ölkələrdə olmuşlar. Təkcə 1985-ci ildə Azərbaycan 
incəsənətinin nümayəndələri  Əfqanıstanda,  İraqda, Monqolustanda, 
ABŞ-da,  İsveçdə  və digər ölkələrdə olmuşlar. Ümumiyyətlə, 
Azərbaycan incəsənətinin nümayəndələri 1980-1990-cı illərdç 160-
dan çox ölkədə (ölkələrin bəziləri bir neçə  dəfə  təkrar olunmuşdur), 
eyni dövrdə isə 130-dan çox xarici ölkənin incəsənət nümayəndələri 
Azərbaycanda olmuşlar. Həmin dövrdə respublikanın incəsənət 
xadimləri xarici ölkələrin 800-dən yuxarı  şəhərlərində olmuş, 
təxminən 2000-dən yuxarı konsert vermiş, 7500-ə  qədər görüş 
keçirmişlər. 
1980-1990-cı illərdə keçirilən 50-dən artıq SSRİ  mədəniyyət 
günü Azərbaycan incəsənətinin iştirakı ilə olmuşdur.  Bu tədbirlərin 
əhəmiyyəti ondan ibarət idi ki, külli miqdarda insanlar Azərbaycan 
incəsənətinin naliyyətləri ilə  təmasda olmuş  və Azərbaycan xalqının 
mənəvi dünyası ilə daha yaxından tanış olmuşlar. 
Azərbaycan xarici ölkələr üçün mütəxəssislər də hazırlamışdır. 
1986-cı ilin əvvəlində respublikada dünyanın 70 ölkəsi üçün 29 ixtisas 
üzrə 3000-ə qədər xarici tələbəyə ali təhsil diplomu verilmişdir. 1987-
ci ilin əvvəlinə olan məlumata görə, respublikada 71 ölkənin 3022-i 
gənci təhsil almışdır.  
1980-1990-cı illərdə 1000-ə  qədər Azərbaycan alimi xarici 
ölkələrdə elmi s əfərdə olmuş, 4000-ə yaxın öz xarici həmkarlarını 
respublikamızda qəbul etmişlər. Təkcə Azərbaycan EA-nın alimləri 
hər il 51 ölkənin orta hesabla 570 elmi təşkilat və  mərkəzi ilə  əlaqə 
saxlamış  və müxtəlif elm sahələrini  əhatə edən 40 mövzu üzrə birgə 
tədqiqat işləri aparmışlar. 
Azərbaycan alimləri 200-ə yaxın böyük beynəlxalq elmi 
tədbirlərdə, konqreslərdə, simpoziumlarda və digər elmi xarakterli 
tədbirlərdə  iştirak etmişlər. Təkcə 1981-1985-ci illərdə Azərbaycan 
elminin müxtəlif istiqamətlərinin nümayəndələri 60-dan yuxarı 
beynəlxalq konqreslərin, konfransların, simpozium və müşavirələrin 
iştirakçısı olmuşlar. Alimlərimizin  əsərləri 60-dan artıq xarici ölkədə 
30 dildə çapdan çıxmışdır. 20 Azərbaycan alimi müxtəlif beynəlxalq 
elmi təşkilatların üzvü seçilmişlər.  
1980-1990-cı illərdə Azərbaycan böyük beynəlxalq elmi 
tədbirlərin mərkəzinə çevrilmişdir. Bu dövrdə Bakıda 90-dan yuxarı 
beynəlxalq elmi konfrans, simpozium, konqres və digər elmi 
 
15


xarakterli tədbirlər keçirilmişdir. 1980-1990-cı illərdə Azərbaycan 
EA-nın Böyük fundamental elmi kitabxanası 40-dan 53-ə qədər xarici 
ölkələrdə  fəaliyyət göstərən 460-dan 580-ə  qədər elmi mərkəzlərlə 
əməkdaşlıq etmişdir. Bu illərdə kitabxana beynəlxalq kitab mübadiləsi 
yolu ilə xarici ölkələrdən 110.000-dən artıq müxtəlif elmi ədəbiyyat 
almış, öz növbəsində isə 105.000 ədəd elmi ədəbiyyat yollamışdır. 
Təkcə 1981-1985-ci illərdə o, 43.532 ədəd ədəbiyyat yollamış, 52.834 
ədəd  ədəbiyyat almışdır. Həmin illərdə M.F Axundov adına Dövlət 
kitabxanası xarici həmkarlarına 10.000-ə  qədər  ədəbiyyat yollamış, 
11.000-dən yuxarı ədəbiyyat almışdır. 
Azərbaycanın beynəlxalq ictimai-siyasi əlaqələri müxtəlif 
formalarda, mümkün olan bütün istiqamətlərdə  həyata keçirilmişdir. 
Lakin bu əlaqələr konkret siyasi məqsədlərə tabe etdirilmiş  və ciddi 
nəzarət altında olmuşdur.  
Göstərilən  əlaqələrin möhkəmlənməsinə yönəldilən  ən vacib 
formalardan biri ikitərəfli qaydada müxtəlif ixtisas və görüşlərə malik 
olan ictimai və siyasi xadimlərin nümayəndələrinin mübadiləsi 
olmuşdur.  Əgər 1960-1970-ci illərdə Azərbaycanda dünyanın orta 
hesabla 110 ölkəsindən ictimaiyyətin müxtəlif sənət sahələrindən 
ibarət 600-dən yuxarı  rəsmi nümayəndə heyəti səfərdə olmuşdursa, 
1980-1990-cı illərdə dünyanın orta hesabla (hər iki nümayəndə 
heyətləri və ölkələrin sayı müxtəlif olmuş) 150-dən yuxarı ölkəsinin 
ictimaiyyətinin 3000-ə yaxın nümayəndə heyətləri Azərbaycanda 
olmuşlar. Təkcə 1980-ci ildə belə nümayəndə heyətlərinin sayı 250-
dən yuxarı olmuşdur. Respublikaya gələn xarici dövlətlərin 
ictimaiyyətinin nümayəndə heyətlərinin səfərləri  əməli və 
məqsədəuyğun işə xidmət etmişdir. Onların gəlişi geniş ictimai-siyasi 
kampaniyaların keçirilməsi ilə  səciyyələnir. Belə ki, nümayəndə 
heyətinin üzvləri müxtəlif illərdə respublikamızda 100.000-dən çox 
iştirakçısı olan 30.000-dən yuxarı  tədbirdə  iştirak etmiş, 20.000-dən 
çox görüşlər keçirmiş, 10.000-dən artıq şəxsi əlaqə yaratmışlar. Onlar 
Azərbaycanın 12.000-dən artıq müəssisə  və elm ocaqlarında, tarixi 
yerlərində olmuşlar. Bu da onlara Azərbaycanın ictimai-siyasi, sosial-
iqtisadi, mənəvi və mədəni, elmi və texniki potensialı haqqında geniş 
məlumatlar əldə etməyə, respublika əhalisinin həyat tərzi ilə yaxından 
tanış olmağa imkan vermişdir.  
    
 
 
 
   
 
 
16


 
 
VIII BÖLÜM  
AZƏRBAYCAN RESPUBLİKASI BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ  
 
Azərbaycan dövlətinin xarici siyasət prinsipləri, mahiyyəti, məqsəd 
və vəzifələri 
 
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq 
referendumu ilə  qəbul edilmiş Konstitusiyasının 10-cu maddəsində 
deyilir: “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini 
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə 
tutulan prinsiplər əsasında qurur”. 
 Beynəlxalq prinsiplər beynəlxalq münasibətlər sisteminin 
bütün subyektləri üçün yerinə yetirilməsi məcburi olan normadır. 
Onları ayrı-ayrı dövlətlər və dövlətlər qrupu dəyişdirə bilməzlər.Bu 
prinsiplər adi və müqavilə yolu ilə formalaşaraq əsasən iki funksiyanı 
yerinə yetirirlər: bir tərəfdən, beynəlxalq münasibətlərin 
sabitləşməsinə kömək edirlər, onları müəyyən normativ çərçivələrlə 
məhdudlaşdırırlar, digər tərəfdən isə, beynəlxalq münasibətlər 
praktikasında yeni yaranan nə varsa onu möhkəmləndirir və inkşafına 
kömək edirlər. Bu prinsiplərin səciyyəvi cəhəti onların universal 
olmasındadır. Onlardan birinin pozulması avtomatik olaraq 
beynəlxalq münasibətlər sisteminin digər iştirakçılarının mənafeyinə 
toxunur. Prinsiplərin fəaliyyəti subyektlərin hətta konkret normalarla 
tənzimlənməyən sahələrinə də yayılır. Bu prinsiplər beynəlxalq qayda-
qanunların təməlini təşkil edirlər.  
 Beynəlxalq hüquq prinsipləri dövlətimizin də üzv olduğu 
BMT-nin nizamnaməsində  əks olunmuşdur. Onları heç bir dövlət və 
ya dövlətlər qrupu öz aralarında imzaladıqları  sənədlərlə  ləğv edə 
bilməz. Bu prinsipləri ayrı-ayrılıqda  şərh və  tətbiq etmək düzgün 
deyildir.Çünki onlar bir-birləri ilə sıx çulğalaşmışlar. Və onlara bütün 
başqa prinsiplərin konteksində baxılmalıdır. 
 Azərbaycan dövlətinin beynəlxalq fəaliyyətində  əsaslandığı 
prinsiplər bunlardır:  dövlətlərin suveren bərabərliyi; zor işlətmək və 
ya zorla hədələməmək; dövlət sərhədlərinin pozulmazlıqı; dövlətlərin 
ərazi bütövlüyü; beynəlxalq mübahisələrin dinc yollarla həlli; daxili 
 
17


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə